Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə3/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   2   3   4   5   6   7   8   9   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 

 
açılır.  Və  buna  alternativ  olan  xalq 
oyunu  –  şah,  vəzir,  vəkil  və  onların 
çıxardığı “oyun”lar... 
        Sabir Əhmədli neçə il əvvəl vəfat 
edib.  Onu  Fəxri  Xiyaban  deyilən 
yerdə  dəfn  etmədilər.  Əsərlərinin 
çapına  qadağa  qoydular...  Yasaq 
ədəbiyyatın  üstündən  yasaq  hələ  də 
götürülmədi ki... 
        Bu 
günlərdə 
ustadın 
“Yazılmayan  yazı”  memuar  romanı 
ikinci dəfə nəşr edildi.  
        Başlandı!  Artıq  Sabir  Əhmədli 
yaradıcılığının  ikinci  dövrü  başlandı. 
Gün 
gələcək, 
onun 
cild-cild 
əsərlərinin 
çap 
edildiyini 
də 
görəcəyik.  
                                                                                                           
AZAD  QARADƏRƏLİ 
 
                     
 
 
Q
Ə
LƏM ADAMLARI,  
ZĠYALILAR  SABĠR 
Ə
HM
Ə
DLĠ HAQQINDA: 
 
      Dostlarımız, 
qələmdaşlarımız 
haqqında  ən  xoş  sözləri  biz,  adətən, 
dostlar  dünyadan  köçəndən  sonra 
deyirik. 
Ancaq 
mənim 
mətbu 
çıxışlarıma 
– 
məqalələrimə, 
müsahibələrimə  bələd  olanların  yəqin 
yadlarındadır  ki,  hələ  Sabir  Əhmədli 
sağ  olanda  da  mən  bütün  məqalə  və 
çıxışlarımda  onun  barəsində  həmişə 
söz  açmışam,  Sabirin  təzə  çıxan  hər 
bir  əsəri  barədə  sevinclə,  fərəhlə 
danışmışam.  
     Sabir  ədəbiyyatımızda  öz  sözünün 
yiyəsi  olan  nadir  yazıçılarımızdandır. 
Onun  yaratdığı  əsərlərin  böyük 
əksəriyyəti  bu  gün  də  aktualdır. 
Sabirin  “Yaşıl  teatr”  romanı  sanki  bu 
günümüzdən yazılıb. Onun “Yamacda 
nişanə”,  “Qanköçürmə  stansiyası” 
povestləri  də  ədəbiyyatımızın  həqiqi 
təəssübkeşləri 
üçün 
heç 
vaxt 
köhnəlməyəcək nəsr nümunələridir. 
     Sabir  Əhmədli  yaradıcılığı  təəssüf 
ki,  lazımi  qədər  tədqiq  və  təhlil 
olunmayıb.  Bu  baxımdan,  biz  onu 
hələ  ki,  tutduğu  yüksəklikdə  görə 
bilmirik.  Ancaq  vaxt  gələcək,  biz 
Sabiri o yüksəklikdə görəcəyik. Çünki 
Sabir 
Əhmədli 
ədəbiyyatımızın 
yüksəkliyindən  bizə  baxmağa  layiq 
olan böyük sənətkarımızdır.  
 
Əkrəm Əylisli 
 
*** 
Sabir    Əhmədli    Azerbaycan 
ədəbiyyatında  fərqli  bir  yerə  sahib 
olan  yazıcıdır.  Belə  deyək,ayrıca  bir 
adadır, kimsəyə qarışmayan özgür bir 
ada.  Ədəbiyyata  hardan  gəlmişdi, 
xalqın 
içindənmi, 
oxuduğu 
əsərlərdənmi?Məncə,  o  ədəbiyyata 
hardansa  fərqli  bir  yerden  gəlmişdi. 
Bu  fərqlillik  onun  nasir  üslubunda, 
şəxsi 
davranışlarında 
apaydın 
görünürdü.  Təkcə  "Yamacda  nişanə" 
povestinin  təsiriylə  yağlaya-ballaya 
tərəfkeş  tənqid  tərəfindən  göylərə 
qaldırılan  altmışıncı  illər  yazıçı 
nəslinin  yazdığı  neçə  əsər  saymaq 
olar. 
O yaşadığı zaman  və   rejimlə 
müxalifətdə olan (əsl sənətkara, kişiye 
məxsus özəllik!!!) nadir yazıcımız idi. 
Belə  olduğuna  görə  də,  "Ədəbiyyat 
qəzeti"ndən  dışlandı,  belə  olduğuna 
görə    də  sənətkar  böyüklüyünə  ləkə 
qondurmaq  mümkün  olmayan  bir 
sənətkar  olsa  da,  məzarı  hardasa  bir 
kənd  qəbristanlığındadır.  Amma  bu 
olumsuzluqlar Sabir  Əhmədli  ruhunu 


10
№ 2 (14) Yay 2015 
 
əsla  rəncidə  etməz.  Bu  ruh  hardan 
gəlmişdisə,  oraya  da  qayıdacaqdı, 
yəni  ulu  göylərə,  yəni  layiq  olduğu 
yerə!!!  
Məmməd İsmayıl                                                                                                                                                               
                                       
*** 
        Azərbaycanın 
böyük 
qələm sahiblərindən  biri, xalq  yazıcısı 
Sabir  Əhmədli dünyasını  dəyişəndən 
sonra  yuxarılardan  gələn  məsləhətlə 
dəfni  bir  gün  yubadılsa  da,  bütün 
cidd-cəhdlərimizə  baxmayaraq,  Fəxri 
Xiyabana  buraxılmadı.  II  Dünya 
Savaşında  ən  gənc  Sovet  İttifaqı 
Qəhrəmanı  olmuş  qardaşı  Cəmil 
Əhmədov 
Varşava 
ətrafındakı 
qardaşlıq  qəbiristanında  (hər  dəfə 
Polşaya  yolum  düşəndə  onu  ziyarət 
edirəm), bığ yeri yenicə tərləmiş oğlu, 
Kəlbəcərə  qış  yürüşündə  şəhid  olmuş 
Məhəmməd  Bakıda,  İkinci  Şəhidlər 
Xiyabanında,  ata-anasının,  böyük 
qardaşının qəbirləri və hələ içinə girib 
divarlarını 
isitmədiyi 
yeni 
evi 
Cəbrayılda,  düşmən  əlində,  özü  də 
başqa  bir  “müharibə  qurbanı”,  ata 
ocağını, 
malını-mülkünü 
Ermənistanda 
tərk 
edib 
gəlmiş 
dostumuz 
Fərman 
Kərimzadənin 
qonşuluğunda, 
Binəqədi 
qəbiristanında… Xalq yazıçısına hətta 
İkinci  Fəxri  Xiyabanın  da  qapısı 
bağlandı.  Allah  binəqədililərdən  razı 
olsun… 
Ailəsi 
yalnız 
onların 
qəbiristanında  yer  tapa  bilmişdi… 
Vətən  torpağıdır,  nə  fərqi?  Ancaq 
görünür,  kimlər  üçünsə  fərqi  var… 
Yoxsa  heç  olmasa,  ölənlərimiz 
arasında ayrı-seçkilik qoymazdılar… 
 
Sabir Rüstəmxanlı 
 
 
 
*** 
     Onunla sağlığında dəfələrlə üz-üzə 
gəlmiş,  görüşmüş,  oturub  söhbət 
etmişdim.  Bu  böyük  Azərbaycan 
yazıçısının 
yaradıcılığı 
barədə, 
xüsusilə, onun romanları haqqında bir 
neçə  məqalənin də  müəllifi olmuşam. 
Sabir  Əhmədli  mənim  üçün  XX  əsr 
Azərbaycan  yazıçıları  arasında  ən 
doğmalarından 
biri 

ən 
çox 
oxuduğum nasirlərdən biri idi. XX əsr 
Azərbaycan 
gerçəkliyini, 
istər 
yaxından  bələd  olduğu  kəndi,  istərsə 
də  şəhəri  təsvir  etsin,  Sabir  Əhmədli 
son  dərəcə  həyati  bir  yazıçı  idi  və 
deyim  ki,  onun  əsərlərində  təsvir 
etdiyi  həyat  canlı  həyatın  özü  idi. 
Sadəcə,  bədii  naxışlarla,  rənglərlə, 
sözün  yaratdığı  ecazlarla  cilalanmışdı 
bu 
həyat. 
Həm 
də 
sərtliyi, 
mürəkkəbliyi, təzadları ilə seçilirdi.                                                
 
Vaqif  Yusifli 
                                                                        
***                                          
       Sabir 
Əhmədli 
20-ci 
əsr 
Azərbaycan  nəsrinin,  ədəbiyyatımızın 
nəhəng  simalarındandır.  Onun  ciddi 
sosial-mənəvi  problemlərə  toxunan 
romanları 
milli 
ədəbiyyatımıza 
tamamilə  yeni  miqyas  gətirib.  Hələ 
sovet dövründə ədəbiyyatın, yazıçının 
missiyasını 
həqiqətə, 
ictimai 
düşüncəyə və insan ləyaqətinə xidmət 
etməkdə  görən  Sabir  Əhmədov  bir-
birindən  parlaq  əsərləri,  yaratdığı 
parlaq  obrazları,  fərdi  üslubu  ilə 
ədəbiyyat  tariximizdə  xüsusi  mövqe 
tutur.  Tək  ona təəssüflənirəm ki,  belə 
nəhəng bir yazıçı nə sağlığında, nə də 
əbədiyyətə  qovuşandan  sonra  öz 
layiqli qiymətini almayıb.   
                                                                                                


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə