Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə2/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   2   3   4   5   6   7   8   9   ...   90

6
№ 2 (14) Yay 2015 
 
Ə
DƏBİYYAT       
XƏBƏRLƏRİ 
  
Markes Bakıda  
 
 
 
     Nobel 
mükafatlı 
Kolumbiya 
yazıçısı,  "Yüz  ilin  tənhalığı", 
"Patriarxın 
payızı" 
kimi 
Ģedevrlərin  müəllifi  Gabriel  Garcia 
Markes  Bakıda  anıldı.  Tədbir 
Müasir 
İncəsənət 
Muzeyində 
Kolumbiyanın 
Azərbaycandakı 
səfirliyinin dəstəyi ilə baş tutub. 
     Anım  tədbirində  Kolumbiyanın 
Azərbaycandakı müvəqqəti işlər vəkili 
Assad 
Jose 
Gater, 
tanınmış 
Kolumbiya  yazıçısı  Oktavio  Escobar 
da  iştirak  ediblər.  Escobar  Markesə 
Kolumbiya 
cəmiyyətində 
münasibətdən 
və 
yaradıcılığının 
qaynaqlandığı  Kolumbiya  mühitindən 
danışıb. 
 
 
 
 
 
  Tədbirdə 
Markesin 
yaxın 
dostlarından biri olmuş fotoqraf Nereo 
Lopezin  onun  həyatının  müxtəlif 
illərində  çəkdiyi,  əsasən  ağ-qara 
fotolar sərgilənir.  Ziyarətçilər  burada 
Marquezin dünyanın bir çox ölkəsində 
çap  olunmuş  onlarca  kitabıyla,  bəzi 
şəxsi  əşyalarıyla  və  həyatı  haqda 
çəkilmiş filmlə tanış ola bilərlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


                            Üç aylıq ədəbiyyat dərgisi 

 
SABİR ƏHMƏDLİNİN 
XATİRƏSİ YAD EDİLİB   
 
 
 
     Böyük  tarixi  hadisələr  adətən 
zamanında  qiymətləndirilə  bilmir. 
Məsələn,  müharibələr  haqda  ən  yaxşə 
əsərlər  həmin  müharibələrdən  20-25  
il sonra yazılır. Böyük şəxsiyyətlər də 
belədir.  Ustad  yazıçı  Sabir  Əhmədli 
nəsri  ən  böyük  qiymətini  zaman 
keçdikcə alacaq. XAN nəşriyyatı onun 
“Yazılmayan yazı”  memuar romanını  
müəyyən  ixtisarlarla    (layihənin 
tələbinə  görə)  çap  edib  .  “Yazı” 
dərgisində  isə  həmin  əsərin    bütöv 
şəkildə  (760  min  işarə)  çapına 
başlanılıb. Yaxın gələcəkdə  yazıçının 
mütün  külliyyatının  çapı  barədə  də 
düşünülür.  Bir  sözlə,  Sabir  Əhmədli 
Azərbaycan oxucusu üçün öz önəmini 
bu gün də saxlayır və əminik ki, 100 il 
sonra da belə olacaq. 
      Bütün  bunlarla  bərabər,  aprelin 
17-də ustad yazıçının vəfat etdiyi gün 
olduğundan   qələm dostları  ailəsi və 
oxucuları  ilə  birgə  onun  Mehdiabad 
qəbiristanlığındakı  məzarını  ziyarət 
etmişlər.  
  
 
Əkrəm Əylislinin 
əsərləri xarici 
ölkələrdə nəĢr olunur 
 
 
 
 
Yazıçı 
Əkrəm 
Əylislinin 
əsərləri    xarici  ölkələrdə  nəşr 
olunmaqda  davam  edir.  Onun  bir 
cildliyi  Rusiyada    nəfis  şəkildə  nəşr 
olunub,  Latviyada  da  çap  olunacaq. 
Bundan 
başqa 
yazıçının 
“Daş 
yuxular”  romanı  Almaniyada  və 
Finlandiyada çapdan çıxıb. 
 
 
 
 
Eyni  zamanda    Ə.Əylislinin 
yeni  kitabları  İtaliya  və  Slovakiyada 
da 
nəşrə 
hazırlanır. 
Yazıçının 
redaksiyamıza  verdiyi  məlumata  görə 
qardaş  Türkiyədə  də  onun  bir 
cildliyinin çapı nəzərdə tutulmuşdur. 
 


8
№ 2 (14) Yay 2015 
 
Sözümüzün                                     
   yiy
ə
l
ə
ri 
Sabir Əhmədli 85 
 
 
YASAQ  
Ə
D
Ə
BĠYYATIN  
YARADICISI 
 
      Sabir    Əhmədli...  Bu  ad  uzun 
zaman 
Azərbaycan 
ədəbiyyatını 
məşqul  edib.  Bu,  onun  sağlığında  baş 
verib.  Zira  sağlığında  dildə-dişdə 
olanları 
çox 
görmüşük. 
Ruhu 
bədənindən 
çıxan 
kimi, 
cismi 
soyumamış  yazdıqları  ömrünü  başa 
vurub.  Sizə  uzun  bir  siyahı  göstərə 
bilərdim, fəqət böyük ustadın yazısına 
kiçik  adamların  adını  bulaşdırmağı 
rəva görmədim. 
      Özü  həyatda  olmayanda  haqqında  
daha çox danışılanlar isə əsl ədəbiyyat 
adamlarıdır. 
Bu 
dəfə 
onların 
əvəzinbdən  yazdıqları,  yaratdıqları 
şəhadət  verər.  Məsələn,  “Dünyanın 
arşını” romanı deyəcək ki, məni yazan 
adamın  başına  olmazın  əzablarını 
açmışam.  Mən  çap  olunandan  sonra 
onu  o  ki  var  incitdilər.  Əsərlərinin 
çapını  qadağan  etdilər.  Hətta  rus  və 
başqa  dillərdə  çıxası  kitablarının 
çapına  belə  əl  qoydular.  Adı  Mərkəsi 
Komitənin qərarına düşdü və hakəza... 
       “Yamacda  nişanə”    sübüt  edəcək  
ki,  məni  yazmaqla  Sabir  müəllim 
“möhtəşəm sovet gəncliyi” deyilən bir 
anlayışın  əslində  fiasko  olduğunu 
göstərdi.  Bu  əsər  və  onun  talesiz 
qəhrəmanı    bir  faciəvi    filmə  ssenari 
ola  bilərdi.  Amma...  film  qəhrəmanı 
olan 
yazıçılar 
varkən, 
Sabir 
Əhmədlinin  əsərlərini    kinolaşdıran 
kim idi? 
        “Toğana”, 
“Yaşıl 
teatr”, 
“Yasamal  gölündə  qayıqlar  üzürdü” 
kimi 
möhtəşəm 
romanlar 
Azərbaycanda 
roman 
janrının 
inkişafına  mühüm  töhfələr  verdi.  
Amma bu əsərlər Sovet rejiminin necə 
bir  dayanaqsız,  içdən  çürümüş  bir 
quruluş  olduğunu  da  təsdiqləməklə 
müəllifinə  böyük  təhlükə  yaradırdı. 
Lakin  yazıçı  öz  düz  yolundan  bir  an 
belə  sarpmır,  icazəli  qəhrəmanlıqlar 
edən 
yazçıların 
yoluyla 
deyil, 
Azərbaycan 
Sovet 
ədəbiyyatının 
əksinə 
olaraq, 
YASAQ  
ƏDƏBİYYATIN  izi  ilə  irəliləyirdi. 
Əslində  bizdə  bu  yeni  ədəbiyyatın 
yaradıcısı  da  o  özü  idi.  Yasaq 
demişkən,  yazıçının    “Yasaq  edilmiş 
oyun”  adlı  bir  romanı  var.  Qeyri-adi 
üslubada  qələmə  alınan    bu  əsər    rus 
ədəbiyyatında 
 
Bulqakovun, 
Platonovun    yaradıcılığında    verilən 
sosializmin,  əslində  anti-humanist  bir 
cəmiyyət 
olduğunu  açıb  ortaya 
qoyurdu. 
Romanda 
xalq 
oyun 
üslubuyla roman təhkiyəsi elə birləşib 
və  qara  yumorla  elə  çuğlaşıb  ki,  ayıq 
oxucu  sözün  nədən  getdiyini  yaxşı 
bilir.  “Allahsızlar  cəmiyyəti”ndən 
tutmuş məşhur “Üçlük”lərəcən əsərdə 
böyük  bir  qorxulu  dəstənin  sifəti  


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə