Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə85/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   82   83   84   85   86   87   88   89   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
183 
 
əvvəl  azadlığımızı,  sonra  da  istedadımızı 
əlimizdən alır...  
 
-Allah, Allah... – şair inildədi. 
 
-İroniya  öz  yerində,  amma  Hacı 
Hacıağa  böyük  insan,  görkəmli  şəxsiyyət 
olub.  Babam  təhsilini  başa  vurub  Piterdən 
dönən  kimi  ilk  məqalələri  “Şərqi-rus”da 
çıxmağa başlayır. Sonra başqa qəzetlərə də 
yazır. 
Onun 
mühakiməsi, 
ağıllı 
məsləhətləri,  xalqı  maarifə,  mədəniyyətə 
səsləməsi  Hacının  xoşuna  gəlir.  Babamı 
kontoruna işə alır. Elə o, bu, kişi ilişir qalır 
Hacı  Hacıağanın  yanında.  Hərdən  məqalə-
filan yazsa da, yalnız Hacıya xidmət etməsi 
və  onun  gəlir-çıxarına  nəzarət  Mirzə 
Məmmədi  böyük adam olmağa qoymur... 
 
-Dayan,  dayan...  sən  köhnənin 
nihilistisən!  İncimə,  bu  yolux  kənddən 
1900-cü  ildə  elə  adamın  çıxması  özü  
böyüklük  deməkdir!..  Sən  gərək  ki,  bu 
danışdıqların haqda yazmısan da? 
 
-Hə,  yazdım...  Məsəl  var,  kabab 
iyinə  getmişdim,  gördüm  eşşək  dağlanır... 
Elə  bildim  babamın  böyük  məsələlərdən 
bəhs  edən  yazılarını  tapacağam,  amma 
olmadı...  On-on  beş  sıradan  məqalədir.  Bir 
kiçik  monoqrafiya  kimi  işləmişəm,  görək 
Əmənovdan  bir  şey  qopara  bilsəm,  çap 
etdirəcəyəm... 
 
-Bəs bu Hacı Hacıağa? 
 
-Hə,  o  ayrı  kişidir.  Əslində 
monoqrafiyanın yarısı elə ona həsr olunub... 
Hacı  Hacağa  Dadaşov    Bakının  ilk  halal 
milyonçularından  idi.  Halal  bilirsən  nədi, 
yəni  bəziləri  kimi    aldığı  torpaqdan 
təsadüfən  neft  fantan  vurub  onu  milyonçu 
etməmişdi... – Adətən tez-tez danışan adam 
olduğundan  onu  axıra  qədər  dinləmirdilər, 
indi  şairin  də  darıldığını  görüb  danışığının 
sürətini  azaltdı.  –  Bakının  gəmiçilik 
sənayesi və ticarəti, demək olar ki, onun adı 
ilə bağlıdır. Xəzərdə çoxlu gəmiləri üzürdü. 
Gəmi  ilə  yükdaşıma  və  Bakı  şəhərində 
mülk  tikintisində  onun  qabağına  çıxan 
adam  olmayıb.  Çox  xəsis  və  dindar  olub, 
amma  vətəninə  çox  bağlı  imiş.  Bütün 
xeyriyyə  tədbirlərində  iştirak  edib.  Mirzə 
Məmmədi  də  o  oxudub.  Atası  Kərbalayı 
Səfərəli Hacının fəhləsiymiş. Bir gün gedib 
yanına.  Deyib,  Həci,  başına  dönüm,  bir 
oğlum  var,  kitab  əlinnən  düşmür.  Amma 
mənim  qüvvəm  yoxdur  onu  oxutmağa.  Əl 
mənnən, 
ətək 
sənnən. 
Onun 
elm 
öyrənməyinə  yardımçı  ol...    Hacı  deyib, 
kişi,  mən  allah  adamıyam,  sənin  də  yaxşı 
fəhlə  olduğunu  bilirəm.  Sən  ki  övladınçün 
belə  narahat  olursan,  allah  yanında  üzün 
ağdır.  Oğlunu  göndər  Peterburqda  oxusun, 
xərci mənnikdir. Səni də bu ilki zəvvarlarla 
Kərbalaya  göndərəcəyəm,  get,  müqəddəs 
torpaqları ziyarət elə... 
 
-Bravo, vallah! – şair yenə yerində 
dura bilmir, ayaqları torpaqdan üzülürdü. 
 
-Hacının  hətta  imperator  yanında  
hörməti  olub. 
Rus  çarı    III  Aleksandrın 
tacqoyma  mərasimində  iştirak  edib.  Çar 
tərəfindən    statski  sovetnik,  yəni  mülki 
müşavir  rütbəsinə layıq görülmüşdür. Uzun 
zaman Bakı Dumasının qlasnısı olub… 
 
-Bir  dəqiqə,  bir  dəqiqə…  Bu  kişi 
Tağıyevdən,  Nağıyevdən  geri  qalan  adam 
olmayıb,  bəlkə  üstün  olub.  Səbəb  nədir  ki, 
bunu  xalqdan  belə  gizləyiblər?  Niyə 
haqqında  indiyəcən  ətraflı  bir  şey 
yazmayıblar? 
          -Bir  səbrin  olsun,  -  Nazim  Niyaz 
söhbətinin  maraqlı  nöqtəyə  gəlməsindən 
özü  də  həvəslənmişdi.  Qarşısında  oturmuş 
bu  arıq,  cüssəsiz,  bir  şapalaqlıq  canı  olan 
şairin  onu  həvəslə  dinləməsindən  bir  az  da 
şövqə  gəlib  şellənə-şellənə  davam  etdi:  - 
Çarın  icazəsi  ilə  Bakıda  ilk  Avropa  tipli 
oğlanlar  məktəbini  o  açdırıb.  Bakıda  çoxlu 
sayda    mehmanxanalar,  karvansaralar  ona 
məxsus 
idi. 
İndiki 
Dövlət 
Sərhəd 
Xidmətinin  binasını,  Diaspora  üzrə  iş 
Komitəsinin  binasını,  23  nömrəli  məktəbin 
binasını o inşa etdirib. Rus imperatorundan  
Bakıda  ilk  1-ci  dərəcəli  gildiya  taciri 
rütbəsini də o alıb. Hacıdan düz altı il sonar 
bu  rütbəni  Tağıyev  ala  bilmişdi.  Şollar  su 
kəmərinin  çəkilişinə  qoyulan  vəsaitin  25 
faizini  o  vermişdi.  Qori  Müəllimlər 
Seminariyasının, 
“Nəşri-Maarif” 
cəmiyyətinin  də  himayədarlarından  olub 
Hacı.  Bir  gülməli  söz  deyim,  şairin  eyni 
açılsın:  xoşu  gəlməyən  adam  ona  salam 
verəndə “xudahafiz” deyərmiş. 


184
№ 2 (14) Yay 2015 
 
 
Şair qəhqəhə çəkib güləndə filosof 
“ssss” elədi və alçaqdan dedi: 
 
-Burada ucadan danışmaq, bərkdən 
qəhqəhə  çəkib  gülmək  olmaz.  Bizdə  
qədimlərdən  hamı  alçaq  səslə  danışar… 
Ucadan danışsan, sanki yerin-göyün hüzuru 
pozula bilər… 
 
-Niyə?  –  deyə  şair  təəccüblə 
soruşdu. 
 
-Bu uzun söhbətdir. Yaxşısı budur, 
Hacı  haqqında  bildiklərimin  mühüm 
qismini  sənə  söyləyim,  gərəyin  olar.  Gün 
qalxır.  Bir  azdan  Hadıyevgili  axtarmağa 
gedəcəyik…  Hə  bir  dəfə  Tiflisdə  məşhur 
“Metropol” 
mehmanxanası 
– 
indiki 
Ədəbiyyat  muzeyi  –  hərraca  çıxarılıbmış. 
Hacı  da  ordaymış.  Qiymət  70  minə,  80 
minə  və  doxsan  minəcən  qalxır,  ikinci 
zəngdə  Hacı  99  min  deyib  mehmanxananı 
alır. Soruşurlar ki, Hacı nə əcəb birbaşa 100 
min  bemədin?  Deyir  o  min  manata  min 
kasıbın qarnını doyuraram! 
 
Şair mızıldandı: 
 
-Bunların 
hamısı 
gözəl 
məlumatlardır, dostum. Amma mən sualıma 
cavab ala bilmədim?.. 
 
-Ə,  sən  nə  dar  pətənə  adamsan? 
Gəlirəm  ora!  –  filosof  qəzəblənsə  də 
astadan  acıqlandı.  –  Azərbaycanda  ilk 
Qocalar  Evini  də  Hacı  tikdirib.  Amma 
bunun  da  hekayəsi  var.  Bir  dəfə  uşaqları 
tərəfindən  küçəyə  atılan  bir  qoca  Hacıdan 
sığınacaq  istəyir.Bu  hadisədən  kədərlənən 
Hacı  Bilgəhdəki  mülkünü  Qocalar  evinə 
çevirir.Çarın vaxtında da, Sovetin dövründə 
də,  indiki  müstəqil  hökümətin  zamanında 
da  qocaların  yeganə  sığınacaq  yeri  Hacı 
Hacağanın mülkü olub. O hələ Lənkəranda 
da    kimsəsiz  uşaqlar  üçün  bina  tikib.  Bu 
saat  da  o  bina  detdom  kimi  istifadə 
olunur…  Hacı  Lənkərana  gedəndə  Mirzə 
Məmmədin təkidi ilə bizim kəndə də dönür. 
Babam  utana-utana  deyir  ki,  Hacı,  burada 
yeddi  para  kənd  var,  amma  birinin  bircə 
məktəbi  yoxdur.  Elə  oradaca  Hacı  göstəriş 
verir  ki,  kənd  üçün  üç  sinifli  bir  məktəb 
tiksinlər. Kəndimizdəki məktəbin bünövrəsi 
belə  qoyulub.  Çardan  icazəsini  də  özü 
alıbmış.  Həmin  “Rus-tatar”  məktəbinin  üç 
otağının  yanından  sovetin  vaxtında  əlavə 
altı  otaq  tikiblər…  Nə  yazıqlar  ki, 
məktəbimiz 
uçub-dağılmaq 
üzrədir… 
Əmənovdan gərək xahiş edəm  yeni məktəb 
binası üçün… 
 
Şair  az  qaldı  desin  ki,  sən  allah 
eləmə  o  xahişi.  Bəs  özümüzçün  nə 
deyəcəksən, amma bir təhər özünü  saxladı. 
(Əslində  onların  bura  gəlişi  Hadıyevin 
vasitəsilə  Əmənovdan  pul  qopartmaq  idi  – 
kitab  çap  etdirmək  adıyla.)  Amma  başqa 
söz dedi: 
 
-Allah 
rəhmət  eləsin,  vallah! 
Əntiqə kişi olub. 
 
-Bu  ailənin  1918-ci  ilin  mart 
qırğınlarında  da  izi  var.  Hacının  oğlu  Ağa 
Yusif  Rusiyadan  gəmi  ilə  Bakıya    daşıdığı 
silahları  arabaya  yükləyib  şəhərə  gətirəndə 
Lalayanın  quldur  dəstələri  ilə  qarşılaşır. 
Lalayan  ona  sağ  qalmağı  hesabına 
qılıncının  altından  keçməyi  təklif  edir. 
Amma  Ağa  Yusif  “Mən  türkəm,  türk  ölər, 
ancaq  erməni  dığasının  qılıncının  altından 
keçməz!”  deyir.  Sonra  silahları  bizimkilərə 
çatdırmaq  üçün  arabaları  yola  salaraq 
daşnaklarla  qeyri-bərabər  döyüşə  atılır.  O 
bu döyüşdə həlak olur, amma silahları yağı 
əlinə  düşməyə  qoymur.  Qəbiri  indiyəcən 
tapılmayıb…  1918-ci  ilin  28  mayında 
hakimiyyətə  gələn  müsavat  hökumətinə  - 
ilk  milli  Cümhuriyyətimizə  də  ən  böyük 
yardımı  Dadaşovlar  etmişlər…  Elə  bilirəm 
ki,  bu  son  iki  fakt  sənin  sualına  cavab  ola 
bilər.  Bizim  o  qədər  belə  oğullarımız  olub 
ki… Nə yazıq ki, bunlar bilərəkdən xalqdan 
gizlədilib. 
Dünənəcən 
Şaumyanlara, 
Fioletovlara, 
Caparidzelərə, 
Kirovlara  
heykəllər  qoymurduqmu?  Bizim  bu  kəndin 
kolxozu 
bilirsən 
kimin 
adınaydı? 
Mikayanın  adına!  Mikoyan  kolxozuydu… 
Di  dur  tərpənək,  bu  aşağıda  taksilər 
olmalıdır,  2-3 manata bizi oralara aparar…  
 
Nazim  Niyaz  cibindən  çıxardığı 
qəzeti şairə uzatdı və dedi:  
           -Yüz 
illərdir  bizm  kəndin  su 
problemi həll olunmur. Bax, bu yazını mən 
təşkil 
etdirmişəm, 
amma 
burda 
bilməsinlər... Aramızda qalsın... 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə