Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə7/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   2   3   4   5   6   7   8   9   10   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
17 
 
Bütünlükdə  hər  evin,  həyətin  kufulu 
varmış. 
Ərzaq 
– 
azuqəni 
orada 
saxlayarmışlar. 
Yayın 
ən 
isti, 
qorabişirənində    nə  qoysan,  ət,  toyuq, 
azuqə 
tərtəmiz, 
səpsərin 
qalar, 
iylənməzmiş.  Bizim  kufulumuz  da  dolu 
olurmuş  ərzaqla.  Babamın  aşxanasının 
bütün  ərzağı  oraya  yığılır,  saxlanırmış. 
Uşaqkən 
taxtapuşa 
çıxanda, 
orada 
keçmişdən 
qalma 
yağ 
çirişlərini 
görmüşdük.  Qəşəng  qablardı,  hər  biri  iki 
pud  yağ  tutardı,  qaramtul  çirişlərin 
üstündə  zərif  oyma  naxışları  da  vardı. 
Buxarının  bacasından  büküm-büküm 
Nikolay  pulları  çıxmışdı.  O  vaxt  babam 
pulu 
bürmələyib, 
buxarının 
içinə 
soxmuşmuş…  Milyonlarla  qızıl  əvəzi 
pullar,  keçmişdi  uşaq-muşağın  əlinə.  O 
pullarla  uşaqlar  alqı-satqı  oynayır,  alver 
edir,  borc  alıb-borc  verirdilər.  Axırda 
hamısını yandırdılar. 
Atam  Məmmə  danışırdı:  “Biz 
alış  verişdə  qızıl  pul  götürmürdük.  Qızılı 
xırdalamaq 
çətin 
olurdu. 
Başlıcası 
Nikolay pulu-əskinazla işləyirdik”. 
Atam 
gələcək 
qaynatası 
Məhəmmədəli 
kişinin 
əli 
altında 
böyümüş, 
ona 
şəyirdlik 
etmiş, 
ərgənləşmişdi.  Məhəmmədəlinin    şəyirdi 
başlıca  məmur,  rəislərə  ,  müştərilərə 
yemək  ,  xörək  aparırdı.  Sonralar  sərhədçi 
məntəqəsinə 
çevrilmiş 
“Voyenni 
qorodok”da bir vaxt, çar dövründə pristav 
əyləşirmiş,  atam-şəyird  onlara  xörək 
aparırmış.  Onlar  “Kəfgir”in  bişmişini 
hamısından  dəyərli,  ləzzətli  sayırmışlar. 
Aşbaz  ortancıl  qızını,  üstəlik  üstü  dəmir 
taxtapuşlu  mülkünü  də  şəyirdinə  verib, 
köçdü 
qonşuluqdakı 
Qarabulaq 
– 
Karyagin şəhərinə – Malaqana. 
Qalalıların  bir  tayfası  sovet 
hökuməti  qurulandan  bir  neçə  il  sonra 
köçüb  getdilər  qonşu  Füzuli  –  o  vaxt 
Qaryagin şəhərinə. Çox adam bu adı Qara 
gün,  qaraygin  mənasında  anlayırdı.  Heç 
bilmirdilər  bu, Araz üstə  Abbas  Mirzənin 
məğlub  etdiyi,  öldürdüyü  rus  generalı 
Karyaginin  adıdır,  qoyublar  müstəmləkə 
əyalətində bir mahala. 
Babamgilin 
Karyaginə- 
Malaqana  köçdüyü,  deyəsən,  NEP 
illəriydi. 
Aşbaz 
Məhəmmədəli 
orada 
torpaq –  yer alıb  yurd  salmışdı.  Karyagin 
rayonu  o  illərdə  Cəbrayıla  görə  daha 
sürətlə böyüməkdə, artmaqda idi. 
Bizim,  yəni  anamın  Cəbrayılda 
qalmağı 
belə 
olmuşdu: 
Görünür 
Məhəmmədəli  kişi  və  Məşədi  Əsmət 
qızları 
Tavadı 
şəyird 
saxladıqları 
Məhəmmədə  vermək  istəyiblər.  Oğlan 
razılaşıb.  Anamın  könlü  yoxmuş.  Öz 
dediyi 
təki 
“çox  şeyi  qanmayan, 
ağlıkəsməz  uşaqmış,  qızcığazmış  “. 
Ailədən  ayrılıb  Cəbrayılda  qalmaq  ona 
çətin,  ağır  gəlirmiş.    Axır  çərşənbə,  gecə 
Tavad  çıxıb  qulaq  falına,  öz  baxtını,  nə 
baş  verəcəyini  dişəməyə.  Səs  gəlib: 
“Anasını  burax,  balanı  bağla”.  Qonşu, 
inək  sağırmış,  qurtarıbmış.  Bununla  da 
qızcığaz  işin  necə  olacağını  bilib. 
Doğrudan  da  az  sonra  onlar  qızı  və  evi 
Məhəmmədə 
verib,  özləri  ailəlikcə 
köçüblər Karyaginə. 
Heç  yadıma  düşməyib  anamdan 
soruşa  idim,  onların  toyları,  məclisi 
olubmu,  nişan  veriblərmi?  Məncə, 
evlənmək 
busatını  anam  dadmayıb, 
bilməyib.  Eləcə  qızı  verib,  valideynlər 
çıxıb gediblər.  
Sonralar  biz  Karyaginə  tez-tez 
gedirdik,  Əssə  nənəmgilə  baş  çəkirdik. 
Məhəmmədəli 
babam 
da 
Cəbrayıla 
gəlirdi. Babam Məhəmmədəli Karyagində 
nə işdə idi, neyləyirdi, bilmirəm. Necə, nə 
ilə  dolanırdılar,  onu  da  bilmirəm.  Gərək 
ki,  işləmirdi.  Orada  Cəbrayıldakı  təki 
aşbazlıq 
etmirdi. 
Aşxanası 
yoxdu. 
Görünür,  bir  qədər  dolanışıq  üçün  pul 
yığmışdı.  Qaryagində  onların  yaxşı 
həyətləri,  evləri  vardı.  Bağçada  qəşəng 
meyvə  ağacları  bitirdi,  yuxarı  kəhrizin 
suyu  gəlib  arxla  qapıdan  axırdı.  Gavalı, 
göyəm,  şaftalı  –  hulu,  gilas,  gilanar,  nar, 
hər cür meyvə yetişirdi.  
Bizim,  daha  artıq  ailəmizdə  ilk 
övlad Cəmilin yaşını aydınlaşdırmaq üçün 
buraya  diqqət  edək.  Anam  Tavad  ərə 


18
№ 2 (14) Yay 2015 
 
gedəndə  uşaqmış,  özü  deyirdi  heç  nə 
qanmırdım.  Tarixlə  götürdükdə,  onun 
doğum  ili  pasportla  11-dir,  Məmməninki 
900-dür,  min  doqquz  yüz.  Bu  qədər,  on 
bir  yaş  fərqinə  bənzəmirdilər.  Anam 
Məmmənin  onlara  ilk  gəlişini  söyləyirdi: 
“  Dədəm  bir  oğlan  uşağı  gətirdi.Qızlar 
yığılıb ona gülür, ələ salırdılar. Sısqa, arıq 
gədə idi”. Əsmət nənəm onun əyin-başını 
soyundurub  yandırır,  çimdirir  və  təzə 
paltar geydirir. Acığı tutanda Tavad onun 
yadına salır, başına qaxanc eləyirdi. 
Nənəmiz  orada,  Karyagində,  qız 
da  burada  doğub  törədirdi.  Ana  ilə  qız 
eyni  vaxtda  boylu  olurlar.  Cəmilin 
sənəddə  doğuşu  iyirmi  dördüncü  ildir. 
Məmmə deyirdi yox, iyirmi altıncı ildi. O, 
həmin  illərdə  Xanlıqda,  Mil  sovxozuna 
fəhlə yığırmış – “verbovşik”miş. Bir kərə 
də  Xanlıq  səmtə  iş  dalınca  gedib 
qayıdanda,  gəlib  görüb  ilk  övladı 
doğulub.  Bu,  anamın  xatırlaması  ilə 
novruzdan  onca  gün  keçmişdi.  Bundan 
qabaqsa  onun  anası  Əsmət  nənəm 
Karyagində  doğmuşdu,  üç  ay  qabaq. 
Boylu  –  hamilə  qız  –  Tavad  anasının 
zahılığında,  ona  baş  çəkməyə  gedibmiş. 
Anası - Əsmət nənəm ekiz doğubmuş; bir 
oğlan,  bir  qız.  Tavad  danışırdı  ki,  qışdı, 
körpələri  pambığa  büküb  qoyubmuşlar 
sobanın  yaxınına,  donmasın,  üşüməsin. 
Uşaqlara  ad  da  qoyubmuşlar.  Ekiztayı 
oğlan öldü, qız – Şura qaldı. Boylu anam 
anasına,  körpələrə  baş  çəkib,  Cəbrayıla 
qayıtdı. Anasının ekizlərindən sonra onun 
da  ilk  övladı  doğulur.  Üç  ay  sonra. 
Bilmirəm  Şuranın  yaşı  hansı  il  sayılır? 
Cəmilin  yaşı  rəsmi  sənəddə  iyirmi 
dörddü,  atamın  deməyilə  iyirmi  altıdır. 
Mən  iyiyrmi  altıya  inanıram.  Əsgərliyə 
onu  iyirmi  dörd  təvəllüdlə  apardılar. 
Müharibə  gedirdi,  hərbi  komissar  onların 
yaş kağızını alıb qırağa tullamış :  “Vətən 
çətin  gündədir,  getməlisiniz”.-  demişdi. 
Həm  də  söyləmişdilər  sizi  zabitlik 
məktəbinə  göndəririk.  İki  il  təhsil 
alacaqsınız,  əsgərlik  yaşınız  da  oranı 
bitirəndə çatacaq. Onu elə apardılar. 
Biz  hamımız  məktəbə  yaşımız 
çatmamış  getmişik.  Mənlə  Cəmil  daha 
tez.  Qonşumuz  Səkinə  xalagildi.  Məşədi 
Həmid  arvadı.  Övladları  Səttar  dayı, 
Qaffar  dayı,  Səriyyə  xala  və  Aminə. 
Aminə  və  Qaffar  müəllim    idi.  Məktəbə 
uşaq  çatmırdı,  qonşuluqda  uşaqları  özləri 
yığıb  aparırdılar,  “oxuya  bilər”  deyib 
həvəsləndirirdilər.  Cəmili  də  Aminə 
müəllimə aparmışdı məktəbə. Sonralar bir 
də  o  yadımdadır,  Cəmil  bir  gün  sevincək 
gəldi  :  “Tavad!-  dedi:  Fərman  müəllim 
bizim  yaşımızı  artırıb,  komsomola 
keçirdi”.  Arvad  acıqlandı:  “Yaşını  niyə 
artırmısan?!”  Burdan  da  görünür  ki, 
sənədlərdə  Cəmilin  yaşı  artıq  yazılıb. 
Doğrusu atamız Məmmə söylədiyidi. Belə 
olduqda  bizim  yaşımız  da  düzəlir  :  arada 
iki  yaş  fərqlə,  Cəmil  iyirmi  altı,  Vaqif 
iyirmi səkkiz, mən otuz, Ziba otuz iki. 
Orada, 
Karyagində 
övladlar 
çoxdan 
böyümüşdü. 
Məhəmmədəli 
kişinin  üç  oğlu,  dörd  qızı  vardı.  Birinci 
İbrahim  –  İbiş  dayım,  sonra  Əbil  dayım, 
Səfər,  qızlar  :  Tavad,  Nabat,  Səmayə. 
Şura  –  əkiz  tayı,  sonbeşik.  İbiş  dayım 
böyükdü,  boy-buxunca  da  hamısından 
hündürdü,  qol-qanadlı  idi.  Həm  də  hirsli, 
ərköyündü.  O,  cavanlığında  Cəbrayıda 
maarif işçisi, Daşkəsən kəndində müəllim
hətta  məktəb  müdiri  olmuşdu.  Mənə 
deyirlər  ki,  onda  mən  dil  açmamış  körpə 
imişəm.  İbiş  dayım  bacısıgildə  qalırmış, 
əslində  elə  bu  ev  onlarındı,  atasınındı. 
Sonralar  hətta  mənə  elə  gəlir  ki,  Məmmə 
o evin pulunu da nə qədərsə onlara ödədi. 
İbiş  dayım  müəllim  qalmadı.  Gedib  girdi 
Tibb  institutuna,  Bakıda,  oradan  da 
köçürdülər  İrkutskiyə,  ya  hansısa  Sibirdə 
bir  şəhərə.  Təhsilini  orada  başa  çatdırıb 
həkim  olaraq  qayıdıb  gəldi.  Müharibə  ili 
cəbhəyə  yollandı,  səhra  qospitalında  rəis. 
Özü  çox  xatalardan  qurtulub,  yaralı 
döyüşçüləri  ölümün  əlindən  almışdı. 
Qələbədən  sonra  evə  gələndə  sinəsi  üç 
cərgə orden-medal lenti ilə bəzənmişdi. 
Polk  komandiri  yaralanıbmış, 
İbiş  dayını  çağırırlar  qərargaha  yardıma. 
Gecə  təkbaşına  oraya  yollanır,  ayaqla, 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə