Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə83/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   79   80   81   82   83   84   85   86   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
179 
 
 
Müstəntiq o biri otaqlardan bir şey 
tapılmadığını görüb gəldi anasının otağının 
qapısına  və  “burda  kimsə  varmı?”  deyib 
Əmənova  baxdı.  Əmənov  onun  qabağına 
keçib əsəbi halda bağırdı: 
 
-Bu  otaqda  mənim  xəstə  anam 
yatır...  Əsəb  xəstəsidir...  Özünü  idarə  edə 
bilmir... Xahiş edirəm ki, ora ya baxmayın, 
ya  da  elə  edin  ki,  xəstənin  psixikasına 
toxunan hərəkət etməyəsiniz.  
 
Müstəntiq  üzündə  “aha,  yəqin  ki, 
axtardığımız  elə  burdadır”  düşüncəsiylə 
qapını  açdı.  Ana    çarpayıda  üstü  açıq 
yarıçılpaq  vəziyyətdə  yatırdı.  Çarpayının 
qabağında  döşəmənin  üstündə  su  axırdı. 
Amma  bir  az  yaxına  gedəndə  müstəntiqi 
sidik iyi vurdu. Anladı ki, qadın çarpayının 
qırağından döşəməyə işəyib. 
 
Otağı tamam axtarsalar da bir şey 
tapılmadı.  Gənc  müstəntiq  israrla  ananın 
çarpayısına  tərəf  baxır,  qadını  oradan 
durğuzmaq  istəyirdi.  Bu  vaxt  ana  
anlaşılmaz  səslər  çıxardaraq  qışqırmağa 
başladı.  Əmənov  daha  dözə  bilmədi. 
Həmişə 
üstündə  gəzdirdiyi  tapançanı 
çıxardıb müstəntiqə tərəf tuşladı və bağırdı: 
 
-Bu  saat  buradan  rədd  olub 
getməsəniz, 
sizi 
güllələyəcəyəm! 
Əxlaqsızlar,  alçaqlar!  Mən  sizdən  Daxili 
İşlər  Nazirinə,  Baş  Prokurora  şikayət 
edəcəyəm!  Mənim  xəstə  anama  belə  rəhm 
etmirsiniz! 
 
Sanki möcüzə baş verdi. Müstəntiq 
anaya  baxıb  “üzr  istəyirəm”  dedi  və 
yanındakı silahlı adamlara da işarə edərək 
evi  tərk  etdi.  O  isə  anasını  bağrına  basıb 
öpür,  hönkür-hönkür  ağlayırdı.  Ana    əyin-
başını  düzəldərək    acıqlı-acıqlı  gəlininə 
hələ 
də 
döşəmədə 
göllənən 
sidiyi 
təmizləməyi tapşırdı. 
             O  hadisədən  bir  ay  sonra“Lyoşa” 
ləqəbli  həmin  müstəntiq  həbs  olundu.  Az 
müddətdə  məhkəməsi  oldu  və  güllələndi. 
Əmənova  isə  ölkə  iqtisadiyyatına  verdiyi 
töhfələrə görə Lenin ordeni verildi. Hə, bir 
də  üstündə  silah  gəzdirdiyinə  görə  izahat 
aldılar.  Amma  sonra  o  izahat  da,  elə  silah 
da yaddan çıxdı.)  
 
-Hadıyev, 
dediklərinin  hamısı 
düzdür, amma bircə o sən görən su yoxdur 
burda.  O  buz  bulaqlar  bizim  xaraba 
dağlarımızda  qaldı.  Bircə    Nadir  şahın 
qazdırdığı  Ofşar  kəhrizinin  suyu  babatdır, 
onu da uşaq-böyük yaman günə qoyub... 
 
İkisi  də  kövrəldi.  Hadıyevin  də, 
Əmənovun  da  doğulduğu  rayon  ermənilər 
tərəfindən  işğal  olunmuşdu.  Bu,  onların 
yaralı  yeriydi.  Amma  mümkün  qədər  bu 
barədə  danışmazdılar.  Həkim  demişdi  ki, 
yaşamaq  istəyirsiniz,  unudun  rayonunuzu, 
kəndinizi. Ürəyiniz kənd istəmir, gedin bağ 
alın,  hər  səhər  bel  götürüb  ağacların  dibini 
belləyin... 
 
Hadıyevin Bakı bağlarında beş-altı 
yerdə  bağı  vardı.  Nəvələrinə  də  almışdı. 
Əmənovun da Bakıda Ləyiş bağları səmtdə, 
köhnə bakılılar demiş “daçası” vardı, amma 
bir  qaçqın  qohumuna  vermişdi  ki,  həm 
yaşasın, həm də bağa baxsın. 
 
Cavanlar 
bir 
tərəfə 
çəkilib 
söhbətləşirdilər. Qocalar isə ocağın başında 
kiçik açılıb 
-yığılan stullarda əyləşib dərdləşirdilər. 
 
-Qənimət,  danış  görüm,  nə  işə 
baxırsan,  günün-güzaranın  necə  keçir? 
Hərdən  televizorda  görürəm,  azdan-çoxdan 
xəbərim var əslində... hər halda öz ağzınnan 
eşitmək daha münasibdir... 
 
Əmənov  son  zamanlar  şəhərsayaq 
danışığını  az  qala  yadırğamışdı.  Əslində 
çıxdığı  kəndin  leksikonu  və  danışıq  tərzi 
həmişə  ona  mane  olmuşdu.  Rusca  yaxşı 
bilsə  də,  bir  çox  sözlərin  tələffüzünə  heç 
vaxt  lazımınca  əməl  edə  bilmirdi. 
Korelenko,  Bulqakov  tipli  xüsusi  isimlərdə 
vurğunu  yerində  vura  bilmir,  xüsusən 
Bulqakov  tipli  sözdə  vurğunu  sonda 
işlətməklə,  həm  də  adətən  tez-tez  danışan 
adam  olduğundan  onu  Budaqov  şəklində 
deyirdi. Bu da eşidənlərdə gülüş doğururdu. 
Buna  görə  indi  şəhərdən  gələn  dostunun 
yanında  ədəbi  cümlələrlə  danışmağa 
çalışırdı. 
 
Qənimət 
Hadiyev 
uzun 
illər 
pambıqçılıq  rayonlarında  katib  işləmişdi. 
Bir  çoxları  bu  ağır  işdə  büdrəsə  də  (bəzi 
katiblər  həbs  olunmuşdu,  bəzisi  intihar 


180
№ 2 (14) Yay 2015 
 
etmişdi, bəzisi də sadəcə işini itirmiş, amma 
canını  salamat  qurtara  bilmişdi),  o  inamla 
irəliləmiş,  axırda  Dövlət  Plan  Komitəsində 
şöbə müdiri olmuşdu. 
 
-Ay  Mayıl,  daha  bizim  gün-
güzaranımız 
ancaq 
nəvə-nəticəylə 
oynamaqdan  ibarət  olmalıdır...  Biz  o  ağır 
illərdən 
səninlə 
sağ-salamat 
çıxa 
bilməyimizə şükür etməliyik... Bircə Nigarı 
itirməyim mənə ağır təsir elədi... 
 
-Hə, eşitdim, özüm gələ bilmədim, 
Qürbətdən  başsağlığı  yollamışdım...  “Xalq 
qəzeti”ndə  də  başsağlığı  verdim  sənə... 
Amma deyəsən evlənmisən, hə? 
 
Hadıyevin  kədərli  üzünə  bircə 
anda  gülüş  gəldi  və  hələ  tam  çəkilməmiş 
kədərlə  gülüş  kişinin  sifətində  qəribə  bir 
mənzərə yaratdı: elə bil isti gündə qəfil qar 
başlamışdı.  
 
-He-he...  Sən  də  qazdan  ayıqsan 
haaaa...  Mən  bunu  gizlin  saxlayırdım  dost-
tanışdan...  –  Bir  az  aralıda  baş-başa  verib 
deyib-gülən  cavanların  eşitməməsi  üçün 
səsini bir az qısdı. – Mayıl, arvadsız qalmaq 
olmur, çətindir... Düzdür, kənarda varımdır, 
elə  indi  də  var...  Amma  kişinin  gecə 
sinəsinə  baş  qoyub  yatdığı  bir  nazəninə 
həmişə  ehtiyacı  var...  Düzdür,  cavandır. 
Qızımdan  üç-dörd  yaş  da  kiçikdir,  amma 
dəxili  nədir?  Hər  mənada  ehtiyacımı 
ödəyir... 
 
(Hadıyev  danışdıqca  Əmənovun 
fikri dolaşır, artıq şəkərin üzdüyü arvadının 
get-gedə  nəinki  gözəlliyini,  hətta  adi  qadın 
cazibədarlığını  belə  əldən  verdiyini  göz 
önünə  gətirib  sarsılırdı.  Ondan  on  iki  yaş 
cavan  olsa  da  həm  yaşlanması,  illah  da 
dərd  Humayı  əymiş,  üz-gözünə,  boyun-
boğazına    qırışlar  salmışdı...  Son  bir  ildə 
demək  olar  ki,  o,  arvadının  yorğanını 
qaldırmamışdı.  Nə  yaxşı  Bakıda  uzun  illər 
saxladığı sevgilisi Simanı dilə tutub burdakı 
rayon  mərkəzinə  gətirmiş,  ona  ev  almış, 
məktəbdə  işə  düzəltmişdi.  Həftədə  bir  dəfə 
özünü 
onun 
yanına 
salır, 
seksual 
ehtiyaclarını  ödəyirdi.  Yoxsa  qadınsız 
yaşamaq  ona  çətin  olardı.  Düzdür, 
yaşlanıb,  qabaqkı  şəhvəti  yoxdur,  amma 
Hadıyevin  sözü  olmasın,  kişinin  hər  yaşda 
qadına ehtiyacı var.) 
 
Qənimət    dostunun  dalğınlığını 
sezsə  də,  siqaret  qutusundan  bir  malbora 
götürüb ocaqdakı xırda kösövlərdən biri ilə 
odladı və  onu xəyalından ayırmağa çalışdı: 
 
-Hərdən 
yuxarıdan 
çağırırlar, 
ağsaqqallar  şurasında  təmsil  olunmağımı, 
ictimai  rəyə  təsir  edəcək  çıxışlar  etməyimi 
istəyirlər, mən də təbii ki, edirəm bunu. Bu 
dövlət  bizə  nə  lazımdır  verib,  gərək  biz  də 
ölüncən  çıxaq  o  borcdan...  O  bir  yazıçı 
vardı e, kitablarını yandırdılar... 
 
-Əkrəm Əylisli?.. 
 
-Hə, tapşırmışdılar, mən də gəldim 
Aztv-yə  çıxdım,  döşədim  qabırğasına...  Ev 
kitabxanamızdan  götürdüyüm  bir  kitabını 
da  nümayiş  etdirib  dedim  ki,  aparıb  yanan 
tonqallara  atacam...  Həmin  kitaba  avtoqraf 
yazmışdı,  rayonda  katib  olanda  qonağım 
olmuşdu, çörək kəsmişdik... Amma neyləyə 
bilərsən ki? Biz heç vaxt öz başımızın ağası 
olmamışıq...  Üstümüzdə  gəzdirdiyimiz  baş 
bizim deyil, o da dövlətindir...  
 
-Doğrudan o neynəmişdi? 
 
-Əşşi,  mən  nə  bilim  neynəmişdi? 
Öz  zibilləridi...  Deyilənə  görə,  o  yazdığı 
“Daş  yuxular”a  görə  deyilmiş  vur-çattasın, 
əslində  ayrı  bir  kitabı  da  varmış, 
“Möhtəşəm  tıxac”  adında,  orada  nə 
varmışsa, bu dambadaram ona görəymiş ki, 
Moskvada  çıxandan  sonra  Bakıda  çap 
elətdirməsin... 
 
-Həəə,  maraqlıdır...  Yaxşı,  sən  bu 
siqareti  niyə  tərgitmirsən?  Ziyandı  axı? 
Mən on ildir atmışam... 
 
-Mən  də  atmışdım...  Nigardan 
sonra çəkdim... Bir də... 
 
Qocanın səsi birdən titrəyib qırıldı. 
Özünü  o  yerə  qoymayıb  stuldan  qalxdı, 
ocağa odun  atdı,  sonra  gəlib  yenə  dostuyla 
üzbəüz oturdu. 
 
Bir 
azdan 
Hadıyev 
ocaqda 
qaynayan  qazanı  aşağı  düşürüb  suyunu 
süzdü,  qazandan  qalxan  qəribə  ətirli  buğu 
iyləyib dedi: 
 
-Mayıl, 
bunu  tanıyırsan  də? 
Mərəfçəni deyirəm e? 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə