Tıva türklərinin inamına görə, su da, torpaq da
müq
əddəs sayılır. Suya hörmətin, tapınmanın, bulağa
tapınma bu günümüzəcən Azərbaycanda qorunsa da, tamam
başqa məna, məzmun daşıyır. Respublikamızın bir sıra
bölg
ələrində, o cümlədən də Qazax rayonunda xalq dağdan
arana, arandan dağa köçmüş, yayın istisində ailənin, mal-
qaranın aranda qalmaması üçün çadırlar qurulmuş, əhali
Dilican, İcevan dağlarına, meşələrinə köçmüş, yayı orada
keçirmişdir. Bu köç vaxtı onlar müxtəlif bulaqlar aşkar
etmiş, tutulmuş gözlərini təmizləmiş, onlara adlar qoymuş
(Şinkar bulağı, Lələ kənd bulağı, Kamıl bulağı…), hər il bu
bulaqlardan xeyli aralıda dayanmış, dəyə qurmuş, qızlar,
g
əlinlər bulağa su gətirməyə getmişlər. Yay vaxtı arandan
mü
əyyən səbəblərə görə, yaylağa köçə bilməyənlər ailəliklə,
b
əzən də bir neçə ailə bir, ya bir neçə qoç, çəpiş, mer-meyvə,
müt
əkkə, çatı, xalça-kilim götürür, o bulaqlara üz tutur, bir
az aralıda kilim salır, süfrə açır, ocaq qalayıb kabab, çoban
basdırması bişirir, üstündən də buz kimi bulaq suyundan içir,
Tanrının bu gözəl, şəfaverici, qocanı cavanlaşdıran, göz yaşı
kimi dumduru nem
ətinə alqışlar deyirdilər. İslam dininin
t
əsiri burada da özünü göstərirdi. Bəzi nənələrimiz əl-
üzl
ərini sərin bulaq suyu ilə yuduqdan sonra minnətdarlıq
əlaməti olaraq “atam, anam fida (fəda – G.Y.) olsun, a Fatma
ana sana” dey
ərdilər. Belə yerlərdən həmişə saz, zurna səsi
əksik olmazdı. Camaat bulaqla bağlı bir sıra qadağalara da
əməl etməyi unutmurdu: bulağa tüpürmək, ətrafını
murdarlamaq, zibill
əmək, içində içalatı, bulaşıq qab-qacaq
yumaq, pis söz danışmaq, bulağı söymək olmazdı. Bütün bu
qadağalara görə, ora gələnlər həmişə bulaqdan xeyli aralıda
heyvan k
əsir, yeyib-içirdilər. Günümüzdə “kefə getmək”
69
anlamını verən bulaq üstünə getmək, qoç kəsib yemək-içmək
t
əşkil eləmək məhz qədim inancdan gələn su yiyəsinə
minn
ətdarlıq əlaməti olaraq qurban kəsmə mərasiminin
izl
ərindəndir. Bir çox türbələrdəki, müqəddəs yerlərdəki
bulaqlar, xüsusil
ə “zəmzəm” quyuları da suya xüsusi
münasib
ətin nəticələridir. Belə quyular Qazaxıstanın
Türküstan şəhərində yerləşən Xoca Əhməd Yasəvinin kese-
nesinin, türb
əsinin içində də, həyətində də var. Qaqauzların,
dem
ək olar ki, bütün kəndlərində hər 200-250 metrdən bir
taxtadan üz
ərində talvar qurulmuş yaraşıqlı su quyularına
rast g
əlmək olur.
Tıvalarda “ovaa” kultu da güclüdür. Ovaa bir neçə cür
olur: altında quru budaqlar çıxan daş yığını; daş plitələrdən
düz
əldilmiş piramida; çır-çırpıdan düzəldilmiş koma
şəklində [170, s.81]. Ovaalar yerlərinə görə də
maraqlıdırlar. Əvvəllər Tıvada dörd cür ova varmış: 1) su
başında qurulan ova (“buqa dozunun ovaazı”); 2) dağ
aşırımlarında, keçidlərində qoyulan “art ovaazı”; 3) tayfa,
soy ovaazı; 4) tayqa ovaazı [170, s.81].
“Ovaa daqıır” mərasimində ova patronimik qrupun,
y
əni hər hansı bir ailənin, tayfanın, nəslin adı ilə bağlı olur.
M
əsələn,
Kuularnın
ovaazı,
Ondarlarnın
ovaazı,
Oorjaklarnın ovaazı… Azərbaycanda ötən əsrin ortalarına
q
ədər bu mərasimin izlərinə rast gəlmək mümkün idi. Hər
bir patro
nimik qrupun öz yaylağı, qışlağı olduğu kimi, öz
etiqad, p
ərəstiş, sitayiş yeri – piri, ocağı vardı. Burada qeyd
olunan pir, ocaq sözl
əri məhz sözü gedən «ovaa»nı ifadə
edir. Bu gün d
ə Azərbaycanda patronimik bölgü var.
M
əsələn, Qazax rayonunun Canallı kəndində Gürzalılar,
Ətənəyeyənlər, Molla Nəvilər, mənim də nimayəndəsi
70
olduğum Daşdılar (onu da qeyd edək ki, Daşdı, Taştı, Taşdu
toponiml
ərinə
Az
ərbaycanın
digər bölgələrində,
Qazaxıstanda, Cənubi Sibirdə də rast gəlmişik).., Ağstafanın
Dağ Kəsəmən kəndində Qəfərlilər, Cıppanlar, Muradovlar və
dig
ər bu kimi tayfa, nəsil, kök birlikləri var. Onların hər
birinin özün
əməxsus xüsusiyyətləri maraq doğurur. Yuxarıda
qeyd etdiyimiz kimi, XX
əsrin 50-60-cı illərinə qədər hər
elin, k
əndin öz yaylaqları da vardı.
Tıvalarda «ovaa daqıır» mərasimi də xamın, ya da
lamanın iştirakı ilə, yemək-içməklə, qurbanla… keçirilir. Bu
m
ərasimdə kəsilən buynuzlu qoçun başının ovaanın içində
bir ağaca taxılması, buynuzların yaman ruhları, şər qüvvələri
qorxudacağına, hürküdəcəyinə, iki qoç başı qoyularsa, onda
o qoçların bir-biri ilə vuruşaraq yerin, ovaanın yiyəsini
acıqlandıracaqlarına inanıldığına görə, bir ovaaya iki qoçun
başının qoyulmaması, bu mərasimin mənəvi mədəniyyət
nümun
ələrimizdə “iki qoçun başı bir qazanda qaynamaz”
atalar sözü il
ə əlaqəsi də maraq doğurur. İlk baxışdan bu
atalar sözünd
ə “yanlışlığın” olduğunu söyləmək olar, yəni
çox asanlıqla iki və ya daha çox qoçun başını böyük bir
qazanın içinə qoyub qaynatmaq olar. Deməli, əslində bu
atalar sözü bir şaman ayini ilə bağlı inamdan doğaraq
Az
ərbaycanda, dəyişilmiş və ya əsl mahiyyəti unudulmuş
şəkildə də olsa, yaşayır [43, s.32-34].
Tıva türkləri arasında geniş yayılan “tayqa daqıır”
m
ərasimi ən hündür dağın başında, əsasən, Kızıl Tayqada
keçirilir, “tayqa daqıır”la bağlı mahnılar oxunurdu [213,
s.84].
Tıva tədqiqatçısı Z.Kırqısın yazdığına görə, toy
m
ərasimlərində piyalə verilməsi ilə bağlı oxunan mahnılar
71
Dostları ilə paylaş: |