Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə25/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   21   22   23   24   25   26   27   28   ...   90

58
№ 2 (14) Yay 2015 
 
şikayət  edəcəyəm.  Məgər  mən  axtarışa 
layiqəm?  Birdən-ikidən    nə  vaxtsa  zona 
nəşə gətirmişəm ki, belə edirsiz?.. 
            –Dayan,  saxla,  zilə  çıxma,  –  Bəkir 
onun “çıxışını” kəsdi, – Orxan, sən bu zona 
bir  yox,  bir  neçə  dəfə  nəşə  daşımısan. 
İstəyirsən,  kimə  satmısan  çağırım  üzünə 
dursun? Ancaq ki, üzünə durulandan sonra, 
səninlə  sağollaşmalı  olacayıq.  Razısan?  – 
Orxan  dinmədi.  –  Düzdü,  indi  üstündə 
çıxmadı,  amma,  al  boynuna  ki,  gətirmisən. 
Sənə  Niyaz  müəllimin  yanında  birinci  və 
axırıncı  xəbərdarlığımı  edirəm.  Bir  də 
eşitsəm  ki,  nə  isə  gətirmisən,  səni  mütləq 
Fuadın gününə salacayıq... 
          Ötən  payız  nəzarətçi  Fuadı  da  Bəkir 
hədələmişdi.  Özü  də  narkotika  istifadəçisi 
olan  nəzarətçi  onun  hədəsinə  əhəmiyyət 
verməyib yerlilərinə nəşə ötürməkdə davam 
etmişdi.  Saymazlığı  görəndə  məsələni 
birdəfəlik 
həll 
etmək 
məqsədi 
ilə 
nəzarətçinin 
narkotikaya 
meyilliliyini 
mərkəzə  məruzə  edilərək,  üzərində  tibbi 
müayinə  aparılması  xahiş  olunur.  Fuadı 
çağırıb 
müayinədən 
keçirirlər, 
qan 
analizində  narkotikanın  varlığı  təsdiqlənir. 
Və xidmətdən azad edilir... 
          Orxan Fuad qədər istifadə etməsə də, 
ayda  iki-üç  dəfə  nəşənin  dadına  baxırdı. 
Fuadın adını çəkməklə Bəkir bundan xəbəri 
olduğuna  işarə  vururdu.  Əgər  onu  da 
yoxlayarlarsa,  qanı  naxələflik  edərdimi 
görəsən?!  Orxanı  qorxudan  təkcə  müayinə 
söhbəti idi, yoxsa üzünə duran dustaq və ya 
kim  olur  olsun,  ona  heç  nə  sübut  edə 
bilməzdilər. 
          Mütəəssirlənmiş  Orxan  kürəyi  yerə 
toxunsa  da  məğlubiyyəti  ilə  barışmaq 
istəməyən  güləşçilər  sayaq  manevr  etmək 
üçün söz axtarırdı: 
            –Bəkir  müəllim,  bir  dəqiqə,  yox  e, 
elə  deyil.  Mən  bayıra  maşının  pəncərəsini 
örtmək üçün çıxmışdım... 
         Niyaz yekunlaşdırdı: 
            –Yaxşı,  get,  xəbərdarlıqdan  nəticə 
çıxar. 
          Orxan  kabineti  tərk  etdikdən  sonra 
Niyaz Bəkirə dedi: 
            –Olur,  bəzən  belə  də  olur,  məlumat 
düz  çıxmır.  Buna  görə  əsəbiləşməyinə 
dəyməz. 
          Bəkir  dinməyib  təəccübünü  bildirən 
baxışlarla  otaqdan  çıxdı.  Axı,  bu  xəbəri 
çatdıran  məhkum  ona  heç  vaxt  qeyri-dəqiq 
məlumat verməmişdi. Bəlkə, Orxan Niyazın 
kabinetinə  gələnədək  işçisi  əməliyyatçı 
Tofiqin  qılığına  girib  götürdüyünü  ona 
ötürüb! Ola da bilər, – Bəkir düşünmüşdü, – 
çünki,  Tofiqin  onun  “alverindən”  xəbəri 
olmaya  bilməzdi  və  çoxdandı  aldığı 
“əlavənin” artırılmasını umurdu... 
 
*   *   * 
          Növbəti  iclas  günü  idarənin  girişi 
qarşısında  yığışan  zabitlər  və  nəzarətçilər 
rəisin  tərbiyə  işləri  üzrə  müavini  ədliyyə 
mayoru 
Səfər 
Nəzərlinin 
aşıb-daşan 
qəzəbinə tuş gəlmişdilər: 
            –Hansısa  mədəniyyətsiz,  evlərində 
tualet  görməyən,  kol  dibində  oturmağa 
vərdiş  olanın  birisi  müəssisə  idarəsinin 
ayaqyoluna  gedib,  arxasınca  su  tökməyib. 
Beləsinə dərs olmaq üçün mən  ayaqyolunu 
bağladaram,  qoy  canları  çıxsın,  getsinlər 
məhkumların  tualetinə,  ya  da  müəssisənin 
çölündəki kolluqlara... 
          Bu  hal  birinci  dəfə  olmadığından 
məsələ  aydın  idi:  yenə  kimsə  ardınca  su 
tökməyi  sanitarın  borcu  hesab  etdiyindən 
oturduğu  yerin  təmizliyinin  qeydinə 
qalmayıb.  Çox  güman  ki,  sanitar  Ayaz  da 
bilərəkdən  Səfərin  yolu  düşənədək  (o, 
kimin  günün  hansı  vaxtlarında  çölə 
çıxmasını  təqribi  bilirdi)  təmizləməmiş, 
natəmizliyin  səbəbkarını  ona  açıqlamışdı. 
Səfər də bir nəfərin adını çəkməyib acığını 
hay-harayla kollektivdən çıxmaq istəyirdi. 
          Rəis vacib iş dalınca şəhərə getdiyinə 
görə  iclas  üçün  Niyazın  kabinetinə 
yığışdılar.  Dar,  balaca  kabinetdə  səkkiz 
stulda  –  əsasən  şöbə  rəisləri  oturduqdan 
sonra  qalan  əməkdaşlar  yer  olmadığından 
yenə ayaqüstə dayanıb Niyazın uzun-uzadı, 
özündən  razı  moizəsini  dinlədilər.  Hirsi 
boşalmayan Səfər çıxış üçün söz aldı:  
            –Niyaz  müəllim,  mən  rəisə  də 
deyəcəyəm, 
icazə 
verin 
idarənin 
ayaqyolusunun  qapısına  qıfıl  bağlayaq. 


                            Üç aylıq ədəbiyyat dərgisi 
59 
 
Ayaqyolunda  oturuşunu  bilməyənlər  qoy 
zəhmət  çəkib  özlərinə  münasib  yerə 
getsinlər... 
            –Yox,  Səfər  müəllim,  qıfıl  asmaqla 
iş aşmaz. Başa salmaq, qandırmaq lazımdır. 
Siz  təkcə  məhkumların  yox,  əməkdaşların 
şəxsi heyət üzvlərinin də tərbiyəsinin təşkili 
işinə cavabdehsiniz. İnsan var, görürsən əlli 
yaşı 
var, 
amma 
tərbiyəsində 
çatışmamazlıqlar  var.  İşçilərə  siz  intizam, 
məsuliyyət  hisslərini  aşılamalısız.  Elə 
birinci dəstə rəislərindən başlamaq lazımdır. 
Zəifdilər, fəal deyillər, vəzifələrini layiqincə 
yerinə  yetirmirlər.  Mən  görmədim  ki,  nə 
vaxtsa  məhkumlar  barədə  bir  operativ 
məlumat  çatdırsınlar,  əməliyyatın  işinə 
yarasınlar. 
          Səfər  başqa  vaxt  olsaydı  Niyazın 
onun  sahəsinə  aid  işçiləri  pisləməsinə 
imkan 
verməzdi.  Ancaq, 
indi  çox 
əsəbiləşdiyindən  Niyaza  qoşulub  dəstə 
rəislərinin qarasına deyindi: 
           –Düz buyurursunuz, Niyaz  müəllim, 
yeddi  dəstə  rəisidir,  bu  insanların  heç 
birində bir təşəbbüskarlıq, işə can yandırma 
yoxdur.  Təzə  ay  on  gündü  başlayıb,  hələ 
aylıq 
planların 
hamısı 
yazılmayıb. 
Protokollar,  şəxsi  dəftərlər,  mühazirələr, 
divar  qəzetləri,  hansını  deyim,  heç  biri 
sonadək hazır deyil. Gərək mən bircə-bircə 
deyəm,  məcbur  edəm  bunlar  da  yerinə 
yetirə. Görmədim kimsə gələ deyə ki, filan 
mədəni-kütləvi  tədbiri  keçirirəm.  Hələ 
gözləyirlər ki, mən bunların əvəzinə edəm... 
            –Edəndə    də  gərək  neçə  adamdan 
icazə alasan, - Orxan ayaqüstə dayananların 
içindən söz atdı.   
            –Əlbəttə,  bəs  necə,  –  Səfər  onun 
danışmasına  imkan  vermədi,  –  icazə 
alınmasa,  hərə  istədiyini  etsə  özbaşınalıq 
olar ki... 
            –Niyaz  müəllim,  icazə  verirsinizsə, 
yeri  gəlmişkən  dəstə  rəisləri  ilə  bağlı  mən 
də  bir  iradımı  bildirmək  istəyirəm,  –  Bəkir 
də dilləndi. 
             –Buyurun, deyin. 
             –Dəfələrlə  deyilib  ki,  müəssisənin 
içinə  mobil  telefon  gətirmək  olmaz. 
Qanunla  qadağandır.  Belə  hal  cinayət 
məsuliyyəti  yaradır.  Cib  telefonlarınızı 
qapıda,  nəzarət  buraxılış  məntəqəsindəki 
kiçik  qutulara  qoymalısız.  İstəsəniz  bir 
balaca qıfıl da alın, qoyun qutuya bağlayın 
ağzını,  sonra  keçin  içəri.  Daha  üstünüzdə 
içəri  daşımayın.  Ötən  ay  iki  dəfə  dəstə 
rəislərindən yaşayış sahəsinə telefon gətirən 
görmüşəm.  Guya  qapıdan  keçəndə  qutuya 
qoymağı  unudublar.  Qapıdakı  əsgərlərə  də 
tapşırmışam nəzarəti artırsınlar. Xəbərdarlıq 
edirəm,  üçüncü  dəfə  bu  hal  baş  verərsə 
bağışlamayacağam. 
Kimliyindən 
asılı 
olmayaraq həmin işçi sərt cəzalanacaq...  
 
(davamı olacaq) 
 
                
QAN  TURALI 
 
 
DARIXANLAR 
 
- Burda nə var, nə yox? 
 - Nə olacaq. Günortaya kimi dərsimi dəyib 
gəlirəm evə. Sonra bekarçılıqdı. 
 - Neynirsən axşama kimi? 
 -  Heç  nə.  Neyləyəcəm?  Gəlib  yeməyimi 
yeyib  televizora  baxıram.  Bir-iki  saat 
yatandan sonra həyətə düşürəm. Çayxanaya 
dəyirəm.  Axşam  da  gəlib  evdə  kanalları 
fırladıb  kino  axtarıram.  Bir  şey  tapsam 
oturub baxıram, tapmasam da yatıram. 
 - Dolanışıq-zad necədir? 
  - 300 manata qədər pul alıram da. Maaşım 
budur.  Məktəbdəki  bütün  iqtisadiyyat 
dərsləri  mənimdir.  12  saat  dərsim  var. 
Yoldaşım  da  o  qədər  alır,  beş-altı  uşaq 
hazırlaşdırır, birtəhər dolanırıq. 
 - Şagirdlərin necə oxuyur? 
 - Oxumurlar. Avaradılar. 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə