Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə6/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   2   3   4   5   6   7   8   9   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
15 
 
Cabanın  nəvəsi.  Böyük  oğlum  Etibar  da 
maşında  idi.  Dedim  Etibar  bir  kişinin 
nəticəsi  budur,  həmin  kişinin  –  Məşədi 
Abışın  doğmaca  bacısı  Məşədi  Əsmətin 
də nəticəsi sənsən. Qohumsunuz, halbuki, 
qabaqlaşsanız  biri  birinizi  tanımazsınız. 
Cəbrayıl  belədir,  əksəri  qohumdur,  qan 
çəkir. 
Ata kökümüzlə tanışlıqdan sonra 
keçirəm ana tayfamıza. 
Cəbrayıl  şəhərciyi  iki  parçadır, 
aradan 
çaylaq 
keçir. 
Yaz, 
payız 
yağmurları  başlayanda,  Ziyaratın  bəri 
üzünün  bütün  sel-suyu  axıb  gəlib  bu 
çaylaqda  daşlanıb  gedir  enişə  Veysəlliyə, 
Kavdara,  Minbaşılıya,  sel  gur  gələndə, 
gedib  Araza  da  tökülür.  Çaylaq  hərdən 
çay  gücündə  gurlayır,  hətta  evləri, 
adamları  apardığı  da  olub  selin.  O  tay 
Mirzəcanlı  adlanır,  bəri  tay  Qalalı, 
şəhərciyin mərkəzi sayılır. Bəri tay o tayı 
kəndçi  bilir.  Mirzəcanlı  doğrudan  da 
kənddi,  heyvan  saxlayırlar,  bağ-bağçaları 
var. Kolxoz da, sonra sovxoz da başlıcası 
o  tay  –  Mirzəcanlıdadır.  Kolxoz  öncə 
orada qurulub. 
Mirzəcanlı  ilə  Qalalı  elə  hey 
öcəşirlər, bir-birini bəyənmir. Davaları da 
düşür. Qalalı şəhərdir, mərkəzdir. Dükan-
bazar,  idarələr  keçmişdən  bu  taydadır. 
Müharibə  41-45  başlayanadək,  keçmiş 
Mirzəcanlıda cəmi üç-dörd daş ev, alt-üst 
bina vardı. Biri İba əmimgilin bəy mülkü, 
sonra  onlardan  bəridə,  dikin  başında 
İskəndər bəyin üstü qırmızı dəmirli, çevrə 
eyvanlı 
mülküydü. 
İskəndər 
bəy 
inqilabdan  qabağın  ziyalısı  -  hüquqşünas 
idi.  
İki  üstü  dəmir,  alt-üst  ev 
İmamverdilərindi. 
Mənim 
gələcək 
qaynatam Əhməd Hüseynovun, Zəkaranın 
ata-babalarından  qalma.  Bir  də  başda 
Məmməd  bəyin  böyük  mülkü  idi,  ora 
sonra  məktəb  oldu.  Əhali,  mirzəcanlılar 
əksərən 
çovustanda 
yaşayırdılar. 
Çovustanlar  şam  yerindən  gətirilmiş 
qarğı-qamışdan  hörülür,  üstünü  ciyənlə 
örtürdülər,  yanmaqdan  ötrü  içi  gedirdi 
belə  «mənzillər»in.  Mirzəcanlılar  qalalını 
gəlmə  sayırdılar,  düz də  eləyirdilər, onlar 
sonradan  gəlmişdilər,  köçürülmüşdülər 
Cəbrayıla.  Əsilləri  şuşalıydı  –  Qaladandı. 
El  arasında  Şuşaya  Qala  deyirlər,  indi  də 
belədir.  Bu  qalalıları  kökdən  -  yerli 
olanlar  burunlayır,  sıxır,  sarıyır,  qərib, 
yersiz 
yerinə 
qoyurlar. 
Cəbrayılda 
beləydi,  Füzulidə,  Ağdamda  da  belədir. 
Cəbrayılda «Qalalı yanı balalı» deyirdilər. 
Qalalı Mirzəcanlı söhbəti həmişə gedirdi, 
indi də kəsilməyib. Hətta bir-birinə qız da 
verib almırdılar.  
İndi 
qaynayıb 
qarışıblar. 
Qalalıları  qəpik  güdən,  xəsis,  qıymaz, 
xörək  yeyəndə  pişiyi  taxtın  ayağına 
bağlayan,  qorxaq  tanıyırdılar.  Uşaqkən 
Qalalı-Mirzəcanlı  savaşımız  düşürdü. 
Mənimki 
qarışıqdı, 
bir 
yandan 
mirzəcanlıyam, ana sarıdan qalalı. 
Bu qalalılar burada nə gəzirdilər?  
Necə gəlib çıxmışdılar Cəbrayıla? 
Qalalılar  da  bir  kökdən  deyildi: 
Bizimki  –  anamgilin  ana  tərəfi  Məşədi 
Məmmədhüseyn 
nəsliydi. 
Məşədi 
Məmməd  Hüseyni  anam  –  Tavad  dönə  -
dönə  xatırlayırdı  :  saqqallı,  əlləri  xınalı, 
çəliyi  boyaqlı  kişi,  bunlara  -  qızı 
Əsmətgilə  gələrmiş.  Onların  evləri 
Çinarın  altı,  kəhrizin  yaxınıydı  –  Çuxur 
məhlə.  Vaxtilə  Məşədi  Məmməd  Hüseyn 
Şuşadan  gəlmişdi,  evlənmişdi.  İki  oğlu, 
iki  qızı  olmuşdu:  Məşədi  Abış,  Məşədi 
İsmayıl,  Məşədi  Əsmət  və  Səkinə 
xalamız.  Deməli,  Məşədi  Əsmət  Məşədi 
Məmməd  Hüseyn  qızı  bizim  anamızın 
anasıydı. Əsmət nənəmi mən görmüşdüm, 
yaxşıca 
da 
xatırlayıram. 
Ucaboy, 
qarabuğdayı qadındı. Ağır oturub durardı, 
hamı  ona  hörmət  eləyirdi.  Bu,  bizim  ana 
nənəmizdi. 
Bizi  körpəykən  oxşayır: 
“Dıxım eləmə” deyib sevələyirdi. Məşədi 
Əsmətin  əri  Məhəmmədəli  babamdı. 
Onların 
qohumluğu 
da 
çatırdı. 
Məhəmmədəlinin  əsli  iranlıydı.  Məmmə 
hərdən  anama  deyirdi:  «  Sən  bilmirsən, 
atan 
Məhəmmədəli 
əslən  iranlıdır. 
Əhərdən,  ya  Ərdəbildəndi.  Cəbrayılda  o 
zaman  əslən  iranlı  olanlar  vardı.  Qarabağ 
xanlığı - İran - Qaradağ xanlığı ilə üz-üzə 


16
№ 2 (14) Yay 2015 
 
idi,  aradan  Araz  keçirdi.  Məmməgil 
alverlərini 
də 
İranla 
eləyirdilər. 
Deyirdilər, 
Cəbrayıldan 
Təbrizə  üç 
günlük  yoluymuş.  Yuxarıdan,  Ziyaratı 
aşmaqla  da  Şuşa  torpaqlarına,  Kirs  dağı 
ətəklərinə  çıxırmışlar.  Ziyaratın  o  üzü, 
Qarabağın  içəriləri,  Şuşa  ərazisi  idi. 
Bütünlükdə bu yerlər Füzuli – Qarabulaq, 
Cəbrayıl,  onun  Arazbasar  –  Arazbarı,  ta 
Qaradonlu 
da 
girməklə 
Qarabağ 
xanlığının  torpaqlarıdır.  Aranı  Mil, 
Muğan,  Arazbasar  yaylaqları  gedib  
çıxırdı  Sisyan,  Qafan,  Gorus,  Bazarçay 
dağlarından  o  üz  Ordubad,  Şahbuz 
həddinəcən.  Mən  Qarabağın  belə  bir 
xəritəsini 
görmüşəm. 
Əbəs 
deyil 
Ordubadın bəzi kəndləri özlərini qarabağlı 
sanırlar.  Eləcə  də  indi  Ermənistan 
dedikləri 
Zəngəzur, 
Gorus, 
Sisyan, 
Bazarçay 
qədimdən 
Qarabağ 
torpaqlarıdır, Qarabağın yaylaqlarıdır. 
Bu yaxınlarda mənim yanıma bir 
kişi  gəlmişdi.  Əkinçilik  institutundandı  – 
buğda  üzərində  çalışırdı.  Cəlal  Əliyevlə 
birlikdə  işləyirdi.  Yaşlı,  ağsaqqal  kişi 
mənim  yanıma    ondan  ötrü  gəlmişdi  ki, 
prezidentə  bir  şeir  yazmışdı.Onu  çap 
etdirmək  istəyirdi.  Kişini  başa  saldım  bu, 
çaplıq  deyil.    Prezidentin  özünə  də  xoş 
gəlməz.  Ağlına  batdı.  Keçdik  başqa 
söhbətə.  Burada  kişi  mənə  bir  iş  danışdı. 
O  dedi  ki,  Bazarçay,  Sisyan  yaylaqları 
Qarabağındı, 
Azərbaycanındı. 
Mən 
dedim: - “Bu, dövlət, SSRİ xəritəsində də 
belə  idi”.  Dedi,  tamamilə.  Rəsmi  dövlət 
bölgüsündə, 
xəritədə 
oralar 
Azərbaycanındır. 
Bəs, 
necə 
olud 
ermənilər yiyələniblər? Bildirdi ki, bunlar 
tədricən baş vermişdir.  
Beləliklə, 
qalalılar 
Şuşadan 
gəlmədirlər.  Bəs  onların  gəlməyi  necə 
olub?  Bu  barədə  iki  yozum  var.  Birincisi 
budur  ki,  bəlkə  erməni  müsəlman 
qırğınında bunlar baş götürüb qaçanlar və 
onlardan  törəyənlərdir.  Bunu  nə  onların 
ulu babası, nə də indikilər boynuna almaz. 
Əsgiltməzdilər  özlərini,  keçmişlərini.  Bu  
mənim  ağlıma  gələndir.  Digər  yozum, 
daha  ağıla  batanı:  “Qarabağ  xanlığı 
sərhəddə  məhrəm,  sədaqətli  insanları 
görməkdən 
ötrü, 
onları 
Şuşadan 
köçürmüşdülər  buraya.  Həm  keçid 
yerlərini,  aranı  daha  etibarlı  insanlarla 
bərkitsin,  həm  də  torpaqları  bu  qayda  ilə 
məskunlaşdırıb,  özününküləşdirsin.  Belə 
işlər  başqa  ölkələrdə  də  olub.  Məsələn, 
rusları  II  Yekaterina  hakimiyyəti  vaxtı 
köçürüblər 
Qafqaza. 
Azərbaycanda 
Malakan  kəndləri,  rus  icmaları  belə 
yaranmışdır.  Bunu  –  hər  ölkə  öz 
içərisində  də  eləyir,  keçid,  hədlərə  daha 
yaxın,  inandığı  yerlərə  qançəkərləri 
köçürüb yerləşdirir. 
Bu 
yerlərin, 
bu 
torpaqların 
yiyəsi,  Arazbarın  ağası  Hüseyn  ağa  idi. 
Cəbrayıl,  Arazbar,  aşağı  –  aranlar, 
qışlaqlar 
hamısı 
Hüseyn 
ağanın 
ixtiyarında  idi.O,  Pənah  xanın,  İbrahim 
xanın  soyundandı.  Qəbri  Cəbrayılın 
Qurban  təpəsi  qəbristanında  idi,  itmişdi. 
Yeri bilinmirdi.  
Şuşadan  köçüb  bu  yerlərə 
gəlmiş,  oturaqlaşmış  ailələr  əsla  torpaq, 
əkin-biçin, 
heyvandarlıq 
işinə 
qoşulmamış,  yerlilərin  başlıca  yaşayış, 
dolanışıq  işinə  girişməmiş,  alverlə, 
ticarətlə  baş  saxlamışdılar.  Qəsəbənin 
arası  Şuxur  məhlənin  bəri  üzü  ,  bütün 
sövdəgər  dükanları,  aşxanalardı.  Əttar, 
papaqçı,  sərrac,  pinəçi,  dabbağ…  Bu 
dükanları  sonra,  sovet  quruluşunda 
sökdülər.  Dükanların  bir  neçəsi  qalmışdı. 
Onlarda 
yeni 
quruluşun 
ticarəti 
yerləşdirilmişdi.  Axır  bunlar  da  söküldü. 
Sökülən divarlardan birinin suvağı altında 
bir yazının üstü açıldı. Bu Abbas əmigilin 
evinin,  hasarının  bəri  –  Bazar  səmti  idi. 
Orada  əsgi,  ərəb  əlifbasıyla  bu  sözlər 
yazılmışdı  :  “Bu  gün  nağdıdır,  sabah 
nisyə”. İndiki reklamlara bənzəri vardı. 
Kişiləri  çox  halda  sənəti  ilə 
çağırırdılar.  Aşbaz  Məhəmmədəli!  Bu 
mənim ana-babamdı. Şəhərciyin ortasında 
onun  aşxanası  vardı.  Əla  xörəklər 
bişirirmişlər:  Piti,  bozbaş,  qovurma… 
Ana    babamın  əntiqə  ləqəbi  də  varmış. 
“Kəfgir  Məhəmmədəli”.  Anam  danışardı. 
Həyətin başında bir iri kufulumuz varmış. 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə