Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə20/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   16   17   18   19   20   21   22   23   ...   90

48
№ 2 (14) Yay 2015 
 
Bənzərlikləri  də  var  idi:  hər  ikisi  pulu 
nəhayətsiz sevirdilər. Rəis büdcədən ayrılan 
pulu  çəkinmədən  yeyirdi,  amma  müavin 
ehtiyatla, bilinmədən yeməyin tərəfdarı idi. 
          Məhyəddin üzdə özünü müavinləri ilə 
mehriban  aparsa  da,  ürəyində  onların  heç 
birinə  əhəmiyyət  vermirdi.  Müəssisədə 
onun  icazəsi  və  ya  xəbəri  olmadan 
müavinləri  tərəfindən  heç  bir  iş  görülə 
bilməzdi.  Əslində,  o,  özünü  kiçik  dövlətin 
avtoritar başçısı kimi aparırdı.  
          Niyaz  rəisin  çıxışından  çox  da 
fərqlənməyən  uzun  nitqindən  sonra  köhnə 
növbədə  olmuş  bütün  əməkdaşlardan  səhər 
yoxlaması  zamanı  baş  verən  özünəqəsd 
hadisəsi  barədə  geniş  izahat  yazmalarını 
tələb etdi. 
          İzahatların  yazılması  və  müavin 
tərəfindən qəbul edilməsi günorta saat birin 
yarısınadək  çəkdi.  Növbədən  çıxan  yorğun 
əməkdaşları  həmişə  bəhanə  tapıb  evə 
getməklərini  saatlarla  ləngitmək  Niyazın 
sevimli  vərdişlərindən  idi.  Bu  gün  isə 
bəhanəyə  ehtiyac  qalmamışdı.  İclas  və 
izahatla  işçiləri  üç  saat  artıq  işdə 
saxlamışdı.  Köhnə  işçilər  onun  dözülməz 
xasiyyətinə 
bələd 
olduqları 
üçün 
dinmirdilər. 
Bu 
müəssisənin 
xüsusiyyətlərinə 
alışmayan 
başqa 
müəssisədən  bura  işləməyə  təzə  göndərilən 
dəstə  rəisi  Şərif  yenə  dözə  bilməyib 
müavinə şikayətləndi: 
           –Cənab  polkovnik-leytenant,  biz 
ötən gecəni burda növbədə qalmışıq, sabah 
tezdən yenə işə gələcəyik. Saat bir tamama 
az  qalıb.  Evə  çatanadək  axşam  düşəcək. 
Bizi  burax  bir  az  tez  çıxıb  dincələk,  evin-
ailənin qayğıları ilə də məşğul olaq... 
           –Cənab  kapitan,  nəzərə  alın  ki,  siz 
xidmətdəsiniz,  –  müavinin  əsəbiləşməsi 
boynunun  qızarmasından  hiss  olunurdu,  – 
zəruri  hallarda  sizə  istirahət  verilməyə  də 
bilər. Müəssisə kimin evinin yanındadır ki? 
Yolun  uzaqlığı  hamımız  üçündür.  Qaldı  ki, 
evinizdəki  qayğılara,  bunun  üçün  sizə 
həftədə  bir  gün  istirahət  günü  verilir. 
Çalışın həmin gün bütün işlərinizi görün. O 
biri  günlər  ev,  ailə  işlərinizi  qardaşlarınıza, 
bacınıza,  əmioğluna,  xalaoğluna  həvalə 
edin.  Rəisin  sözünə  mən  də  şərikəm, 
xidmətlə 
yaşamaq 
lazımdır. 
Yaddan 
çıxarmayın  ki,  siz  paqon  daşıyırsınız. 
Paqonu isə çiyninizə fors üçün yox, qulluq 
etməyə taxıblar...   
 
*   *   * 
          Gülbaxt 
cəzaçəkmə 
müəssisəsi 
ətrafdakı  yaşayış  məntəqələrindən  xeyli 
uzaqda, 
böyük 
daş 
karxanalarının 
əhatəsində  yerləşirdi.  Kənar  aləmlə  buranı 
səmadan savayı müəssisənin arxa tərəfindən 
hərdən  mişar  daşı  daşıyan  yük  maşınları 
keçən  dar  bir  yol  birləşdirirdi.  Bu 
yarımsəhralıqda boyu iki qarışdan çox olan 
kol  tapa  bilməzdin.  Onlar  da  yayın 
əvvəlindəcə 
susuzluqdan 
yanıb 
quruyurdular. 
Nəzarət 
buraxılış 
məntəqəsinin və onun yaxınlığında yerləşən 
müəssisə 
idarəsinin 
ətrafında 
bitən 
barmaqla  sayılacaq  qədər  ağaclar  kənardan 
daşınan  suyun  hesabına  mövcudluqlarını 
qorumuşdular.  Ağaclar  səhra  torpağının 
qüvvəsizliyindən  cılız  qamətləri  ilə  uzun 
illər əkilsə də, cavan ağaclara bənzəyirdilər. 
Zərif  mehin  ətrafdakı  karxanalardan 
oğurlayıb  gətirdiyi  narın  toz  bu  ağacların 
günboyu qonağı olurdu. 
          Müəssisədə  təmiz  havanı  əsasən 
yağmurlu  havada  udurdular.  Yer  azacıq 
quruyan  kimi  gözə  görünməyən  toz,  xırda 
qum  dənələri  yenidən  əsən  meh  ilə  öz 
varlığını hamının yadına salırdı.   
            –Mən  bilmirəm  burada  qazamatı 
hansı  ağıllı  tikdirib?  –  Uzun  illər  başqa 
müəssisədə  işləyib  keçən  qış  işinin  ixtisara 
düşməsi  səbəbindən  bura  göndərilən  dəstə 
rəisi ədliyyə mayoru Zəfər hər dəfə xidməti 
geyim  şapkası  –  furajkasının  tozunu 
çırpanda 
əsəbiləşib 
deyinirdi. 
– 
Karxanaların  arasında,  səhranın  ortasında  
türmə  tikərlər?  Elə  bil  məhkumlar  üçün 
yox,  qullar  üçün  tikiblər.  Məhkumu  qul 
hesab ediblər, işlədib xeyir qazanıblar. İndi 
karxanalar  olub  şəxsi,  burada  yaşayan  və 
işləyənlərə  isə  gecə-gündüz  qumla  nəfəs 
almaq qalıb... 
           Zəfər  haqlı  idi.  Keçmişdə  dövlətin 
karxanasında  işləyən  məhkumlar  indi  işsiz 


                            Üç aylıq ədəbiyyat dərgisi 
49 
 
qalmışdılar.  Çünki,  sahibkarlara  məhkuma 
pul  ayırmaqdansa,  qeydiyyata  salınmayan, 
əyalətlərdən gələn ucuz işçi qüvvəsi sərfəli 
idi.  Nəticədə  isə  cəzaçəkmə  müəssisəsinin 
karxanalar  arasında  yerləşməsinin  heç  bir 
əhəmiyyəti qalmamışdı. 
            –Ada baxginən, sən, – Zəfər davam 
edirdi, – Gülbaxt!.. Gül baxt yox, baxtı kül 
olanların  yeridir  bura.  Mənim  kimi 
çarəsizlərin... 
          Neçə  aylar  ötməsinə  baxmayaraq 
Zəfərin 
bu 
müəssisəyə 
işləməyə 
göndərilməsinə  peşmanlığı  bitməmişdi. 
Şəhərin  o  biri  qurtaracağının  ən  uc 
nöqtəsində yaşayan Zəfərin həftədə altı gün 
səhərlər  və  axşamlar  yüz  kilometrdən  çox 
yol  gəlib  getməsi  hər  dəfə  yadına  düşəndə 
necə  əsəbiləşirdisə,  bəzən  özünü  saxlaya 
bilməyib  işçilər  arasında  İslah  İdarəsinin 
kadr  şöbəsinin  rəis  əvəzi  işləyən  yerlisini 
söyürdü: 
            –Ay  kişi,  adamı  bir  işə  göndərəndə 
çağırıb  özünə  deyərlər,  insan  hesab  edib 
yaşadığı  yeri  nəzərə  alarlar.  Yoxsa  ki, 
gözünü  yumub,  sərfəsizlik  edib  işçini  hara 
gəldi göndərərlər?.. 
            –Günah onda deyil, – həmkarı, onun 
sayaq  başqa  müəssisədən  bura  “sürgün 
edilmiş”  digər  dəstə  rəisi  Şərif  də  Zəfərin 
sözünə laqeyd qalmırdı, – günah əmrinə qol 
çəkəndədir.  Qol  çəkən  maraqlanmalıdır  ki, 
nəyə qol çəkir, niyə qol çəkir? Kadra nə var, 
o, göstəriş yerinə yetirəndir. 
            –Bəs  vicdan?  Şöbənin  rəis  əvəzi 
məni  yaxşı  tanıyır,  harada  yaşadığımı  bilir. 
Heyf    ki,  yerlimdir,  torpağın  adını 
batırandır...  
            –Olmayan 
şeydən 
danışmazlar. 
Orada  əsasən  sənədə  baxırlar,  –  sağ  əlinin 
baş  barmağını  digər  qatlanmış  barmağına 
sürtdü,  –  başa  düşdün? Yerliliyin  məsələyə 
dəxli  yoxdu.  O  misra  yadındadı:  keçmə 
namərd körpüsündən, qoy aparsın sel səni... 
Görəsən Gülbaxta heç öz istəyi ilə işləməyə 
gələn  olub?  Buraya  ya  təzə  işləməyə 
başlayan  gələr,  ya  da  digər  müəssisədə 
işindən  çıxarılanlar  –  Gülbaxtın  yay 
aylarının 
qum 
tufanlarından 
xəbəri 
olmayanlar... 
            –Eh, yay nədi, – Zəfər əlavə etdi, – 
mən  heç  qışda  da  burda  təmiz  ağ  qar 
görmədim,  həmişə  sarımtıl  gördüm...  Bu 
tozun  ancaq  Məhyəddinə  xeyri  var,  çox 
olduqca  camaşırxana  ilə  hamamın  da 
müştərisi artır.  
          Şərifin  bəhs  etdiyi  qum  dumanları 
burada  ilin  hər  fəslində,  ən  çox  isə  yay 
aylarında  baş  verirdi.  On  gün  yağıntı 
olmaması kifayət edirdi ki, qum dumanının 
əmələ gəlməsinə şərait yaransın.  
            –Təbiəti  bir  yana,  işçi  kollektivinə 
nə deyəsən? Elə bil xidmətdə nə qədər pula 
həris  adam  var,  yığıb  bura  toplayıblar. 
Bütün  günü  çalışdıqları  ancaq  nə  yollasa 
pul  əldə  etməkdir.  Gördün  özünü  asmaq 
istəyən 
sanitarı? 
Guya, 
o, 
özünü 
üzdəniraqlığına  görə  öldürmək  istəyib? 
Yox,  məsələ  onda  deyil.  İllərdir  bu  insan 
çöldən  heç  nə  almadığına  görə  içəridə  də 
dilənməkdən  canı  boğazına  yığılıb,  əzab 
çəkməkdən  beztb.  Səhər  tezdən  gecəyədək 
zonun hər işini görürlər. Adlarına təsərrüfat 
işçisi kimi maaş yazılır. Ancaq, maaşlarının 
əvəzinə  üç-beş  manatlıq  çay-qənd,  siqaret 
verib  başlarını  aldadırlar.  Səsini  çıxaranın 
isə başından basırlar... 
            –Onlar  üçün  əsas  puldu.  O  pulun 
üzdənirağın,  ya  kimin  olmasının  nə  fərqi? 
Sabitliyin  olmasını  ən  çox  bilirsənmi,  niyə 
istəyirlər?  Gərginlik  olanda  gəlirləri 
dayanır, əksinə ziyana düşürlər. Bir məşhur 
məsəl var, balıq başdan iylənər. Rəisinin adı 
“kartofsatan  Məhyəddin”  olandan  sonra 
işçilərinə  nə  deyəsən?  Dustaqların  ərzağını 
satan adam başqa cür ola da bilməz...  
            –“Menyu” 
genişlənib, 
kartofun 
yanına  toyuq  əti  də  əlavə  olunub,  –  Şərif 
yaxınlarda olmuş hadisəyə işarə vurdu. 
          Rəis  Məhyəddin  məhkumlar  üçün 
nəzərdə  tutulan    bir  çox  ərzaqları 
müəssisəyə  gətirmədən  satdırmağı  az  imiş, 
bəzən  müəssisədən  də  gizlicə  satış  üçün 
ərzağı  çölə  çıxardırmış.  Bunu  bilən  qapıya 
və  müəssisənin  mühafizəsinə  nəzarət  edən 
əsgər  bölüyünün  komandiri  də  rəisdən 
etdiyi  qanunsuzluğa  göz  yummaq  üçün 
haqq  istəyir.  Məhyəddin  rəis  işlədiyi  illər 
ərzində belə komandirlərdən çox gordüyünə 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə