Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə89/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   82   83   84   85   86   87   88   89   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
191 
 
Buna  «antropomorfizm»  və  ya  «antro-
sosiopomorfizm» deyilir. «Antro» insandır, 
«sosio»  toplumdur,  «morfizm»  «forma» 
sözündəndir. 
«Antropomorfizm» 
onu 
bildirir ki, insan təbiətdəki gücləri (tutalım, 
ildırımı)  öz  əməlinə  oxşadaraq  (oxatan 
adam) Tanrı (Zevs) təsəvvürünə gəlib çıxır. 
«Sosiopomorfizm» isə onu bildirir ki, insan 
özünə  bənzər  yaratdığı  tanrıları  yaşadığı 
sosiumumn, 
cəmiyyətin 
ilişgilərində 
modelləşdirir,  tutalım,  ata-bala,  qardaş-bacı 
ilişgilrində görür. Beləcə, Zevsin, Tenqrinin 
balaları,  düşmənləri  olan  tanrılar  yaranır. 
Bu,  ən  güclü  ateist  ideyalardandır,  kökü 
gedib əski yunan sofisti Ksenofana çıxır. O 
deyərmiş  ki,  atın  ağılı  və  dini  olsaydı, 
tanrılarını at görünüşündə görərdi. 
Ateistlər  üçün  dinlərin  antropomorfizmi 
və  sosiopomorfizmi  onların  Tanrıdan 
gəlməsiə  yox,  insan  baĢından  gəlməsinə 
tanıqdır, Ģəhadətdir. Mən isə bu yazımda 
göstərəcəm ki, elə deyil! 
Tövratda  Musa  peyğəmbər  Allahdan 
sorşanda  ki,  Sənin  haqqında  camaata  nə 
deyim,  söyləyir:  de  ki,  O  yaşarıdır  (və  ya 
canlıdır,  olandır).  Bu  deyimin  hikmətini 
sonralar anladım. Tanrının uydurma, xəyali 
olması 
düşüncəsinə 
düşmək 
zəifliyi 
adamlarda  o  zamanlar  da  varmış,  ona  görə 
Allah  söyləmişdi  ki,  onlara  de,  mən 
gerçəkdən  varam,  fantaziya  və  xəyal 
məhsulu deyiləm. 
 
Antropomorfizmin yeni aşaması 
Bir  dəfə  ünlü  rus  filosofu  A.F.Losevdə 
qəribə  görünən  bir  düşüncə  oxumuşdum: 
Sami dinlərdə Allah şəxsiyyət biçimindədir. 
Bu, nə demək idi, Tövratın tanınmış deyimi 
idi ki, Allah insanı özünə bənzər yaradıb?! 
Özümə  verdiyim  sorunu  araşdıranda 
Heqeldən  gələn  bir  düşüncəni  yadıma 
saldım:  fərddən  fərqli  olaraq  şəxsiyyət 
özünü  dərindən  düşünən  (refleksiya  edən), 
özünə  sərt  suallar  verən  varlıqdır.  Bu, 
insanla  belədir.  Tanrı  ilə  bağlı  isə 
«şəxsiyyət»  sözünü  işlədəndə  görünür, 
sevinən,  öfkələnən,  yazığı  gələn,  dərin 
düşüncələrə dalan insan türünü gözə alaraq 
söyləyir  ki,  Sami  Tanrısı  da  elədir. 
Tövratdakı  Tanrı  qəzəblənən,  yazığı 
gələndir.  İslamdakı  Allah  cəzalandıran  və 
rəhm edəndir. Xristianlıqda isə İsus Xristos 
lap  insan  tipində  şəxsdir  (ona  görə 
İncillərdə onu «bəni-adəm» adlandırırlar). 
Gözəl  filosof  Əli  Abbasov  bir  dəfə  mənə 
demişdi  ki,  İslam  ən  rasionla  dindir. 
Qabaqca 
anlamamışdım. 
Sonra  belə 
anladım ki, heç bir dində Tanrı belə böyük 
mətnlə  danışmır.  Bütün  dinlərdə  Tanrı 
nələrisə  deyir,  sonra  olaylar  gəlir.  Qurani-
Kərimdə 
isə 
bütün  surələr  Allahın 
düşündüklərini  əyan  edən  deyimlərdir. 
Bəlkə  rasionalizm  Allahın  düşüncələri 
anlamındadır?! 
İlsamda Onun şəxsiyyət biçimində olmasını 
onun nitqi ilə bağlamaq olar: Quranda Allah 
bir 
şəxs 
türündə 
qızır, 
bağışlayır, 
duyğulanır, sevinir… 
 
Fəlsəfədə Tanrı  
Platon  fəlsəfəsində  Tanrı  «Yaxşı»  (Xeyir) 
anlayışı ilə adlandırılır, o anlamda ki Tanrı 
bütün  dünyanı  dağılmağa  qoymayan 
faydalı,  yararlı  halların,  bağlantıların 
qaynağıdır.  Plotində  varlığın  qaynağı  Bir-
dir (Bircədir, Bir olandır), hər nə varsa, nur 
kimi  həmin  Birdən  çıxır  (emanasiya  edir). 
Bu 
model 
sonralar 
İşraqilərdə, 
İsmayıllılarda  (druzlar  bu  cərəyanla  sıx 
bağlıdırlar),  sufilərdə  və  hətta  Kabbalada 
peyda olur. Təsəvüfdə «təcəlli», parıltı sözü 
var, dünyadakı nəsnə və olaylarda Tanrının 
parılıtılı əks verməsinə deyilir. 
Bax, bu terminlər, yəni «Yaxşı» («Fəzilət»), 
«Tək»  Allahı  bildirirlər,  ancaq  şəxs  kimi 
yox.  Hansı  yunan  həmin  Yaxşının,  həmin 
Bircə  olanın  dərgahında  özünü  duyub  ona 
dua  etmişdi?  Heç  bir  yunan!    Dua  üçün, 
ibadət  üçün  Onunla  daxili  söhbət  gərəkdir, 
Ona  yalvarıb  Ondan  nəyisə  eşitimiş  kimi 
özünü  duymaq  gərəkdir,  yəni  Tanrı  ilə 
şəxsiyyət  kimi  danışmaq  gərəkdir.  Tanrını 
bildirən  fəlsəfi  ideyalar  isə  Onun  gücünü, 
Onun  yaradıcılığını  göstərir,  ancaq  Onu 
şəxsiyyət türündə açmır. Avropada Tanrı ilə 
bağlı  Ortaçağda  dəbə  minmiş,  ancaq  ibn 
Sinanın  «icadı  olmuş»  «Özü-özünə  səbəb» 
buna  bir  örnək.  Bu  anlayış  Onu  duyğular 


192
№ 2 (14) Yay 2015 
 
keçirən,  düşüncələrə  dalan  şəxsiyyət 
biçimində 
görükdürmürdü. 
İbn-Sina 
göstərmişdi ki, dünyada nə varsa, qıraqdakı 
səbəbdən  törəyib  sonra  başqasına  nədən 
olur.  Allahsa  bircəcənə  varlıqdır  ki,  öz 
səbəbi özüdür! 
Ateistlər  üçün,  dediyim  kimi,  Allahın 
şəxsiyyət  kimi  nələrisə  bizə  söyləməsi, 
bizimlə nələrisə danışması bunu göstərir ki, 
şəxsiyyət  tipində  Allah  bizim  başımızın, 
xəyallarımızın  məhsuludur.  Bəlkə  də  ona 
görə  «Allah»,  «Tanrı»  sözlərini  idealist 
filosoflar  sevmirlər.  Plotinın,  ibn-Sinanın  o 
sözlərdən  necə  qurtulmasını  göstərdim. 
Ancaq  Heqel  də  «Mütləq  İdeya»,  «Mütləq 
Ruh»  deyirdi.  Bəs  mən  nədən  Tanrını 
şəxsiyyət  biçimində  verən  dinləri  puç 
saymıram,  bu  haqda  gələn  dərsdə 
danışacam.          
 
 
Ateist  (və  dinçilər)  üçün  yeni  teologiya 
dərsləri 
(dördüncü dərs) 
 
Keçən dəfə söyləyib çatdığım 
 
Ötən 
yazıda 
dinlərin 
antro-
sosiopomorfluğunun 
ateist 
açımını 
açmışdım:  «antro»  insandır,  «sosio» 
toplumdur,  «morfizm»  isə  forma  ilə 
bağlıdır.  Hamısı  bildirir  ki,  dinlərdə 
insanlar  Tanrını,  müqəddəsliyi  və  s.-ni 
insan  formalarında  görürlər.  Məsələn, 
Cənnətdə  mutluluğu  yaxşı  yeməkdə,  balda, 
süddə 
görürlərsə, 
deməli, 
yoxsul 
toplumların  yemək  acgözlüyü  Cənnəti 
qastronomik  formalarda  görməyə  itələyir. 
Ateistlərin çıxardığı sonuc bu idi: insan din 
haqqında  biliklərini  Allahdan  almayıb, 
özündən  çıxarıb,  ona  görə  də  onlar  hamısı 
insana xas biçimlərdədir. 
Bu 
yazıda 
mən 
dinin 
antro-
sosiopomrfluğunu  onun  uydurma  məhsul 
olmasına  sübut  kimi  yox,  Tanrı  vergisi 
olmasına  sübut  kimi  açacam.  Bax,  bu 
zaman  düşüncələrim  anlaqlı  olsun  deyə 
yenə  qida  («yemək»  nəsə  qaba  səslənir) 
metaforalarından  yararlanacam.  Onu  da 
deyim  ki,  süfrə,  qida,  yeməklər,  mətbəx 
təkcə  insanın  yaşamı  üçün  gərəkli  nəsnələr 
deyil.  Onlar  həm  də  mədəniyyət  tarixində 
güclü  simvollar  kimi  işləndikləri  üçün  çox 
tutumlu,  işlək  kulturoloji,  yəni  elmi 
metaforalara,  simvollara  çevriliblər.  Elə 
Cənnətlə,  Gözəlliklə  ilgili  qastronomik 
simvollar buna bir örnək. 
Monoteist dinlərdə bir paradoks 
İbrahim  dinlərinin  hamısında  (nəyə  görə 
onlara  səmavi  deyirlər,  anlamıram)  bir 
Tanrı dünyanı yaradıb. Bu yaradılış səhnəsi 
Tövratın  birinci  kitabı  olan  «Varlıq»da 
canlandırılıb və bəzi çevrimlərlə Qurana da 
keçib.  İbrahim  dinlərində  beə  bir  paradoks 
var. 
Bir 
yandan, 
Tanrı 
şəxsiyyət 
biçimindədir,  insan  kimi  düşünür,  danışır, 
tapşırır,  buyurur,  yasaqlayır,  həvəsləndirir. 
Uyğun  olaraq  inananlar  da  Onunla  insan 
«dilində»,  «kodunda»  söhbətləşib  anlaşa 
bilirlər. Bütün bunlar politeistik dinlərdə də 
var,  sadəcə,  orada  Tanrının  şərikləri,  yəni 
başqa tanrılar çoxdur və bu çoxluğa görə də 
iş  bölgüsü,  ilahilər  arasında  deyişmə-
didişmə var. 
O  biri  yandan,  İbrahim  dinlərində  Tanrı 
məchulluqda,  bilinməzlikdə,  yəni  tam 
qaranlıqdadır. İslamda bunu bildirmək üçün 
türlü  sözlər  və  deyimlər  var.  Məsələn, 
«qeyb aləmi» sözünə hətta «Kitabi-Dədədm 
Qorqud»da  rast  gələ  bilərik.  Avropa 
fəlsəfəsində  qeyb  aləmini  «transendent», 
yəni bizim duyularla bildiyimiz aləmdən «o 
tayda  olan»  sözü  ilə  bildirirlər  (Sabit 
Rəhmanın  bir  tamaşasında  personajın  tez-
tez 
həmin 
termini  işlətməsi  gülüş 
doğururdu,  hərçənd  adamlar  mənasını 
bilmirdilər).  Quranda  var  ki,  Allahı  kişi  və 
ya  qadın  əlamətlərində  bilmə!  Elə  bu  da 
transendentliyin  bir  göstəricisidir,  yəni 
Tanrının  bizim  anladıqlarımızdan  o  tayda 
olmasıdır.  Biz  canlıları  cins,  cender 
bölgüsündə bilirik. Tanrı isə canlıdır, ancaq 
o bölgüdən o taydadadır. 
Sözsüz,  İbrahim  dinlərindən  öncələr 
politeistik  dinlərdə  tanrıların  qaranlıqda 
olması  ideyası  bəzən  özünü  sezdirirdi. 
Ancaq İbrahim dinlərindəki qədər yox! 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə