Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə12/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   8   9   10   11   12   13   14   15   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
27 
 
Döyüş  bitdikdən  sonra  görürlər  yıxılıb 
torpağın  üstə.  Onu  götürürlər,  döyüş 
meydanından çıxaran məqamda bir mərmi 
gəlib  düşür  üstlərinə,  hamısı  tələf  olur  və 
Cəmilin  döyüşləri  də,  ömrü  də  bitir 
bununla.  Polk  komandiri  Belkinin  döyüş 
vaxtı yazdığı bu  məktubdan biz sonradan 
xəbər 
tutduq. 
Cəmildən 
çox  razı 
danışırdılar:  “Hansı  ağır  vuruş,  çətin 
əməliyyat  oldu,  onun  vzvodunu,  rotasını 
göndərirdik.  O  ən  çətin  tapşırığın 
öhdəsindən gəlirdi”. 
O  zaman,  45-ci  ilin  martında 
Cəmilin  Sovet  İttifaqı  Qəhrəmanı  adına 
layıq görüldüyü vaxt artıq bizə altı aydan 
artıqdı  məktubu  gəlmirdi.  Anası  Tavadı 
ovundururduq: 
“Sağdır, 
yaralanıb, 
gələcək”.  Özümüz  də  bir  az  inanırdıq. 
Ağlımıza  gəlirdi,  bəlkə  belədir.  Onun 
yüksək ad almağı münasibətilə Cəbrayılın 
raykom 
katibi 
Qəhrəmanov, 
rayon 
başçıları ilə bizə – köhnə evimizə gəldilər. 
Bir  qoyun,  ərzaq  da  gətirmişdilər. 
Qonaqlıq da oldu həyətdə.  
Məktublarından  bilirdik,  alay 
komandiri də onun döyüşdüyü yerləri, son 
dəfə  keçib  getdiyi  Polşa  torpaqları 
barəsində  yazmışdı.  1963  və    68-ci  ildə 
(dəqiq  öyrən,  dəftərçəyə  bax)  getdim. 
Məni  Polşa  Xalq  Respublikasına  gedən 
nümayəndə  heyətinə  salmışdılar.  Özü  də 
bilirdilər  ki,  qardaşım  orada  döyüşüb, 
məzarı  da  oradadır.  Mən  onun  ardınca 
gedirdim.  Moskvadan  nümayəndə  heyəti 
belə  idi  :  Oqnya  Barto  –  tanınmış  uşaq 
şairəsi,  Prut  –  kinossenarist,  geniş 
yayılmış  “Onüçlər”  filminin  ssenarisini 
yazan,  “Neva”  jurnalının  redaktoru 
Voronin. 
Dörd  yazıçıdan  ibarət  heyət 
Polşaya  yola  düşdük.  Onda  mən 
tanınmırdım,  hələ  heç  Moskvada  kitabım 
çıxmamışdı.  Polşa  respublikasına  qatarla 
yollandıq. Varşavada SSRİ səfirliyinə baş 
çəkdik.  Mən  əhvalatı  danışdım,  orada 
səfirliyin  mədəni  işlər  üzrə  attaşesi 
Konstantinovdu, səfirsə Aristovdu, vaxtilə 
Sov.İKP MK-nın katibi olmuşdu. 
 (davamı olacaq) 
BİR KİTAB ŞEİR 
ə
 
*** 
deyirlər vaxt gəlir yaralar keçir, 
sonra da ömürdən qaralar keçir, 
bilirsən...fikrimdən haralar keçir,         
haralar keçirsə... sən soyuğudu. 
 
elə də belədi, belə də elə, 
hələ...yazın gedə, payızın gələ, 
bir gün də üzünə ayrılıq gülə, 
görəsən... yetimlik kim soyuğudu. 
 
yanasan...odunda qanadın yana, 
 
bir qız kibrit çəkə, bir qadın yana, 
gün elə bata ki, həyatın yana- 
biləsən günsüzlük... mən soyuğudu.  
 
*** 
axşama bulud var gözlərimdə, 
sabaha külək var saçlarımda. 
içimdə ən böyük yerdi ürəyim - 
bütün enişlərə. 
və bütün enişlər ürəyimə düşür. 
hansını deyim, qadam...? 
qaranlıq bir düşür, 
ayrılıq bir düşür, 
bənövşələr də ki həmişə düşür. 
  
irəlidə qaranlıq var ürəyimdə, 
irəlidə ürəyim var qaranlıqda. 
heç bilmirəm hansı fəsili sevirəm indi, 
fəsil adında nə var dünyada? 


28
№ 2 (14) Yay 2015 
 
gül var, isti var, soyuq var... 
  
soyuq bir fəsildi elə- 
torpağın soyuğudu bütün soyuqlar, 
torpağın üzüdü bütün qəbirlər
torpağın üzü kimi soyuyuram. 
  
elə gün olur ki, 
qəbir olduğumu düşünürəm. 
elə gün olur ki, 
həyata qəbirlərdən düşürəm. 
ilin on iki ayında itirdiklərim var, 
nə çoxdur itirdiklərim- 
mən... sən... o... onlar. 
  
heç yoxluğumu da fərq etmir anam, 
elə bilir ki... varam. 
  
axşama bulud var gözlərimdə, 
sabaha külək var saçlarımda. 
salamlar sıralanır əllərimdə, 
vidalar boyun büküb ovuclarımda. 
salamlarla vidaları qarışdırıram. 
bir ovuc duadı ömür, 
bir ovuc ömürdü dualar. 
  
mən ən çox anama yanıram... 
nə baharlarını soruşuram
nə payızlarını... 
bilmirəm nə söyləyim. 
o biri oğlununun da tabutu üstünə 
gedəndə, 
bircə söz söylədi güllə kimi: 
vurun məni, öldürün!  
bu önsözdü hələ- 
küləklərə, buludlara, anama... 
bir də itirdiklərimə, 
bir də balalarıma. 
  
üəryimə eniş elədikcə ayrılıqlar, 
ürəyimi çaldıqca ağrılar, 
öz-özümə deyirəm: 
eyyy dəli qız, səndə də yaşayış var!  
  
*** 
Mən belə gedirəm, belə yüyürür, 
mən belə gəlirəm, gələ yüyürür, 
elə ayaq açıb, elə yüyürür- 
məni ötüb gedir dərdlərim belə. 
 
Sözü də çürüdür, çürüdür söz-bez, 
dərdin dumanında yolu sez ki sez
əvvəl dalaşardım, küsərdim tez-tez- 
indi barışmışam dərdlərim ilə. 
 
Bir yola düşürəm, yol dərdə çıxır, 
ol dərddən başlayır, öl dərdə çıxır, 
üz tutub hayana getsəm də, axır - 
mən gedib çıxıram dərdlərimgilə.  
*** 
bir damla qız qaçır gözlərimdən... 
və şeirlər çiçəyini tökür ürəyimin içinə, 
sonra barmaqlarım... 
ah...bu barmaqlarım! 
barmaqlarım ölsün şeir yazdığı yerdə. 
 
*** 
keçəsən bir şair 
ruhunnan belə, 
başına bir şeir 
sıxıb gedəsən. 
sənnən gedənlərin 
yolunnan çıxıb, 
bir ayrı tərəfə 
çıxıb gedəsən. 
  
elə gedəsən ki, 
izin silinə, 
izinə düşənlər 
aza izində. 
kiminsə yuxusu 
aza gözündə, 
kiminsə gözləri 
üzə üzündə... 
  
hələ barmaqların, 
o barmaqların... 
ikicə kəlməlik  


                            Üç aylıq ədəbiyyat dərgisi 
29 
 
çiçəkdən keçə. 
o sevir...bənövşə 
bəndinə düşə, 
o sevmir...bir soyuq 
üzükdən keçə. 
  
bütün xatirələr 
yanıq qoxuya, 
məktublar yananda 
ucunnan yana. 
küncünnən alışa 
gizli sevdalar, 
bir qız umudları 
saçınnan yana... 
  
həsrətlik sığallar 
payıza düşə, 
kölgəsi tökülə 
yaş ağacların. 
o kimsə qəfildən 
qarşına çıxa, 
əlləri deyə ki, 
-hanı saçların...? 
 
 *** 
 ikicə kəpənəkli bantdan sonra... 
saçlarımın uşaqlığı itdi. 
saçlarım böyüdü əllərimnən qabaq... 
  
əllərim cibimdə uşaq qaldı. 
sonra şeirlərin arasında gizləndi. 
hərdən əllərimin uşaqlığını gizlədirəm 
saçlarımın böyüklüyündə... 
sonra...barmaqlarıma dən düşür. 
  
*** 
 ağlımın ucundan keçməmişdi də... 
mən qəmi yıxaram, qəm məni yıxar ? 
bəlkə də bilmirəm...nə bilim elə, 
cırtdan məni yıxar, cin məni yıxar. 
 gediş silələmə, gəliş kəm gələr
sevinc tək gələndə, kədər cəm gələr, 
özüm də bilmirdim, elə gün gələr, 
o günün içində gün məni yıxar. 
 bir sevgi yüz belə aşrımdan keçir, 
ütülər qırışdan, qırçından keçir, 
əvvəlin axırı uçrumdan keçir, 
uçrumun ağzında kim məni yıxar. 
 bir ömrün bəndini su yıxmasa da, 
ona umudumu o yıxmasa da, 
məni bu sel var ha, bu yıxmasa da, 
elə gün gələr ki,...mən məni yıxar. 
 
 *** 
 silinmiş bir şeirin xatirəsi kimi... 
gözümə qaçır içində quşları 
gecələməyən 
yuvaların kədəri. 
hələ quşları uçmayan göy vardı... 
hələ qağayıları sahildə ovcuma baxan 
dəniz... 
mənimsə ovcumda bir vida. 
bir vidaya köynəkdi ovcum, 
köynəyini soyundura bilmirəm vidanın. 
və...bu şeirin də ürəyi quş ürəyi
çırpınıb uçdu qağayıların göyündən, 
silinmiş bir şeirin xatirəsi kimi... 
və... 
bütün açıq yaralarıma şeir basıram, 
cızzzz....eliyir. 
 
*** 
bir yanğınlıq şeir qaldı uşaqlardan, 
bir yanğınlıq hekayə qaldı qızlardan… 
nə sevda şeiridi, 
nə sevgi hekayəsi… 
bir…yanan su hekayəsidi, 
bir…yanan bulud şeiridi. 
yazdıqca…barmaqlarımın cızdağı çıxır. 
və…bir yanğınlıq ömürdü həyat… 
bir yanğınlıq həyatdı ömür. 
daha bilmirəm neyniyəcəm… 
bilirsən…necə yanıqlıdı, 
-oyuncaqların üzünə baxa bilmiyəcəm. 
*** 
yenə…akasyalar çiçəkləyəcək… 
yanıq uşaq qoxusu yayılacaq bahardan. 
bahar gələcək… 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə