Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə14/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   10   11   12   13   14   15   16   17   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
33 
 
nə əllərim o əl deyil, 
nə saçlarım o saçlar. 
hər gün məni dilim-dilim  
bir ayrılıq qucaxlar. 
 
yaşadıqlarımı unutmaq üçündü...bu şeir 
də, 
yazıb başımı qatıram həriflərlə. 
sonra həriflər söz olur, 
sonra sözlər ağrı olur. 
 
hara qaçıram üstümə yüyürür 
topal misralar. 
və şikəst şairliyimin 
dizlərində göynəyir 
yazmadığım  çox şeylər. 
 
iki duzlu göl gəzdirirəm 
gözlərimin yerində, 
iki qırılmış budaq kimidi qollarım.... 
və mən küləyin şəhərə yıxdığı 
gilənar ağacıyam. 
 
yaşadıqlarımı unutmaq 
üşündü...yaşamadıqlarım, 
daha yaşaya bilmirəm yaşadıqlarımı, 
heç yaşamadıqlarımı da yaşaya 
bilmirəm. 
sadəcə...qaraltım qalıb ayaqlarımın 
altında. 
sadəcə...kölgəm qalıb, 
kölgəm də qaranlıq düşən kimi 
qaranlığı çoxaldır. 
hələ də mən dəli  
elə bilirəm ki, qaranlıq hamının 
kölgəsidi. 
 
*** 
qaranlıqda yüyürənlərə.... 
gözüyumulu yazıram şeirlərimi... 
qaranlığa yazıram 
əl havasıynan. 
bir az payız yarpaqlarında varam... 
onnan yazıram, 
yazıram ki, qaranlıqlar da sevsin 
payız yarpaqlarının rəngini. 
bir az kəndin ağarmış torpaq yolunda 
varam... 
onnan yazıram. 
yazıram ki, qaranlıqlar da bilsin, 
bilsinlər ki, kəndimizin yolu qara yol 
deyil, 
yayda ağappaq olur gün döydükcə... 
bir az siqaretlərdə varam... 
onnan yazıram... 
yazıram ki, siqaret çəkən adamlara 
baxanda 
çox kədərlənirəm. 
elə bilirəm ki, siqaretin adıdı kədər. 
və mən kədər çəkə bilmirəm, 
kədər məni çəkir ancaq. 
gözüyumulu yazıram şeirlərimi.... 
qaranlığa yazıram, 
heç kəs görmür... 
korlar oxuyacaq. 
 
*** 
kimin nə vecinədir... necə üşüyür 
ağaclar, 
kimin nə vecinədir... necə üşüyür 
budaqlar... 
ya necədir... bu payız. 
payız kimi yorğunam...bir qadında, 
kimin nə vecinədir...  
necə üşüyür bir qadında bir qız. 
 
***  
döyülməyən qapıların arxasında... 
unudulmuşluğum yaslanıb köhnə 
qoltuqlara. 
ayağını hara bassan... 
cırıldayan döşəmə, 
süzülmüş pərdələr... 
süzülmüş pərdələrin arasından boylanan 
saralmış gün işığı... 
və gün işığından gözləri ağrıyan bir 
şair. 


34
№ 2 (14) Yay 2015 
 
bir şairdə nəmlənən xatirələr... 
pəncərələrdə gözləyər kimiysə. 
kimsə...varmı görən... 
yalnızlığı şeirə çıxan, 
ayrılığı şeirə çıxan, 
umudu şeirə çıxan... 
bir də şeiri şairə çıxan. 
döyülməyən qapıların arxasında... 
bir şeirdə unudulmuş şair var. 
mən ondan ayrılanda, 
əllərimi aldı şeir yazmağa. 
 
*** 
bir gəlməyən bahar qaldı 
bir gələn payızın arxasında... 
gülləri düyməydi- açmadı, 
buludu doluydu- yağmadı, 
küləyi burmaydı-əsmədi. 
amma mən islandım... 
islandım payızın arxasında 
gəlməyən bahara baxa-baxa. 
və...o bahar hələ də gəlmir, 
yəqin ki, 
heç gəlməyəcək də... 
siz də... anama demiyin
heç nə demiyin haaa. 
demiyin... 
sarı potusu çayda axan qızın  
bir gəlməyən baharda qaldığını.  
 
*** 
bilirsən, sevinmək nədir, oğlum! 
sənə uşaqlığımdan danışıram haaa... 
o vaxtlar sevinməyin başqa dadı 
varıydı... 
sevinmək - təzə don idi, 
əmimin Bakıdan kəndə gəlməyi idi, 
bir də şirniquş idi. 
ən böyük sevincim qonşu kəndə 
gedəndə 
ikimərtəbəli evləri şəhərə oxşadan 
qardaşımın 
məni aldatması oldu. 
o günü qızlara dedim ki, şəhər 
görmüşəm. 
harda? - soruşanda, 
əlimi qonşu kəndə uzatdım. 
onda elə bilirdim ki, iki-üç dənə 
sıralanmış evlərdi şəhər. 
elə sevinmişdim ki, heç əsil şəhəri 
görəndə 
bir o qədər sevinmədim də. 
bilirsən, sevinmək nədir, oğlum! 
ehhh... sən kənd uşağı deyilsən... 
sənə necə başa salım, nədir sevinmək - 
bir şirniquşa, 
bir təzə dona, 
bir də... nə bilim eee.... 
 
*** 
cıqqılı əllərim itdi 
kədərin böyük ovuclarında. 
indi kədərin böyük əllərinin 
qaranlıq küçələrində 
o cıqqılı əlləri axtarıram... 
yan-yörəmdən ötən insanların 
üzünə baxıram umudla... 
bəlkə o cıqqılı əllərin 
yerini bilən ola. 
amma elə məyus oluram ki... 
nəsə bir söz soruşmağa 
heç kimin üzündə şeir yoxdu. 
 
 
*** 
 heç getmədiyim yerlər var... 
həsrətimi çəkirlər, 
mənsiz darıxırlar. 
heç qaçmadığım yollar var... 
ayaq səslərimdən ötrü dəlidilər, 
addımların içindən addımımı axtarırlar. 
heç çıxmadığım ağaclar var... 
budaqlarında yerim göynəyir. 
və...bir divar nəm çəkir 
kölgə filmlərindən, 
filmlər nəm... 
divarlar nəm, 


                            Üç aylıq ədəbiyyat dərgisi 
35 
 
kölgələr nəm. 
heç tanımadığım kimsə... var, 
hələ də bilmir ki, 
həyatında mən əksiyəm. 
 
*** 
dünya oynamağa əl havasıdı, 
keçib boşluğunnan boşa dəyirəm. 
elə bilirəm ki, hələ də yazdı, 
yazın içində də qışa dəyirəm. 
yola yol çəkməkdən gözüm axsıyır, 
dodağım büdrəyir, üzüm axsıyır, 
ha şax deyirəmsə... sözüm axsıyır, 
axsıya, axsıya daşa dəyirəm. 
kölgəmin əli də əldi əlimdə, 
o qədər dillər var, dildi dilimdə, 
biri içimdədi, biri çölümdə, 
özüm öz gözümə qoşa dəyirəm. 
 
*** 
Mehrinin yoxluğuna... suallar 
sənnən əvvəl...nə varıydı, axı nə... 
heç bilmirəm... göy varıydı, görəsən. 
çox demirəm, gen demirəm, bir tikə 
yaşamağa yer varıydı, görəsən... 
nə varıydı...dəniz, dalğa, gəmilər, 
varıydısa, bilməmişəm niyə bəs. 
indiyəcən gözlərimin rəngini, 
aynalarda görməmişəm niyə bəs. 
gün varıydı...? 
günnənirdi sərçələr, 
uçuşurdu külək belə, meh belə? 
necə olub...o ağlağan gecələr
saçlarımda puçurlayıb şeh belə? 
sənnən əvvəl...yol varıydı getməyə- 
umud yolu, xəyal yolu, su yolu. 
bəs görəsən kimlər çəkdi ömrümə, 
ayrılığın qollarınnan bu yolu? 
heç bilmirəm...onda güllər açırdı, 
qış gedirdi, yaz gəlirdi beləcə? 
saçlarının uclarıyla oynayan, 
bir utancaq qız gəlirdi beləcə? 
onda...suya ay işığı düşürdü... 
xəlvətlərdə görüş-filan olurdu? 
adam durub öz-özünnən küsürdü, 
sevmək üçün nəsə...yalan olurdu? 
nə varıydı, kim varıydı...ya nələr, 
söz varıydı...səssizlikdə dinməyə? 
yer kürəsi dayansaydı bir kərə, 
harda isə... yer varıydı enməyə? 
sənnən əvvəl...heç bilmirəm, bilmirəm, 
bu dünyada sən varıydın, görəsən. 
sənnən sonra...demirəm e, demirəm, 
sənnən əvvəl mən varıydım görəsən. 
 
***  
unudulmuĢluğun unudulmaz 
Ģeiri... 
elə ola... 
unudasan birdibli, 
sən biləsən, bilməyənlər bilməyə. 
xatirinə hamı gələ, gələ eyyy 
bircə dənə o gəlməyə, gəlməyə. 
 
darıxasan, karıxasan içində, 
görəsən ki, nəsə...nəsə çatışmır. 
xəyalında o adları düzəsən... 
bəlkə Süsən, 
bəlkə Nisə çatışmır. 
elə ola... 
yaddaşını siləsən, 
o sevdadan bir atardaş qalmaya. 
ürəyində buluda da yer ola, 
bircə ona yer olmaya-olmaya. 
darıxmağın əllərində titrəyə, 
barmaqların yuxu görə...görərmi... 
əllərinin yuxusuna bir gecə, 
o saçların sığal payı girərmi.... 
elə ola... 
unudasan hər şeyi, 
unutduqca...aynalardan keçəsən. 
qəfil gözün gözlərinə sataşa, 
gözlərinə deyəsən ki...necəsən...? 
getmədiyin yerlər gələ yadına, 
yaddaşının boşluqları dola da. 
bu heyində...unutduğun o yerdə, 
olmayanlar...elə ola, ola da. 
elə ola...belə ola...ola da! 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə