Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə16/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   12   13   14   15   16   17   18   19   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
39 
 
həyətdə həyatla oynamaq olmur. 
adamı şəkildən şəkilə salır, 
ya niyə belədi...unamaq olmur. 
 
***  
bəlkə də yeganə uşağıydım ki, 
buludlar ağlıyanda, 
deyirdim ki... 
buludlar, sizin də atanız ölüb...? 
 
***  
o başqa bir hekayəydi... 
kimsə dedi ki, 
ölən qız durub oynasın! 
bir də baxdım, durna kimi süzürəm. 
 
*** 
 İçimdəki bütün şeirlər 
o balaca qıza oxşayır- 
çiçəkli donunu külək aparan qıza. 
Külək çiçəkli donunu aparanda, 
o balaca qız da 
çiçəkli donunun içindəydi. 
 
*** 
 telefonum sönülüdüsə... 
demək yoxam, 
yoxluğum üçün telefonu özüm 
söndürmüşəm. 
süni yoxluq yaratmışam 
təbii yoxluğumnan. 
 
özümə zəng edirəm, 
təzə yazdığım şeirdən... 
və qulaq asıram yoxluğumun səsinə. 
yoxluğum cavab verir yad səslə: 
-bu ömür əhatə dairəsi xaricindədir. 
 
əhatə dairəsi xaricindəyəm, 
söndürülmüş şəhərdə 
yağışları damların üstündə çiçəkləyən 
bir kəndin xatirəsini çəkirəm 
ciyərlərimə. 
 
daha vərəməm xərçənglərə... 
 
telefonum sonülüdüsə... 
ürəyimə zəng çatmır.  
 
*** 
ürəyim çoxdan köhnəlib... 
lap çoxdan. 
heç nəyə sevinə bilmədiyim, 
çöpə gülmədiyim vaxtdan, 
o vaxtdan... 
o vaxtdan ki, Əntiqə xala kəfənini 
qoltğunda gəzdirdi... 
və hər dəfə qoltuğunda kəfən 
bizə gələndə... 
elə bilirdim ki, qoltuğundakı 
noğul-nabatdı... 
deyirdim, ay Allah... 
bu arvad qoltuğundakı bükülünu 
nə vaxt açıb bizə pay verəcək, 
uşaqları sevindirəcək... 
amma Əntiqə xala kəfəninnən  
heç kimə pay vermədi... 
sonra da kəfənini geyinib getdi... 
taaaaaa gəlmədi.... 
əllərim ürəyimnən qabaq köhnəlib... 
elə həmin əldi, 
son dəfə atamın üzünə örtülən ipəyə 
ehmalca sığal çəkən əldi... 
elə ustuf sığal çəkirdi ki, 
elə bil atamı oyatmaqdan qorxurdu... 
amma mən atamın oyanmasını elə 
istəyirdim ki.... 
gözlərim köhnə gözlərdi...lap köhnə.... 
ayaqlarım da...çoxdannan qalıb 
deyəsən, 
umudlarım kimi qədim heç nə 
tanımıram içimdə, 
əski əlifbada oxuyuram dərdləri də... 
mən ən köhnə uşağıyam...uşaqlığın... 
və uşaqlığım da köhnəlib çoxdan, 
bircə saçlarım təzədi. 
 
*** 


40
№ 2 (14) Yay 2015 
 
heç bilirsən... 
bilmədiyin nələr var, 
daha nələr, daha nələr varıymış. 
sən biildiyin nağılların içində, 
hələ neçə bilməcələr varıymış. 
heç bilirsən, 
necə keçir ayrılıq, 
hər tərəfdən divar gəlir üstümə. 
bu təklik də kor Avdının gördüyü, 
görmədiyi nə var gəlir üstümə. 
yuxum qaçır, nə danışım sulara, 
bir çimirsiz göz danışım... 
bilmirəm. 
köhnə-kürüş yuxulardan arada, 
bəlkə suya az danışım, bilmirəm. 
yuxularım axıb getdi sularda, 
nə çin çıxdı, 
nə cin çıxdı sulardan. 
oxxay, dedim əyilib su içəndə
heç bilmirəm...ta kim çıxdı sulardan. 
heç bilirsən... 
necə oldu olanlar, 
olanları gördüm deyən olmadı. 
uşaqlığın qapısını, uşaq tək 
küləklərdən başqa döyən olmadı. 
nə Dəli var, nə Esi var yollarda, 
bir sevda var, hələ də yas saxlıyır. 
sən o qızı tanıyırsan bəlkə də
çəpərlərin arxasında ağlıyır. 
məktub yazıb, harda isə gizlədib, 
o məktubu ünvanına yollamır. 
elə bilir, utanmaqdı sevgi də, 
bu qız hələ sevgi nədir, anlamır. 
heç bilirsən... 
sonra...sonra...nə oldu, 
soyuq gəlir, o çiçəkli donumnan. 
bir də...bir də sənin adın gələndə, 
bir ütəlgi yoxluq keçir yanımnan.  
 
*** 
cavanlığında çox siqaret çəkən olub 
atam... 
gündə neçə qutu çəkirmiş. 
nənəm deyirdi ki, odu oda calıyırdı lap, 
camaatın uşağına süddən yanıq 
deyəndə, 
mənim balama da siqaretdən yanıq 
deyirdilər. 
anam xəstələnənnən sonra, 
siqareti tamam tulladı atam, 
anamın nəfəsi tutulurdu deyə. 
heç siqaret çəkənlərin yanında  
durmurdu, anama görə... 
deyirdi, üst-başımnan siqaret iyi gələr. 
amma hamımız bilirdik ki
atam siqaret dəlisidi... 
di gəl, anamı siqaretdən çox istəyirmiş, 
onunçün də siqareti tərgitdi. 
bir dəfə əmimə deyəndə eşitdim ki, 
ciyərləri darıxır siqaretdən otrü... 
evdə bircə mən bilirdim 
qardaşlarımın da gizli siqaret 
çəkdiyini... 
bir-iki dəfə çuğulluq eləmişdim də. 
atamnan sonra... 
sonra hər qəbir üstünə gedəndə
siqaret çəkən qardaşlarımın ikisi də 
hərəsi bir siqaret qoyurdu 
atamın başdaşının aşağısına. 
deyirdim ki, axı niyə? 
ikisinin də gözləri dolurdu. 
indi...indi...ehhh...indi... 
mən qəbristanlığa gedəndə 
üç siqaret aparıram... 
 
***  
mən sadəcə... 
əllərimin yaddaşından sildim çox 
şeyləri - 
bir yuva ilıqlığını, 
bir əl doğmalığını, 
bir də o saçların dəlisovluğunu. 
gözlərimin yaddaşından qovdum 
xəyalları... 
o vaxtdan gözlərim üşüyür, 
baxışlarımın üstü açıq qalıb, 
bir dağınıq tel gərək 
baxışlarımın üstünü örtməyə... soyuqdu. 


                            Üç aylıq ədəbiyyat dərgisi 
41 
 
mən sadəcə... 
sadəcə mən sevdalı deyildim. 
məktublar da sevdalıydı, 
sular da, 
hələ kağız gəmilər də. 
buludların ən sevdalısı yağardı onda. 
sevdalı yağışlarda islanardı dünya. 
mən sadəcə... 
zamanı divar saatında tapırdım, 
onu da qara əqrəblər aparırdı harasa. 
öz divar saatımızda əqrəbləri 
zaman bilib saxlasam da, 
qonşunun divar saatında axırdı 
bizim zaman da. 
heç bilmirəm bizim zamanın qonşunun 
divar saatında nə işi vardı... 
ya zaman hamının zamanıydı... 
mən sadəcə... 
şeirlər qədər sevmişdim həyatı... 
indi şeirlər də nəm çəkir. 
barmaqlarım ucundan damır... damır. 
nə desəm yalnız o güzgüdəki 
dəli qız anlayardı... 
indi o da yoxdu, 
güzgülər də məni anlamır. 
mən sadəcə... 
hüznləri dinləyə bilirəm. 
səsimin yaddaşında 
qəm soyuğu var... 
səsimin üstü açıq qalıb - 
zili üşüyür, 
bəmi üşüyür.... 
səsimin üstünü örtürəm. 
 
***  
hər şey elə kədərlidi ki... 
göy də ağlıyır gecə-gündüz, 
yarpaqlar da tökülür... 
və uzaqlar da qaralır uzaqda. 
bütün kölgələr kədəri anladır... 
kədəri anladır dostlarımın 
çiyninə düşən 
cənazənin kölgəsi də... 
mən heç cənazə kölgəsinin 
bu qədər hüzünlü olduğunu bilmirdim. 
hər şey o qədər kədərlidi ki... 
yazdıqlarımı yazannan sonra 
ağlıyıram... 
sonra...yazmadıqlarıma da ağlayıram. 
sonra kiçik qardaşımın çiyinlərindən 
sürüşən 
cənazə kölgələrinə hönkürürəm. 
və qardaşımın çiyinlərini qucuram, 
məni qucaqlayır cənazə kölgələri. 
nə çox dərd var çəkməyə... 
ürəyim liman kimidi dərdlərə, 
kölgələrə, 
cənazələrə, 
bir də ağlayan gecələrə. 
iliklərimə qədər kədərliyəm... 
hələ...hələ... 
bəzi gülüşlər də var
kimin dodaqlarında görsəm ağlayıram. 
hər şey elə kədərlidi ki... 
sular kimi çəkilsə kədər, 
yerində qardaşımın çiyinləri qalacaq, 
üstündə kölgələr...kölgələr! 
 
*** 
göyüzü olmayan yerin 
buludu olmur, qardaşım. 
yağışı yağmır, 
quşları uçmur, 
yolları getmir. 
havası qaranlıqdı, 
dünyası təkadamlıqdı, 
yolları yığılıb özünə, 
gün işığı düşmür üzünə... 
göyüzü olmayan yerin 
buludu mənəm, qardaşım- 
torpağın islanır hər gün. 
 
 
*** 
bir də bilirsən nə var... 
gözlərinnən xəlvət ağlamaq, 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə