Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə87/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   82   83   84   85   86   87   88   89   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
187 
 
məqsədlər 
üçün  (tutalım,  sünnilərdən 
ayrılıb yadlaşmaq üçün) daha yeydir. 
 
Ateistlə ilahiyyatçının əbədi  
söhbətlərindən 
(üçüncü yazı) 
 
Biri belə deyəndə o birisinin elə deməsi 
Üçüncü  dəfədir  belə  bir  soruya  cavab 
tapmaq  istəyirəm:  mən  nədən  dindar olsam 
da ateizmi sevirəm, nədən müsəlman olsam 
da  İudaizmə,  Xristianlığa,  Buddizmə  və  s., 
belə heyranam? 
Ötən  yazımda  mərhum  dostum  Vaqif 
İbrahimoğlunun 
«əbədi 
söhbət» 
terminindən  istifadə  edərək  yazmışdım  ki, 
din  və  ateizm  arasında  bitməyən  (yəni 
əbədi) söhbət var. Biri bunu deyəndə o biri 
onu deyir. Kimsə söhbəti ateistin tənqidində 
şaxlaya  bilər.  O  zaman  belə  görünəcək  ki, 
ateizm  qarşı  tərəfi  qatlayıb  yerə  çökdürüb. 
Başqası  həmin  əbədi  söhbəti  dinin  irəli 
sürdüyü  ittihamdan  sonra  kəsə  bilər.  O 
zaman  elə  görünəcək  ki,  ateistin  deməyə 
sözü qalmayıb. 
Bir  örnək.  Ötən  dəfə  söylədim  ki, 
namazdan,  Quranı  sinəyə  qoymaqdan, 
pirlərə  getməkdən  adamın  sağalmasını 
möcüzə kimi sayanlara ateist gülüb deyir ki
möcüzə  deyil,  özünətəlqindir.  Söhbəti 
burada  kəssən  ateist  qalib  görünəcək. 
Ancaq  cavabında  idealist  filosof  deyə  bilər 
ki,  özünətəlqin  Tanrının  insana  əta  etdiyi 
vasitədir.  
Söhbəti  burada  kəssən,  ilahiyyatçı  qalib 
görünəcək.  Burada  kəsməsən,  ateist  filosof 
Karl Popperin ilahiyyatçıya cavabı gələcək. 
Bu  filosof  söyləmişdi  ki,  elmi  diskursların 
(deyimlərin)  qeyri-elmi diskurslardan fərqi 
odur  ki,  elmi  cümlələr  falsifikasiya 
olunurlar.  Yəni  elə  şərtlər  və  şəraitlər 
sistemi var ki, orada elmi diskurs yalanlaşır. 
Qeyri-elmi 
diskurslar 
isə 
heç  vaxt 
falsifikasiya  olmurlar,  yəni  yalanlaşmırlar. 
Dini  diskurslar,  -  Popper  yazmışdı,  - 
falsifikasiya  olmayan  deyimlərə  parlaq 
örnəklərdir.  Dinlə  bağlı  heç  bir  düşüncəni 
təkzib  etmək  olmur.  Ən  azı  ilahiyyatçını 
çox dirəyəndə ya «Allah bilir» deyəcək, ya 
da  Allahın  sirlərindən  danışacaq.  Söhbəti 
burada saxlasan, Popperin sayəsində ateizm 
udmuş  kimi  görüncək.  Ancaq  ateist 
Popperin  dediyini  söyləyəndə  ilahiyyatçı 
qayıda  bilər  ki,  nəyə  görə  dini  diskursun 
elmi  olmaması  onun  eyibidir?!  Elmin  o 
qədər eyibləri var ki. Elm o qədər ideyaları 
elmdən  dişarıda  olan  sənətdən,  fəlsəfədən, 
mifolojidən 
alır  ki.  Söhbəti  burada 
dayandırsan,  ilahiyyatçı  udmuş  görünəcək. 
Ancaq  elmləri  dindən  qabağa  çıxaracaq 
başqa arqumentlər də var. 
 
Din məskən kimi 
Mənə  din  yaxındır.  Hətta  belə  deyərdim, 
İslam  mənə  ruhumun  məskəni,  oylağı 
olduğu  üçün  yaxındır.  Baxın,  demirəm, 
İslam  doğru  din  olduğu  üçün  mənə 
yaxındır.  Deyirəm  ruhumun  məskəni 
olduğu üçün yaxındır. İranda yüzlərlə adam 
var  ki,  ruhanilərin  mənəvi  zülmü  üzündən 
İslamdan  məskən  kimi  üz  döndəriblər. 
Onlara ateizm mənəvi məskən olub. 
Kimlərsə  krişnaçılığı,  buddizmi  seçəndə 
onlara  elə  gəlsə  də  ki,  doğru  dini  seçirlər, 
əslində,  mənəviyyatları  üçün  xoş,  gözəl 
məskəni  seçirlər.  Bu  məskəni,  oylağı  mən 
başqa  yazılarımda  «model»  sözü  ilə 
anladırdım  və  deyirdim  ki,  İslam, 
Xristianlıq  hərəsi  başqa-başqa  dünya 
modellərini  verirlər.  Bunu  Fərabi  kimi 
Ortaçağ  filosoflarımız  belə  söyləyirdilər: 
üstün  din, aşağı  din  yoxdur.  Allah  hər  irqə 
onun ruhuna uyğun din verib. Allaha yollar 
ayrı-ayrı olsalar da son mənzil birdir. 
 
Şəhər  metaforası 
Dinlərlə  bağlı  düşündüklərimi  aydın  etmək 
üçün şəhər  metaforasına keçim. Hər bir din 
sanki  başqalarından  fərqlənən  şəhərdir. 
İnsanın  onda  bulunması  bu  şəhərdə 
yaşamaq  kimidir.  Şəhər  sənə  qonşuları 
verir. 
Yaşamını 
küçələr, 
bağlar, 
meydançalar 
strukturlarına 
yazır. 

dincəlmək  üçün,  işləmək  üçün,  bazarlıq 
üçün  yerlər,  dükanlar  verir.  Doğma  şəhər 
rahatlığına,  gözəlliyinə  ekolojisinə  görə 
başqa şəhərə uduzmursa, ya da az uduzursa, 
sən  oranı  buraxmaq  istəmirsən,  hətta 


188
№ 2 (14) Yay 2015 
 
hansısa  ayıblarını  da  başqa  üstünlüyünə 
görə  bağışlayırsan.  Bu  şəhər  sənə  dost-
tanış,  qohum-qardaş,  söhbət  mühitini  verir. 
Sənin  ondan  dərin  inciməyin  yoxdursa, 
başqa  şəhərə  köçüb  yaşamaq  ağlına  da 
gəlmir.  
Bax,  beləcə,  hər  bir  din  möminlərinə  öz 
şəhərini,  mühitini,  məskənini  verir.  Bir 
şəhəri  o  biri  şəhərdən  əhalisinin  sayına, 
suyuna,  çayına,  havasına  görə  fərqləndirib 
yaxşı və ya pis saymaq olar. Ancaq gerçək, 
həqiqət 
baxımından  tutuşdurmaq  düz 
olmaz.  Düzdür,  daha  dərində  gerçək/yanlış 
qatı var. Tutalım, ildırımı necə yayındırmaq 
haqqında 
bilik 
doğrudursa, 
onun 
binalarında yayındırıcı qurğu düz işləyəcək, 
yanlışdırsa, düz işləməyəcək. Ancaq başlıca 
məsələ  şəhərin  özünə  qoyduğu  məqsədə 
cavab verib-verməməsidir.  
Bax,  dinlər  də  elədir.  İnsan  necə  olmalıdır, 
ailə  necə  olmalıdır,  icma  necə  olmalıdır 
kimi  ilişgilərə  öz  kurallarını  verir.  Bu 
qaydalar  həmin  necəlik  baxımından  çox 
yararlıdırsa,  toplumu  yaxşı  edir.  Harada 
kurallar  köhnəlirsə,  peyğəmbərlər,  mənəvi 
atalar  gəlib  daha  yaxşılarını  qoyurlar. 
Peyğəmbərlər  dönəmi  bitəndən  sonra  belə 
işləri  din  islahatçıları  yerinə  yetirirlər. 
Duruma  dini  yanaşanlar  necə  dəyişmək 
məsələsinin  qaynaqlarını  vəhydə,  Allahdan 
gələn  soraqlarda  tapırlar.  Allah  ideyası 
islahat  ideyasını  daha  güclü,  daha  etkili 
edir. 
 
Öz baxışımın izahı  
İndi  özümə  qayıdım.  Mən  İslamı  sevirəm 
öz  dünyam,  öz  şəhərim    kimi.  Sevdiyim 
üçün  başqa  dinlərdən  mənə  əzizdir.  Ancaq 
bilirəm  ki,  başqa  «şəhərlər»  də  var.  Hətta 
hansı  məsələdəsə,  tutalım,  küçələrin 
səliqəsində  mənim  şəhərimdən  işləri  yaxşı 
qurublar.  Bu  durumda  başqa  şəhərin 
uğurlarını  mənimsəməkdə  ayıb  heç  nə 
olmadığı  kimi  dinlərin  də  bir-birinə  etkisi 
normaldır. 
Ateizmin  verdiyi  «şəhər»  dinlərdən  tam 
başqa  məskən  tipidir.  Onun  öz  məskunları 
var,  nələrisə  yaxşı  qurublar,  nələrdəsə 
insanın  mənəvi  məsələlərini  nəzərə  alırbar. 
Mən başqa ölkələrə, başqa şəhərlərə səyyah 
olmaqdan  ləzzət  aldığım  kimi  İudaizmə, 
Xristianlığa,  Buddizmə  «turist  səfərinə» 
çıxmağı  sevirəm.  Səyyah  qırımım  varsa, 
ateist  dünyasına  da  gedib  baxmağı 
istəyirəm.                        Bax,  “dinlər  və  bizlər” 
məsələsi budur. 
 
Ateist  (və  dinçilər)  üçün  yeni  teologiya 
dərsləri 
(ikinci dərs) 
Harada qalmışdım? 
 
Ötən  «dərsdə»  orada  qalmışdım  ki,  bir 
yandan,  fetişizm,  cadu-ovsun  primitiv 
dinlər  sayılır  və  İslam  tərəfindən  pislənir 
(bəzən,  düzəliş  edirlər  ki,  yalnız  qara 
magiya  pisdir,  çünki  şeytan  işidir).  O  biri 
yandan,  İslamda  (və  başqa  gəlişmiş 
dinlərdə) 
fetişizmdən,  cadudan  geniş 
istifadə olunur. Mən əgər Quranın sağaldıcı, 
qoruyucu  gücünə  inanıramsa,  deməli,  onu 
fetiş  kimi  qavrayıram.  Ona  görə  də 
müşrikliyin,  qara  ovsunun  düşmənləri 
tərəfindən  suçlana  bilərəm.  Bəs  məni 
suçlayanlara cavabım nə olar?  
Hər nəsnədə hər nəsnə var 
Bu  sorunu  cavablandırmaq  üçün  sizə  əski 
yunan 
filosofu 
Anaksaqorun 
dəhşətli 
deyimini  söyləyim.  O  aydırmışdı,  «hər  şey 
hər  şeydədir»!  Yəni  bütün  kitablar  bir 
kitabdadır,  bir  kitab  bütün  kitablardadır. 
Bütün  dinlər  bir  dindədir,  bir  din  bütün 
dinlərdədir. Deməli, fetişlərdəki İlahi enerji, 
İlahi  güc,  İlahi  substansiya  (varsa) 
Məkkədəki  Qara  daşda  da  var,  Quranda  da 
var,  ikonalarda  da  var,  pirlərdə  də  var 
(Vahabilər  bunu  bilmirlər,  başqa  dinləri 
küfr sayanlar da bunu bilmirlər). Doğrudan 
da  idealist  filosof  bütün  varlığı  ideal 
«saplardan»  hörülmüş  sayırsa  (fizikada 
kosmosu  tardakı  tellərə  oxşar  dartımda 
görükdürən nəzəriyyə var), bu saplar bütün 
nəsnələri  eyniləşdirir,  ona  göorə  hər  nəsnə 
hər nəsnədə olur. Fizik materiyanın təkində 
vakumdan,  qara  enerjidən,  sahələrdən 
danışırsa,  bunlar  da  bütün  olanları 
«insestual» 
(qanqarışığı) 
horrada 
qohumlaşdırır.  Hər  nəsnə  hər  nəsnədə 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə