Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə77/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   73   74   75   76   77   78   79   80   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
167 
 
 
Dabbaqçıların  başında  gələn  İdris 
bədheybət  birisiydi.  Cod  saqqallı  üzünü  
əlindəki    dəhrənin  burnuyla  qaşıyan  bu 
adam  dar  bir  küçədə  qəfil  qarşına  çıxsa, 
zəhrin  yarılardı  –  gözlərinin  ağı  qanın 
içindəydi,  tüklü  qulaqları  hərəsi  bir  əl 
boydaydı,  yumruq  yekəlikdə  hülqumu  da 
boğazından  aşağı-yuxarı  dartınır,  sanki 
yerindən  çıxmaq  istəyirdi  -  dəhrəni  Mayıl 
kişiyə sarı tuşlayıb hirslə bağırdı: 
 
-Mən  bırda  at  səyirdəndə,    sən 
Bakidə, 
Daşkənddə 
pambığ 
alveri 
eliyirdin,Əmənov!  İndi  pulun  çoxdu  deyə, 
mənim 
balalarımı 
doğma 
yerinnən 
çıxardeyissən?!  Gözüu  aç,  maa  yaxşı-yaxşı 
bax, bı dəhriynən sənin köküu qazıyaram... 
Bir  də  mən    köklü-köməcli  əfşarrıyam! 
Zəmini  yaxşı  qoru,  mal-davar  düşməsin. 
Nağayrım, hörüklüyüm atı? Ya inəyi qıçıma 
bağleyim? 
Qoruğ  deyirsən  ağzında... 
Qoruğuu  yaxşı  qoru,  mənim  arığım-
turuğum ora düşməsin... Biədəb bir söz var: 
açıq dəliyə it ayağı düşər. 
 
İdrisin  rəngi-ruhu,  bədheybətliyi 
bir  yana,  bu  adamdan  başgicəllədən  bir 
qoxu  yayılırdı.  Əmənov  uzun  boylu, 
ağappaq əlləri olan, ağsifət bir kişiydi və ən 
zəhləsi  gedən  şey  pis  qoxu  idi.  Ona  görə 
İdrisdən  gələn  dəri,  köşə  qoxusu  onu  elə 
vurmuşdu  ki,    dinməzcə  qayıdıb  evinə 
getmişdi...  Hələ  onun  o  bağıra-bağıra 
danışmağı...  
         İndi  bude,  təzə  pox  qaynadıblar  - 
dabbaqxana  açıblar.  İyisindən  baş  çatlayır. 
Kondinseneri  də  qoşurlar  ki,  evə  dolmuş 
qoxunu təmizləsin, o da çöldəki qoxunu da 
vurur salır içəri. Adamın ödü ağzına gəlir...  
                                                                     
 
*** 
 
“Yatsaydım  yuxuma  girməzdi  ki, 
gəlib  haçansa  bir  ucqar  əyalətdə,  toz-
torpağa  batmış,  ölüsüylə  dirisi  bilinməyən 
bir  kənddə  yurd  salaram.  Allah  bu  kəndin 
ağsaqqallarınnan  olmuş  Mirzə  Məmmədə 
rəhmət  eləsin.  Oğlum  Əşrəfin  fəlsəfə 
müəllimi,  həmin  o  Mirzə  Məmmədin 
nəticəsi  Nazim  Niyaz  -  əslində,  burdan 
torpaq  almaq,  bura  köçmək  fikrinə  onun 
məsləhətindən 
sonra 
düşmüşdük 
– 
qonağımız  olanda  həmişə  kəndlərinnən 
danışar,  buranın  axar-baxarını  tərifləyərdi. 
Axar-baxarı  qəti  yoxdu,  bu  heç.  Burası 
cəhənnəmə,  kəndin  qəribəlikləri  adamı  dəli 
eliyir.  Amma  adamların  mütiliyi,  sakit, 
səssiz olmağı, pıçhapıçla danışmağı canıma 
yağ  kimi  yayılır.  Vallah,  məni  bu  illər 
ərzində  burda  saxlayan  da  adamların  bu 
keyfiyyətidir...  Yoxsa  o  dabbağ    İdris 
kimi...  Mən  az  kitab  oxusam  da,  çox  şey 
bilirdim.  Bakıdakı  təzə  filmlərin,  teatr  və 
opera 
tamaşalarının, 
hətta 
baletlərin 
premyeralarının  birini  belə  buraxmazdım. 
Əslində, heç əvvəllər öz xoşumla getmirdim  
-    bu  bir  qayda  idi.  Partiya  tapşırığı  kimi. 
Respublikanın başçısı hamımıza tapşırmışdı 
ki,  bu  kimi  kütləvi  tədbirləri  buraxmayaq. 
Sonra  isə  özümüz  bir  növ  adətkərdə  olduq. 
Heç  yadımdan  çıxmaz.  Daşkənddəyəm. 
ÇK-dakı dostum dedi, bəs bu gün Daşkənd 
Opera-Balet  teatrında  sənin  həmyerlin  Arif 
Məlikovun  “Məhəbbət  əfsanəsi”  oynanılır. 
Ondan  xahiş  etdim  ki,  mütləq  mənə  bilet 
tapsın. Sağ olsun. Qonaqlar üçün lojada yer 
düzəltdi  mənə.  İri  bir    gül  buketi 
hazırlatdırıb  getdim.  Tamaşa  bitəndə 
buketin 
üstündə 
“Eloğluma 
Azərbaycandan”  sözləri  yazılmış  lenti  də 
çevirib  səhnəyə  qalxdım,  buketi  tamaşada 
iştirak  edən  Arif  müəllimin  ayaqları  altına 
qoydum.  Bir  görəydiniz  kişi  məni  necə 
bağrına  basıb  ağlayırdı!  O  şəkil  bizim 
qonaq  otağının  zalında  var  –  böyütdürüb 
çərçivəyə  saldırmışam...  Hə.  Mənə  hələ  də 
təəccüblü gəlir ki, on beş ildən yuxarı vaxtı 
bu  ölü  məkanda  necə  keçirə  bilmişəm?.. 
Mən  mədəni  surətdə, özüm özümü  sürgünə 
göndərmişəm...  Bir  vaxtlar  babam  da    belə 
yol  keçmişdi...  Düzdür,  onu  məcbur 
eləmişdilər... 
Mənimki 
də 
bir  növ 
məcburiyyətdəndir... 
Yəni... 
Qarışıq 
məsələdir. Mən, rəqiblərimi  qabaqlamışam, 
əslində.  Yəni  onların  mənə  edə  biləcəyini 
özüm  özümə  etdim...  Mən  bura  yaşamağa 
gəlmədim  ki.  Nə  yaşamaq  canım?!  Belə 
yaşamaqmı  olar?Buna  həm  ziyarət,  həm 
ticarət deyərlər. Burda yurd salmağım sovet 
vaxtı,  elə  indi  də  bizimkilərin  Rusetə  


168
№ 2 (14) Yay 2015 
 
sezona  getməsi  kimi  bir  şeydir...  Alınsa, 
alınacaq,  alınmasa,  dabanıma  tüpürüb 
qaçacaqdım...  Amma  alındı...  Neçə  illərdir 
ki,  burdayam.  Beş  manatım  vardısa,  beş 
min    manat eləmişəm.  Üstəlik, burda yurd-
yuva  qurduq,  ağla  gəlməyən  imperiya 
yaratdıq... Kişi də bəyənir işimizi. Bircə bu 
it südü əmən Şərifi yola gətirə bilsəydim?.. 
Əşrəf  üzümə  ağ  olsa  da,  bəyənirəm  onun 
taktikasını.  Ağırdır.  Sanballıdır.  Ailəsinə, 
iş-gücünə 
sədaqətlidir, 
namusludur... 
Düzdür,  kapitalistin  namuslu  olması  bir  az 
absurd  görünər,  amma  bütün  insanlarda 
namus  anlayışı  var,  olmalıdır  da.  Əslində, 
mən  bu  namus  deyilən  məsələni  dəfələrlə 
taptalamışam,  hətta  anamı  da,  Humayı  da 
bu  işlərimə  bulaşdırmışam,  amma  hamısı 
qazandığım  statusu,  pulu,  var-dövləti 
qorumaq  naminə  olub.  Ehhh,  Əmənov, 
Əmənov!  Yadındamı,  bir  adama  bir  zərf 
vermək lazım idi. Onda Baş prokurorla ölkə 
başçısı arasında güclü mübarizə gedirdi. Bu 
əsnada  mən  o  zərfi  respublikadan  kənara 
çıxartmalıydım.  Onu  təyyarəyə  minəsi 
adama  kim  çatdıra  bilərdi?  Humay  beş  ay 
idi  Əşrəfi  dünyaya  gətirmişdi.  Qucağı 
uşaqlı idi. Çox araşdırdıqdan sonra dostlarla 
belə  qərara  gəldik  ki,  Humay  Əşrəfin  uşaq 
arabasında  aparsın  zərfi.  Əşrəf  kolyaskada 
yatıb,  altında  da  zərf.  (Düşünmüşdük  ki, 
əgər  prokurorluq  işçiləri  duyuq  düşüb 
Humaya nəsə etsələr, bir qrup silahlı adam 
onlara  hücum  edəcək,  araya  qarışıqlıq 
düşəcək,  Humayı  da,  zərfi  də  aradan 
çıxardacaq.)Çox 
həyəcanla 
uzaqdan 
oturduğum  maşında  binoklla  müşahidə 
etdiyim 
bu 
olay, 
allahdan 
diqqət 
çəkməmişdi.  Hər  şey  uğurla  başa  çatmışdı. 
Amma  Humayım  o  hadisədən  sonra  şəkər 
xəstəliyinə  düçar  oldu.  Neçə  illərdir  ki, 
şəkərin  ən  yüksək  dozasından  müalicə 
alırdı... 
 
Hə, dostlarla düşünmüşdük ki, mən 
bura 
elə 
də 
böyük  məbləğdə  pul 
qoymayacağam.  Sadəcə  bir  əlli-altmış  min 
dollarlıq  vəsaitlə  girəcəm  bu  kənd-kəsək 
oyununa.  (Deyim  ki,  onda  bu,  böyük  pul 
sayılırdı.)Alındı, 
qalıram, 
artırıram. 
Alınmadı, aradan cırıram. Hiss olunmadan. 
Səs-küysüz.  
 
Elə 
dədələrimiz 
də 
belə 
etməmişdimi? 
Qan  bahasına  aldıqları 
torpaqları  bir  qadının  eşqilə,  bir  atın 
həvəsilə  tərk  etməmişdilərmi?  Babam 
danışırmış  ki,  (ona  da  babası  danışıbmış) 
baharlı tayfalarından olan Eminalı adlı tayfa 
başçısı  (sonralar  bu  tayfanın  götürdüyü 
Əmənov  soyadı    o  kişinin  adından 
alınmışdı)  tayfasıyla  İraqdan  Anadoluya, 
ordan  da  Arazbara  gəlib  çıxıb.  Hər  səfərdə   
də  qan  töküb,  yurd  alıb,  at  ilxılarına,  mal 
naxırlarına,  davar  sürülərinə  biçənək 
qazanıb,  otlaq  alıb,  gözü  tutan  qız-qadın 
görəndə onların eşqilə yenə qılınc çalıb, baş 
kəsib,  tutduğu  torpaqları  da  qan  ucundan 
verib,  təzədən  yerini  dəyişib.  Axırı  gəlib 
Zəngəzurun  Baharlı  çayı  deyilən  bölgəsinə 
çıxıblar.  Yüz  illər  boyu  bu  torpaqlarda 
yaşadılar.  Yeddi  para  kənd  saldılar, 
düşmənləri  ilə  cəng  elədilər,  qan  tökdülər, 
oralarda  möhkəmləndilər.  Amma  axırı  nə 
oldu?  Bir  balaca  erməni  qısqısı  olan  kimi 
1993-cü  ilin  sonlarında  babalarımız  kimi 
bizimkilər  də  neçə  yüz    illik  tarixi  olan 
yurdlarını qoyub aradan çıxdılar...  
 
Amma hələ ki, mən buralarda bərk 
dayanmışam. Allah axırından saxlasın...” 
 
 
*** 
 
Bərdə  bazarına  getmişdi  oğluyla. 
Qayıdan  baş  yolun  kənarındakı  şitil  satılan 
yerdə  saxlatdırdı  maşını.  Hərəsindən  on 
ədəd  olmaqla  alma,  armud,  heyva,  şaftalı, 
hülü, zoğal, əzgil, xırnik, karalyok və qeyri 
şitillərdən  alıb  maşının  arxasına  yığdırdı. 
Onda  Şərif  hələ  cavan  uşaq  idi,  ali 
məktəbdə  oxuyurdu.  Kişinin  bu  şitil  alma 
mərasiminə  təəccüblə  baxır,  gülməkdən 
özünü  saxlaya  bilmirdi.  “Bu  kişinin  kefi 
durub  vallah!  Əşşi,  sənin  şitil  əkən 
vaxtındır?  Arvadını  da  götür,  get  xaricə, 
gəz,  kef  elə  özünçün...  Yoox,  cənab 
Əmənov  gərək  bağ  sala!?  Vallah,  mənnən 
olsa, bu şoran torpağa ayaq da qoymaram... 
Bu kişinin işlərinnən baş açmaq olur ki?” 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə