Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə9/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   5   6   7   8   9   10   11   12   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
21 
 
“Yaxşı  oxusan,  sənə  çəkmə  alacam. 
Velosiped 
alacam”. 
Mən 
onların 
siyirməsini 
töküşdürürdüm, 
özləri 
olmayanda.  Gözəl,  alabəzək  qalstukları 
vardı.  Karyagin  Cəbrayıla  nisbətən  daha 
tez    “mədəniləşmişdi”.  Ziyalısı  çoxdu  bu 
şəhərin.  Hələ  o  vaxt,  qalstuk  bağlamağa 
başlamışdılar. 
Mənim  Karyagində  oxumağım 
belə olmuşdu . 
Otuzuncu  illərin  əvvəllərindən 
başlayaraq  “savadsızlığı  ləğv”  şüarı  işə 
düşmüş, 
savad  kursları  yaranmağa  
başlamışdı. 
Əyalətdə, 
rayon 
mərkəzlərində,  hətta  kəndlərdə  yazı-pozu 
öyrədir,  qoca-yaşlı  adamlara  da  yazıb-
pozmaq 
dərsi 
keçirdilər. 
Məktəb 
şagirdləri,  yuxarı  siniflərdə  oxuyan 
oğlanlar,  qızlar    qonşulara  təhkim  edilir, 
məhlədə  savadı  olmayanlara  əlifba,  yazı-
pozu  öyrədirdilər,  axşamlar  dərsdən 
qurtarandan  sonra.  Qardaşım  Cəmilgil 
şagird  ola-ola  bir  növ  məhlənin,  qapı-
qonşunun  müəllimi  olmuşlar.  Qocalar, 
savadsız 
qadınlar 
bu 
dərslərə, 
savadlanmağa  böyük  maraq  göstərir, 
həvəslənir, yuxarı sinif şagirdləri də qapı-
qonşunu, 
qohumları, 
yerliləri 
savadlandırmaqla ölkəni bürümüş mədəni 
yüksəlişdə iştirak edirdilər. Guya bununla, 
qarıların,  evdar  arvadların  əlifba,  yazı-
pozu oxuması ilə işlər düzələcəkdi. Bunun 
üstündən,  kurslar  açılmış,  sənət,  peşə 
məktəbləri işə qoşulmuşdu. 
Məhəmmədəli  babamın  böyük 
oğlu,  mənim  böyük  dayım  barədə 
demişdim.  Ondan  kiçiyi  Dədəli  kənd 
məktəbinin  müəllimi  Əbil  dayım  da 
müharibə başlayan təki getdi. Çağrış yaşı 
idi.  O,  tankçı  idi,  tank  vzvodunun 
komandiri,  kiçik  leytenantdı,  beləcə 
ulduzlu  paqonla,  hər  çiynində  bir  ulduz, 
furaşkalı  şəklini  də  göndərmişdi.  Dolu, 
möhkəm,  qarabuğdayı,  qızğın  ,  istiqanlı 
oğlan…  Onun  tankını  vurdular,  özü  də 
döyüşdə,  tankın  içində  yanmışdı,  bu 
barədə 
evlərinə 
hissədən 
məktub 
gəlmişdi.  Ortancıldan  kiçik  oğul  Səfər 
dayım 
– 
cavanlıqdan 
səhnəyə 
meyillənmişdi,  o  da  Səkinə  xalam  təki, 
artistlik  eləyirdi.  Arada  gedib  Bakıda 
rəssamlıq  məktəbinə  girmişdi.  Füzuli 
teatrının  səhnə  tərtibatı,  dekor  işini  o 
görürdü.  Biz  onunla  öyünürdük,  “teatr 
çıxarırdılar”.  Cəbrayıla  da  arabir  gəlir, 
tamaşa,  səhnə  əsəri  göstərirdilər.  Onun, 
Səfər  dayımın  sayasına  biz  artistləri, 
oxuyub 
çalanları 
tanıyırdıq. 
Yer 
olmadığından,  artistlər  qastrola  gələndə 
hərəsi  burada,  Cəbrayilda  bir  tanışın 
qonağı  olur,  tamaşa  gedəsi  günlərdə 
onlarda  qalırdılar.  Səfər  dayım  bəzən 
Ağabalanı  –  Abdullayev,  bir  erməni 
aktrisası  vardı  onu,    bir  gözü  mayıf 
Mürşüd  Haşımlını  bizə  gətirirdi.  Anam, 
atam  artist  tayfasını  arsız,  sırtıq,  qaraçı 
sanırdılar.  Elə  ki,  darvazamızda  Səfər 
dayım bir neçə yoldaşı ilə görükdü, Tavad 
deyinirdi: “Gəldilər”! 
Səfər  dayım  da  müharibəyə 
getdi.  Tezliklə  əlindən  yaralanıb  qayıdıb 
gəldi  və  ömrünün  axırınadək  Karyagin 
teatrında  işlədi.  Komikdi,  bununla  belə 
onun  Qacarı  unudulmazdı.  Yaxşı  artist 
sayılırdı. Amma mədəniyyət naziri bir ara 
öz  yerliləri,  karyaginli  olsa  da,  ömrünü 
teatra  vermiş  bu  qabiliyyətli  kişiyə,  heç 
bir  ad-filan  vermədilər.  Əritdi  ömrünü 
teatr,  sənət  üçün,  eləcə  də  adsız-sansız 
rəhmətə  getdi.  Oğlu  Elxan  qalıb,  qızı 
Brilyant. Qız atası kimi sənətə meyl salıb, 
oxuyandı – müğənnidi. Amma oxuduğunu 
mən  görməmişəm.  Onun  məclisində 
olmamışam. Elxan bir ara dükanda işlədi, 
tutuldu,  ilişdi,  yatdı.  O  gün  Yasamal 
bazarında  görmüşəm.  Qaçqındılar,  balıq 
alverilə ailəsini saxlayır. Arvadı qanacaqlı 
qızdı.  İki-üç  kərə  avtobusda  Yasamala 
gələrkən 
məni 
tanıyıb,  salamlaşıb, 
demişəm  gəlin  bizə.  Hər  kəs  başı  
hayında,  qaçqınlıqda  ömür  sürüb,  bir 
təhər dolanırlar. 
 Səfər 
dayımdan 
balacası 
Səmayə  xalamdı.  Səmayə  xalam  gözəldi. 
Nə  Karyagində,  nə  də  Cəbrayılda  o  boy 
buxunda,  o  gözəllikdə  qız  tapmazdın.  İri, 
qonur  gözlü,  ağ-maya.  Qıçları,  qolları 
qulac-qulac, 
çöhrəsi 
kövrək, 


22
№ 2 (14) Yay 2015 
 
doluxsunmuş.  O,  da  siftələr,  deyəsən, 
qardaşı  Səfərin  tovlamağı  ilə  səhnəyə 
meyillənmişdi.  Yaxşı  da  səsi  vardı,  gur, 
qəhərli,  zil  səda  idi.  Ağa  adlı  birisinə  ərə 
getdi.  O  da  ucaboy,  xalama  yaraşan  bir 
oğlandı.  Müharibədə  oldu,  yaralanmışdı 
orada,  Lənkərana  gəldi.  Bir  müddət 
Lənkəran  şəhərinin  hərbi  komendantı 
oldu. Axır illər Füzulidə inşaatda çalışırdı. 
Bizim  ana-babamız,  Məhəmmədəlinin 
yurdunda,  yerin  aşağısında  görünür, 
bunların  icazəsilə  bir  mülk  də  qaldırdı. 
Səliqə-sahman  yaradandı.  Ev  tikdi,  alt-
üst.  Hər  istirahəti  qaydasında.  Təəssüf,  
sonralar  uşaqları  böyüyüb  evlənmək 
həddinə çatdıqda  Ağa başqa qadına uydu. 
Onunla yaşamağa başladı. Hərdən bu evə 
də  baş  çəkirdi,  gəlib  gedirdi,  xalam  bir 
söz  demirdi.  Özləri  kimi  gözəl,  ağappaq, 
boy-buxunlu  qızları,  yaraşıqlı,  boylu-
buxunlu  böyük  oğlu  Elman,  balacası 
Səməd, ona Ağa atasının adını qoymuşdu. 
Elman  xalaoğlu  oxudu,  hüququ 
qurtardı,  ona  tələbəliyində  Vaqif  xeyli 
kömək  elədi.  Axtarıb  Elman  Vaqifi 
tapırdı,  bicdi,  zirəngdi,  “almaq  yerini” 
bilirdi. Elə ki, bir  yığıncaq, MK  plenumu 
olurdu,  konfrans  çağırılırdı,  katiblə 
Bakıya    yığıncağa  gəlirdilər,  Elman 
Vaqifi 
axtarıb 
qonaq 
evi, 
mehmanxanaların birində tapır, ondan pul 
alır,  beləcə  başını  dolandırırdı.  Qurtardı, 
uzun  illər  prokurorluqda  işlədi,  prokuror 
köməkçisi.  Bir  ara  ilişmişdi,  İxtiyar 
Şirinov  Respublika  prokuroru  olanda  nə 
üstəsə  onu  çıxartmışdı.  Mən  kömək 
elədim, 
Sabir 
Rüstəmxanlı 
ilə 
görüşdürdüm,  kiminləsə  danışdılar,  axır 
ki,  respublika  prokurorunun    əmrini  geri 
oxutdurub, onu yerinə qaytara bildik. İndi 
təqaüddədir. 
Mənimlə 
Məhəmmədin 
ardınca  o  getmişdi.  Təsvir  eləmişəm 
“Axirət sevdası”nda. 
Səməd  qaçqındı.  Özü  də  İbiş 
dayımın böyük qızını aldı, uşaqları olmadı 
neçə  il,  indi  olub,  yaşayırlar.  Füzulidə 
taksi  sürürdü,  həmin  maşını  –  QAZ  24, 
köhnə maşındı, aldı, Bakıda işlədir. Qızlar 
da hərəsi bir evə gəlin getdi. Hərə bir ailə 
qurub,  ev-eşik  düzəldib  yaşayırdı.  Quduz 
ermənilər  qoymadılar.  Çöllərə  saldılar 
dinc,  rahat  yaşayan  milləti.  Gör  indi  nə 
gündədirlər, 
çadıra, 
dəlmə-deşiyə, 
yataqxanalara, 
hara 
gəldi 
sığınıblar. 
Gözləməkdən  gözdərinin  kökü  saraldı. 
NƏ VAXT QAYIDACAQLAR ? 
Şura  xalamın  əri  Mürvət  Şıxlıda 
kolxozun  mühasibi  idi,  vaxtsız,  cavan 
öldü.  Şuranın  iki  oğlu,  qızı  qaldı,  xalam 
özü  də  Mürvətdən  qabaq,  cavankən 
rəhmətə  getdi.  Uşaqlar  böyüyüb,  evlənib, 
ev-eşik  düzəltmişdilər.  Onlar  da  yəqin 
indi qaçqınlıqdadırlar. 
 Bu  da  bizim  ana  tayfamız. 
Dayılar,  xalalar,  baba,  nənə,  qohum- 
qardaş.  Babam  Məhəmmədəli  və  Əsmət 
nənəmin  ömrünün  son  çağları  nisgilli 
keçdi.  Məhəmmədəli  babam  ömrünün 
axırına  macal  havalanmışdı.  Deyirdilər 
İbiş  uzaqdadır,  oğlunun  xiffətindən 
kişinin başına hava gəlmişdi. Elə o kökdə 
də  onda  görürdük,  gəldi  Cəbrayıla.  Ziba 
ilə  mən  uşaq-görürdük  budur  babamız, 
başında buxara papaq, bəstə boy kişi girdi 
darvazadan,  davranışından  qorxurduq. 
Öldü.  Əsmət  nənəmin  rəhmətə  getdiyini 
mən  birinci  kursda  oxuyanda  eşitdim. 
Mirmanov  İbişlə  qarşılaşdıq  Bakıda, 
küçədə  və  dedi:  “Əsmət  nənən  də  öldü”. 
Mən nənəmin yasına gedə bilmədim. 
Qocaların  ömrü  belə  başa  çatdı, 
hələ  ondan  sonrakılar  da  Səmayə  xalam, 
Səfər  dayım  hamısı  köçdülər  o  dünyaya. 
Övladları, 
övladların 
övladları 
böyüməkdə,  kükrəyib  artmaqdadırlar. 
Dünyanın  işi  belədir,  boşalır,  dolur, 
gedirlər, gəlirlər. 
Beləliklə, ata və ana sarıdan soy-
kökümüz,  qohum  -  əqrabalarla  tanış 
elədim.  İstər  ata  babam  –  Molla  Bəkir, 
istər  ana  babam-Məhəmmədəli.  Ondan  o 
yana,  dərinə  getməyə  gücüm  çatmır, 
arxivlərdə  də  inanmıram  bir  şey  tapam. 
Bir-iki yol Cəbrayılın arxivində olmuşam, 
müdiri  İbiş  oğlu  Famildi,  orta  məktəbdə  
mənimlə  oxumuşdu.  Verdi  sənədləri 
baxdım,  yaşımızı  dürüst  öyrənmək 
istəyirdim. O da olmadı, özgə bir sənəd də 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə