Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə90/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   82   83   84   85   86   87   88   89   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
193 
 
Protaqorda, 
«Parmenid»də, 
Kantda 
transendentlik 
Tanrının  transendentliyi  ən  güclü  şəkildə 
dində  yox,  əski  yunan  fəlsəfəsində  özünü 
göstərmişdi.  Öncə  sofist  Protaqor  demişdi 
ki, mən Tanrının nə olması, nə də olmaması 
haqqında  sübut  verə  bilmərəm.  Bunun 
üstündə Protaqorun başına oyun açmışdılar. 
Teologiyada «aqnostiklər» Tanrını bilməyin 
olabilməzliyini  söyləyənlərdir.  Məncə,  ilk 
aqnostik Protaqor olmuşdu. 
Çox  ilgincdir  ki,  Protaqordan,  təxminən, 
2300  il  sonra  Kant  bu  yunan  filosofunu 
anmadan  Tanrı  ilə  bağlı  onun  düşüncəsini 
təkrar  etmişdi.  Ancaq  təkrar  etmişdi  bir 
fərqlə. Söyləmişdi ki, Tanrının nə olmasını, 
nə  olmamasını  ELMİ  SÜBUTLA  sübut 
etmək  olmaz.  Bundan  sonra  bir  nəsnəni  də 
dediyi  üçün  Kantı  aqnostik  saymaq  olmaz. 
O bildirmişdi ki, Tanrıdan gələn işığa bizim 
bilincimizdə  bütün  pəncərələr  qapalıdır, 
yalnız  əxalqi  şüurdan  başqa.  Bizdə  əxlaq 
olduğu üçün Allahın varlığını düşünürük və 
ya Allah ideyası bizim üçün bu qədər aktual 
olur.  
Tanrının  bilinməzliyi  ilə  bağlı  Platonun 
«Parmenid»  dialoqunda  dərin  düşüncələr 
var. 
Hər 
nəsnəni 
yaratmış 
Tanrı 
yaradıcılıqdan  öncə  tam  tək  olduğu  üçün 
Onun  yanında  başqası  ola  bilməzdi.  Varlıq 
bir  başlanğıcdan  doğub-törəyibsə,  hamısı 
Ondan aşağıdadır, deməli, hətta yaratdıqları 
da  Onun  yanında  duran  Onun  ranqında 
Başqası  ola  bilməz.  Bu  isə  o  deməkdir  ki, 
varlığın  başlanğıcı  Təkcə  olanı  biz  bilə 
bilmərik.  Çünki  nəyisə  bilmək  üçün  onu 
başqası  ilə  tutuşdurmaq  gərəkir.  Başqası 
yoxdursa,  deməli,  həmin  nəyisə  bilmək 
olmaz.  Beləliklə,  artıq,  eramızdan  qabaq 
Platon  Tanrının  qeyb  aləmi  (transendent) 
olduğunu bildirmişdi. Mənə az qala möcüzə 
kimi  görünür  ki,  İbrahim  dinləri  Platondan 
hələ  xəbərsiz olduqları  dönəmlərdə  Allahın 
bilinməzlityini,  zülmətdəliyini  bilmişdilər. 
Haradan 
bilmişdilər? 
Platondan 
bilməmişdilərsə, 
haradan 
bilmişdilər, 
Tanrının  Özündənmi?  Bu  sual  açıq  qalır.          
 
  
   Bizim  dünyanın  açılmasında  nələr  necə 
açılır 
İbrahim  dinlərindən  və  Platonik  fəlsəfədən 
gördük  ki,  dünya  qeyb  aləmindən  çıxaraq 
pardaqlanır.  Beləcə,  varlığın  bizə  görünən 
formalarından  dərinə  qayıtdıqca  elə  fərqlər 
görürük ki,  axırda  Qeyb  aləminə  çatırıq  və 
ora, artıq, Zülmət səltənətidir. 
Oxşar sistem fiziki aləmdə də var. Dərində 
kvant hissəciklərindən o tayda, vakuumdan, 
qara  enerjidən  də  o  tayda  yoxluğu,  heçliyi 
andıran  nəsəlik  durur.  Oradan  kvarklar, 
hissəciklər,  elektronlar,  protonlar,  atomlar, 
molekulalar  yığıla-yığıla  gəlib  bizim 
dünyamızdakı  nəsnələrə  çatır.  Bax,  qida 
metaforası  burada  dadımıza  çatIr.  Allah-
təala  sanki  kvarklardakı  canlı  orqanizmə 
yararlı  olanları  qida  etmək  üçün  onlardan 
atomlar,  molekulalar  və  s.,yığa-yığa  gətirib 
bitkilərə,  meyvələrə  və  ətə  çıxarmışdı. 
Sonra 
isə 
bütün  bunlardan  qidalar 
düzəltmişdi. İnsan kvarkı yeyə bilməz, axı! 
Ancaq filan bitkinin içində yeyə bilər. 
Mən  dedim  ki,  qida  çox  önəmli  kulturoloji 
simvoldur. Bu simvoldan çıxış edərək deyə 
bilərik  ki,  Allah  kvarkları  yeməyə  çevirən 
aşbaz kimi davranaraq İudaizm, Xristianlıq, 
İslam,  Hinduizm  və  Buddizm  dinlərini  əta 
etmişdi ki, insanlar bu dinlərin açdığı antro-
sosiopomorfik  süfrələrdən  İlahi  enerji  ilə 
qidalana  bilsinlər.  Deməli,  dinlərin  antro-
sosiopomorfizminə səbəb odur ki, yalnız bu 
formada  insanlar  İlahi  bilgilərlə  ağılın  və 
duyğusallığın birgəliyində qidalana bilirlər. 
Nəzəriyyələr  isə  yalnız  ağıl  üçün  bilgilər 
verir.  Bu  ideyaya  görə  İbn  Rüşd  kimi 
düşünərlər 
dini 
fəlsəfədən 
aşağı 
tutmuşdular.  Din  şəkillərin  dilində  İlahi 
bilgilərdən 
danışır, 
elm 
isə 
ağıl 
formalarında  ağıl  üçün  danışır.  Ancaq 
filosofların dini aşağı qoymaq düşüncəsi ilə 
mübahisə  etmək  olar.  Növbəti  dərsdə 
bundan danışacam.  
 
   
 
 
 
 


194
№ 2 (14) Yay 2015 
 
 “YAZI”NIN   
AĞLAMALI  GÜLÜġ  
SƏHĠFƏSĠ 
 
(Yox,  zənn  etdiyiniz  kimi  deyil.  Burada 
lətifə-filan  getməyəcək.  Amma  dərginin 
ətrafında  dolaşan  lətifəvari  söhbətlər  yer 
alacaq.) 
 
 
 
 
GÖZLƏNĠLƏN QONAQ 
 
 
 
 
”Yazı”nın  uzaqdan,  yaxından  qonaq-qarası 
olur  hərdən.  Bir  dostumuz  var,  Saatlıda 
yaşayır:  Rizvan  müəllim.  Kimyaçıdır. 
Amma  dünya  ədəbiyyatını  kamil  bilir. 
Bizim dərginin də daimi oxucusudur.  
Tez-tez  telefonda  danışır,  fikir  mübadiləsi 
edərdik.  Bir  gün  yazdı  ki,  gəlirəm  sizin 
redaksiya heyəti ilə görüşəm(!?)  
Gəmilərim 
dənizdə 
batmazmı? 
Nə 
redaksiya, nə redaksiya heyəti?! Bir-iki dəfə 
cəhd  elədim  ki,  deyəm,  bəs...  İmkan 
vermədi.  Dedi,  gəlirəm,  vəssalam.  Etiraz 
edə  bilmədim...  Fikirləşirdim  ki,  onu 
layiqincə qarşıla bilməyəcəyimizi düşünər. 
Gəldi  və  şəhərdən  zəng  vurdu  ki,  hara 
gəlim?  Redaksiya  Mətbuat  prospektindəmi 
yerləşir? 
Evin  ünvanını  –  Sabunçunu  nişan  verdim. 
Yaşlı  olsa  da  arif  adammış.  Yedik-içdik, 
dərdləşdik və təkliflərini verib getdi. Amma 
ayrılanda şapkasını başına basıb  
gülümsündüyünü  gördüm:  kişi    200 
səhifəlik 
 
dərginin 
 
redaksiyası 
olmamasından  elə  bil  əmin  olmağa 
gəlibmiş.  Amma  gedəndə  onu  daha  da 
məmnun  gördüm!  Elə  mən  də  məmnun 
olmuşdum, düzünə qalsa. 
 
 
 
 
 
 
ġƏHLA  ġAM  VƏ  ONUN  
OLMAYAN  ġEĠR  
HAQQINDA  YAZI 
 
 
 
 
Bu  internet  kefdi  də  vallah!  Nə  istəyirsən 
elə.  Hüqonun  “Səfilləri”ni  paylaş,  altından 
da  imzanı  qoy,  “Karamazov  qardaşları”nı 
poz,  təzədən  yaz  və  imzanı  qoy  altına  və 
hakəza... 
Dərgini  çapa  hazırlayanda  dörd  gözlə 
interneti  gəzirəm  ki,  birdən  bir  gözəl  yazı-
filan  dəyər  gözümə,  qoyum  səhifəyə. 
Əlbəttə,  belə  şey  yüzdə  bir  olur.  Amma 
olur.  Bu  dəfə  də  oldu.  Amma  türklər 
demişkən şaka kibi... 
Bir  şeiri  gözüm  aldı  və  yelməsindən  tutub 
atdım 14-cü nömrənin qutusuna. Həmin şeir 
bu idi: 
 
Mən elə sevdim ki , səni 
Daşı sevsəm gül açardı. 
Mən elə sevdim ki , səni 


                            Üç aylıq ədəbiyyat dərgisi 
195 
 
Lalı sevsəm dil açardı. 
Mən elə sevdim ki , səni 
Qumu sevsəm göyərərdi. 
O qədər ki , səni sevdim 
Kimi sevsəm 
Yumşalardı, 
Kövrələrdi . 
Mən səni sevdiyim qədər 
Buzu sevsəm əriyərdi. 
Dağı sevsəm 
Ayaq tutub yeriyərdi. 
Mən səni sevdiyim qədər 
Kor quyunu sevsə idim 
sinəsindən 
Zəm-zəm suyu saçılardı. 
Mən səni sevdiyim qədər 
Kar qayanı sevsə idim 
Qulaqarı açılardı. 
Mən elə sevdim ki , səni 
Səndən başqa 
hamı bunun fərqindəydi 
sən də məni sevsə idin 
mənim qədər 
dərdim nəydi?!  
 
Şeirin  altında  (ya  üstündə,  yadımda  deyil) 
yazılmışdı: ġəhla ġam. 
Xanımı  axtarıb  internetdə  tapdım,  sonra 
dostluq göndərdim və yazdım ki, bu şeiriniz 
kimi  şeirlərinizvarsa,  göndərin,  çap  edək. 
Bu  aqibəti  xeyir  nə  yazsa  yaxşıdır?  O  şeir 
mənim  deyil  və  müəllifini  də  xatıtlamıram. 
Amma 
sizə 
şeirlərimi 
göndərərəm.(!!!!!!!!!!!!!!!!!!)  
Vur  özünü  öldür!  Daha  ardı  yoxdur.  Hə, 
yox... var  ardı...  Bu  şeirin  sahibi  varsa (!?) 
gələn  nömrə  üçün  özünü  nişan  versin  və 
yeni  şeirlərini  də  bizə  göndərsin...  Şəhla 
xanıma isə şeirə olan sevgisinə və bu yazını 
yazdırdığına görə təşəkkürlər! 
                                                                                    
Olmayan    redaksiyanın  “Məktublar 
Ģöbəsi “(?!) 
  
 
  
 
 
UġAQ  GUġƏM
i

Nigar Mübarizqızı   
 
 
(S.Bəhlulzadə adına  
gimnaziyanın Ģagirdi) 
 
Q, qarı sevmirdi 
(hekayə) 
       
Güləbətin  gözünün  yaşını  baş 
yaylığının  ucuyla  sildi.  Sifətindəki 
qırışlar ömür yollarının iziydi... 
-
 
Qızım, qardaşın evdəmi? 
-
 
Hə, otağında... 
-
 
Çağır gəlsin. 
       Gözünün  yaşını  təkrar  sildi. 
İstəmirdi  görən  olsun.  “Kaş,  - 
fikirləşdi,  -  kədəri  də  belə  asanlıqla 
silib ata biləydim”.  
       İki uşağı təkbaşına böyütmüşdü, 
min bir zülmlə! Bəzən ürəyi istəyən 
kimi  baxa  bilməmişdi  onlara,  - 
korluq  çəkmişdi  uşaqlar.  Hər  dəfə 
də  özünü  qınamışdı,  bir  qırağa 
çəkilib 
xısın-xısın 
ağlamışdı; 
istəmirdi uşaqlar görüb pis olsun. 
         -  Ana...  –  oğluydu.  Onun 
səsində, davranışında qəribə bir hiss 
tutmuşdu  neçə  vaxtdı;  müharibəyə 
getməkdən 
boyun 
qaçırana 
oxşayırdı.  Könülsüz  dolanır,  öz 
otağına  çəkilib  saatlarla  üzüquylu 
qalırdı. 


196
№ 2 (14) Yay 2015 
 
            -  Pis  olma,  oğul,  –  dili  bir 
söz  deyirdisə  də,  ürəyindən  qara 
qanlar  axırdı.  -Torpaqlarımızı  geri 
qaytarmaq sənə nəsib olacaq...   
-
 
Torpaq  elə  kasıb-kusuba 
qalıb?  Varlı  balaları  burda 
kef  eləsin,  biz  də  gedək 
ölək? 
       -  Allah  eləmisin,  oğul.  Elə  niyə 
deyirsən?    Sənin  düşmənin  ölsün...  
Sən  getmə,  o  biri  getməsin,  bəs 
vətəni  kim  qoruyacaq?  Getməlisən, 
getməsən...  öz  dostlarının  üzünə 
necə  baxacaqsan?  Zibanın  balası 
şəhiddi, 
onun 
üzünə 
necə 
baxacağıq?! 
-
 
Demək  asandı  e.  Səngərdə 
çürüyən mən olacam... 
        -  Orada  öz  dostlarınla  vətəni 
qoruyacaqsan,  bala.  Bəs  mən  tək 
canımla sizi necə qorudum? 
  Oğlu  hirslə  qapını  çırpıb 
çıxdı... 
         Mırıltıya  oxşar  bir  səs  çıxardı 
qadın.  Heç  vaxt  oğlunun  üstünə 
qışqırmamışdı;  onsuz  da  qırıq 
könlünü bir də yaralamaq istəmirdi. 
           Aradan  keçən  günlər  bir  də 
qayıtmadılar  bu  söhbətin  üstünə. 
Heç  birinin  deməyə  əlavə  sözü  yox 
idi,  hərə  öz  fikrindəydi.  Hər  keçən 
saniyə  onların  günündən,  saatından 
keçirdi,  -  bilirdilər...  Anasının  ona 
necə  qıydığı  Murada  çatmırdı,  başa 
düşə  bilmirdi.  Necə  ola  bilərdi  ki, 
ana  öz  balasını  bilə-bilə  odlara 
atsın?! Ana da... necə gizlədə bilərdi 
oğlunu?! 
Kimdən? 
Vətəndən? 
Güləbətin  öz  oğlunu  vətəndənmi 
gizlədəcəkdi? Yox, vicdanı buna yol 
verməzdi! 
           ...Oğlunu  yola  salmaqçün 
yığılmışdılar.  Qürur  hissiylə  baxırdı 
oğluna,  elə  bil,  bir  günün  içində 
böyüyüb  kişiləşmişdi  o.  Uzun 
müddət  oğlunun  boynundan  sallalı 
qaldı. 
          Quş  kimi  yüngül,  yaşı  çox 
olmasa da, vaxtından əvvəl qocalmış 
anasını özünə sıxmışdı Murad. Çətin 
günlər  anasını  tez  qocaltmışdı,  həm 
fiziki,  həm  də  mənəvi  baxımdan 
yormuşdu...  İndi  o  özü  anasını 
sakitləşdirməli 
idi, 
təmkinini 
axıracan qorumalı idi. 
           -  Dua  et,  ana.  Sən  dua  etsən 
hər  şey  yaxşı  olacaq.  Bacımdan 
muğayat ol, qoyma pis olsun... 
            -  Dua  edəcəm,  oğul.  Gecə-
gündüz  dualar  edəcəm.  Tez  qayıt, 
sağ-salamat  qayıt.  Torpaqlarımızı 
qaytar,  qayıt!  Sən  bizdən  sarı 
narahat olma... 
Sonra  bacısına  sarıldı...  Və 
arxasına  da  baxmadan  yola 
düşdü Murad.  
Yalnız 
indi 
oğlundan 
ayrıldığını dərk etdi Güləbətin!  
        Aylar  bir-birini  qovalayırdı. 
Ananın  boğazından  rahat  tikə 
keçmirdi,  oğlunun  bu  yeməklərdən 
yemədiyini  fikirləşib,  başını  rahat 
yastığa  qoya  bilmirdi,  oğlunun 
soyuq  səngərdə  yuxusuz  qaldığını 
yada salıb... 
Hər  gün  pəncərənin  qarşısında 
dayanıb gözünü yollardan çəkə 
bilmirdi.  
       Qar  yağırdı.  Onsuz  da  qarı  heç 
vaxt sevməyib. Qar ona “Bir gəncin 
manifesti”ndəki  Baharı  xatırladırdı. 
Anasından  aralı,  soyuqdan  titləyən 


                            Üç aylıq ədəbiyyat dərgisi 
197 
 
vücud...  İndi  isə  daha  çox  nifrət 
elədi  qara!  Nazik  əsgər  paltarında 
soyuqdan  dişləri  dişlərinə  dəyən 
oğlunu  təsəvvür  elədi.  “Heç  nə 
olmaz!  –  özü  özünə  toxtaqlıq  verdi, 
-  pis  günün  ömrü  az  olar!  Təki 
torpaqlar  azad  olsun.  Kişiyə  qar-
boran heç nə eləməz!” 
       -  Ana,  telefona!..  –  qızı  idi, 
ürəyinə  nəsə  damıbmış  kimi,  titrək 
səslə anasını telefona səslədi. 
       - Alo, alo!.. – başqa heç nə deyə 
bilmədi ana! Telefon dəstəyi əlindən 
yerə düşdü. 
Murad şəhid olmuşdu. 
Güləbətin  qarı  onsuz  da 
sevmirdi, 
qarlı-sazaqlı 
bir 
gündə dəfn elədilər Muradı. 
       ...oğlunun 
məzarı 
üstünə 
gəlmişdi, son bir ildə hər gün olduğu 
kimi.  Bu  gün  isə...  fərqli  bir  gəliş 
idi. Əlində məktub gəlmişdi. Bir gün 
əvvəl 
Muradın 
əsgər 
yoldaşı 
gətirmişdi bu məktubu. Ölməmişdən 
qabaq  yazıbmış.  Amma,  qorxurdu 
açmağa...  Qurxurdu  ki,  oğlu  son 
məktubunda 
onu 
qınayar, 
məzəmmət  edər.  Onu  niyə  ölümə 
göndərdiyini  sual  edər.  Titrək 
əllərilə,  qorxa-qorxa  birtəhər  açdı 
kağızı: “...dostlarım şəhid oldu, ana! 
Burda  çox  şeylər  gördüm!  Qan 
gördüm,  son  nəfəsdə  dostlarımın 
iniltilərini  eşitdim.  Qollarımda  gözü 
açıq öldülər, ana! Sən düz deyirdin! 
Onların  intiqamını  ala  biləcəyim 
üçün sevinirəm! Xoşbəxtəm!..” 
        Sonrasını 
oxumadı.  Oxuya 
bilmədi.  Göz yaşları imkan  vermədi 
oxuya.  
PAL
i
TRA
 
ə
ə
ə
ə
ə
 
 
      Rənggarlıq incəsənətin elə sahəsidir 
ki, 
burada 
söz 
acizdir. 
Bizim 
tanıdığımız 
5-6 
rəgdən 
savayı 
rəssamların min bir rəngi seçə bildiyini 
kim  bilmir  ki?!    Səttar  Bəhlulzadənin 
əfsanəvi 
rənggarlığı, 
T.Nərimanbəyovun  min  bir  rəng  çaları 
görməsi buna yaxşı sübutdur. 
      Bu 
günkü 
qəhrəmanımız 
da 
rənggardır. Amma onun rəng sevgisinin 
içində  bir  həsrət,  bir  ağrı  və  bir  eşq  də 
gizlənib: doğma elinə, obasına, vətəninə 
olan dədə-baba həsrəti, ağrısı, eşqi... 
       Söhbət milli mücadiləmizin öndəri, 
xalqımızın  böyük  rəhbəri  Məhəmməd 
Əmin Rəsulzadənin nəvəsi, rəssam Rəis 
Rəsulzadədən  gedir.  O  Rəis  Rəsulzadə 
ki,  yaşadığı  Qazaxıstanda  atasından 
eşidəndə ki, o kimdir, haralıdır və hansı 
nəslə-kökə  mənsubdur,  daha  heç  kimə, 
heç  nəyə  gənəşmədən  yeniyetmə 
yaşında Bakıya üz tutur. Burda onu heç 
də xoş diləlklə qarşılamayacaqlarını 
 


198
№ 2 (14) Yay 2015 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
bilə-bilə.  Soyuq  zirzəmilərdə  gecələyir, 
amma  babasının,  atasının  şəhərinin 
haçansa  ona  sahib  çıxacağına  inanıb 
geri çəkilmir... 
        ...Mən 
Rəislə 
tanış 
olanda 
Vətənimizin  ağır  günləri  idi.  Dağlıq 
Qarabağ  və  ona  bitişik  ərazilər  işğal 
olunmuşdu,  ölkədə  dolanışıq,  iş  yeri, 
adi həyat norması belə yox dərəcəsində 
idi.  Amma  Rəisdə  olan  həyat  eşqi 
adama hər şeyin yaxşı olacağını sənə də 
diktə  etdirirdi.  Və  biləndə  ki,  Rəis 
rəssamdır, 
mən 
ona 
daha 
çox 
bağlandım.  Bir  neçə  dəfə  haqqında 
işlədiyim  radioda  veriliş  hazırladım, 
reportajlar etdim.  
        Rəis  təbiət  etibarı  ilə  çox  sakit, 
təlatümsüz 
və  rahat  adam  təsiri 
bağışlayır. Son dərəcə səliqəli və kübar 
bir görkəmi var.  
 
 
 
 


                            Üç aylıq ədəbiyyat dərgisi 
199 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əsərlərinə  diqqətlə  baxanda  bunu 
anlamaq olur: bu hal onun rəsmlərindən 
gəlir.  Ya  bəlkə  Rəisin  xarakteri  köçüb 
əsərlərinə?  
        Elə  bilirəm  ki,  rəssam  və  onun 
əsərləri  barədə  danışmaqdansa,  onun 
rənggarlıq  nümunələrinə  tamaşa  etmək 
daha  yaxşı  olar.  Buyurun,  Rəis 
Rəsulzadənin  əsərlərindən  ibarət  daha 
bir  sərgi  ilə  bizim  dərgimizdə  tanış  ola 
bilərsiniz.  Üz  qabığından  tutmuş,  arxa 
qapaınacan  onun  əl  işlərindən  istifadə 
etmişik. 
Yaxşı-yaxşı 
baxın 
ki, 
gözləriniz istirahət etsin.        
                                                                                                          
İncəsənət şəbəsi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


200
№ 2 (14) Yay 2015 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
YEN
Ġ 
  N
Əġ
RL
Ə
R
 
 
 
 
 

Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə