Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə34/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

Munis
204
Qara Xan gücləndirdi bu səhmanlı dövləti,
Ona görə adlandı Qaraxanlı dövləti!
Yeddi Su bölgəsində tutmuşdular yerləri,
Başkəndləri olmuşdur Qara Ordu şəhəri.
Qara Xanın qüdrəti hər yana yayılırdı,
Uyğur Xaqanlığının xələfi sayılırdı.
Xələfin məğrur adı gəzdikcə dildən-dilə,
Samani dövlətiylə yarandı mücadilə.
Maveraünnəhirdə İran müsəlmanları,
Heç bir səbəb olmadan axıtdılar qanları.
Qara Xan sağ çıxmadı bu gərəksiz qovğadan,
Oğlu Arslan Xan oldu onun yerinə xaqan.
Bəzir Arslan oturdu Balasaqun şəhrində,
Kiçik qardaş Qədir Xan Talas əyalətində.
                                ***
 Qədir Xan köçürmüşdü başkəndini Kaşğara,
İslam dəyərlərini həkk etmişdi başlara.
Kəndisinə sığınan samanilərlə hər an,
Yaxınlıq edə-edə olmuş əsl müsəlman.
Satuk Buğra boş yerə ötürmədi bir günü,
Dayısı Qədir Xan tək qəbul etdi bu dini.
Çoxalırdı ətrafda İslam tərəfdarları,
Müsəlman könüllülər gəzirdi hər diyarı.
Aral göl sahilindən Xəzər dənizinədək,
Oğuzlar qəbul etdi bu dini haqq bilərək.                                   
Satuk Buğra tərəfdən bünövrəsi qoyuldu;
Rəsmi din kimi İslam dövlətin dini oldu.
İslamın yayılması aldı yeni bir vüsət,


Türkün dastanı
205
Amma oğlu vermişdi vüsətə yeni sürət.
Buğradan sonra oğlu Musa Baytaş xan oldu,
Elə o vaxtdan İslam daha geniş yayıldı.
Qaraxanlı dövləti – Türk Böyük Xaqanlığı,
Tam qəbul eyləmişdi artıq müsəlmanlığı.
Buna görə Baytaşa Ulu Xaqan dedilər,
Əmrinə baş endirib, sözünə can dedilər.
Hakim idi xanlığa Qara Xan sülaləsi,
Bir-bir əvəz edirdi xaqanları varisi.
Əbu Nasir Əhmədə hədəf oldu Buxara,
Yıxdı Samaniləri, əl qoydu bu diyara.
Bağdada səda saldı təzə xaqanın adı,
Abbasi xəlifəsi hökümdar tək tanıdı.
Qəbul edildi artıq bir İslam dövləti tək,
Qaraxanlı dövləti təpədən dırnağadək.
Bölgədə hakim idi türklərin bu dövləti,
Qəznəli dövlətiylə qurmuşdular ülfəti.
Qəznəli Sultan Mahmud yapdırdı bir izdivac,
Əbu Nasirin qızı oldu bu nikaha tac.
Qaraxanlının idi Qaraqurum və Balxaş,
Balasaqunla Özkənd, Tarım, bir də Hindiquş.
Batıya və doğuya bölundü Qaraxanlı,
Bölünsə də qaldılar bir dinli, bir imanlı.
Dövlət tək sındılarsa, millət tək ucaldılar,
Səlcuqlu dövlətinin tərkibində qaldılar.
                        *  *  *


Munis
206
                             Tanrı dini əzəl gündən                                                        
Türk xalqına əyan olmuş!
Haqqı candan sevən Türklər
Bu yola baş qoyan olmuş!
Könüllü əxz etmiş dini,
Qırmamışdı ümidini,
İslamın dəyərlərini
Yadlardan qoruyan olmuş!
Gördükcə müqəddəsləri,
Artıb, coşub həvəsləri.
Göylərdən gələn səsləri,
Hamıdan tez duyan olmuş!
Türk adlanan, bilin, hamı,                                                 
Tanrıdan almış ilhamı!
Ona görə də İslamı,
Ərəbdən çox yayan olmuş!
Bu yolda keçsə də qandan,
Türk İslamı sevmiş candan!
Əməlləri o zamandan
Kainata bəyan olmuş!
        


Türkün dastanı
207
 Q Ə Z N Ə L İ L Ə R                                                     
Abbasi nəslindən xəlifə Məmun
Ən çox türklərdən almışdı dəstək.
Bütün bu işlərdən qalaraq məmnun,
Türklərlə yaxınlıq edirdi gerçək.
Türkəsilli olan yerli valilər
Rəhbərlik edirdi burda millətə.
Samanoğulları, bir də ki, bəylər
Sadiq qalmışdılar səmimiyyətə.
Fərqanə, Səmərqənd valisi Əhməd,
Gətirdi oğlunu hakimiyyətə.
Oğul Nəsir qurdu yeni bir dövlət,
Buxaranı başkənd seçdi dövlətə.
Sonra bu dövlətin baş komandanı
Alptəkin Xorasan əmiri oldu.
Onun da tarixdə qaldı ad-sanı,
Ünlü rəhbərlərdən o, biri oldu.
Səbük Təkin adlı başqa hökümdar,
Qəznədə müstəqil bir dövlət qurdu.
Qəznəli adlanan həmin iqtidar,
Səltənət taxtında xeyli oturdu.
1
1. Qəznəlilər dövləti  847–1040-cı illər arası yaşamışdır.
 


Munis
208
Zəbt edib burada bir çox yerləri,
Hindistan tərəfə səfərə çıxdı.
Ağır döyüşlərdən dönməyib geri,
Hind ordularını sındırdı, yıxdı.
Səbük Təkin oğlu taxta çıxanda,
İyirmi səkkizcə yaşı varıydı.
Gənc Mahmud Qəznəli xan olan anda                                   
Həddindən ziyada bəxtiyarıydı.
Səltənət taxtına hədsiz həvəsi,
Qəznəli Mahmudun üzünə güldü.
Onun sayəsində Qəznə bölgəsi
Böyük bir xaqanlıq halına gəldi.
Xarəzmi, İranın bir hissəsini                                                    
Mahmud ram eyləyib ələ keçirdi.
Bütün Hindistana yaydı səsini,
İqtidar sarıdan olmadı dərdi.
Düz on yeddi dəfə səfər eylədi,
Durub-dincəlmədən o, Hindistana.
Nə şaxta, nə isti onu əylədi,
Yetib, çatanadək şöhrətə-şana.
Hindistan üstünə olan səfərlər
Yaydı bölgələrə müsəlmanlığı.
Zəfərlər dalınca gələn zəfərlər,
Bərkitdi bu yerdə hökümranlığı.


Türkün dastanı
209
Banqladeş, Pakistan dövlətlərinin,
O vaxtdan qoyuldu himi, təməli.
Verdilər Mahmuda Sultan adını,
Quzey Hindistana qalib gələli!
Türklərdən birinci daşıdı Mahmud,
”Padşah“ ünvanını, ”Sultan“ adını!
Bu ünvan tarixdə yaşadı xeyli,
Türklər götürüncə ”Başqan“ adını!
Sərt təbiətliydi, olsa da adil,
Mahmud çox sevərdi şeri, sənəti.
Onun sayəsində bərqərar olmuş
Bölgədə ən güclü bir Türk dövləti.
                      *  *  *
Qəznə sarayında dörd yüzdən artıq
Elm adamı vardı, sənətkar vardı.
Hər kəs sənətinə diqqət yetirər,
Hər şair yeni bir söz yaradardı.
Yazmışdı Firdovsi həmin dövrdə,                                           
”Şahnamə“ adlanan şah əsərini.
Ancaq tərifləyib iranlıları,
Qəsdən unutmuşdu Türkün yerini!
Qəzəblənmiş buna Mahmud Qəznəli,                                   
Kəsmişdi şairə düşən dəyəri.


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə