Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə4/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   2   3   4   5   6   7   8   9   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
11 
 
Qulu  Məhərrəmli 
***        
 
      Sizə  deyim,  Sabir  Əhmədli  əyilib 
kamali-ədəblə  əlini  öpmək  istədiyim 
yeganə  ədəbiyyat  adamı  olub.  Ona 
görə ki, Sabir Əhmədli ilə Azərbaycan 
sözü  az  qala  sinonimdir: torpağı 
düşmən əlində, oğlu Qarabağ şəhidi… 
Özü  də  hamıdan  istedadlı  ola-ola  bir 
az  talesiz,  bir  az  unudulmuş,  bir  az 
döyülmüş,  əzilmiş,  haqsızlığa  urcah 
olmuş birisi… 
 Sizcə  şəhid  atası  ilə  xalq  yazıçısı 
adını  bir  yerdə  daşıya  bilən  neçə  kişi 
tapılar bu məmləkətdə? 
       
                               
    Şərif Ağayar
 
                                                              
*** 
Sabir  müəllimin  “Yamacda  nişanə” 
adlı  bir  romanı  var.  Romanın 
qəhrəmanı  Laçın  əyalət  sakitliyinə 
alışmaq  istəmir,  o,  ürəyinin  istədiyi 
kimi  yaşamaq  istəyir.  Axırda  isə 
yanğınsöndürən  maşının  sirenasını 
açıb aləmə səs salır. Sabir müəllim də 
belə  bir  ömür  yaşadı.  O,  susmaq, 
sürüyə qoşulmaq istəmirdi.    
                                                                                                           
Qan Turalı 
 
*** 
       Sabir  Əhmədlinin  Azərbaycan 
ədəbiyyatında  dağdan  ağır  xidmətləri 
olub. Sabir Əhmədli o yazıçılardan idi 
ki, 
əsərlərində 
dəqiq 
mənəvi 
oriyentrlər cızırdı. O, ömrünün sonuna 
kimi  ləyaqət  hissini  itirmədi,  haqqı 
nahaqqın  ayağına  vermədi,  yazıçı 
adının  ucalığını  vicdanla,  namusla 
qorudu.  Sabir  Əhmədli  Azərbaycan 
ədəbiyyatının  vicdanı  idi.  O,  bu  xalq 
üçün  az  iş  görmədi,  doğma  oğlunu 
millətinin yolunda qurban verdi, milli 
təfəkkürün 
formalaşmasına 
öz 
samballı,  siqlətli  əsərləriylə  təkan 
verdi,  ucuz  şöhrətin  qulu  olmadı,  əsl 
kişi  ömrü  yaşadı.  Sabir  Əhmədlinin 
gözdən-  könüldən  uzaq  bir  yerdə  - 
Binəqədidəki  qaçqın  qəbiristanlığında 
dəfn  olunması  mənə  dünyanın  ən 
əbləh işlərindən biri kimi görünür. 
Sabir  Əhmədli  öz  ölümüylə  çox 
həqiqətləri  bizim  yadımıza  saldı,  çox 
gizli mənaların üstündən sirr pərdəsini 
götürdü... 
Bizləri 
çox 
şeylərə 
hazırladı... Hazırladı və... getdi. Ruhu 
şad olsun! 
Kənan Hacı 
  
*** 
      Sabir 
Əhmədlini 
görməmişəm,bəli. 
Azərbaycan 
ədəbiyyatının 
bu 
böyük 
nümayəndəsini  oxumuşam  və  bir  də 
dillərdə  haqqında  danışılan  yaxşı 
söhbətlər  eşitmişəm.  Demək  olar 
ki,Sabir  Əhmədli  barəsində  istər 
yaşlı,istər  gənc  nəslin  nümayəndələri 
yaxşı  düşünürlər.  Bu  baxımdan  Sabir 
Əhmədli nadir qələm adamlarındandı. 
Qələmi  o  qədər  gerçəkçidi  ki,hətta 
onun 
Qanköçürmə 
stansiyası 
povestini  oxuyandan  sonra  aylarla  ət 
yemədiyimi 
xatırlayıram. 
İnəyin 
kəsilməsi  səhnəsindən  danışıram. 
Sonralar Apokalipsis filminə  baxanda 
elə  bildim  ki,  filmin  ssenaristi  də 
həmin  əsəri  oxuyubmuş.  Heyvanın 
kəsilməsi  səhnəsi  orda  da  bütün 
detallarıyla göstərilir. Tükürpədici idi! 
                                                                                          
Sevinc Elsevər 
  
 
 
 
 


12
№ 2 (14) Yay 2015 
 
NƏSR
 
SABĠR  
Ə
HM
Ə
DLĠ 
 
 
 
“YAZILMAYAN YAZI” 
memuar  roman 
(əvvəli ötən sayımızda) 
 
Bütünlükdə  bunlar  ruhani,  molla 
olublar. Babam molla idi, mirzəlik edirdi. 
Molla Bəkir kimi tanınırdı.  
Bəs  nə  üçün  biz  bu  familiyanı 
götürməmişik?  Bilmirəm.  Bəlkə,  böyük  
əmim, 
Əhməd 
əmimin 
də 
soyu 
Əfəndiyevmiş,  Qumru  bibimin  baş 
daşındakı “Əfəndiyeva “, eləcə də Qumru 
bibinin  bir  vaxtkı  əri,  sonra  ayrıldıqları 
Əhməd əmimin famili imiş. Əhməd əmim 
müharibə başlayandan xeyli qabaq gedib, 
Rusiyada yaşayırdı… 
Otuz  dörd-otuz  beşinci  illərdə 
Azərbaycanda  hamı  yeni  qayda  ilə 
familiya  götürməyə  başlamışdı.  Bizim 
evdə 
də 
 
götür-qoy  edilir,  hətta 
“Əfəndiyev”  ortaya  gətirilirdi.  Mədəni 
inqilab  gedirdi  o  illərdə.  Hər  şey 
sovetləşir,  yeni  quruluşa  uyğunlaşırdı. 
Onda  Cəmil  beşinci,  altıncı  sinifdə  idi. 
Ona  məktəbdə,  sinif  jurnalında  familiya 
verilməliydi,  yazılmalıydı.  Dürüst  soy  ad 
arayırdı  hər  kəs,  hər  ailə.  Bəy-xan 
dövrünü yada salan molla, əfəndi, zadə ilə 
bağlı  familiyalardan,  soy  adlarından 
çoxları  çəkinir,  qorxur,  min  illik 
köklərindən  üz  çevirib,  yapışırdılar  təzə 
uydurma  soylardan.  Qədim  ad,  nişanə, 
rütbə,  keçmişin  əsl-nəsəbi  ilə  bağlı 
familiyalardan  qaçır,  şübhə  doğuran 
soydan  daşınırdılar.  “Əfəndiyev”  soyu 
bəy,  xan  təki  gözdən  salınır,  sıradan 
çıxarılırdı.  Rüstəmbəyovlar,  Əlibəyovlar, 
Kişibəyovlar  bəyi  atır,  bəysiz,  xansız, 
yalın  adlar  qabağa  çıxırdı.  Bizimkilər 
görünür  qədim,  keçmiş  ayamı  xatırladan, 
yüksək  rütbə,  mənsəbə  yaxın  olduqlarını 
gizlətməkdən 
yana 
Əfəndiyevdən 
çəkinmişdilər.  Ağla  batandı.  Onda  bəs 
bunların  soyu  necə  yazılmalıydı?  Uşaq 
olsam da, güclə xatırlayıram: Əhmədovun 
ustə  dayandılar.  Özü  də  Əhmədzadə, 
Əhmədli  yox,  eləcə  Əhmədov.  «Ov»  
bunlarındı - sovetlərin. 
Bəs  niyə  Əhmədov,  haradan 
hara? Əmimin adı Əhməddi, adətən ata öz 
öğluna  atasının  adını  qoyardı.  Görünür, 
Əhməd  atamın  atası  Molla  Bəkirin  atası, 
babası  imiş.  Babam  övladına  rəhmətlik 
ata-babasının  adını  vermişdi.  Familiya  – 
“hər kəsin babası olmalıdır” qaydası ilə də 
həmin ad bizim yeni familyamız olmuşdu. 
Köhnə, ənənəvi soy hər dəfə itir, 
babanın adı soy ad təki götürülürdü. Belə 
olduqda  nəsil-kök  ənənəsi  pozulurdu,  hər 
doğulan  uşaq  babasının  adını  familiya 
götürməklə  mərhələ-mərhələ  familiya  da 
dəyişir,  köhnə  baba  itir,  yeni  babanın  adı 
doğulan yeni uşağa verilirdi. Beləliklə soy 
özü  mərhələlərlə  yeniləşir,  itir,  yenisi 
ortaya  çıxırdı.  Bu  sovet  quruluşunun 
yeniləşmə, 
köhnələri  itirmək,  tarixi 
pozmaq, 
unutmaq 
niyyətinə 
uyğun, 
büsbütün nankorluq, nəsli danmaqdı. 
Hər 
halda 
belə 
qurtarıram: 
Əhməd  bizim  ulu  babamız  olub,  onun 
adını babamız Molla Bəkir böyük  oğluna 
vermişdi,  həm  də  bu  bizim  familyamız 
sayılmalıydı,  soy  ad  nəsillikcə  deyil,  hər 
kəs    babasının  adını  götürmək  qaydasına 
uyğun olaraqdan. 
Soy  adımız  aydın  oldu.  Gələk 
baba  üstünə.  Babam,  molla  Bəkir  şək-
şübhəsiz,  ləmbəranlıdır,  oranı  mən 
görməmişəm,  Ləmbəran  böyük  kənddir, 
eşitmişəm, 
bilirəm 
yaxşı 
barama 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə