Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə86/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   82   83   84   85   86   87   88   89   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
185 
 
 
Köhnə  “Jiquli”yə  əyləşəndə  şair 
qəzetdə yazılanları oxumağa başladı.  
          “Ofşar kəndindən bir qrup şəxs Milli 
Məclisə  müraciət  edərək  yaşadıqları  ağır 
sosial  durum  haqda  şikayətçi  olduqlarını 
bildirirlər.  Bizlər  21-ci  əsrdə  susuzluğa  
məhkum  olunmuşlar  kimi  yaşayırıq.  Rayon 
rəhbərliyi və buranın biznes sahibləri Ofşar 
camaatından  sanki  qisas  alır.  Hər  gün 
rayon  mərkəzindən  maşınlarla  su  daşımaq 
məcburiyyətində  qalmışıq.  Artıq  bütün 
imkanlarımız  tükənib.  Öz  gücümüzə  20-30 
metr  dərinliyə  kaçalka  vurub  oradan  çıxan 
sudan  istifadə  edirik.  Bu  su  da  şor  sudur. 
Məcburən  həmin    sudan  içirik.  Kənddə 
böyrəyi  salamat  adam  tapmaq  artıq 
müşkülə  çevrilib.  Heç  kim  bizləri  eşitmək 
istəmir.  Ofşarda  insanlara  hazırda  texniki 
su  içirdilir.  Xahış  edirik  bizləri  bu 
qədirbilməz məmurların əlindən qurtarın.” 
 
Şair  mat  qalmışdı.  “Bu  kişi  nə 
edir?  Bir  yandan  bizi  Əmənovun  ayağına 
aparır  ki,  kitablarımızın  çapına  yardım 
etsin,  o  biri  yandan  da  qəzetdə  yazı  təşkil 
etdirir... Həəə, ay səni Nazim Niyaz! Bu da 
bir üsuldur. Koramal məsələsi... Yəni sənin 
elədiklərini  bilirəm,  amma  demirəm. 
Ucundan-qulağından  deyirəm  ki,  yəni  hər 
şeydən xəbərdaram...” 
  
(davamı  olacaq) 
 
 
 
ESSE
i
ST
i
KA
 
 
NĠYAZĠ  MEHDĠ 
 
 
 
Ġslam və mən 2012-2014-də 
 
(Ağalar 
Məmmədovla 
mübahisə 
etsəm nəyi mübahisə edərdim...) 
 
 (əvvəli ötən saylarımızda) 
 
                                                     
Ateistlə ilahiyyatçının əbədi  
söhbətlərindən 
(ikinci yazı) 
 
Həqiqət anlayışından doğan çaşqınlıq 
Ötən  yazıda  sual  qoymuşdum:  mən  niyə 
ateist  olmaya-olmaya  böyük  ateistlərə 
böyük  ilahiyyatçılar  qədər  heyranam, 
müsəlman  ola-ola  Xristianlığa,  Buddizmə, 
İudaizmə  və  daha  nə qədər  təriqətə, dinəsə 
heyranam? 
Mənə  hansı  ateist  yaddır?  Mənə  hansı 
müsəlman,  hansı  xristian  (və  s.)  yaddır? 
Onlar  ki.  özlərini  düz,  başqalarını  əyri 
sayırlar. 
Sayın oxucu, beləcə, biz gəldik çatdıq dində 
düz  və  əyri  olanlara.  Adi  adam  deyir,  əgər 
sən filan paltarı, filan dini, filan musiqini o 
birilərindən  üstün  sayırsansa,  göstər  ki,  o 
doğru,  o  biriləri  yanlışdır.  Adi  bilinc 
«həqiqət», «gerçək» anlayışının quludur. O 


186
№ 2 (14) Yay 2015 
 
tələb  edir  ki,  mənə  doğru  dini,  doğru 
fəlsəfəni,  doğru  sənəti  göstər.  Əgər  doğru 
din,  doğru  sənət,  doğru  fəlsəfə  yoxdursa, 
niyə mən hansınasa özümü bağlamalıyam?! 
Keçək metaforalara      
Bəzi  nəsnələri  anlamaqda  yeməklər  çox 
yaxşı metaforalar verir. Necə demək olar ki, 
Şəki  pitisi  gürcü  xaçapurisinə  baxanda 
doğrudur?! Heç cürə! Ancaq demək olar ki, 
bizim  piti  gürcü  xaçapurisinə  baxanda, 
tutalım, yaxşıdır.  
Yaxşı  nədir?  Kant  açmışdı:  yaxşı  yararlı 
olandır.  
 
NƏYİNSƏ  YAXŞI  OLMASI  HANSI 
MƏQSƏDLƏRƏ  CAVAB  VERMƏSİ, 
YƏNİ  O  MƏQSƏDLƏRƏ  YARARLI 
OLMASI İLƏ ÖLÇÜLÜR.  
 
Sən  pitini,  ya  xaçapurini  yemək  seçimi 
qarşısında durmusansa, o biri yandan, pitini 
tökməyə  dərin  qabın  yoxdursa,  xaçapuri 
sənə yararlı, deməli, yaxşı olacaq. 
FB-də  mənim  ateizmlə  bağlı  keçən  yazıda 
anlatdığım  dartışmada  bir  qıza  cavab 
vermişdim ki, mən sizə heç cürə sübut edə 
bilmərəm 
ki, 
Bethovenin 
filan 
simfoniyasını  sevin.  İndi  dəqiqləşdirə 
bilərəm:  əgər  siz  musiqi  sənətindən 
avropalıların  aldığı  ləzzəti  almağı  məqsəd 
qoymusunuzsa, 
Avropa 
estetikasını 
mənimsəmək 
istəyirsinizsə, 
Avropa 
«musiqi  süfrəsinin»  verdiyi  yeməklərdən 
yemək 
istəyirsinizsə, 
Bethoven 
simfoniyasından  ləzzət  almağı  öyrənmən 
yaxşıdır.  Bəs  ləzzət  almağı  necə  öyrənmək 
olar?  Bəlkə  bunun  «texnikasından»  sonra 
danışdım. 
 
Dinlər üçün həqiqətin irrelevantlığı 
 
 Buradan  dinlərlə  ilgili  çıxan  sonuclar. 
Gerçək,  həqiqət  baxımından  çox  doğru,  az 
doğru  din  yoxdur.  Elmi  dildə  belə  demək 
olar:  həqiqət  ölçüləri  dinlərə  relevant  deyil 
(yəni  onlara  dəxli  yoxdur).  Bu  anlamda 
«mən  ona  görə  İslam  imanındayam  ki, 
dünya  haqqında  ən  gerçək  bilgiləri  verir» 
diskursu  düz  deyil.  Doğrudan  da  desən  ki, 
əslində İbrahim peyğəmbər İsmayılı qurban 
kəsmək  istəyib,  İsakı  yox,  ona  görə  də 
Tövratda  belə  deyən  cümlələr  yanlışdır, 
redaktənin  səhvidir,  bunu  nə  ilə  sübut  edə 
biləcəksən?  
İnanın,  bir  dinin,  bir  təriqətin  o  birilərinə 
hansısa  həqiqəti  sübut  etməsi  olammaz 
nəsnədir.  «Ancaq  filan  məqsədlərə  daha 
yaxşı  cavab  verir»  ölçüsü  ilə  dinləri 
tutuşdurmaq düz olar. Məsələn, Azərbaycan 
mədəniyyətinin  tarixini  gələcək  nəsillərin 
mentaliteti  üçün  önəmli  sayırsansa,  İslam 
daha  yeydir.  Yox,  Allah  göstərməsin, 
birdən elə vəziyyət olsa ki, salamat qalmaq 
üçün  Azəri  mentalitetini  yox  edib  başqa 
mentalitet  yaratmaq  gərəkdir,  o  zaman 
İslam  əngəl  olacaq.  Bəzi  islahatçılar 
düşünəndə  ki  Azərbaycanın  bütün  dərdləri 
İslamdan gəlir, elə belə düşünürlər. 
Onun  üçün  də  islamsevərlər  üçün  bu 
vəzfəni irəli sürürürəm:  
TAPIN  HANSI  MƏNƏVİ  AMACLAR, 
ARZULAR 
BAXIMINDAN 
İSLAM 
BİZİM 
ÜÇÜN 
YAXŞIDIR 
(YARARLIDIR)? 
TAPIN  HANSI  MƏNƏVİ  DURUM, 
AMACLAR  BAXIMINDAN  ATEİZM 
BİZƏ PİSDİR. 
Dini totalitarizm xaqanlıq edən toplumlarda 
işıqlı,  düşüncəli  adamlara  ateizm  və  ya 
ateistsayağılıq  daha  yaxşı  olur.  Mirzə 
Fətəlinin 
ateizmi 
bundandır. 
Ancaq 
ateizmin  tüğyan  etdiyi  toplumlarda  işıqlı 
adamlar dinə meyllənirlər (bunu Sovetlərdə 
görmüşük). 
Bu gün İraqda, Suriyada baş verən savaşlar 
göstərir  ki,  bir  xeyli  dinçilər,  əslində 
dedikləri  kimi,  bir-birini  Sünni  və  ya  Şiə 
«gerçəkləri», 
«həqiqiləri» 
üstündə 
qırmırlar.  Onların  prinsipi  budur:  filan 
amaclara  çatmaq,  filan  toplum  tipini 
qurmaq baxımından bizim tutduğumuz dini 
yol  DAHA  YAXŞIDIR,  ONA  GÖRƏ  DƏ 
BAŞQALARINA ÖLÜM! 
Məsələ  bundadırsa,  gəlin  onun  üstündə 
dartışmayaq  ki,  necə  namaz  qılmaq 
doğrudur.  Mübahisə  etmək  istəyirsinizsə, 
aydınca deyin: filan cür namaz qılmaq filan 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə