Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə10/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   6   7   8   9   10   11   12   13   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
23 
 
tapmadım. İndi görünür, arxiv ermənilərə 
qaldı,  nə  varsa  bütün  kağız-sənəd-filan 
dağılıb, heç-puç oldu. 
 
ÜÇ  QARDAġ  BĠR BACI 
 
Keçirəm  özümə,  özümüzə  .  Üç 
qardaş bir bacı olmuşuq. İndi qalmışıq bir 
qardaş bir bacı, axırıncı doğulanlar. 
Böyük  qardaşım  Cəmil  barədə 
mən  yazmışam.  Cəmil  məni  də  özüylə 
məktəbə aparır, hətta dərslərdə oturdurdu. 
Buna  direktor,  başqası  bəlkə,  uşaqları 
körpəlikdən 
sinifə, 
məktəbə 
alışdırmaqdan ötrü icazə verirdilər.  
Cəmil  orta  məktəbi  41-ci  ildə 
bitirdi,  fərqlənmə  diplomu  ilə.  AZİ-yə 
girmək istəyirdi, müharibə başladı. Gərək 
ki,  bir  azacıq  raykopittifaqda  işlədi. 
Dostu, bizim qohumumuz, Xanım xalanın 
oğlu  İlyasla  Cəmil  bir  oxumuşdu,  orta 
məktəbi  bir  bitirmişdilər.  İkisi  də  gözəl  
şahmat  oynayırdı,  İlyas  yaxşı  da  şəkil 
çəkirdi, 
qabiliyyətli 
oğlandı. 
O, 
prokurorluqda 
katib 
işlədi, 
sonra 
müstəntiq  oldu.  Daha  kişilər  gethagetdə 
idilər,  orta  təhsili  olan  yeniyetmələr 
başlamışdı onların yerində işləməyə. İlyas 
Cəmildən  tez  getdi  əsgər.  Cəmil  onun 
yerində  prokurorluqda  katib,  axıramacal 
müstəntiq  oldu,  prokurorluq  Məmməd 
bəyin  mülkündə  idi.  O,  evin  yiyəsi 
Məmməd  bəyin  qızı  həkim  Əbabil,  oğlu 
Cəbi, 
qızları  Qonça  idi,  Cəmillə 
oxumuşdu.  Sonralar  Məmməd  Əsgərova 
ərə  getdi.  O  vaxt  ki,  naxçıvanlı  Əsgərov 
Mahmudluda 
MTS-in 
direktoru 
idi. 
Əbabil də Mahmudluda həkimdi. Görünür 
Məmməd  Əsgərov  onun  bacısı  Qonçanı 
da  onda,  bacısının  yanında  görüb 
bəyənmişdi. 
Çox  sonra  Vaqif  də 
Cəbrayılda  raykom  katibliyindən  azad 
olduqdan  sonra,  onda  Şamxorda  işləyən, 
birinci 
katib, 
Məmməd 
Əsgərovun 
başçılıq 
etdiyi 
rayonda 
istehsalat  
idarəsinin rəisi oldu. Görünür, Qonça bizi 
yaxşı  tanıdığını,  yaxınlığımız  olduğunu 
ərinə  söyləmişdi.  Qonçanın  başqa  bir 
bacısı  Ziba  müharibəyə  getdi.  Qardaşları 
Cəbi yaşca böyük olsa da, dostluq eləyirdi 
mənimlə. 
Cəmilgil  42-ci  ilin  fevralın 
axırında  getdilər.  Cəbrayıldan  18    nəfər 
uşağı 
– 
cavanı 
apardılar. 
Seçib 
göndərdilər 
zabitlik 
məktəbinə. 
Bəzilərinin  yaşı  çağrışa  çatmasa  da,  başa 
saldılar: bu, zabitlik məktəbidir. Siz oranı 
bitirincə  yaşınız  da  əsil  əsgər  yaşına 
çatacaq. Dəllək Məhəmmədin oğlu Şəmil, 
daha kimlərdi, bilmirəm. Getdilər, üç gün 
çəkmədi, qayıtdılar. Orada  yoxlamışdılar, 
hərə  bir  kələklə  canını  qurtarmışdı.  Biri 
özünü  lallığa  qoymuşdu,  o  biri  demişdi 
rusca  heç  nə  bilmir.  Qalmışdı  Cəmil. 
Cəmildən  komandir soruşmuşdu: “ Jelaeş 
bıt 
krasnım 
komandirom?”. 
O, 
dinməmişdi, uşaqdı, yoldaşlarından ayrıla 
bilmirdi. Onda komandir onun susduğunu 
görüb bildirmişdi: “Znaçit ne jelaet”. 
Beləliklə, 
həmin 
on 
səkkiz 
cavanın  hamısı  qaytarılmışdı  Cəbrayıla. 
Biz  uşaqdıq.  Qəmləndik,  qardaşımız 
komandir  olacaqdı,  biz  də  öyünəcəkdik 
onunla.  Olmadı.  Deyəsən  özü  də  təəssüf 
edirdi.  Bir  var  hərbi  məktəb  bitirəsən, 
zabit  olacaqsan,  bir  də  basacaqdılar 
gedəcəkdin,  allah  bilir  harada  təpik 
döyəcəkdin… 
Cəbrayılda 
hərbi 
komissar 
Rüstəmov  Mürsəldi.  O  göndərdi,  bütün 
cavanlar  getdi,  hətta  “«neqodnı”ları  da 
göndərdi.  Bircə  öz  oğlu  Rəşiddən  başqa. 
Cəbrayılda  müharibə  illəri  bütün  millət, 
bütün  cavan,  ahıl  getdiyi  halda  hərbi 
komissar, oğlunu hansı bəhanə ilə saxladı, 
salamat  qaldı.  Onun  tay-tuşları  allah  bilir 
harda ölüb qaldılar, itdilər, əsir düşdülər. 
 42-ci il Novruz bayramı, bayram 
gecəsiydi. Aş qazanımız ocağın üstdə dəm 
alırdı.  Cəmil  gəldi  və  bildirdi  ki,  məni 
aparırlar.  
 Yağışlı 
bir 
axşamdı. 
Kürəxananın  yaxınlığında  mindi  Osman 
əminin  faytonuna.  Çən-çiskin  içində 
yollandı  Mahmudlu  stansiyasına,  qatar 
ayağına.  Oradan  qatarla  gedəcəkdi 
Bakıya.  O  gedən  getdi,  daha  nə  o 


24
№ 2 (14) Yay 2015 
 
Cəbrayılın üzünü gördü, nə Cəbrayıl onu, 
heykələ dönüb qayıdan oğlanı. 
Cəmilin 
orta 
məktəbdə 
oxuyarkən, bir hadisəsi yadıma düşür. Bir 
bayramdı, 
camaat 
yığılmışdı 
Dairəittifaqın 
altına. 
Bu, 
Sovet 
hökumətinin  Cəbrayılda  tikdiyi  ilk  bina 
idi.  İki  mərtəbə,  dairəvi,  taxta  balkonları 
olan  bir  evdi,  yandan  uca  daş  pilləkan 
qalxırdı 
üst 
qata. 
Orada 
rayon 
kooperativlər  ittifaqı,  başqa  idarələr 
yerləşirdi.  Alt  Xudaverdinin  dükanı, 
ambar,  bir  də  yaşayış  mənzilləri  idi.  O 
illərdə  Cəbrayılın  başlıca  işçiləri  erməni 
idi. 
Maliyyə 
şöbəsinin 
müdiri, 
kooperativlər  ittifaqının  sədri  Muradyan, 
əmanət  kassası,  bank,  raykomda  hesab 
şəbəkəsi, 
katib 
köməkçisi, 
orta 
məktəblərdə 
rus  dili  müəllimləri… 
Mühasibat  işlərinin  hamısını  ermənilər 
aparırdı. Harada öyrənmişdilərsə, onlar bu 
işləri  bilirdilər.  Onda  belə  işlər  rusca 
aparılırdı,  ermənilər  bacarır,  bizim 
cavanları da öyrədirdilər.  
 Söhbət onda idi ki, dairəiffitaqın 
şimala  baxan  taxta  eyvanının  altına  xeyli 
insan  yığılmışdı,  bayramdı,  nümayişdi. 
Orada  balkonda  da  adamlar,  rayon 
rəhbərləri  vardı.  Cəmil  həmin  yığıncaqda 
çıxış  elədi.  Odlu  danışdı.  Bunlar  Sovet 
hökumətinin  yetişdirdiyi  gənclərdi,  yeni 
nəsl  pioner,  komsomollardı,  kommunizm 
onların sayasına qurulacaqdı. Artıq xüsusi 
mülkiyyətin  axırına  daş  atmışdılar, 
keçmişdilər  kolxozluğa.  Mirzəcanlıda 
birgə-kollektiv  təsərrüfat  yaranmış,  bütün 
bağ-bağat,  zəmi,  torpaq    verilmişdi 
onların  ixtiyarına.  Həmin  yığıncaqda, 
Cəmilə  hədiyyə  olaraq  bir  dəst  geyimlik 
parça  bağışlamışdılar.  Xırda  çəhrayı 
gülləri  olan  çiti  gətirib  Tavada  bağışladı, 
özünə tuman-qofta tiksin. 
Cəmil 
əsgərliyə 
“Salyanski 
kazarma”da  başladı.  Üstdən  ay  yarım  
keçmişdi,  Tavad  məni  də  götürüb,  onu  
görməyə  Bakıya  gəldik.  Qatar  Bakıya 
yaxınlaşdıqda,  hamının  şeylərini  aldılar, 
hər  bir  kəs,  Bakıya  çatan  hər  bir  sərnişin 
“sanobrabotka”  hamamından    keçməli, 
dezinfeksiya  olmalıydı.  Çox  bərk  idi  bu 
qadağa.  Biz  qatardan  düşüb,  “Beşinci 
paralel” küçəsindəki hamama göndərildik. 
Tavad 
da 
ayrı-ayrı, 
mən 
də 
dezinfeksiyadan 
keçdik, 
hamamdan 
çıxanda  görüşdük.  “Lenin”  prospekti  ilə 
aşağı, vağzal səmtə enirdik. Sanobrabotka 
qəbzini göstərib şeylərimizi alaq. Bu vaxt 
bir bərk ulartı qopdu. May ayının beşi idi. 
Qışqırıq    qalxdı,  haray-həşir  bürüdü 
küçəni. 
Arvadlar 
qışqırır, 
ağlayır, 
balalarının  əlinnən  yapışıb,  kim  haraya 
gəldi 
qaçırdı. 
Nəzarətçilər 
vardı, 
qollarında  bağlama-nişan.  Onlar  qayda 
yaratmağa  çalışır,  adamları  təşvişə, 
panikaya  düşməyə  qoymurdular.  Bilmir, 
başa  düşmürdüm  bu  nədir?  Demə,  hava 
həyəcanı  siqnalı  imiş.  Mən  əzəlcə  elə 
anladım,  bu  məşqdir,  əhalini  hava 
hücumundan 
qorunmağa 
öyrədirlər. 
Tezliklə  anladım,  bu  məşq  filan  deyil  : 
adamlar qaçır, qışqırışır. Qadınlar ağlaşır, 
bilmirdilər  neyləsinlər.  Başımı  qaldırıb 
göyə  baxdım.Olduqca  hündürdə,  göyün 
üzündə gözümə qara qarğa təki üç təyyarə 
dəydi. 
Səriyyə  xala  da  bizimlə  idi, 
dostum  Səmədin  anası.  O  bizi  Sabunçu 
vağzalına    gətirdi.  Onun  qardaşı  dəmir 
yolunda  işləyirdi,  yüksək  vəzifədə.  Evi 
Sabunçu 
vağzalında, 
məncə 
lapca 
vağzalın  özündə  idi.  Qalxdıq  onun 
mənzilinə.  Ev  yiyəsi  də  gəlib  çıxdı. 
Bildik, Bakıya alman təyyarələri gəlibmiş, 
həyəcan  siqnalı  da  məşq  yox,  əməllicə 
müharibə  əlaməti  imiş.  Almanların 
kəşfiyyat  təyyarələri  gəlibmiş  Bakıya. 
Dağıstanın 
şimalında, 
Mahaçqala 
həndəvəri, 
Mazdokda 
ölüm-dirim 
vuruşları  gedirdi.  Almanlar  Qafqaza 
girmişdilər. 
Ertəsi,  “Salyanski  kazarma”ya 
getdik.  Bakıda  bizim  Cəbrayıldan  dədə-
baba  qonşumuz,  sonralar  Bakıya  köçmüş 
Səriyyə 
xalagilə 
düşmüşdük.  “Nijni 
Priyutski”  93-də  yaşayırdılar.  Birinci 
mərtəbədə  babat  mənzildi.  Küçədən  üç 
daş  pilləkanla  qalxırdın,  ya    da  dar 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə