Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə15/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   11   12   13   14   15   16   17   18   ...   90

36
№ 2 (14) Yay 2015 
 
 
*** 
içində kədəri olmayan 
bir ev istəyirəm. 
bir pəncərə istəyirəm, 
adı gözləmək olmayan... 
 
bir dost... 
bir dosta ehtiyacım var, 
gözləri kədərsiz... 
 
bezdim bu eynilikdən, 
ayrılıqdan, 
kədərdən. 
bir şeir yazmaq istəyirəm 
mənsiz. 
 
***  
gör nə vaxtdı...dumanlanan vaxtların, 
çisəktökən çən olduğu yerdəyəm. 
məktubların çatmadığı ünvanda, 
ünvanların nəm olduğu yerdəyəm. 
 
payız adlı qatarlarda yaz köçüb, 
ürək köçüb, könül köçüb, göz köçüb, 
ay deyirlər, bir balaca qız köçüb- 
köçhaköçün mən olduğu yerdəyəm. 
 
ağaclıqdı, qamışlıqdı ölçülər, 
boyumuza ülgülənər, biçilər, 
ay dənliyər, gün dənliyər sərçələr
bir ömürün dən olduğu yerdəyəm. 
 
gör nə vaxtdı.. oralarda, ordayam, 
bir baxıram... buralarda, burdayam, 
heç bilirsən, mən hardayam, hardayam- 
xəyalların sən olduğu yerdəyəm. 
 
 
***  
üstəlik də bu boydana soyuqluq, 
bu boydana soyuqlarda üşümək. 
hələ belə üşüməyə darıxmaq, 
hələ belə darıxmağa üşənmək. 
 
hələ bir də soyuqluğun içində, 
sevmədiyin baxışlara dözürsən. 
ən şiddətli küləkləri ötürüb, 
ən şıdırğı yağışlara dözürsən. 
 
gözlərinin yol çəkdiyi yerlərə, 
axşam-sabah gözyaşların döşənir. 
adam belə tıncıxmaqdan bezir də, 
adam belə yaşamaqdan üşənir. 
 
üstəlik də, anlayan yox halından, 
düşüncəni-fikirini yorursan. 
gedib-gedib ilğımlarda batırsan, 
gəlib-gəlib ayrılıqda durursan. 
 
üşənirsən bu axının buzunda, 
ömür keçir, sırsıralar keçmir heç. 
baxırsan ki, hamı köçür dünyadan
baxırsan ki, xatirələr köçmür heç. 
 
üstəlik də, qəfil gələn ağrılar, 
bu duz adlı, şəkər adlı xəstəlik. 
üşənirsən, üşüyürsən o ki, var, 
daha nələr...daha nələr üstəlik.  
 
*** 
çoxdan idi... 
mən də belə çilli-milli uşaq idim 
deyəsən. 
utananda saçlarımı dağıdırdım üzümə, 
saçlarımın arasından gün düşürdi 
gözümə. 
qəfildən də hörüyümü kürəyimə 
atardım, 
qaçardım e, uçardım. 
heç yellər də küləyimə çatmazdı, 
heç dərdlər də ürəyimə yatmazdı. 
onda... dərdlər pişik kimi yalmanırdı, ah 
necə, 
onda... dərdlər qapımızda qonşumuzun 
iti kimi ulayırdı gizlicə. 


                            Üç aylıq ədəbiyyat dərgisi 
37 
 
amma hələ ürəyimiz ağrıların uzağıydı, 
mən də, sən də, o da...biz hamımız bir 
əyyamın uşağıydıq. 
heç nəyimiz olmasa da, ən çox, lap çox 
saflığımız varıydı, 
hekayəmiz, şeirimiz nağılımız varıydı. 
çoxdan idi... 
bizim kəndin yollarında təpik döyüb 
böyüdük. 
o daşlara, divarlara qəpik döyüb 
böyüdük, 
oralarda, buralarda çəpik döyüb 
böyüdük. 
biz böyüdük, 
kəndimizin adamları qocaldı. 
ağacları, kəhrizləri, çəpərləri, o damları 
qocaldı... 
hələ, hələ buludlar da qocaldı, hələ, 
hələ bizi kənddən şəhərlərə 
maşın-maşın, qatar-qatar daşıyan 
umudlar da qocaldı. 
biz böyüdük... 
elə bil ki, dünya tamam dəyişdi, 
bu dünyadan atam köçdü, köçdü doğma 
adamlar, sonra anam dəyişdi. 
mənim anam bir hörüklü, kəlağayılı 
gəliniydi... 
bəlkə, bəlkə gəlinlərin arasında ən 
utancaq, ən həyalı gəliniydi. 
heç səsini duymamışdı qonşular. 
indi anam gecə-gündüz var səsiylə 
ağlıyır, 
o oğlunun, bu oğlunun nəfəsiylə, 
şəkiliylə ağlıyır. 
çoxdan idi... 
çoxdan idi mənim gözəl vaxtlarım, 
daşlıqlarda keçi kimi beşdaş gəzən 
vaxtlarım. 
gözəlliyin içindəydim, gözəllik də 
içimdə, 
mən ən gözəl uşaqlığı yaşıyırdım 
fəsillərin köçündə. 
bir zamanlar...çoxdan idi, çoxdan idi 
deyəsən... 
o çoxdanlar yoxdan idi , yoxdan idi 
deyəsən. 
 
***  
heç bilirsən necədi... 
canım-gözüm, heç bilirsən necədi, 
yaz da gəlir, o yaz yoxdu içində. 
qızlar yenə saçlarını dağıdır... 
ha baxıram, o qız yoxdu içində. 
görürsən də, gecələri görürsən, 
uzun-uzun uzanıb da gedirlər. 
gələn günlər gözlərimin ağında, 
yarpaq-yarpaq islanıb da gedirlər. 
canım-gözüm bu küləklər, küləklər, 
olanları süpürməyə bir candı. 
bu tərəflər o tərəfdən başlayır, 
hər tərəfdə o yan elə bu yandı. 
umudları deyirəm e, umudlar, 
ha neynirəm, göyərmir ki, göyərmir. 
o qız da ki, ürəyimdə gizlənib, 
bir sirri var, deyəmmir ki, deyəmmir. 
canım-gözüm, məktublardan danışım, 
məktubların payızına düşmüşəm. 
sətirlərin sevgisini don vurub, 
sevgilərin ayazına düşmüşəm. 
o utancaq baxışlar e, baxışlar, 
uzaqların soyuğunda qaldı heyyy. 
bir sevirəm ünvanlıydı kağızda, 
o da tutun oyuğunda qaldı heyyy. 
canım-gözüm, daha sevgi doğulmur
heç bilirsən sevgisizlik necədi. 
sən sevəsən o bilməyə, sonra da... 
görəsən ki, dünya elə gecədi. 
canım-gözüm, canım gözüm bilirsən, 
ha gün gələ, bir də elə gün olmur. 
sən bilmirsən sənsizlikdə mən olur, 
mən bilirəm sənsizlikdə sən olmur. 
 
 
 
***  
dəlilər bir özgə ağlıyır, 
ağıllılar bir özgə... 


38
№ 2 (14) Yay 2015 
 
mən yaxşı bilirəm 
dəlilərin necə ağlamasını... 
Tərişdən bilirəm...dəli Tərişdən. 
Təranəni deyirəm də...binamızın 
uşaqları bilir. 
dəli Tərişi hərdən kiritmək olurdu, 
hərdən də kiriitmək olmurdu. 
elə ağlıyırdı ki, hamı qulaqlarını 
tuturdu. 
bir Məndi də varıydı binamızda... 
hələ də öz adını bilmirəm. 
biz elə Məndi deyirdik. 
onu maşın vuranda, yaddaşını tamam 
itirmişdi. 
heç kimi tanımırdı deyə anasının üzü 
həmişə cırıq olurdu, 
hər dəfə Məndi anasına -sən kimsən, 
deyəndə, 
yazıq arvad əlini üzünə aparıb, üzünün 
ətini qoparırdı... 
bir dəfə də həyətimizin bir-neçə 
uşağını  
yaddaşı yerinə qayıtsın deyə, 
aparmışdılar xəstəxanaya- Məndinin 
yanına. 
mən də o uşaqların içindəydim. 
Məndi heç birimizi tanımayanda, 
anası yenə əl atdı üzünə... 
və onda Məndi ağladı ki, mən kiməm. 
elə ağladı ki, həkim də ağladı. 
həyatın hər üzünü gördüyümnəndi ki
mən yaxşı bilirəm, yaxşı bilirəm ki... 
hər şeyi unutsa da adam, bircə ağlamağı  
unutmur. 
və onda mən maraq dünyasında 
gözləri dörd olan bir uşağıydım. 
onda da...ondanı deyirəm, Məndi bizi  
tanımayıb ağlıyanda... 
mən içimi çəkib dedim ki,  
-ay can, Məndi ağlamağı unutmayıb. 
gülməyi də unudur adam,sevinməyi 
də... 
hətta xatirələri belə... 
amma ağlamağı unutmur. 
-niyə...hələ də bilmirəm. 
 
*** 
bir üz qarasını kəfən ağından, 
hər gün malalayıb, üz ağardıram. 
mən belə dünyanın xoşbəxtliyinə, 
hələ bədbəxtlikdən göz ağardıram. 
işin tərsinə bax, gör harasıdı... 
dağılan gorgahın gor harasıdı, 
havalar deyəsən qar havasıdı, 
qara yaz içində yaz ağardıram. 
nə pozum yazıdı, nə yazım pozu, 
uçur əllərimdən bir ömrün tozu, 
mən ola yozuram, ol ölə yozur, 
iki aralıqda söz ağardıram.  
 
*** 
unamaq da olmur, 
həyat dediyin... 
adamı gətirib nə günə salır. 
axırda bir qotur itə oxşadır, 
sonra da... 
o itin gününə salır. 
min olar vaxt gəlir bir olmaz olur
ən qanan hardasa 
ən qanmaz olur, 
it də yiyəsini tanımaz olur, 
adamı itlərin cənginə salır. 
günlər də bir ömrün sayından gedir, 
qış gəlib, yazından, yayından gedir, 
axı... bu gedənlər hayandan gedir, 
səni ayrılığın ənginə salır. 
özün də bilmirsən hara haradı, 
ya ora buradı, bura oradı, 
bir də görürsən ki, ağ da qaradı, 
ağı da qaranın rənginə salır. 
unamaq da olmur, 
həyat dediyin... 
ya niyə belədi, niyə belədi, 
hər kəsdən bir cavab umursan elə, 
bəlkə biri çıxıb, deyə...belədi. 
deyə belədi də... 
belədi həyat, 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə