Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə17/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   13   14   15   16   17   18   19   20   ...   90

42
№ 2 (14) Yay 2015 
 
dodaqlarınnan xəlvət gülmək, 
ürəyinnən xəlvət ağrımaq. 
bir də özünnən gizli qaçmaq... 
elə qaçmaq ki, 
özünün xəbərin olmaya. 
ayaqlarının xəbəri olmadan 
getmək də var hələ... 
könlünün xəbəri olmadan 
sevmək də var hələ... 
saçlarınnan xəbərsiz 
bilirsən nələr var... 
quşlar var...dən gəzən quşlar... 
yanaqlarınnan xəbərsiz... 
yaşlar var...bapbalaca yaşlar. 
bir də bilirsən nə var... 
gözlərinin çəkdiyi yolda, 
baxışlarınnan xəlvət yüyürmək. 
hələ nəfəsini demirəm... 
ovcunu isidir, 
barmaq uclarındakı izlərini isidir. 
barmaqlarının üstündən xəbəri yoxdu
nəfəsin barmaqlarının altını tanıyır 
bircə. 
bir də bilirsən nə var... 
özünnən xəbərsiz ölmək. 
sonra...gözlərinnən xəbərsiz 
özünü ağlamaq. 
elə ağlamaq ki...gözlərinin xəbəri 
olmaya. 
 
*** 
elə ağrılıdı...elə ağrılı 
susasan...səsinnən duyan olmaya. 
itə də, qurda da yiyə çıxasan, 
sənin bu dünyada yiyən olmaya. 
 
ağlayıb qalasan divar dibində
yanından keçənlər baxıb keçələr. 
ayağına dolaşan bir ac pişiktək, 
ömrünə dolaşa qara gecələr. 
 
səhər gözləyəsən...səhər gəlməyə, 
çırpına gözünün yaş qapaqları. 
lələk əvəzinə bir qələm sala 
ovcunun içinə quş qanadları. 
 
bir məktub yazasan gül yarpağına, 
gəlməyən səhərə pay göndərəsən. 
göyünü itirmiş uşaqlar var ha, 
onlara bir parça göy göndərəsən. 
 
elə ağrılıdı...kiritməyələr, 
ağlayıb, hönkürüb ...sonra güləsən. 
bir dizin qalanda qucaqlamağa
başını dizinə qoyub öləsən. 
 
***  
saçlarımı açıb töksəm... 
bu qarışan saçlarımı. 
dəcəlləşən, 
sərçələşən, 
uşaqlaşan saçlarımı... 
 
qışlar gələ dən səpməyə, 
quşlar gələ dənləyələr. 
barmaqlarım saçlarımın 
atışını, 
uçuşunu, 
qaçışını dinləyələr. 
 
əlçim-əlçim tellərimi 
yağış yuya yağışlıqda. 
bir gün düşə  
buludları qurutmağa, 
o yoxluqdan, bu boşluqdan. 
 
saçlarımınn yuxusuna, 
o yaz var ha
o yaz girə. 
saçın ucun aça külək, 
saçın ucun bir qız hörə. 
saçlarımı açıb töksəm, 
günlər yenə dən əyirər. 
qələm tutan barmaqlarım 
tellərimdən yun əyirər... 
 
 
 


                            Üç aylıq ədəbiyyat dərgisi 
43 
 
HEKAYƏ  GUŞƏMİ
 
R
ö
VŞƏN  YERF
i
 
 
 
QAZAMAT  
“SAN
i
TAR”LARI 
   
            uzun hekayə 
 
 
Həbsxana  –  cəmiyyətin  əsasən  tör-
töküntülərinin  inikası, kiçik modelidir... 
                                                                                                                                
Naməlum müəllif 
          
 
 
Payız  fəsli  təzə  başlamışdı.  Bütün 
gecə  əsən  sərin  meh  hava  işıqlaşandan 
dincini alırmış tək sakitləşmişdi. Müvəqqəti 
olsa  da,  tozsuz  təmiz  hava  hər  kəsin 
ürəyincə idi.  
         Gülbaxt  cəzaçəkmə  müəssisəsində 
məhkumların 
səhər 
yoxlaması 
tam 
yekunlaşmamışdı. 
Yaşayış 
sahəsinin 
həyətindəki  meydanın  aşağı  başında  sıraya 
düzülmüş  hələ  onlarla  məhkum  adlarının 
oxunmasını  gözləyirdi.  Ad  və  soyadını 
eşidən  məhkum  sıradan  irəli  çıxıb  ucadan 
atasının  adını  söyləyir  (bununla  kimliyini 
tamamlayıb  təsdiqləyir),  əgər  baş  geyimi 
varsa  nəzarətçiyə  yaxınlaşanda  bir  anlığa 
onu  başından  çıxarır  və  yenidən  əvvəlki 
vəziyyətinə  qaytarırdılar.  Təzimə  bənzəyən 
bu  ritualın  mənası  məhkumun  başında 
xəsarət  izi  olarsa  gizlədə  bilməməsi 
məqsədi  ilə  izah  olunurdu.  Şübhəsiz,  bu 
qayda  rəis,  ədliyyə  polkovniki  Məhyəddin 
Kərimlinin 
uzun 
illər 
gərgin 
səyi 
nəticəsində yaranmışdı.  
          Məhkumlar  yoxlanıldıqdan  sonra 
yataqxanaya 
tərəf 
buraxılmırdılar. 
Həyətdəki  səkkiz  metr  hündürlüyündə  on 
tonluq  iri  su  çəninin  sağ  tərəfindən  keçib, 
sol  tərəfində  nizamsız  şəkildə  yoxlamanın 
sonunu  gözləyirdilər.  Onlara  dağılışmağa 
yalnız  yoxlama  qurtarandan  sonra  icazə 
verilirdi. 
          Böyük
düzbucaqlı 
meydandakı 
yoxlamada  nəzarətçilərlə  yanaşı  dəstə 
rəisləri, rəisin növbətçi köməkçisi də iştirak 
edirdi.  Onlardan  bir  az  aralıda,  su  çəninin 
aşağısındakı  hasarın  beton  artırmasında 
ətrafı müşahidə edərək söhbətləşən rejim və 
əməliyyat 
şöbələrinin 
rəisləri 
dayanmışdılar.  Bu  arada  yataqxanalar 
tərəfdən  qaçaraq  yaxınlaşan  məhkum 
nəzarətçilərdən  birinin  qulağına  həyəcanla 
nəsə  pıçıldadı.  O  da  məhkumun  dediyini 
tələsik  şöbə  rəislərinə  çatdırdı.  Əməliyyat 
rəisi  ədliyyə  kapitanı  Bəkir  rejim  rəisi 
ədliyyə  mayoru  Şamilin  nə  deyəcəyini 
gözləmədən əsəbiliklə göstəriş verdi:  
            –Tez elə, uşaqlardan götür, o petuxu 
qoymayın  boğub  özünü  öldürsün.  Cəld 
olun... 
          Rejim  rəisi  Şamil  də  xəbərdən  bərk 
dilxor olub söyləndi: 
            –Ə,  binamusa  bax  e...  Sənin 
əcdadını mən... 
        Sıralarda 
dayanan 
məhkumların 
diqqəti  adları  çəkən  nəzarətçiyə  kəsilsə  də, 
iki  məhkumla  üç  nəzarətçinin  yataqxanaya 
tərəf 
qaçması 
çoxlarının 
nəzərindən 
yayınmadı.  Bir  neçə  nəfər  kütlədən  həmin 
tərəfə adlamaq istədi. ”Rejim Şamil” onlara 
tərəf çığırdı: 
            –Hara?..  Hara  gedirsiz?  Kim  sizə 
dağılışın dedi? Qayıdın yerinizə... 
          Az  keçmədi  ki,  nəzarətçilər  halı 
olmayan 
bir 
məhkumu 
qucaqlarına 
götürmüş digər iki məhkumla yataqxanadan 
çıxdılar  və  cəld  addımlarla  üzü  sançasta  – 
tibb məntəqəsinə tələsdilər. Nəzarətçilərdən 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə