48
№ 2 (14) Yay 2015
Bənzərlikləri də var idi: hər ikisi pulu
nəhayətsiz sevirdilər. Rəis büdcədən ayrılan
pulu çəkinmədən yeyirdi, amma müavin
ehtiyatla, bilinmədən yeməyin tərəfdarı idi.
Məhyəddin üzdə özünü
müavinləri ilə
mehriban aparsa da, ürəyində onların heç
birinə əhəmiyyət vermirdi. Müəssisədə
onun icazəsi və ya xəbəri olmadan
müavinləri tərəfindən heç bir iş görülə
bilməzdi. Əslində, o, özünü kiçik dövlətin
avtoritar başçısı kimi aparırdı.
Niyaz rəisin çıxışından çox da
fərqlənməyən uzun nitqindən sonra köhnə
növbədə olmuş bütün əməkdaşlardan səhər
yoxlaması zamanı baş verən özünəqəsd
hadisəsi barədə geniş izahat yazmalarını
tələb etdi.
İzahatların yazılması və müavin
tərəfindən qəbul edilməsi günorta saat birin
yarısınadək çəkdi. Növbədən çıxan yorğun
əməkdaşları həmişə bəhanə tapıb evə
getməklərini saatlarla ləngitmək Niyazın
sevimli vərdişlərindən idi. Bu gün isə
bəhanəyə ehtiyac qalmamışdı. İclas və
izahatla işçiləri üç saat artıq işdə
saxlamışdı. Köhnə işçilər onun dözülməz
xasiyyətinə
bələd
olduqları
üçün
dinmirdilər.
Bu
müəssisənin
xüsusiyyətlərinə
alışmayan
başqa
müəssisədən bura işləməyə təzə göndərilən
dəstə rəisi Şərif yenə dözə bilməyib
müavinə şikayətləndi:
–Cənab polkovnik-leytenant, biz
ötən gecəni burda növbədə qalmışıq, sabah
tezdən yenə işə gələcəyik. Saat bir tamama
az qalıb. Evə çatanadək axşam düşəcək.
Bizi burax bir az tez çıxıb dincələk, evin-
ailənin qayğıları ilə də məşğul olaq...
–Cənab kapitan, nəzərə alın ki, siz
xidmətdəsiniz, – müavinin əsəbiləşməsi
boynunun qızarmasından hiss olunurdu, –
zəruri hallarda sizə istirahət verilməyə də
bilər. Müəssisə kimin evinin yanındadır ki?
Yolun uzaqlığı hamımız üçündür. Qaldı ki,
evinizdəki qayğılara, bunun üçün sizə
həftədə bir gün istirahət günü verilir.
Çalışın həmin gün bütün işlərinizi görün. O
biri günlər ev, ailə işlərinizi qardaşlarınıza,
bacınıza, əmioğluna, xalaoğluna həvalə
edin. Rəisin sözünə mən də şərikəm,
xidmətlə
yaşamaq
lazımdır.
Yaddan
çıxarmayın ki, siz paqon daşıyırsınız.
Paqonu isə çiyninizə fors üçün yox, qulluq
etməyə taxıblar...
* * *
Gülbaxt
cəzaçəkmə
müəssisəsi
ətrafdakı yaşayış məntəqələrindən xeyli
uzaqda,
böyük
daş
karxanalarının
əhatəsində yerləşirdi. Kənar aləmlə buranı
səmadan savayı müəssisənin arxa
tərəfindən
hərdən mişar daşı daşıyan yük maşınları
keçən dar bir yol birləşdirirdi. Bu
yarımsəhralıqda boyu iki qarışdan çox olan
kol tapa bilməzdin. Onlar da yayın
əvvəlindəcə
susuzluqdan
yanıb
quruyurdular.
Nəzarət
buraxılış
məntəqəsinin və onun yaxınlığında yerləşən
müəssisə
idarəsinin
ətrafında
bitən
barmaqla sayılacaq qədər ağaclar kənardan
daşınan suyun hesabına mövcudluqlarını
qorumuşdular. Ağaclar səhra torpağının
qüvvəsizliyindən cılız qamətləri ilə uzun
illər əkilsə də, cavan ağaclara bənzəyirdilər.
Zərif mehin ətrafdakı karxanalardan
oğurlayıb gətirdiyi narın toz bu ağacların
günboyu qonağı olurdu.
Müəssisədə təmiz havanı əsasən
yağmurlu havada udurdular. Yer azacıq
quruyan kimi gözə görünməyən toz, xırda
qum dənələri yenidən əsən meh ilə öz
varlığını hamının yadına salırdı.
–Mən bilmirəm burada qazamatı
hansı ağıllı tikdirib? – Uzun illər başqa
müəssisədə işləyib keçən qış işinin ixtisara
düşməsi səbəbindən bura göndərilən dəstə
rəisi ədliyyə mayoru Zəfər hər dəfə xidməti
geyim şapkası – furajkasının tozunu
çırpanda
əsəbiləşib
deyinirdi.
–
Karxanaların arasında, səhranın ortasında
türmə tikərlər? Elə bil məhkumlar üçün
yox, qullar üçün tikiblər. Məhkumu qul
hesab ediblər, işlədib xeyir qazanıblar. İndi
karxanalar olub şəxsi, burada yaşayan və
işləyənlərə isə gecə-gündüz qumla nəfəs
almaq qalıb...
Zəfər haqlı idi. Keçmişdə dövlətin
karxanasında işləyən məhkumlar indi işsiz
Üç aylıq ədəbiyyat dərgisi
49
qalmışdılar. Çünki, sahibkarlara məhkuma
pul ayırmaqdansa, qeydiyyata salınmayan,
əyalətlərdən gələn ucuz işçi qüvvəsi sərfəli
idi. Nəticədə isə cəzaçəkmə müəssisəsinin
karxanalar arasında yerləşməsinin heç bir
əhəmiyyəti qalmamışdı.
–Ada baxginən, sən, – Zəfər davam
edirdi, – Gülbaxt!.. Gül baxt yox, baxtı kül
olanların yeridir bura. Mənim kimi
çarəsizlərin...
Neçə aylar ötməsinə baxmayaraq
Zəfərin
bu
müəssisəyə
işləməyə
göndərilməsinə peşmanlığı bitməmişdi.
Şəhərin o biri qurtaracağının ən uc
nöqtəsində yaşayan Zəfərin həftədə altı gün
səhərlər və axşamlar yüz kilometrdən çox
yol gəlib getməsi hər dəfə yadına düşəndə
necə əsəbiləşirdisə, bəzən özünü saxlaya
bilməyib işçilər arasında İslah İdarəsinin
kadr şöbəsinin rəis əvəzi işləyən yerlisini
söyürdü:
–Ay kişi, adamı bir işə göndərəndə
çağırıb özünə deyərlər, insan hesab edib
yaşadığı yeri nəzərə alarlar. Yoxsa ki,
gözünü yumub, sərfəsizlik edib işçini hara
gəldi göndərərlər?..
–Günah onda deyil, – həmkarı, onun
sayaq başqa müəssisədən bura “sürgün
edilmiş” digər dəstə rəisi Şərif də Zəfərin
sözünə laqeyd qalmırdı, – günah əmrinə qol
çəkəndədir. Qol çəkən maraqlanmalıdır ki,
nəyə qol çəkir, niyə qol çəkir? Kadra nə var,
o, göstəriş yerinə yetirəndir.
–Bəs vicdan? Şöbənin rəis əvəzi
məni yaxşı tanıyır, harada yaşadığımı bilir.
Heyf ki, yerlimdir, torpağın adını
batırandır...
–Olmayan
şeydən
danışmazlar.
Orada əsasən sənədə baxırlar, – sağ əlinin
baş barmağını digər qatlanmış barmağına
sürtdü, – başa düşdün? Yerliliyin məsələyə
dəxli yoxdu. O misra yadındadı: keçmə
namərd körpüsündən, qoy aparsın sel səni...
Görəsən Gülbaxta heç öz istəyi ilə işləməyə
gələn olub? Buraya ya təzə işləməyə
başlayan gələr, ya da digər müəssisədə
işindən çıxarılanlar – Gülbaxtın yay
aylarının
qum
tufanlarından
xəbəri
olmayanlar...
–Eh, yay nədi, – Zəfər əlavə etdi, –
mən heç qışda da burda təmiz ağ qar
görmədim, həmişə sarımtıl gördüm... Bu
tozun ancaq Məhyəddinə xeyri var, çox
olduqca camaşırxana ilə hamamın da
müştərisi artır.
Şərifin bəhs etdiyi qum dumanları
burada ilin hər fəslində, ən çox isə yay
aylarında baş verirdi. On gün yağıntı
olmaması kifayət edirdi ki, qum dumanının
əmələ gəlməsinə şərait yaransın.
–Təbiəti bir yana, işçi kollektivinə
nə deyəsən? Elə bil xidmətdə nə qədər pula
həris adam var, yığıb bura toplayıblar.
Bütün günü çalışdıqları ancaq nə yollasa
pul əldə etməkdir. Gördün özünü asmaq
istəyən
sanitarı?
Guya,
o,
özünü
üzdəniraqlığına görə öldürmək istəyib?
Yox, məsələ onda deyil. İllərdir bu insan
çöldən heç nə almadığına görə içəridə də
dilənməkdən canı boğazına yığılıb, əzab
çəkməkdən beztb. Səhər tezdən gecəyədək
zonun hər işini görürlər. Adlarına təsərrüfat
işçisi kimi maaş yazılır. Ancaq, maaşlarının
əvəzinə üç-beş manatlıq çay-qənd, siqaret
verib başlarını aldadırlar. Səsini çıxaranın
isə başından basırlar...
–Onlar üçün əsas puldu. O pulun
üzdənirağın, ya kimin olmasının nə fərqi?
Sabitliyin olmasını ən çox bilirsənmi, niyə
istəyirlər? Gərginlik olanda gəlirləri
dayanır, əksinə ziyana düşürlər. Bir məşhur
məsəl var, balıq başdan iylənər. Rəisinin adı
“kartofsatan Məhyəddin” olandan sonra
işçilərinə nə deyəsən? Dustaqların ərzağını
satan adam başqa cür ola da bilməz...
–“Menyu”
genişlənib,
kartofun
yanına toyuq əti də əlavə olunub, – Şərif
yaxınlarda olmuş hadisəyə işarə vurdu.
Rəis Məhyəddin məhkumlar üçün
nəzərdə tutulan bir çox ərzaqları
müəssisəyə gətirmədən satdırmağı az imiş,
bəzən müəssisədən də gizlicə satış üçün
ərzağı çölə çıxardırmış. Bunu bilən qapıya
və müəssisənin mühafizəsinə nəzarət edən
əsgər bölüyünün komandiri də rəisdən
etdiyi qanunsuzluğa göz yummaq üçün
haqq istəyir. Məhyəddin rəis işlədiyi illər
ərzində belə komandirlərdən çox gordüyünə