Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə5/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   2   3   4   5   6   7   8   9   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
13 
 
becəriblər. Bu kənd gah Bərdə üstə gedib, 
gah  Ağcabədi.  M.F.Axundovun  hansı 
komediyasındasa :“Ləmbəran baramaçısı” 
sözü də var.  
Molla  Bəkir  Cəbrayıla  oradan 
gəlib.  Molla  Bəkiri  biz  görməmişik. 
Amma  onu  görənlər  qalırdı.  Vaqif 
Minbaşılıda sovxoz direktoru olanda, mən 
onunla  hərdən  kəndə  gedirdim,  Fətəliyev 
Əyyubun  atası  dururdu,  doxsandan 
keçmişdi  yaşı.  O,  mənə  Molla  Bəkir 
barədə  danışırdı:  “Lap  yaxşı  yadımdadır. 
Gəlirdi,  taxıl  biçini  vaxtı”.  Hər  ruhani, 
mollanın  öz  kəndi  vardı.  Görünür,  biçin 
vaxtı  da  gedib,  oradan  paylarını 
alırmışlar.  Başqa,  babam  barədə  heç 
Məmmədən  də  bir  elə  söz  eşitməmişəm. 
Atam  öz  nəsil,  nəcabəti,  ata,  babası 
barədə danışmaz, susardı. Niyə, bilmirəm. 
Bircə  onu  bilirəm  ki,  babam  Molla 
Bəkirin  Ləmbərandan  çıxmağı  eləcə  adi 
köç  olmamışdı.  Orada  ağır  hadisə  baş 
vermişdi, qan düşmüş, ölüm olmuşdu. 
Hadisədən  sonra  Molla  Bəkir  və 
bütün  o  tayfa  baş  götürüb  kənddən 
uzaqlaşmışdı.  Bəs,  niyə  Cəbrayıla, 
Arazqırağına, Mərcanlıya gəlmişdilər? Bu 
da 
sualdır.  Mərcanlıda,  Cəbrayılda 
bunların  əzəldən  düşən  yeri,  qohum-
əqrabası  olmuşdumu?  Yoxsa  təsadüfdü, 
bilmirəm.  Mərcanlıların  özləri  də  axı 
haradansa gəlmədilər. O torpaqlar əslində 
Maralyanındır.  Babam 
Ləmbərandan 
subay  gəlib.  Gəlib  Cəbrayılda  evlənib. 
Onda  o,  atası,  əmisi  ilə  birlikdəmi  gəlib, 
ya necə? Bu da  bilinmir. Bunlar çox uzaq 
tarix  deyil.  Bütün  bunları  görən,  bilən 
onlara  yaxın  kəslər  yaşadığı  halda,  canlı 
şahidlərdən  soruşub,  öyrənə  bilərdim. 
Öyrənməmişəm  atamdan,  Məcid  kişidən, 
son  vaxtlaracan  yaşayan,  o  vaxtkı, 
inqilabaqədərki kəslərdən öyrənərdim. Bir 
sözlə,  mən  soy-kökümü  aramaqda  çox 
başısoyuq  tərpənmişəm,  aramamışam. 
Aramalı,  dəyərləndirməli,  quruluşun  özü 
idi,  onun  tarixi  yenicə  yaranardı.  Olan-
qalan,  arayıb-axtarmalı,  dəyərli,  yenicə 
yaranmış,  yenicə  doğulmuş  bu  quruluşun 
özü  idi.  Bütün  maraqlar    ona  uyarlı 
olmalıydı. Aydındır! 
Hər şey sovetlərə! 
Ata-nənəmiz 
sarıdan 
biz 
Cəbrayılla, 
Mirzəcanlıyla 
bağlıyıq. 
Babam 
molla 
Bəkir 
Cəbrayılda, 
Mirzəcanlıdan evlənib. Xalisə adlı nənəm 
-  onun  arvadı  yaşayıb  xeyli.  Varlı-karlı 
olmayıblar.  Amma    tarixli  tayfadır.  Ata-
nənəmgil  Səhliyallar  tayfası  adlanır. 
Çoxları  indi  özünə  əsl-nəsəb  düzəldir, 
keçmişini  arayıb,  bəy,  xan,  qubernator, 
aşağısı yüzbaşıya çıxır. Bəy, xan yenidən 
dəbə  düşür  və  hər  kəs  öz  qədim  soyuna 
qayıdır. Bəy, xandan uzaq, muzdur, nökər 
olan  da,  bəy,  xan  soy  adı    qoşur  özünə. 
Tarix  belə  çevrilir.  Bir  zaman  əslini 
dananlar,  qayıdır  ona.  Kommunist», 
bolşevik,  Sovet,  Şura,  Telman  –  alman 
kommunisti,  Ernest,  İnter  və  sair  adlar 
aradan götürülür.  
Molla Bəkir babamın iki oğlu bir 
də  qızı  olub.  Əhməd,  Məhəmməd, 
cavankən  ölmüş  İsmət.  Molla  Bəkir 
rəhmətə gedib, arvadı Xalisə ondan sonra 
İba  bəyə  ərə  gedib.  Bunun  üstündə  yekə 
oğlanların  anaları  ilə  arası  yoxmuş.  Niyə 
ərə  gedib?    İba  bəy  varlı-karlıymış, 
Xalisədən bir oğul törədəndən sonra, o da 
tezliklə  rəhmətə  gedib,  Xalisə  dul  qalıb. 
İkimərtəbə,  alt-üst  ev  qalmışdı  Xalisənin 
İba  bəydən  olan  oğluna,  İbaya.  İba, 
atamın anabir qardaşı idi. Onu uşaqlıqdan 
atam böyütmüşdü. Həm də bu uşaq onun 
anasının  birinci  əri  Molla  Bəkir  rəhmətə 
getdikdən 
sonra 
yeni 
ərə, 
bəyə 
getdiyininin  canlı  şahidi  idi.  Bu  atamı 
sıxırdı. İba əmimi tanıdanda deyirdi: “Bu 
da mənim ögey qardaşımdır”. 
Ögey  olsa  da  bizi  yaman  çox 
istəyirdi.  O,  atamdan  kürəkli,  qüvvətli, 
möhkəm  yerişli  bir  cavandı.  Məhkəmədə 
icraçı, “sud ispolnitel” işləyirdi. Məhkəmə 
Bazar  küçəsində  alçaq  bir  otaqda  idi. 
Uşaqkən əmimin yanına gedir, ondan pul 
istəyirdik.  O  da  bizə  xırda  pullar  verirdi. 
Ondakı sikkələr də puldu. 
Sonralar İba əmim orta məktəbdə 
hərbi dərs keçirdi. 


14
№ 2 (14) Yay 2015 
 
Müharibə  illəri  cəbhəyə  əsgər 
aparırdı.  Hərbi  komissarlıqda  işləyirdi. 
Dağıstana,  şimala  döyüşçü  aparırdı.  Bir 
kərə  də  gedib  çıxmışdı  Dağıstanın  İzberq 
stansiyasına.  Onda  Cəmil  Şimalı  Qafqaz 
döyüşlərində, ilk vuruşmalarda biləyindən 
yaralanmış,  İzberq  stansiyasında  hərbi 
xəstəxanada,  qospitalda  yatırdı.  Əzəlcə 
dörd  ay  Salyan  kazarmında  hərbi  təlim 
keçib,  sonra,  onlara  zabit  adı  verməli 
olduqları  halda,  sıravi  döyüşçü  kimi 
göndərmişdilər  Qafqaz  cəbhəsinə.  Ağır 
döyüşlər  gedirdi.  42-ci  ilin  payızı  idi, 
almanlar  bərk  gəlirdilər.  Bizim  halımız 
gün-gündən  xarablaşırdı.  Cəmilgili  də 
göndərmişdilər cəbhəyə. Alman qoşunları 
artıq 
Maykopu, 
Mazdoku 
tutub 
Mahaçqala  kandarına  çatmışdılar.  Həmin 
ağır 
döyüşlərdə 
Cəmil 
cəbhəyə 
göndərilmişdi.  Məktubunda  yazmışdı: 
“Səslərini  eşidirik”.  Yəni  atışma,  top, 
mərmi  səslərini  deyirdi.  Senzuraya  görə 
açıq  yazmırdı.  Məktubu  bir  ara  kəsildi. 
Sonra birdən poçtalyon Şıxı oğlu Nəriman 

“Muştuluq!” 
– 
deyib 
hövlnak 
darvazamızdan 
girmişdi. 
Cəmildən 
məktub 
gəlmişdi, 
büsbütün  əlimizi 
üzdüyümüz 
yerdə. 
O, 
yaralanıb 
Dağıstanın 
İzberq 
stansiyasında,  
evaqospitalda müalicə olduğunu bildirirdi. 
Biləyindən  dəymişdi  güllə.  Yazırdi  kı, 
bununla  sizə  beş  məktub  yazıram,  cavab 
almıram.  Demə,  məktublar  yığılıb,  gəlib 
çatmayıb.  Tezliklə  dalbadal  məktubları 
gəldi,  üçkünc  kağızlardı,  üstündə  də 
üçbucaq  möhür.  O,  hər  məktubunda 
yazırdı:  “Tezliklə  genə  sağalıb  gedəcəm 
cəbhəyə”.  İlk  məktublarında  belə  yazırdı. 
Biz  elə  bildik  daha  getmiş  olar,  aparmış 
olarlar.  Sonra  yenə  qospitaldan  məktubu 
gəlir, 
yazırdı 
mandalina 
çalıram. 
Mandalina  çalan  əl  əlbəttə    sağalmaq 
üzrəydi 
və 
yenə 
silah 
tutmağa 
göndəriləcəkdi.  İba  əmim  İzberqə  əsgər 
aparmışdı.  Deyib  yəqin  Cəmil  çıxmış 
olar. Ona görə də qospitala baş çəkməyib. 
Halbuki, getsə onunla görüşə bilərmiş. O, 
əsgərləri  yerinə  təhvil  verib  qayıdandan 
neçə  müddət  sonra  da  Cəmilin  İzberqdən  
kağızı gəldi. Əmim gedərdi qospitala, onu 
tapardı.  Bəlkə  icazə  də  alar,  Cəmil  gəlib 
bizimlə  görüşər,  yarası  sağalana  təki  də 
Cəbrayılda  qalardı.  Bu  olan  işdi.  Qismət 
deyilmiş… Sonra İba əmimin özü də getdi 
cəbhəyə,  taqım  komandiri  idi.  Ağır 
döyüşlərdə oldu. Yaralanıb çox ağır halda 
qayıtdı  Cəbrayıla.  Onun  zövcəsi  Rəşid 
müəllimin  bacısı  Bilqeyisdi.  Bizdən 
böyük  olsa  da  orta  məktəbdə  bizimlə  bir 
sinifdə  oxumuşdu,  bacısı  Pəri  ilə.  İba 
əmim  Fuğanlıda  onların  evində  yatırdı. 
Başından  yaralanmış,  dili  batmış,  kəllə 
sümüyü parçalanmışdı… 
Sağaldı,  ömrünün  axırınadək 
Cəbrayılda  Qorki  adına    məktəbdə  hərbi 
müəllim işlədi. Diribaş kişiydi. Xəstə ikən 
gedib  ona baş  çəkirdik. Vaqif  Cəbrayılda 
katib idi. Bilqeyis bacı həmişə gileylənirdi 
ki,  niyə  gəlmirsiniz  ?  Görünür,  umurdu. 
Axı,  niyə  ögeylik  sala  idik.  Onun  da 
ağlına  gələrdi  ki,  atamla  anabir,  ata  ayrı 
olduqları  üçün  biz  də  onlara  yovumuruq. 
Gedib  baş  çəkirdik.  Bilqeyis  bizi  çox 
istəyirdi.  Gedəndə  üzümüzə  olduqca  xoş 
baxır,  qonaq  eləyirdi.  Yaxşı  bağçaları 
vardı. 
Son  dəfə  gedəndə  əmim  alt-üst 
bəy  evinin  üst  eyvanında,  taxtda,  açıq 
havada  yatırdı.  Bəy  mülkü  tökülür, 
sökülürdü. 
Ağac 
pillələr 
tərpənir, 
titrəyirdi.  Əməlli  təmirə  ehtiyac  vardı. 
Xörək  hazırladılar.  Araq  aparmışdıq. 
Yedik,  əmimdən  soruşdum:  “İçərsənmi?” 
Dedi:  “  Hə”.  Bir  çapma  stəkan  da  ona 
tökdüm.  Yataqda  uzandığı  halda  dikəlib 
içdi.  Qoy  nisgilli  qalmasın.  Bizim 
gəlişimizə çox şaddı, kövrəldi. 
Əmim bir müddət sonra rəhmətə 
getdi.  
Bir  kərə  hüzr  yerindən  bizi  bir 
oğlan  gətirirdi,  maşın  onundu.  Orada, 
yasdan  çıxanda  dedilər  qoy  bu  oğlan  sizi 
aparsın.  Mindik  onun  “jiqulisi”nə.  Yolda 
söylədilər  ki,  bəs  o,  Cabanın  qızı 
Ceyranın oğludur, biznesmendir.  Qəşəng, 
iri alağöz, ağbəniz oğlandı. Babası Caban 
da  qollu-  qanadlı,  şaqqalı  kişi  idi.  Belə 
deyəndə, Ceyranın oğludur, deməli olurdu 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə