Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə76/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   72   73   74   75   76   77   78   79   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
165 
 
Bərdədəydi...  Və  belə  bir  momentdə  bir  əl 
uzandı, vurub o boyda dövləti yerlə-yeksan 
elədi... Gör bir adam uf dedi, gör bir köpəy 
oğlu ağlayıb-sıtqadı, gör bir it balası özünü 
yerdən-yerə  vurub  nalə  təpdi  ki,  mənim  bu 
yetimlər 
atası 
hökümətimi 
niyə 
dağıdırsınız?!  Demədilər.  İçi  mən  qarışıq, 
hamımızı  tutacaq  o  hökümətin  çörəyi. 
Tutmadımı?  İndi  budeeeee,  qan  su  yerinə 
axır... 
Ermənininki 
bir 
tərəfdən, 
azərbaycanlınınkı bir tərəfdən, ukraynalı da 
heylə...  Nə  isə,ayrılarıyla  işim  yox,  amma 
olan mənə oldu... 
 
Mayıl  kişini  Sovet  dağılhadağılda 
ora-bura  çəksələr  də,  bir  şey  gəlmədi 
əllərinə.  “Perestroyka”  aşiqləri  kişini 
incitdilər,  “pripiskanın”  Azərbaycandakı 
vuran  əli adlandırdılar, nə bilim nə oyunlar 
çıxartdılar,  qəzetlər  haqqında  məqalələr 
yazdı, milisə-silisə çağırdılar, amma məsələ 
orda  qaldı  ki,  Sovet  höküməti  birdən-birə 
yıxıldı,  “perestroyka”  da  getdi  işinin 
dalıncan. Və Mayıl Əmənov yaddan çıxdı... 
O da çox düşündü, az düşündü, axırda bax 
bu  paytaxtdan    uzaq    kənddə  böyük  torpaq 
sahəsi  aldı,    maldarlıq  ferması    düzəltdi, 
əkin-biçin  üçün  traktor,  kombayn,  otbiçən, 
kipbağlayan,  yük  maşını  və  sair  aldı.  Kişi 
iki  oğlunu  da  şəhərdəki  iş-güclərindən 
aralayıb    kəndə  gətirdi  və  onlara  ara 
sakitləşənəcən burada – təsərrüfatın başında 
qalmağı  tapşırdı.  (Ara  isə  sakitləşənə 
oxşamırdı. 
Ermənilər 
Azərbaycanın 
rayonlarını  bir-bir  işğal  eləyib  atəşkəslə 
razılaşaraq müvəqqəti  sakitləşsələr  də,  heç 
dinc  oturana  oxşamırdılar.  Hər  gün 
cəbhədə  atəş  səsləri  eşidilir,  şəhidlər 
verirdi  ordumuz.  Amma  yox,  bu  atəşkəs 
məsələsi  bir  çoxlarına,  elə  Mayıl  Əmənova 
da  düşdü.  )  Və  bir  neçə  il  sonra  burada 
tikdirdiyi birmərtəbəli mülkün yanında daha 
yaraşıqlı,  daha  könülaçan  bir  mülk 
tikdirməkçün  şəhərdən  tanış  bir  arxitektor 
dəvət etdi. O da baxıb demişdi ki, ay Mayıl 
müəllim,  daha  daş-qum  zamanı  deyil,  indi 
beton  və  alkopon  deyilən  materialdan  elə 
gözəl  villalar  tikirik  ki,  iki  göz  istəyir 
tamaşasına  çıxsın.  Və  kataloqu  açıb 
sərmişdi    kişinin  qabağına.  O  da  ev 
şəkillərinin hamısına göz gəzdirib axırı əlini 
qoymuşdu birinin üstünə və soruşmuşdu ki, 
bəs bu nədəndir? Arxitektor cavab vermişdi 
ki, elə o da eyni mənşəli avadanlıqdır. Fərq 
orasındadır  ki,  mən  deyən  alkopon 
metaldandır,  bu  isə  şüşədir.  Elə  belə  şüşə 
deyil, ha, qalın, odadavamlı, möhkəm... Və 
beləcə  həmin  layihənin üstündə  dayandılar. 
Amma..  amması  o  oldu  ki,  bu  material 
birbaş  xaricdən  gəlirdi  və  onun  gətirilməsi 
bir müddət vaxt aparacaqdı. Mayıl kişi dedi 
ki,  neynək,  çöldə  qalmamışıq  ha.  Haçan 
olsa,  olar.  Və  beləcə  bir  il  də  bu  iş  uzandı. 
(Lap sonra bəlli oldu ki, bu materialı ancaq 
bir  nazirin  adamlarının  gətirmək  icazəsi 
var.  Ayrı  adam  gətirə bilməz.  Yəni,  sifarişi 
onlara  verməlisən,  onlardan  da  almalısan. 
Maliyyə  fərqi  də  təxminən  ikiqat  olacaq. 
Neyləmək 
olardı? 
Nazirlə 
nazirlik 
etməyəcəklər  ki?!  Razılaşmaqdan  başqa 
çarə qalmadı. Amma bu da əlavə bir il vaxt 
itkisinə 
səbəb 
oldu.)Nəhayət, 
mülkün 
materiallarını  iki-üç  tırla  daşıyıb  gətirdilər. 
Düz  bir  il  bu  dördmərtəbəli,  mansarlı 
binanın  tikintisi  davam  etdi.  Bir  il  də 
içərisinin  bəzək-düzəyinə  getdi.  Axırda  elə 
yaraşıqlı  bir  bina  alındı  ki,  kənardan 
baxanda  adamın  gözü  sevinirdi.  Lap 
nağıllardakı  kimi...  İllah  da  səhərlər  günəş 
dağların arxasından çıxanda ilk dəfə bu şüşə 
evin üstünə şüasını salırdı və mülk rəngdən-
rəngə  düşürdü.  Çox  adam  bu  girintili-
çıxıntılı binaya düşən şüanın rəngdən-rəngə 
düşməsini  müşahidə  etmək  üçün  tezdən 
durardı.  (Onsuz  da  burada    hamı  sübhdən 
yerindən  qalxardı.)  Gözləri  ilə  bu  gözəlliyi 
görənlərin ruhu dincələrdi sanki. 
 
(Zaman-zaman  bu  kəndi  müxtəlif 
cür  adlandırmışdılar.  Deyilənə  görə  qədim 
adı  Qaraşalvarmış.  Sonar  Şahsevən  olub. 
Nadir  şahın  gəlişindən  sonra  adı  Ofşar 
qalıb. Çar Rusiyası vaxtında yenə Şahsevən 
olub. 
Təzəlikcən 
isə 
adamlar 
bura 
Əmənovların 
mülkünün 
yansıtmasıyla 
Şüşəli  kənd,  yaxud  Şüşəkənd,  ya  da  eləcə 
Şüşə deyirdilər.) 
 
Bu  şüşələrin  bir  özəlliyi  də  vardı 
ki,  bayırdan  içəri  qəti  görsənməzdi.  Amma 
içəridən çöl əl içi kimi görünərdi. Ona görə 


166
№ 2 (14) Yay 2015 
 
mülkün  yanından  ötənlər  dabanlarını 
qaldırıb  hündür hasarlı bu qəribə şüşə evin 
içinə  boylansalar  da  gözlərinə  bir  şey 
görünməzdi. 
 
Təkcə Mayıl kişinin arvadı Humay 
xanım  bu  işdən  narahat  olmuşdu.  Elə  hey 
oturub-durar,  gileylənərdi.  “Sən  allah,  gör 
bu  kişi  neynədi  e...  Şüşədən  də  evmi  olar? 
Bir  dəli  qudurmuş  yekə  bir  daş  götürüb 
yatdığımız yerdə tullasa, ev cilik-cilik olub 
başımıza  tökülməzmi?  Əlimizi-ayağımızı 
şüşə doğramazmı? Balalarım şüşənin içində 
nə  günə  qalar?!  Bu  kişi  nə  ağılnan  bu  işə 
qol  qoydu?  Üstəlik,  dilə-dişə  də  düşdük. 
Dövlət – xəlvət deyiblər...” 
 
Düzdür, ona başa salmışdılar ki, bu 
şüşə  o  şüşədən  deyil,  qalın,  odadavamlı 
materialdandır,  tərkibində  nəsə  güclü  bir 
element  var  ki,  ona  möhkəmlik  gətirir. 
Amma  Humay  xanımın  eyninə  deyildi 
bunlar. O coğrafiya  müəllimiydi və bilirdi 
ki,  şüşənin  adı  şüşədir.  Tərkibi  silisium 
oksid  (CiO2)  olan  bu  maddənin  ən    pis 
cəhəti  sınmağa  meyillidir.  Bir  də  soyuqluq 
idi  bu  maddə.  Ondan  tikilmiş  evdə 
oturanların  canı  daim  soyuqluğa  mübtəla 
olacaqdı...  Bir  də  axı  niyə  uzağa  gedəsən, 
elə  tikinti  zamanı  4-cü  mərtəbədən  haman 
bu  qalın  şüşələrdən  biri  fəhlələrin  əlindən 
aşağı  düşmüş  və  cilik-cilik  olmuşdu.  Şüşə 
elə şüşədir. Sadəcə qalındır, vəssalam... 
 
Bir də 2001-ci ilin sentyabr ayının 
11-də ABŞ-da  baş vermiş terror aktı yadına 
düşəndə  Humay  xanımın  əl-ayağı  titrəyir, 
şəkəri  kəllə-çarxa  çıxır,  halı  pisləşirdi. 
Əmənov isə heç nəyi vecinə də almır, “Əl-
Qaidə  bizim  torpaqda  övc  eliyə  bilməz!” 
deyirdi.  Onun  düşüncəsinə  görə,  bizim 
müsəlmanlığımız  saxta  müsəlmanlıqdır. 
Bax,  min  illərin  kəndidir  bura,  bircə 
məsçidi 
olmayıb.  Mən  də  yalançı 
müsəlmanam,  guya  allah  adamıyam,  burda 
məsçid  tikdirmişəm,  amma  bu,  əslində 
şırmadı,  gözə  kül  üfürməkdir.  Allaha  da, 
onun  bəndələrinə  də    atış  gəlirəm  ki,  mən 
allah  adamıyam...  Amma  mən  o  məsçiddə 
bircə  dəfə    olmuşam,  o  da  açılış  günü, 
vəssəlam.  Bildiyim  qədərilə,  elə  kənd 
camaatı  da  ora  ölü  düşəndən-düşənə  gedir. 
Bir  də  aşura-taşura  günlərində...  Hələ 
mənim  doğulduğum  kənd?  Məsçidi-zadı 
olmamışdı  ömür-billah!  Təkcə  Muğadəm 
Baharlısında  məsçid  vardı.  Taydolağ 
Baharlının  üç  kəndindən  birində  belə 
məsçid  yoxuydu...  Gördünüz  ki?!  Biz 
müsəlman-filan  deyilik,  ya  da  yalançı 
müsəlmanıq. Ona görə buralarda Əl-Qaidə-
zad inkişaf edə bilməz... 
 
...Dedim 
axı, 
Əmənovların 
fermasına  baxanlarla  bu  təzə  gələn 
dabbaqçılar 
bir 
xeyli 
vaxtdı 
ləj 
düşmüşdülər.  Dabbaqçıların  3-4  atı,  10-15 
inəyi, bir sürü də qoyunu vardı. Elə gözünü 
yayındıran  kimi  atları  da,  inəkləri  də 
Əmənovların  zəmisini  basırdı.  Bu  zəmi  də 
ki, 
Əmənovların 
göz  bəbəyi 
kimi 
qoruduqları  yerdi.  Nədən  ki,  bu  əlli 
hektarlıq zəmi həm fermanın kəpəyini, həm 
samanını,  həm  də  ailənin,  onların 
təsərrüfatına  baxan  kənd  adamlarının    illik 
un ehtiyatını ödəyirdi. Ona görə ailə də, az 
qala  kəndin  adamlarının  yarıdan  çoxunu 
əhatə  edən  işçilər  də  bu  zəmini  bərk-bərk 
qoruyurdular.  (Əmənov  öz  buğda  unlarının 
çörəyinə elə öyrəşmişdi ki, dükandan alınan 
unla bişən çörəyi qəti yeyə bilmirdi. Köhnə 
mülkün  həyətində  tikdirdiyi  kürədə    yerli 
buğda  unundan  bişən  çörəklərin  ətri 
uzaqdan  adamı  sərməst  eləyirdi.  Bir 
zamanlar  kəndlərində  anasının  bişirdiyi 
çörəkdən  gələn  ətri  xatırladırdı  bu 
çörəklərin  ətri.  Ona  görə  bu  çörəklər  hər 
mənada ona doğma idi.) 
 
Bir  gün  Əmənovların  qoruqçusu 
dabbaqçıların  zəmiyə  düşmüş    iki  atını 
gətirib  tövləyə  saldı.  Onlar  da  əllərində 
dəhrə-yaba  yeridilər  bunların  üstünə.  Dava 
təzəcə  qızışmışdı  ki,  yuxarı  mərtəbədə 
dincələn  qoca  Mayıl  kişi  elə  pijamadaca 
aşağı  düşdü.  Əlini  qaldırıb  araya  girdi  və 
üzünü  dabbaqçıların  böyüyü  İdrisə  tutub  
yavaş səslə, az qala pıçıltıyla dedi: 
 
-Bala,  siz  bura  bizdən  çox-çox 
sonra 
gəlmisiniz. 
Gəlmisiniz, 
yaxşı 
eləmisiniz. 
Amma 
belə 
olmaz  axı. 
Adamlarına  de,  qoy  bir  az  ustublu 
tərpənsinlər.  


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə