Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə84/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   80   81   82   83   84   85   86   87   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
181 
 
 
Mayıl  kişi  əyilib  qazana  baxdı,  
qaşlarını  dartdı.    Boyca  ondan  iki  qarış 
aşağı  idi,  qocalsa  da  gözlərində  cin 
oynayırdı.  Qaşlarının  tükü  tökülmüşsə  də, 
əksinə  kökəldiyindən  iri  sifətinə  yayılmış 
dimdik burnunun içi tüklə dolu idi. Başının 
ortası  tamam  tüksüzdü,    amma  başının 
yanlarındakı    uzatdığı    tüklərlə  keçəlini 
örtən bu dazbaş adamı  seyr edib, onun bu 
yal-yamacda  mərəfçə    eşqinə  düşməyinə 
maraqla baxa-baxa  gülümsündü: 
 
-Məzən olsun, Qənimət! Ə kişi, bu 
hardan ağlına gəlib? 
 
Qənimət  cavanlara  baxıb  lap 
astadan (o adətən pıçıltıyla danışardı) dedi:  
 
-Sən 
bu 
balaca 
bitkinin 
hikmətlərini  bilmirsən  axı?  Bu  ereksiyanın 
dərmanıdır! 
Yüngülcə  qaynadıb  duz 
səpirsən,  çörəklə  dürməkləyib  yeyirsən, 
əvvala,  spermanı  artırır,  ikincisi  də  kişinin 
cinsi istəyinə kömək edir... 
 
İkisi  də  əllərini  bir-birinə  vurub 
pəsdən  güldülər. 
 
Sonra  nə  fikirləşdisə,  Mayıl  kişiyə 
zəndlə  baxıb  təşəxxüslə,  amma  yenə 
pıçıltıyla dedi: 
 
-Sən  ayrı  şey  fikirləşmə,  haaa, 
lələşinin  bir  problemi  yoxdur  cinsi  istəklə-
filanla  bağlı...  Cavan  arvadımı  hər  mənada 
təmin  edirəm,  hələ  dediyim  kimi,  qıraqda 
saxladığım da var... Nolsun yetmişdəyəm... 
Amma  Mayıl...  –  Onun  üzünü    yenə  bircə 
anda  kədər  bürüdü.  –  Mənim  bir  dərdim 
var...  O  gördüyün  oğlumun  qırx  dörd  yaşı 
var, övladı olmur... Ondan kiçiyi də İdman 
nazirliyində yaxşı işdədr, onun da zürüyyəti 
yoxdur... Təkcə qızımın bir oğlu var. Bax, o 
gənc 
qız  nəvəmdir...  Həkim-dərman 
qalmayıb,  olmur  ki,  olmur...  Çiy  boranı 
dəndiyi  deyiblər,  bir  də  bu  mərəfçəni 
məsləhət  biliblər...  Ona  görə  gətirmişəm 
bura  ki,  təmiz  hava  udaq,  həm  də  bunnan 
yığaq, bişirib yeyək... Gedənə macal da pul 
verib 
yığdıraq, 
özümüzlə 
aparaq... 
Maşallah,  sənin  sürülərinnən  bir  çəpiş 
almışıq,  ləzzətli  andrikodu  var,  bir-iki  şiş 
çəkək, səninlə bir stəkan stəkana vuraq... 
 
Bir  azdan  yerdən  süfrə  salıb 
oturdular. Məclis qızışdı. 
*** 
 
Kəndin  burnundakı  Ofşar  təpəsi 
deyilən  yerdə  iki  nəfər  avtobusdan  düşdü. 
Biri  burda  doğulmuş,  bu  təpənin  ətrafında 
gizlənpaç  oynamış  filosof  Nazim  Niyaz,  o 
biri  isə  dostu  şair  Qayım  Qədim  idi. 
Təpənin  yanında  dayanıb  bir  kilometr 
aralıda  olan  kəndə  tamaşa  etməyə 
başladılar. Şair sükutu pozdu: 
 
-Niyə burda düşdük? Gör kəndə nə 
qədər var? 
 
Filosof  ucuz “Klassik” siqaretinin 
qutusundan  bir  gilə  çıxardıb    yandırdı, 
tüstünü  sinəsinə  çəkdi  –  bilmək  olmadı  bu 
ah  çəkmək  idi,  ya  tüstü  çəkmək.  Handan-
hana  qara  həbəş  dodaqlarını  aralayıb 
pıçıldayırmış kimi dedi: 
 
-Bizdə  gördüyün  kimi  dağ-daş 
yoxdur. Yeganə tarixi abidəmiz bu təpədir – 
Əfşar  təpəsi...  Bu  haqda  artıq  sən  bilirsən, 
avtobusda  danışdığım  Nadir  şah  Əfşarın 
adıyla bağlı olan yerdir. Nə yazıq ki, mənim 
həmkəndlilərim 
bunu 
da 
bizə 
çox 
gördülər...  Əfşarı,  əslində  afşardı  də 
bilirsən,  qədim  türk  tayfalarının  adıdır,  hə 
onu  da  təhrif  edib  gülməli  şəklə  salıblar  – 
ofşar  eliyiblər!  Kəndin  adı  da  qalıb  Ofşar, 
təpəninki  də.  Ofşar  da  indi  bilirsən  də 
dünyada  nə  anlama  gəlir?!  Zakon  podlosti 
buna deyiblər... 
 
-Nə  anlama  gəlir?  –  O,  dostunun 
ağzından  burula-burula  çıxan  tüstüyə  key-
key  baxdı.  Qara  qısaqol  köynək,  bozumtul 
şalvar  və  şalvarın  rəngində  yanları  deşik 
ayaqqabı  geymiş  kök  və  ətli-canlı    Nazim 
Niyaz    iri  gözlərini  dolandırıb  bu  cılız 
adamı  təpədən-dırnağa  süzdü,  qıvrım 
saçları  qanı  qaçmış  sifətinə  uyuşmayan 
şairə yarı-istehza ilə dedi: 
 
-Bizdə,  20-ci  əsrin    şeiri  ona  görə 
dünya  arenasına  çıxa  bilmədi  ki,  elmdən, 
informativ  bilgilərdən  uzaq  düşdü.  Çünki 
sovet  sistemi  konslager  kimiydi,  xaricə 
məlumat  sızmırdı,  xaricdən  də  sızması 
yasaq idi. Bəs indi? İnternet var, saytlar var, 
sən  niyə  bu  qədər  geridə  qalmısan?  Ofşar 
şirkətlər barədə bütün dünyanın informasiya 
vasitələri geniş materiallar çap edir axı...  


182
№ 2 (14) Yay 2015 
 
 
Şair  elə  bil  dostunun  son 
dediklərini  eşitmədi.  Əhvalı  dəyişdi  bircə 
anda. Tükü duruldu elə bil, gözləri yaşardı, 
əlini  təpənin  torpağına  sürtüb  ekstaz 
vəziyyətdə dedi: 
 
-Sağ  ol,  Nazim  Niyaz!  Mən  sənin 
elmi potensialına həmişə inanmışam! Sənin 
haçansa bir qu nəğməsi oxuyacağına, dünya 
fəlsəfi  fikrinin  incisi  olan  böyük  bir  traktat 
yazacağına  əminəm!..  Çünki  sən  tarixlərə 
şahidlik edən bir torpaqda doğulmusan.. 
 
Nazim 
Niyaz 
şairin, 
dəyirmançıların  sözü  olmasın,    püsdən-
təvərədən  çıxdığını,  ayaqlarının  yerdən 
üzüldüyünü görüb acı-acı gülümsündü: 
 
-Düş  aşağı,  düş  görək...  Nə  qu 
nəğməsi  olacaq,  nə  xuy  nəğməsi...  Mən 
artıq  potensialımı  elə  poxlara  xərcləyirəm 
ki, onnan ancaq Nazim Niyaz kimi götverən 
filosof  çıxar...  Elə  sən  də  mənim 
günümdəsən...  Sonuncu  silsilə  şeirlərini 
kimə həsr etmişdin? O məşhur şair rektora, 
belədi, belə deyil? 
 
-Elədir...  –  Şair  qəfil  təkandan 
büdrədi,  amma  yıxılmadı:  artıq  ayağı  yerə 
dəymişdi. 
 
-Bəs  mən  sonuncu  kitabımı  kimin 
bioqrafiyasına  həsr  etmişdim?  İşlədiyim 
Mərkəzin  direktoru,  akademik,  deputat 
Cəfər  Nizamovun...  Cəfər  Nizam  yox  ha, 
Cəfər Nizamov! Yenə sovet dövründə  bəzi 
şairkimilər  cəsarətə  gəlib  bu  -  ov,  -yevi 
atmışdılar:  Səməd  Vurğun,  Məmməd 
Rahim,  Rəsul  Rza,  Süleyman  Rüstəm... 
Düzdür,  onların  da  əllərinə  harda  girəvə 
düşmüşdü, orda dibinnən kəsmişdilər... Biz 
kəsməkdə  mahirik  də  bilirsən!  Anadan 
olanda  şeyimizi  kəsirlər  -  sanki  bizə 
aşılayırlar  ki,  səni  kəsdik,  sən  də 
kəsməlisən...  Beləcə  kəsə-kəsə  gedirik... 
Monstrlar 
məmləkətinin 
şairiylə 
filosofunnan sən bunnan artığını gözləmə... 
 
Şairi  elə  bil  göyün  yeddinci 
qatından  zərblə  yerə  çırpdılar.  Əl-ayağı 
titrədi, qansız sifəti bir az da ağardı, əyilmiş 
üzünü  əliylə  ovxaladı,  burnunu  çəkib 
qurcuxdu. 
 
-Neyləyək,  qardaşım,  pulsuzluğun 
üzü  qara  olsun...  –  Şair  ah  çəkdi.  –  Mən 
yaxşı  düşünmüşdüm:  evlənməyəcəkdim! 
Özümü bütövlükdə sənətə həsr edəcəkdim... 
Qoydular  ki, rəhmətliklər?! Anam gözünün 
yaşını  tökdü,  atam  əlini  hülqumuna  atdı, 
“oğul,  bu  çarığın  olsun,  məni  mars  eləmə 
dost-düşman  içində,  evlən”  dedi.  Bacılarım 
məni  diri-diri  ağladılar...  Əlacım  kəsildi, 
evləndim...  Bu  zalımın  qızı  da  himə 
bəndmiş,  ucun  qoymamış,  doğub    tökdü, 
dalbadal  ikisin  doğdu,  ikisi  də  qız...  İndi 
mən  neyniyim?  Bunlara  yemək  lazımdır, 
oxutmalısan,  cehiz  verməlisən...  Füzuli 
demiş, “dust bipərva, fələk birəhim, dövran 
bisikun,  dərd  çox,  həmdərd  yox,  düşmən 
qəvi,  tale  zəbun...”  Mən  deyiləm,  sənsən... 
Pul  onlardadır,  biz  də  quru  forsu  salsaq 
içimizə,  vallah  acınnan  qırılarıq,  necə  ki, 
qırılırıq... 
 
-Yaxşı,  boş  ver  bunları...  İndi,  nə 
deyirsən,  əvvəl  bizəmi  gedirik,  qardaşım 
arvadı  bir  çay  dəmləsin  içək,  ya  Hadıyevi 
axtarıb  tapırıq?  –  Filosofun  bu  sualı  soyuq 
duş effekti yaratdı. İkisi də getdikləri o ayrı 
aləmdən 
geri 
dönüb 
soyuq 
başla 
fikirləşməyə başladılar. 
 
-Yox,  sizə  nəyə  gedirik?  Hadıyevi 
tapaq luçşe! – O həm istidən, həm də filosof 
dostunun  kəskin  həmləsindən  özünə  gələ 
bilməmişdi hələ. - Amma gəl əvvəl  qırağa 
çəkilib  bir  az  su  içək,  mənə  də  siqaret  ver 
çəkim,  qırışığımız  açılsın.  Sonrasına 
baxarıq. 
 
Təpənin  solunda  buralarda  yeganə 
canlı  olan  dağdağan  ağacının  kölgəsinə 
verdilər  özlərini.  Çantalarından  mineral  su 
çıxardıb içdilər. Şair siqaret yandırdı.  
 
-Mirzə  Məmməd  sənin  nəyin 
düşür? 
 
-Ulu  babam,  -  şair  bir  az  fəxrlə 
dilləndi.  O  bu  addan  həmişə  qürur 
duymuşdu. – Nəticəsi oluram. Zarafat deyil 
e, o vaxt Peterburqda oxuyub... 
 
-Məşhur 
Bakı 
milyonçusunun 
dostu imiş həm də? 
 
-Dostu  deyəndə  ki...  Nətəhər  ki, 
mən  Mərkəzimizin  direktorunun  dostuyam, 
nə təhər ki, sən rektor şairin dostusan, o da 
Hacı  Hacıağanın  dostu  olub...  Bu, 
həyatımızın  ironiyasıdır.  Bizə  çörək  verən, 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə