Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə80/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   76   77   78   79   80   81   82   83   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
173 
 
güllə atmasın, allaha naxoş gedər...  Sədr də 
arvadın  dalınca  baxıb,  “sənin  imanına  tula 
bağlayım”  deyib  ikrahla  üzünü  çevirib 
getmişdi.  Və  allahın  işinə  bax  ki,  heç  bir 
həftə keçməmiş,  sədrin Əfqanıstanda  Sovet 
ordusunun  tərkibində  basmaçılara  qarşı 
vuruşan oğlunun  meyidi  gəlmişdi.  Deyirlər 
ki,  sədr  özünü  ora-bura  çırpmış,  allaha-
tanrıya asi olmuş və birdəncə başını divara 
döyə-döyə demişdi: 
 
-Allah  dəli  Narıngüllə  mənə  xəbər 
göndərmişdi!.. Mən isə onu söydüm. Allaha 
naxoş getdi... Mən  allahıma  qarşı çıxdım!.. 
O da mənim sinəmə dağ çəkdi... 
 
Həəə...  Yasəmən  bu  kənddə  təkcə 
bir adama güvənə biləcəyini düşünürdü: bu 
dəli Narıngül idi. Qız əli ilə qarnını tutaraq 
gecənin 
qaranlığında 
onun 
qapısını 
döymüşdü.. 
*** 
 
Qarı  nəvəsi  yaşda  bu  qızın  uçuna-
uçuna  ona  sığınıb  hıçqırmasını  görəndə  əl 
atıb  birçəyini  yoldu,  qıçlarına  döyüb 
vaysındı,  bu  yumrupəsək,  boylu-poslu, 
qaraşirin    qızın  düşdüyü  hala  dözməyib 
qışqırdı: 
 
-Daş  yağdır,  a  sənin  heç  kərəminə 
şükür  olmasın!  Nə  istiyirsın  bu  köməksiz  
qız-qadınnan?! Niyə bizi bu it xılının  əlinə 
vermisən?! 
Üstümüzdə  min  əməldən 
çıxdıxları  bəs  dəyilmiş,  bizi  döyüllər, 
öldürüllər, daş-qalağ eliyillər?.. Nədi bizim 
günahımız?.. Bu gözəllər gözəli, cuvanəzən 
qızcığazın  nə  günahı  var?..  Daş  yağdır, 
dağıt bu dünyanı... 
 
Qız  əlini  uzadıb  qarının  ağzını 
tutdu: 
 
-Narıngül  nənə,  başına  dönüm, 
qışqırma,  qardaşlarım  əlibaltalı  dalımca 
düşüblər... 
 
-Pis  şeylər  olcaq,  qızım,  pis 
şeylər... Daş yağacaq... Daş... daş... daş... 
 
Qız yenə uçundu: 
 
-Narıngül  nənə,  bəlkə  daş-qalaq 
eliyəcəklər məni?.. Hııı?  
 
Qarı 
gözünün 
bulaqlarının 
pıçılğanını  başındakı  ağ  cunanın  ucuyla 
sildi: 
 
-Yooo, 
yooo... 
Eləcənə 
daş 
yağacax... 
 
 
*** 
 
Tanka oxşayan Mitsubishi markalı  
maşın çölün ortasında dayandı. Yaşı yetmişi 
ötmüş  bir  qoca,  onun  ardınca  qırx 
yaşlarında  bir  kişi  yerə  endilər.  Maşını 
sürən  gənc  də  damdar  cins  şalvarını 
dartışdıra-dartışdıra maşından düşdü.  
 
-Bu  yerlər  Əmənovların  olmalıdır. 
10-15  il  olar  gəlib  buralarda  yerləşiblər. 
Mənim  köhnə  dostumdu  Əmənov.  Çox 
əcaib  bir  adamdır;  dəyirmanın  boğazınnan 
ölü  salsan,  diri  çıxacax...  Qarbaçovun  qan-
qan  deyən  vaxtlarında  çox  ilişdilər  ona, 
yıxa  bilmədilər.  Gözdən  uzaq  olmaq  üçün 
fənd  işlətdi,  gəlib  buralarda  oymaq  saldı... 
İndi  zəng  vursam,  tökülüb  gələcəklər,  bu 
təbiətin keyfini çıxarda bilməyəcəyik... Ona 
görə  özümüz  gəzək  bu  çöl-çəməni, 
axtardığımızı  tapaq,  arada  bir  ocax  da 
qalayaq,  kabab  da  çəkək,  sonrasına 
baxarıq...  Kabab  demişkən,  biriniz  gedib  o 
dərələrdə    otlayan  sürülərdən  bir  çəpiş 
alarsınız.  Quzu  yox  haaa!  Çəpiş...  Dişisin. 
Erkəyi  sürür,  iylənir,  ətini  yemək  olmur... 
Mənim  təzyiqim  var,  bilirsiniz,  tolko 
çəpiş... Əmənovlarla lap axırda görüşərik... 
 
Maşını  gözlə  görünən  hündür  bir 
təpəcikdə  qoyub,  bu  üç  adam  özlərini 
vurdular  kolun-kosun  içinə.  Yaşlı  adam 
hələ  qıvraqdı.  Qabaqda  gedə-gedə  gözü 
kollardaydı. 
Birdən 
dayandı, 
əyilib 
dəvətikanı  kolunun    arasından  boylanan 
qələm  boyda    qəhvəyi    bitkini  o  biri 
yoldaşlarına göstərdi və sevincək dedi: 
 
-Baxın,  budu  axtardığımız!  Biz 
tərəflərdə  buna  mərəfcə  deyərdilər.  Bəzi 
yerlərdə  qulançar,  bəzisində  mərəşöyüddü  
adı. Yunanlar buna asparagus demişlər. Bir 
sıra  xəstəliklərin  dərmanıdır...  –  Kişi  az 
qala xəstəlikləri də sayacaqdı. Amma böyük 
oğlunun 
belə 
söhbətlərdən 
rəncidə 
olduğunu  düşünüb,  söhbətin  bu  hissəsini 
saxlamaq  istədi.  Kiçik  oğlunun  maraqla 
atasına  tamaşa  etdiyini  görüb,  söhbətini 
həvəslə  davam  etdirdi.  -  Bunu  bax,  belə, 


174
№ 2 (14) Yay 2015 
 
əlinlə  yoxlayıb,  qart  olmayan  kövrək 
tərəfindən  qırırsan...  Gözləyin,  kol-kosda  
ilan-çayan  olar...  Buranın  gürzəsi  çox 
zəhərlidir. 
 
Kişi  bitkini  barmaqlarıyla  tutub 
qanırdı,  qırılan  bitkinin  suyu  əlinin  içinə 
axdı.  Gözləri  yaşardı,  bir  xəzinə  tapıbmış 
kimi  “di  haydı,  görüm  kim  nə  qədər 
yığacaq” dedi və kiçik dəstə bir-birindən 5-
6 metr aralı çölü gəzməyə başladı... 
 
*** 
 
Gecə 
ailə 
məşvərətə 
yığışdı. 
Bakıda  yüksək  vəzifədə  olan  kürəkənləri 
Qürbət də səs-küyə gəlib çıxmışdı. Bir ayın 
içində  o  da  əlli    baş  cins  mal  almış, 
qaynatasının  fermasına  qatmışdı  ki,  əlləri 
bərkə  düşəndə  güman  yerləri  olsun.  Hələ 
üzü  aşağıda  -  Ovşar  çöllərində    istifadəsiz 
böyük  torpaq  sahələri  vardı.  Fikirləri  vardı 
ki,  ordan  da  bir  əlli    hektar  alıb  qatsınlar 
torpaqlarına,  traktorla  şumladıb  taxıl 
əksinlər.  İndi  belə  vaxtda  bu  həngamə 
çıxmışdı.  
 
-Bir  öyrənib  görəydiniz  kimdi  axı 
bunlar?  Kökləri  hara  gedib  çıxır?  Kimə 
arxayındılar? Bu dəri-gön məsələsi elə-belə 
məsələ 
deyil 
e... 
Təhlükəli 
işdir. 
Respublikada  buna  yalnız  bircə  adam  
baxır...  Bilirsiniz  də  kimi  deyirəm?  Hə,  o 
adıbəlli 
nazir 
respublikadakı 
cuhud 
mafiyasıyla  birlikdə  görür  bu  işi.  Dəri-
bağırsaq işi ancaq onlarlıqdır. Əgər əlləri o 
adamın  ətəyindədirsə,  onda  bizim  işimiz 
şuluqdur...  
 
Mayıl  kişi  saçı  jeleli,  çallaşmış 
tüklərinə 
rəng 
qoyduran 
arvadağız  
kürəkəni  Qürbətin  dediklərini  bir  az 
beynində  götür-qoy  edəndən  sonra  üzünü 
tutdu kiçik oğlu Şərifə: 
 
-Sən bir şey öyrənə bildin? 
 
Şərif  bahalı  idman  kostyumunun 
iplərini  təsbeh  kimi  oynada-oynada  sözləri 
ağzında gövşədi: 
 
-Hə,  əslən  buralıymışlar...  Ölkədə 
qarışıqlıq  düşənnən  sonra  çıxıb  şəhərə 
gediblər.  Bir  il  olar  qayıdıblar.  Bu  kəndin 
köklü-köməcli  adamlarınnandılar.  Dünən 
üstümüzə 
əli 
dəhrəli 
gələn 
İdris 
ağsaqqallarıdır.  Bir  cındır  QAZ-31-i  var, 
üstünə  yük  yeri  qoydurub,  səhərdən 
axşamacan  Muğanı-Şirvanı  dolaşır,  dəri, 
bağırsaq toplayırlar. Özü də bu teritoriyada  
bunnardan başqa bu işi görən yoxdu...  
 
Humay xanım əti çimçəşə-çimçəşə 
söhbətə qoşuldu: 
 
-Dərini bildik, bəs bu iyli bağırsağı 
neynillər axı? 
 
Qürbət  çoxbilmiş  kimi  göstərədi 
özünü: 
 
-Maması,  o  da  od  qiymətinədi  bu 
saat! Həkimlər aperasiya olunan yerləri indi 
bağırsaqdan  alınan  sapla  tikirlər...  Daha 
tikişi  sökmək  lazım  olmur  –  qaynayıb-
qovuşur, vəssalam... 
 
Hamı  təəccüblə  Qürbətin  ağzına 
baxsa  da,  Mayıl  kişi  əsəbi  şəkildə  başını 
buladı: 
 
-Bəs 
bu 
iyi 
niyə 
indiyəcən 
yoxuydu?  Bu  hardan  çıxdı?  Mənim    qoca 
vaxtımda  bu  qoxudan  ödüm  ağzıma  gəlir 
axı?! 
 
-Əvvəl  kanalın qırağındakı balaca 
komalarında  eliyirmişlər  bu  işi,  sonradan  
Tumaslı camaatı  narazılıq eliyiblər, daşınıb 
gəliblər bura, köhnə ev-eşikləri olan yerə... 
 
-Siyasət  işlətmək  lazımdır...  Dava-
şava  bizə  əl  verməz.  Əvvala,  Mayıl 
müəllimin  adına  yaraşmaz,  ikincisi  də 
mənim Bakıdakı statusuma uyğun gəlməz... 
Nazirlikdə  necə  baxarlar  buna?  Hələ  Kişi 
eşitsə,  bizi  biyabır  eliyər  vallah!  Bir  yol 
tapın  bunlara,  bəlkə  dabbaxçıların  özlərini 
pulla  alaq?  Tamam  uzaq  bir  yerdə  bunlara 
bir müasir gön emalı sexi qurduraq? Məncə 
bu daha uyğun olar?..  
 
-Dayan, 
dayan! 
– 
Əmənov 
barmağını Qürbətə tuşlayıb qışqırdı: 
 
-Əhsən,  kürəkən!  Başın  işləyir... 
Belə  eləyirik:  sən  şəhərdən  mütəxəssis 
göndərirsən,  kəndin  axırındakı  köhnə 
qəbiristannan  aşağıdakı  dərədə  -  dərə 
deyirəm ona görə ki, külək iyi-qoxunu bura 
gətirə  bilməsin  –  bir  gön-dəri  sexi 
quraşdırırlar.  Sən,  Şərif,  beş  adam  və  bir 
maşın  ayırırsan,  gedib  uzaxdan-yaxınnan 
gön-dəri,  bağırsaq  daşıyıb  gətirirlər  sexə... 
Sex  işə  düşəndə  bunlar  məliyə-məliyə 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə