Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə82/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   78   79   80   81   82   83   84   85   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
177 
 
         “...Əmənovların  böyük  oğlu  Əşrəf 
yaxşı  oğlandır.  İşçiləri  də  ondan  razıdırlar. 
Amma  o,  broylerin  başçısı  kimi,  dünya 
broyler  işinin  müasir  nanotexnologiyalarla 
aparılmasına  qarşı  çıxa  bilməz.  Bütün 
müasir  toyuqçuluq  sənayesində  olduğu 
kimi, burada da çalışırlar ki, cəmi qırx günə  
yetişdirilən  toyuqların  sümükləri  inkişaf 
etməsin,  sadəcə  ətə  dolsun  deyə  toyuqlar 
tarladakı pomidorlar kimi heç tərpənmədən  
yetişdirilir.  Buraxsanız  belə    tərpənmirlər, 
əlinizə  aldığınız  zaman      sümükləri  qırılır. 
Bu  inanılmazdır,  amma  faktdır.  Kəsimdə 
çalışan 
 
fəhlə 
oğlanın 
sözləridir 
yuxarıdakılar.  1,7  kilo  yemlə  1  kilo  toyuq 
əldə edirlər. Məlumdur ki, çox insan sağlam 
qidalanmaq  üçün  ancaq  toyuq  əti    yeyir. 
Sonra    hər  gün  bir    gənc  qadın  döş  vəzisi 
xərçənginə  tutulur.  Çox  böyük  ehtimalla, 
buxərçəngin  yaranma  səbəbi  toyuqlardan 
alınan  bəzi  hormonlardır.  Bu  hormonlar  8 
ayda  dananı  elə  böyüdür  ki!  Qurban 
bayramlarında    belə  hormonsuz  heyvan 
tapmazsan.    Hamısına  böyümə  hormonu 
vurulub bazara göndərilir. 
          Bir nəfər danışır ki, o, qızına yumurta 
verməyi kəsdi,uşaq sağlamlığına qovuşdu...  
          Başqa birisi həkimə deyib ki, bəs  10  
yaşındakı  qızının  ayaqları  tüklənməyə  
başlayıb.  Həkimlərdən  dəqiq    diaqnoz 
almadıqları  üçün  valideynləri    uşağa  nə 
yedirtdiklərinə  diqqət    ediblər.  Ağıllarına 
gələn    yumurta  olub.  Hər  gün  bir  yumurta 
yeyən 
  uşağa  yumurta    verməyi  
dayandırıblar,    tüklənməsi  keçib.  Sonra 
orqanik 
 
 
yumurtadan 
 
(kənd 
yumurtasından) istifadə etməyə başlayıblar. 
          Gündə  iki-üç    dəfə  yumurtlada 
bilmək  üçün  toyuğa  mütləq  bir  şey 
olunmalıdır.  Təbii  yolla  toyuq  bu  qədər 
yumurtlaya  bilməz.  O  üzdən  qız  uşaqları 
erkən  aybaşı  olur,  oğlanların  isə  sinələri 
böyüyür.  Qorxunc  vəziyyət  yaranıb. 
Tezliklə 
ölkənin 
 
insanlarının 
qidalanmasının 
düzəlməsi 
lazımdır. 
Yediyimiz  yumurtadan    dad  əvəzinə 
hormon  alırıq...  Əfsus  ki,  süni  həyat  tərzi 
uzaq Ofşar çöllərinə də  sirayət edib.” 
 
Məqalə  təkcə  broylerin  alıcılarının 
azalmasına  təsir  etmədi,  həm  də  Əşrəflə 
atasının  arasının  açılmasına  səbəb  oldu. 
Mayıl  kişi  yad  adamların  yanında  oğlunu 
təhqir  etdi,  hətta  yaşlı-başlı,  oğul-uşaq 
sahibi  Əşrəfə əl də qaldırdı. Düzdür, Əşrəf 
gedib  Bakıda  o  müxbiri  tapdı,  əvvəl  hədə-
qorxu  gəldi,  amma  bununla  işlərin  daha  da 
qəlizləşəcəyini 
görüb, 
müxbirlə 
bazarlaşmağa  getdi:  yaxşı  pul  müqabilində 
müxbir  öz  qəzetindəcə  “Ofşar-broyler”in 
sahiblərindən  yanlışlığa  görə    üzr  istədi. 
Amma  ata  ilə  oğulun  arası  düzəlmədi  ki, 
düzəlmədi... 
 
Şərif  yox,  Mayıl  kişiyə  görə,  o, 
dayılarına  çəkmişdi.  Buna  baxmayaraq, 
Əşrəfdən  xoşu  gəlirdi  kişinin.  O  da  atası 
kimi  prinsipaldır,  ağırdı,  hətta  bir  az  da 
köhnəsayaq adamdı. Cavan arvadı, uşaqları, 
hələ  broylerdəki  işçiləri  onun  yanında 
bərkdən  gülə  bilməzdilər.  Bu  bəsətəboy, 
saçı vaxtından əvvəl tökülsə də, çox işgüzar 
və  enerjili  adam    ağıllıydı.  Atasıyla 
əvvəldən  şərtləşmişdilər:  broylerin  xalis 
gəlirinin  qırx  faizi    Əşrəfin  özünə  çatırdı. 
Otuz faiz ailə büdcəsinə gedirdi, qalan otuz 
faiz isə broylerin öz büdcəsinə daxil olurdu 
–  işçilərin  maaşları,  yemə,  dərmanlara  sərf 
olunanlar, 
təsadüfi 
xərcləri, 
vergi, 
yuxarıdan  istənilən  rüşvət  və  digər  qanuni-
qanunsuz rüsumlar üçün... 
 
 
*** 
 
Şərif  xəbər  gətirmişdi  ki,  bizim 
örüşümüzdə  üç  adam  çadır  qurub.    İki 
gündür 
oralarda 
gəzib-dolanırlar. 
Yanlarında  bahalı  maşınları  da  var.  Baz-
burutlarınnan  imkanlı  adama  oxşayırlar. 
Bizim  sürülərdən  quzu  qiymətinə  bir  çəpiş 
(özüm tapşırmışam ki, çəpişi quzudan baha 
deyin  -    nazirlər  var  ki,  bu  saat  bir  çəpişə 
iki yüz manat da verər)  də alıb kəsdiriblər, 
kabab çəkiblər. 
          Mayıl  kişinin  dalağı  sancdı.  “Mənim 
izimə düşməsinlər ki?” düşüncəsilə həyətdə 
gəzişir,  bahalı  təsbehini  şaqqıldadırdı. 
Siqareti  buraxandan  sonra  bu  kəhraba 
təsbehə  dadanmışdı.  Bəzən  elə  hirslə 


178
№ 2 (14) Yay 2015 
 
şaqqıldadırdı  ki,  deyirdin  bu  saat  sap 
qırılacaq, muncıqlar düzə səpələnəcək. İndi 
də  belə  idi.  Üzünü  Şərifə  tutub  az  qala 
qışqırdı: 
 
-Maşını 
hazırla! 
Mənim 
beşaçılanımı da gətir! Gədələrdən də ikisini 
çağır! 
 
(Bu  “gədələr”  məsələsi  təzə 
məsələ  deyildi.  Bura  gəldikləri  ilin  elə  ilk 
günlərindəcə 
Əmənovların 
tikinti 
sahələrindən, təsərrüfatlarından oğurluqlar 
oldu.  Hətta  yerli  camaatdan  bir  nəfər 
Əşrəflə  əlbəyaxa  olmuşdu.  Bundan  sonra 
Mayıl  kişi  Bakıya  adam  göndərdi.  Öz 
rayonlarından  olan,  qohumluğu-simsarlığı 
çatan.  əsgərlikdə  olmuş,  idmanla  məşqul 
olan  on  nəfər  cantaraq  oğlanı  yaxşı  maaş 
müqabilində  bura  gətirdi.  Onların    üçü 
Əşrəfin  broylerinə  nəzarət  edirdi,  ikisi 
mülkü qoruyurdu. Qalan beş nəfər də ayrı-
ayrı 
sahələrdə 
güdükçü-qarovulçu 
vəzifəsini 
yerinə 
yetirir, 
adam 
çatışmayanda 
qol-biləklərini 
çırmayıb 
çalışırdılar  da.  Yaxşı  maaş,  pulsuz  yemək, 
ailəlikcə  yaşamaq  üçün  bina  ilə  təminatın 
müqabilində  “öl”  desəydilər,  ölməyə  belə 
hazırdı  onlar  -  ailəli  olanlara  ev  də 
verilirdi.) 
 
Bir xeyli aralıda maşını saxladılar. 
Beşaçılanın  üstündəki  durbinlə  ətrafa  göz 
gəzdirdi.  Balaca  bir  manqalda  orta  yaşlı  
adam kabab çəkirdi. İki nəfər isə badminton 
oynayırdı.  Biri  çox  gənc,  o  biri  isə  elə 
Mayılın  özü  yaşda  bir  qocaydı.  Bir  qədər 
diqqətlə  baxandan  sonra  qocanı  tanıdı.  Və 
tüfəngi üzündən endirib gülümsündü: 
 
-Bu  qoca  köpək  bilirsən  kimdir?! 
Uzun  müddət  rayonlarda  katib  işləyib... 
Mənim  ən  yaxın  dostlarımnan  olub.  Oğlu 
indi  Kənd  Təsərrüfatı  Nazirliyində  məsul 
vəzifədə  işləyir...  Bir  az  sonra  səni  də 
Bakıya  qovacam:  gedib  özünə  karyera 
qurarsan.  Bəsdir  bu  kol-kosda  gizləndin... 
Nəysə, gəl gedək onların yanına...  
 
 
Qocalar  qucaqlaşıb  öpüşdülər. 
Əmənov  çiynindəki  beşaçılanı  maşına 
atanda  qonaq  əlini  ağzına  tutub  güldü  və 
astadan dedi: 
 
-Ay  səni  Əmənov!  Kefsən  vallah! 
Üstümüzə beşaçılannan gəlmisən?! 
 
Əmənov  bir  az  pərt  kimi  olsa  da 
biruzə vermədi: 
 
-Qoçum,  sən  bu  dostunu  nə 
bilmisən?!  Mən  respublikada  yeganə  mülki 
şəxs idim ki, götümün üstündə tapança olub 
həmişə! Sən ki bunu bilirsən? 
 
“Qoçum” dediyi qoca özünü o yerə 
qoymadı: 
 
-Yaxşı görək, zarafat elədim... Səni 
kim  tanımır  ki?  Nolsun  indi  daldaya 
çəkilmisən... Bunda da bir hikmət var, mən 
ölüm! Bu saf təbiətin qoynunda, alın-gülün 
içində,  buz  kimi  sulardan  içib,  çəpiş 
kababınnan  yeyib  kef  çəkirsən.  Bunnan 
yaxşı iş? 
 
(Hadiyevin  sön  sözləri  onun 
yadına  yetmişinci    illərin    ortalarında  
olmuş 
bir 
müdhiş 
hadisəni 
saldı. 
Respublikada  pambıq  planının  vəziyyəti 
yaxşı  deyildi.  Moskva  isə  planın  dolmasını 
tələb edirdi. Ölkənin beş aparıcı rayonunda 
olub  hər  birindən  lazımi  məbləğdə  pulla 
qayıtdı. 
Səhər 
Daşkəndə 
uçmalıydı. 
Gecənin  bir  aləmi  qapı  döyüldü.  Açanda 
gözlərinə  inanmadı:  iki  silahlı  şəxs    özünə 
respublikada kifayət qədər imic qazandıran 
gənc 
bir  müstəntiqlə  içəri  girdilər. 
Əllərində də baş prokurorun sanksiyası: ev 
axtarılmalıydı.  
 
Əlbəttə,  o  rayonlardan  gətirdiyi 
pulları  evdə  saxlamırdı  –  gizli  görüşdüyü 
qadının mənzilində qoymuşdu. Yalnız özünə 
çatası  bir  diplomat  pul    evdəydi.  Bu  pul 
dolu  diplomat  ələ  keçsə,  vəziyyəti  yaxşı 
olmayacaqdı. Düzdür, o bu işləri ən yuxarı 
distansiyaların tapşırığı ilə görürdü. Amma 
hər  halda  bu  işlər  pərdəli  aparılırdı.  Ona 
görə o diplomat ələ keçməməliydi.  
 
Diplomatı  anası  yatan  otaqda 
qoymuşdu.  Gələnlər  o  biri  otaqları 
gəzərkən  o  hiss  olunmadan  anasının 
otağına  girdi,  gecə  köynəyində  yatan 
anasını  qaş-göz  işarəsilə  başa  saldı  və 
diplomatı  onun  döşəyinin  altına  soxdu.  Bu 
əsnada    qulağına  pıçıldaya  bildi:”Özünü 
dəliliyə vur.” 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə