Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə47/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   43   44   45   46   47   48   49   50   ...   105

keçiril
ən  Xıdır  Nəbi  bayramıdır,  Kiçik  çillənin ilk 
ongünlüyünd
ə keçirilən deyil – G.Y.), “Xıdır Nəbi axşamı” (bu 
da  yazın  ilk  günündə  keçirilən  Xıdır  Nəbi mərasimi deyil, 
Kiçik çill
ənin ilk ongünlüyündə  keçiriləndir  –  G.Y.),  “Xıdır 
gec
əsi”,  “Xıdır  payı”,  “Xıdır  Nəbi nəğməsi”,  “Xıdır  Nəbi 
kül
əyi”  … Amma bütün bu gecə, pay, külək, nəğmələrin 
hamısı  “Kiçik çillənin birinci ongünlüyündə  keçirilən”  Xıdır 
N
əbiyə aiddir. Yəni bu Xıdır o Xıdır deyil?! Tərtibçilər “Kiçik 
çill
ənin birinci ongünlüyündə” keçirildiyini düşündükləri Xıdır 
N
əbi mərasimi  haqqında  yazırlar:  ““Xıdır  Nəbi”  -  …yazın 
g
əlməsi ilə  bağlı  mövsüm  mərasimi…”  [30, s.101]. “Xızır 
günü”  üçün is
ə yazırlar ki, bu “köhnə ilin qurtarıb yeni ilin – 
yazın  başladığı  ilk  günə  verilən ad”  [30, s.103].  “Xalq 
bayramı” məqaləsində bir tərəfdən yazırlar ki, Xıdır Nəbidəki 
ayinl
ər  onun  Xızırla,  İlyasla  “əlaqəsindən xəbər verir”  [30, 
s.12], dig
ər tərəfdən də  elə  oradaca bu fikri təkzib edirlər: 
“Amma 
əslində bunların bir-biri ilə heç bağlılığı yoxdur” [30, 
s.13].  Daha  sonra  Xıdır  Nəbinin  “Kiçik çillənin birinci 
ongünlüyünd
ə”  keçirildiyini,  Xıdırın  isə  yaşıllıqla,  baharla 
bağlı  olduğunu  vurğulayaraq  yazın  ilk  günündə  qeyd 
olunduğunu yazırlar. Maraqlıdır ki, məqalədə “Xıdırzində” piri 
haqqında danışılsa da [30, s.13], ensiklopedik məlumatda pirin 
adı “Xızırzində” kimi verilir [30, s.104]. Deyə bilərsiniz ki, nə 
olsun?  Xıdır  elə  Xızırdır  də…  İndi  də  Xıdırzində  olmasın, 
olsun  Xızırzində. Məsələ  burasındadır  ki,  mənim üçün də  elə 
bir f
ərqi yoxdur, amma məqalə  müəllifləri  onları  bir-birindən 
ayırırlar,  yəni  əsas məqsəd necə  olursa-olsun  Xıdırla  Xızırı 
ayırmaqdır.  Bir  yerdə  Xıdırzində, o biri yerdə  Xıdırzində 
yazılması  da  bu  ayırımın  süni  olduğunu  ortaya  qoyur. 
Maraqlıdır  ki,  101-ci səhifədə  yenə  də  məqalədəki cümlə 
163 
 


t
əkrarlanaraq  onların  əlaqəsi  olduğu  göstərilir…  İstəkli 
oxucularımız, sizi bu dolaşıqlığa saldığımız üçün üzr istəyirik, 
amma bizi d
ə  dolaşdıran  elə  məqalə  müəllifləri, 
ensiklopediyanın  tərtibçiləridir. Daha sonra yenə  oxuyuruq: 

Xızır  (Xıdır)”,  “Xızır  İlyas”… Onu da qeyd edək ki

əlliflər heç bir əlaqəsi  olmadığı  halda  Xıdır  Nəbi gününü 

ruhların qarşılanması ilə əlaqədar keçirilən “Ata-baba günü”” 
il
ə eyniləşdirməyə də cəhd göstərirlər [30, s.13]. 
 Hesablamalar göst
ərir ki, əgər Böyük Çillə  Gündoğan 
vaxtı  keçirilirdisə, yəni 21-22  dekabrdan  başlayaraq  40  gün 
ç
əkirdisə, o zaman yanvarın 31-də başa çatacaq. Kiçik Çillə də 
fevralın  1-dən  başlayaraq  20  günlük  ömrünü  elə  həmin  ayın 
20-d
ə də başa vuracaq. O zaman xalq, Ə.Cəfərzadənin yazdığı 
kimi,  “kiçik çill
ənin  qurtardığı  son  üç  gündə, yəni 25-28 
fevralda” 
Xıdır Nəbi bayramını necə keçirə bilər? Həmin vaxt 
artıq Boz Ay girmiş olur. Onun birinci – Yalançı çərşənbəsi də 
el
ə  təxminən bu tarixlərə  düşür.  Əgər 2008-ci ildə  Boz  Ayın 
birinci ç
ərşənbəsi  olan  Yalançı  Çərşənbə  fevral  ayının  26-a 
düşmüşdüsə, 2009-cu ildə  Yalançı  Çərşənbə  fevralın  24-ə 
düşür…  İkinci  bir  məsələ:  əgər  Xıdır  Nəbi  bayramı  Novruza 
hazırlıq  idisə, onda çərşənbələrdəki  hazırlıqlar  nə  məqsəd 
daşıyır?.. Bundan əlavə məqalədə bir ziddiyyət də ortaya çıxır: 

…Xızır  Əlləz hələ  qışın  tamamilə  qurtarmadığı,  soyuq  kiçik 
çill
ə  günlərini bəzəyən  əziz gündür”  [5,  s.167].  Əgər  Xıdır 
N
əbi bayramı “Kiçik Çillə günlərini bəzəyən gün”dürsə, onda 
bel
ə çıxır ki, bu bayram Kiçik Çillədə keçirilir?! Belə olduğu 
halda respublikamızda Xıdır Nəbi bayramının keçirildiyi vaxtla 
bağlı qarışıqlığa daha bir çaşqınlıq əlavə olunur – 25-28 fevral. 
Bel
ə  ki, bu günə  qədər alimlər Azərbaycanda  Xıdır  Nəbi 
bayramının  dəqiq keçirilmə  vaxtı  ilə  bağlı  bir  fikrə  gələ 
164 
 


bilm
əmişlər.  Ə.Axundova  görə  Kiçik Çillənin onuncu günü
B.Abdullayla T.Babayev
ə  görə  isə  birinci  ongünlüyü  Xıdır 
N
əbi  adlanır  [30,  s.12].  Ə.Ələkbərov Böyük Çillədən dörd, 
Kiçik Çill
ədən üç gün alaraq yeddi günü Xıdır Nəbi bayramına 
verir. M.Qasımlı qış yarı olanda, Böyük Çillə ilə Kiçik Çillənin 
arasında  [6, s.40],  Ə.Cəfərzadə  isə  yuxarıda  qeyd  etdiyimiz 
kimi,  “Kiçik Çill
ənin  qurtardığı  son  üç  gün”  deyərək 25-28 
fevralda  keçirildiyini  vurğulayır...  [5, s.162]. A.Nəbiyev də 
Xıdır  Nəbi  haqqında  yazır  ki,  bu,  “Kiçik çillənin  çıxması 
münasib
ətilə  keçirilən Yaz mərasimlərindəndir”. Türkiyəli 
t
ədqiqatçı  Ahmet  Yaşar  Ocağa  görə,  Xıdır  Nəbi  bayramı 

Novruzdan  altı  həftə  əvvəl,  fevralın  ortalarında  çərşənbə 
axşamı,  çərşənbə, cümə  axşamı  günlərində  tutulan üç günlük 
oruclardan sonra, cüm
ə  axşamını  cüməyə  bağlayan  gecə 
başlayır,  ertəsi  gün  davam  edir.  Novruzdan  altı  həftə  əvvəli 
hesablayanda fevralın təxminən altısı alınır. Daha sonra müəllif 
dolaşıq  fikir  söyləyir:  Xıdır  Nəbi ilə  bağlı  üç  gündən öncəki 
aylara Çil
ə  deyilir,  dolayısıyla  Nəbi  bayramı  Çilə  bitimini 
müjd
ələməkdədir” [92, s.160). Birincisi, fevralın altısı fevralın 
ortaları  demək  deyil.  İkincisi,  əgər müəllifin  yazdığı  kimi, 
Xıdır  Nəbi  bayramı  Çilə  bitimini müjdələməkdədirsə,  Xıdır 
N
əbidən əvvəlki qış aylarına da Çilə deyilirdisə, deməli, söhbət 
Kiçik çill
ənin  çıxdığı  vaxtdan  gedir  ki,  bu  da  fevralın  20-ə 
t
əsadüf edir. Ə.Cavadın “Xıdır Nəbi” şeirindən də görürük ki, 
Xıdır  Nəbi Kiçik çilləyə  “deyir on gün bəsindir… Qalan on 
gün m
ənimdir”  [30, s.65]. Deməli,  Xıdır  Nəbi mərasimi 

əlliflərin dediyi kimi, Kiçik çillənin birinci ongünlüyündə 
deyil, ikinci ongünlüyünd
ə  keçirilir.  İkinci  ongünlüyün 
əvvəlində  hazırlıqlar  başlayır,  son  üç  gündə  Xıdır  Nəbi 
m
ərasimləri keçirilir, sonuncu gün, yəni fevralın 20-də Boz atlı 
165 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə