Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə8/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   4   5   6   7   8   9   10   11   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
19 
 
çöldən,  döyüş  zolağından  keçib  gedir. 
Yaralı  polk  komandirini  xilas  edir. 
Soruşurlar  necə  gəlib  çıxmısan  buraya? 
Gəldiyi  yolu  söyləyir.  Aydın  olur,  onun 
gecə, ayaqla keçib getdiyi yerlər büsbütün 
minalanıbmış.  Allah  adamı  saxlayanda 
belə 
saxlayır. 
Necə 
toxunmayıb, 
bastamayıb, himə bəndmiş. 
İbiş  dayım  müharibədən  sonra 
Cəbrayılda səhiyyə şöbəsinin müdiri oldu. 
Sonra  getdi  Karyaginə.  Daha  sonra 
tubdisponserin  baş  həkimi  oldu.  Rentgen 
kabinəsində  işlədi.  Yaşlandı,  azarladı, 
yataqdan 
qalxa 
bilmədi, 
adamları 
tanımadı.  Biz  ona  baş  çəkirdik.  Arvadı 
Zeynəb  bakılı  qızı  idi.  Tələbə  vaxtı  mən 
bir  para  ay  da  dayımın    qaynatasıgildə, 
Zeynəbin anasıgildə qalmışdım. Mehriban 
insanlardı.  İbiş  dayım  institutu  qurtarıb 
Zəngilanda  işləməyə  gedəndə  Zeynəb 
xanımı 
da 
oraya 
tibb 
bacısı 
göndəribmişlər.  Zəngilanda  bir-birini 
bəyənib,  sevişiblər.  Biz  eşitmişdik,  İbiş 
dayımın  nişanlısı  var.  Müharibənin 
bitməyinə  doğru,  bizimkilər  Avropaya 
girdikdən  sonra  o  da  bir  çox  əsgərlər, 
zabitlər  kimi  evə  sovqat  –  bağlama 
göndərirdi. Zeynəb xanım  müharibə illəri 
Bakıda,  qospitalda  işləmişdi.  Dayım  ona 
bağlama-  sovqat  göndərirmiş.  Karyaginə, 
anasına 
da 
sovqat 
göndərirmiş 
Avropadan.  İbrahim  dayım  kefcil,  yeyib-
içən 
adamdı. 
Cəbrayılda 
Əyyub 
Murtuzayevlə, Fərhad Kərimovla. Əhməd 
Hüseynovla – Şabanın atası oturub durar, 
yeyib-içərmişlər. Bakıya komandirovkaya 
gələndə  məni  tapır,  Kömürçü  meydanı  – 
Kubinkaya  aparıb,  pivə  ilə  lülə  kababa 
qonaq eləyirdi. 
Məhəmmədəli 
kişinin 
İbrahimdən  sonrakı  övladı  mənim  anam-
Tavaddı. Ondan sonrakı Nabat xalamdı, o, 
Bəhram adlı oğlana ərə getmişdi. Bəhram 
əmi  sonralar,  müharibə  illəri  Cəbrayılda 
çörəksatandı.  Müharibə  illəri  kartoçka  ilə 
verilən  çörəyi  o  çatdırırdı  əhaliyə.  Bazar 
başında,  Dairəittifaqın  altında  bir  taxta 
köşkü  vardı.  Çörək  kürəxanadan  xərəklə 
daşınardı  həmin  köşkə.  Əhali  düzülürdü 
növbəyə. 
Başlanırdı, 
kartoçkalarla 
verilməyə. Bəhram əmi baməzə, zarafatcıl 
kişi  idi.  Arxada  qalanlar  ancaq  arvad-
uşaq, bir də qoca-qaltağ kişilərdi. Bəhram 
kişi  dərdli  əhalini,  ərinin,  oğlunun  qara 
kağızı, 
"itdi"si 
gəlmiş 
insanları 
ovundururdu.  Dinc,  sakit,  dava-şavasız, 
yumşaq  insandı.  Mənim  rəhmətə  getmiş 
Nabat  xalamın  əriydi.  Anamın  Bacısı 
Nabat qəşəngmiş. Tavad onu tez-tez yada 
salırdı,  çox  istəyirdi,  adları  da  yaraşırdı: 
Tavad,  Nabat.  Nabat  xalam  gəlinkən 
ölmüşdü, uşaqları olmamışdı. Bəhram kişi 
sonradan bir də evlənmişdi, Səkinə adında 
bir  qız  almışdı.  Mən  Səkinəni  xala 
sanırdım, onun oğlanları Bəhmən, Arif də 
"xalaoğlu"  deyirdilər  bizə.  Bəhmən 
mənimlə  oxumuşdu,  mən  bir  il,  ikinci 
sinfi  Karyagində  oxumuşdum,  Sərdarov 
məktəbində.  Onda  Bəhmən  də  mənimlə 
bir  sinifdə  idi,  Arifsə  Ziba  ilə  yaşıddı, 
onunla  oxumuşdu. Arif şuluqdu,  Bəhmən 
qoçaq  oğlandı.  Biz    kürəxanadan  isti 
qalac-buxankaları  xərəyə  yığıb,  daşıyıb 
çörək  dükanına  gətirincə,  ötürhaötürlə 
dükana  yığanda  çörəklərin  qazmağının 
böyür-başını  qoparıb,  gizlincə  cibimizə, 
qoyun-qoltuğumuza  doldururduq.  Arif 
bunu  güdürdü,  qoymasın.  Görsə  də 
utandığından,  qorxusundan,  dava-şava 
düşməsin  deyə  dinmirdi.  Sonra  Bəhram 
dayıgil köçüb Karyaginə getdilər. 
Nabat  xalamdan  balacası  Əbil 
dayımdı. Karyagində pedtexnikum bitirib. 
Dədəli kəndində müəllimlik edirdi. Dədəli 
Karyaginə,  şəhərə  ən  yaxın,  birinci 
kənddi.  Yol  üstündə,  sərin  kəhrizləri 
vardı.  
Çox 
halda 
Cəbrayıldan 
Karyaginə  otuz  kilometrəcən  yolu  ayaqla 
miniksiz  gəlib  gedirdilər,  bizimkilər  də. 
Mən  uşaq  olsam  da  onlara  qoşulurdum. 
Arvadlarla, Əsmət nənəmin bacısı Səkinə 
xala  ilə,  Kamalın  anası  Zeynal  arvadı  ilə 
yolu  Balyand  dağından  aşıb  gedirdik. 
Balyand  dağının  bu  üzü,  günbatanı 
Cəbrayıl,  gündoğanı  Füzuli  kəndləridi  – 
Qarakollu, 
Pirəhmədli, 
Qoçəhmədli, 
Qozluçay,.. 
Qarğabazarına 
çatdıqmı, 


20
№ 2 (14) Yay 2015 
 
deyirdik  daha  Karyaginə  yaxınlaşmışıq. 
Dədəli  –  İşıqlı  Füzuliyə  bitişikdi.  Belə 
səfər  dəstələrinə  qoca  xalam,  Məşədi 
Abışın bacısı Əsmət nənəmin kiçik bacısı 
Səkinə xalam başçılıq edirdi. Mən onu və 
oğlu  Qəzənfəri  “Gedənlərin  qayıtmağı” 
romanımda 
göstərmişəm. 
Olduqca 
maraqlı bir insandı Səkinə xalamız. İki-üç 
ərə  getmişdi,  bircə  övladı  vardı  – 
Qəzənfər,  onun  ilk  əri  də  faytonçu  idi. 
Qəzənfərin  uşaqlığı    eləcə  qohum-
əqrəbanın  evlərində  keçmişdi,  Səkinə 
xalanın evi yoxdu. Hər gecə bir evə qonaq 
gedir,  o  evdə,  gah  başqasında  məclis 
qurur,  elə  oradaca    gecələyirdi.  Məzəli 
söhbətləriylə qohumları əyləndirirdi. 
Səkinə 
xalamız 
sovet 
hökumətinin  “qabağa  çəkdiyi”,  mədəni 
inqilab  illərində  “çadra  doloy”  şuarı 
altında dirçələn qadınlardandı. O, səhnəyə 
də  çıxır,  teatrda  oynayır,  oxuyurdu. 
“Arşın  mal  alan”da  xala,  “Leyli  və 
Məcnun”da  Leylinin  anası  olur,  bir  az 
batıq,  amma  yatımlı  səsiylə  oxuyur, 
zəngulə    vururdu.  Qardaşlarının,  lap  da 
Məşədi Abışın belə “arsız –artist” işlərinə 
görə ondan xoşu gəlmir, sevmirdilər onu. 
Amma  biz  istəyirdik,  o  da  bizi  çox 
iştəyirdi. Zarafatla söyürdü: “Köpəy oğlu. 
Dədən….  yesin,  qurumsaq  köpəy  oğlu”. 
Daha nə söyüşləri yoxdu. 
Karyagində 
yaxşı 
teatr 
yaranmışdı,  onlar  Cəbrayıla  tamaşalar 
verməyə  tez-tez  gəlirdilər,  Səkinə  xalam 
da  hərdən  onlara  qoşulurdu.  Səkinə 
xalanın  bircə  oğlu  vardı  faytonçu 
Nərimandan.  O,  gecələr  haraya  getsə 
yeganə  uşağı-Qəzənfəri  də  özü  ilə 
aparırdı, “Qəzi” deyirdi ona.  
Səkinə  xalam  bizi  çox  istəyirdi. 
Qış  gecəsi  gəlirdi,  bizə,  bacısı  qızıgilə. 
Məmmə ilə də araları pis deyildi, Məmmə 
onun  zarafatlarından    sınmırdı,  Səkinə 
xalam  axı,  Məmmənin  başsız,  yiyəsiz 
uşaqlığını,  Məhəmmədəligilə  düşməyinin 
tarixçəsini bilirdi.  Uzun qış gecəsi məzəli 
hekayələr  danışan  Səkinə  nağılına  ara 
verib  bir  eşmə  eşib,  ya  hazır  papiros 
çıxarıb  məni  səsləyirdi:  “Ə,  köpəyoğlu! 
Bunu  ordan  yandır  ver  mana!”  Ordan  – 
yəni 
yanan 
sobanın 
deşiyindən. 
Qapıcıqdakı  üç  dəlikdə  alov  qızarırdı. 
Mən də papirosu o dəyirmi deşik-dəlikdən 
soxub,  yanmağı  üçün  sümürürdüm.  Bu 
yolla məni də dadandırmışdı. Axır vaxtlar 
sorurdum,  verirdim  ona.  “Ə,  qurumsaq! 
….. 
Dədən 
yesin, 
bunu 
yarıdan 
ötürmüsən!”  Söyürdü,  biyabırçı  sözlər 
söyləyirdi, kimsə də onun bu  latayırlarına  
baş qoşmur, incimirdi. 
Axırda  ərə  getdiyi,  yoxsa 
oğulluğa,  qardaşlığa  götürdüyü  Əziz  adlı 
mantyor onun yanında qalırdı. Bir qəşəng 
çovustan  tikmişdi,  Çinar  kəhrizinin  arxı 
üstə.  Bu  arxla  kəhrizin  suyu    o  tay, 
Mirzəcanlı  bağlarına  gedirdi.  Qəşəng 
çovustandı,  Əziz  oraya  işıq  çəkmişdi. 
Səkinə 
xalanın  tək  oğlu  Qəzənfər 
müharibəyə getdi və “itdi” sorağı gəldi.  
Öldü  Səkinə  xalamız.  Bütün 
kələkləri,  məzəlilikləri  ilə  dadlı-duzlu 
xalamız. Deyirdim bəs, o, dünya durduqca 
qalacaq, yaşayacaq. 
Əbil  dayım  dedim  ki,  Dədəlidə 
müəllimdi,  ən  yaxın  kənddi.  Onun 
“yelsopedi”  vardı.  Yelsopedlə  gedib 
Dədəli 
məktəbində 
dərslərini 
keçib, 
qayıdırdı evə. Çatan kimi məni, ya Şuranı 
göndərib kəhrizdən sərin su gətirdirdi. Bir 
vedrə  suyu  qabağa  qoyub  stəkanla 
başlayırdı  içməyə.  Nə  qədər:  yarışdı, 
bənsdi, kim çox içər – bəlkə, on stəkan su 
vurur, yanğısı sönmürdü. İndi düşünürəm, 
bəlkə, 
şəkəri 
varmış, 
diabetmiş, 
bilmirmişlər.  Amma  o  sayaq  cavan 
adamda  diabet  olardımı?  Çox  sağlam, 
güclü  oğlandı  Əbil  dayım.  İdmanla  da 
məşğul  olurdu,  həyətdə  iki  gilas  ağacının 
arasında 
turnik 
düzəltmişdilər. 
Güləşirdilər. Şir kimi biləkləri vardı. Orta 
boy,    bir  suyu  anam  Tavada  oxşayan, 
tökməbədən cavandı, qızğın gülüşü vardı. 
Dodağını 
dodağına 
sıxıb, 
zurna 
züyültüsünü  xatırladan  səs  çıxarır, 
mənimlə əylənir, oxşayır, məni oynadırdı. 
Bir  il  38-39  dərs  ilini  mən  Karyagində 
oxudum.  Onda  Əbil  dayım,  Səfər  dayım 
məni  sınayır,  dindirirdilər.  Söz  vermişdi: 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə