qaynaqlarından alınan məlumata görə isə, rəngindən asılı
olmayaraq,
əgər mizraqların ucunda atəş peyda olursa, bu,
qarşıdakı savaşın uğurla nəticələnəcəyindən xəbər verir.
G.İnostrantsev “bu xəbərin aid olduğu ulusun Türk ulusu
olması çox mümkündür” deməklə odla fala baxmanın, əsasən,
türkl
ərə aid olduğunu bir daha vurğulamışdır [72].
Bütün bu misallar bir daha sübut edir ki, odun
şamanizmdən gələn təmizləyici gücünə inam təkcə sadə
insanlar a
rasında deyil, eyni zamanda hakim dairələrdə də
geniş yayılmış, hətta dövlətlərarası münasibətlərdə belə özünə
yer almışdır. Çünki qədim dövrlərdə tayfa başçısı olan
şamanlar sonralar dövlətçilik ənənələrinin inkişaf etdiyi
zamanlar öz yerl
ərini hökmdarlara versələr də, dövlətdəki
m
əsləhətçi, kahin, fala baxan, müalicə edən, dövlət əhəmiyyətli
t
ədbirləri yönləndirən, təbiət hadisələrinə təsir edə bilən şəxs
kimi öz funksiyalarını qoruyub saxlamışdılar. Biz bunu
“Kitabi-D
ədə Qorqud” dastanlarından da görürük. Dədə
Qorqud da “
oğuzun… təmam bilicisiydi, - nə diyərdisə, olurdı.
Ğaibdən dürlü xəbərlər söylərdi. Həq təala anın könlünə ilham
ed
ərdi…” [16, s.31].
Qorqut ata ayıtdı: “Axır zəmanda xanlıq gerü - Qayıya
d
əgə, kimsənə əllərindən almıya. Axır zəman alıb qiyamət
qopınca bu didügi Osman nəslidir. İşdə sürilib gidə-yürir”… və
d
əxi neçə buna bənzər sözlər söylədi…” [16, s.31]
D
ədə Qorqud həm də oğuz elinin, oğuz bəylərinin
m
əsləhətçisi, ağsaqqalı idi. Hər işdə onunla məsləhətləşirdilər.
Qeyri-adi güc
ə malik olduğu üçün ondan həm də qorxurdular.
O, “
Çalırsan, əlün qurısun!” deməklə Dəli Qarçarın “əli
yuqarıda asılı qaldı. Zira Dədə Qorqud vilayət issi idi, diləgi
342
q
əbul oldı”. Sonra da “dua eylədi. Dəlinin əli həq əmrilə
sapasağ oldı” [16, s.56].
Odun üz
ərindən atılma, keçmə kimi qədim adətin
heyvandarlıqla məşğul olan türklərin həyatında yeri daha çox
görünür. Çobanlar, ad
ətən, yaylaq zamanı sürüləri bir-bir
tonqalın üzərindən keçirərək yola çıxırdılar [60, s.112-113].
Q
ədim slavyanlarda da 24 iyunda Kupala günü nəinki
qızlar, oğlanlar tonqalların üstündən atılır, eyni zamanda mal-
heyvanı, sürünü də qalanmış tonqalların arasından keçirirdilər
ki, çöll
ərin ruhları onlara xətər yetirməsinlər [191, s.110].
N
ənə-babalarımız körpə yaşlarından uşaqlarda oda,
ocağa məhəbbət, hörmət hissi aşılayırdılar. Hələ ətrafda baş
ver
ənləri o qədər də dərk etməyən, odun, ocağın insanların
h
əyatındakı həm praktik, həm də mənəvi yerini anlamayan
azyaşlı uşaqların ocağı qurdalamamaları, ona çox yaxın
getm
əmələri, əllərinə keçəni oda atmamaları, odu
söndürm
əmələri üçün yaşlılar həmişə onlara deyirdilər: “Odla
oynama, yoxsa gec
ə yatağını isladarsan!” Gecə yatağını
islatmaq, ert
əsi gün bütün uşaqların gülüş hədəfinə çevrilmək
ist
əməyən balacalar ocağa ehtiyatla yanaşır, onu oyuncağa
çevirmir, h
əm də təhlükədən uzaq olurdular.
Odun Meksikada, Avstraliyada, Afrikada yaşayan
yerlil
ər, Amerikadakı qızıl dərili hindular arasında da
t
əmizləyici, paklaşdırıcı qüvvə kimi sayılması bir daha od
kultunun insanların ilkin inkişaf dövrlərilə daha sıx bağlı
olduğunu göstərir. Avropadakı od bayramlarından bəhs edən
Ceyms Frezer yazır: “Ta qədim zamanlardan Avropada belə bir
ad
ət var: ilin müəyyən günlərində kəndlilər tonqallar qalayır,
onların ətrafında rəqs edir, ya da üstündən tullanırlar” [205,
s.569-567]. Odla, at
əşlə bağlı Şimali Avropada keçirilən bir
343
çox bayramların kökünün xristianlıqdan əvvəlki dövrlərə aid
olduğunu yazan C.Frezer ayrı-ayrı yerlərdə bu bayramların
müxt
əlif vaxtlarda keçirildiklərini də qeyd edir. Belə
bayramlara Fransanın şimalında, Almaniyanın bir çox
yerl
ərində rast gəlinən Böyük Post (oruc) atəşlərini,
katolikl
ərdə qeyd olunan Pasxa odlarını, Şotlandiyanın şimal
t
ərəfində yayılan Beltan odlarını… misal göstərmək olar.
C.Frezer
ə görə, bu bayramların keçirilməsi zamanı oddan
istifad
ə, əsasən, onun təmizləyici qüvvəsinə inamdan irəli gəlir.
“Bütövlükd
ə tonqal ayinlərinin təmizləyici nəzəriyyəsi daha
h
əqiqətəuyğun, əsaslı görünür, nəinki Günəşlə bağlılığı kimi
ona zidd n
əzəriyyə” [205, s.569-567]. Bu da, təbii ki, qədim
dövl
ərdən günümüzəcən od kultu ilə bağlı ayinləri, adətləri
qoruyub g
ətirən şamanlarla, şamançılıqla daha çox bağlıdır.
Şamanizmi bəşəriyyətin bütün dinlərindən, tibbi, psixoloji
f
ənlərindən qədim sayan ABŞ parapsixoloqu Rocer Uolş əsrlər
boyu dill
ərin, dinlərin, ictimai həyatın bu qədər dəyişməsinə
baxmayaraq şaman təcrübəsinin, demək olar ki, dəyişmədən
günümüz
əcən gəldiyinə heyrət edərək Sibirdə, hər iki
Amerikada, Avstraliyada, Afrikada ilkin formasını qoruyub
saxlayan, müxt
əlif dillərdə danışan şamanları öyrənir (xam,
çam, qam, kam, şaman, porxan, şeşen…), şamanizmin ən azı
iyirmi min il
əvvəl yarandığı qənaətinə gəlir. Bu qədər uzaq
dövr bir daha insanların bir yerdə yaranıb yer üzünə yayıldığı
fikrini q
əbul etməyə imkan verir. Əgər əvvəllər Afrika, Şimali
Amerika, C
ənubi Amerika, Avrasiya, Avstraliyanın da bütöv
oldu
ğunu nəzərə alsaq, bu yayılma (miqrasiya) prosesini
t
əsəvvür etmək o qədər də çətin olmur. Əks təqdirdə
antropoloji m
əktəbin nəzəriyyəsini qəbul etmək zorundayıq,
y
əni insanlar cənubda da, şimalda da Günəşin işıq, istilik
344
Dostları ilə paylaş: |