Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə33/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   29   30   31   32   33   34   35   36   ...   90

74
№ 2 (14) Yay 2015 
 
     –    Əyə,  səni    uşaq  saxlamağa 
götürmüşəm  işə, yoxsa briqadirliyə! Qarnı 
yırtılsın Tovuzun,  
elə    əndamı  yansın  onun.  A  qadan  alım, 
insan  bir  gündə  nə  qədər  yeyər!  Axırda 
yeməkdən zadı  
yırtılacaq. 
     Qoşəllə: 
   –  Yoldaş  sədr,  yeməsə  südü  olmaz,  südü 
olmasa uşaq tələf olar axı... 
   –  Ədə,  sən  zootexniksən!?  Vallah  səni  
fermaya  feldşer  göndərəcəyəm,  sənin  əsl  
yerin  
oradır.  Get  quzu  əmizdir,  qoyun-keçiylə 
başını qat. Ə, Canbaxış, şeyini aç görüm. 
    Canbaxış: 
   – Nəyimi sədr? 
   –    Nə    tupoy    adamsan    ə!    Yenə  
içmisən!?  Şalvarının  qabağını  demiyəcəm  
ki,  nağaranı  
deyirəm! 
     Canbaxış  nağaranı  kisəsindən  çıxarıb 
çubuğun iplərini barmağına keçirdi. 
    Sədr: 
    – Vur görüm ə zadına...  
    Canbaxış    aşılanmış  qoyun  dərisindən 
olan  nağarasına  bir-iki    çubuq  vurdu.  Səs 
dərələrdə 
əks-səda verdi. Sədr yenə arxaya çöndü: 
   – Aaz, indi eşidilirmi?! 
   Qumru: 
   –  Bax  bu  başqa  məsələ,  adamın  lap 
qulağının pərdələri cırılır! 
   – 
 
Cırılmaz... 
 
Doğmaqdan  
cırılmamısınızsa,    qulağınıza    da    heç  nə  
olmaz,  –  Kəkliyə  yandıq verdi. 
    Dursun üzünü zurnaçıya tutdu: 
    –  Ə,  pülə  görüm.  Heç  mahnı-zad 
bilirsənmi? 
   – Bilirəm. 
   –  Onda  bir  diret*    “Gödək  donlu”  havası 
çal. 
  
 ----------- 
 
*Bir ağız 
 
  
 
    – Baş üstə. 
    Dağın    döşündən    dərələrə    doğru    axan  
musiqi,    az    keçməmiş    elə    dərədən  
dağların  
zirvəsinədək    yayılırdı.    Simavərin    səsi  
üzümlüyü    başına    götürmüşdü,    –    “Ağız  
urreyy!  Ağız  
tullayın  səbətləri.  Süzün,    bir  az 
sümüklərinizin  duzu  tökülsün!”    –    özü  də  
əl götürüb quş kimi  
əldə    səbət    tənəklərin    arasında    süzürdü.  
Məktəblilərin  hamısı  musiqiçilərin  başına  
toplaşdı.  
Əvvəldən  də    tanıdıqları  Qoşəlləni  zorla 
tutub  ortaya  çəkdilər,  dövrəyə    alıb 
oynadılar. Qoşəllə 
yazıq-yazıq    sədrə    baxdı.    Arıq,    çəlimsiz  
və    qaytan    kimi    əyri    bədəninə    abır    və  
yazıqlıq  
çökmüşdü.    Oynamağa    utanırdı.    Dursun  
isə,  “Oyna    əyə!”  deyib    onun    üstünə  
çımxırdı.  
Amma özü də  dayana bilmədi  –  yerində  
dövrə  vura-vura üzügöyə  ağır-ağır fırlanır, 
musiqinin  ritmini  çiyinləriylə  tuturdu. 
Oynayanlar 
bir-birinə 
qarışmışdılar. 
Üzümlüyün qırağında bir vurçatlasın  vardı  
ki,    gəl    görəsən.    Üzümlükdə    adam  
qalmamışdı    –    hamı    mərəkəyə  
toplaşmışdı. 
      Üzüm  dolu  səbətlər,  vedrələr  yerdə 
tullanıb 
ağzıgünə 
qalmışdı. 
Amma,  
mərdimazar    axtarmaqnan    deyil    ki...  
Qəfildən  arvadlardan  birinin  bağırtısı  
oynayanların  bədənindən    ildırım    kimi 
keçdi: 
     -İraykom!!!.  
      Əllər  göydə    qurudu,  ayaqlar  yerə 
mıxlandı.    Gələn    “UAZ”    mühərriki  
söndürməyilə    Dursunun    qıyya    çəkməyi  
bir  oldu:    
      -İş  başına,  beqommm!!!.   
      Sədr    maşına    doğru    qaçdı.    Maşından  
düşən  katibin  qarşısında  ikiqat  
əyilib  onun  könülsüz  uzanmış  əlini  böyük 
şərəflə sıxdı. Hamı raykomun qorxusundan 
özünü  verdi  üzümlüyə  –  yığan  da, 
yığmayan da. 


                            Üç aylıq ədəbiyyat dərgisi 
75 
 
    –  Xoş  gəlmisiniz,  yoldaş  Səlimov. 
Buyurun. Necəsiniz? 
    Katib: 
    – Toy eliyirsən Gülcamalov? 
    –   Yox   yoldaş  katib,   prokuror    yoldan  
tutub   göndərib  bura,  kolxozçuların  zadın  
bir  az  
qaldırmaq üçün...  
    –    Ə    zayıllama  yenə,    ədəbli  danış.  Sən 
öl  bu  dəfə    də    səni  iş  üstündə  
görməsəydim, səhər  
partbiletini  əlindən  alıb  dalına  da  bir  təpik 
vurub qovacıqdım sədrlikdən. 
      -… 
    –Yuxarıdan  göstəriş  veriblər  ki,  pustoy  
mestalarda    qoz,    gavalı    ağacları    əkilsin.  
Sonra...,  
kəndinizdə hamam var? 
   – Yoox... 
   – 
Tikmək 
lazım  olacaq,  Sekanın 
göstərişidir. 
    – Başım üstünə. Neçəsini tikməliyik? 
    – 3-4 dənə xvatit. 
    –  Kakraz,  Qoşəllə  inşaat  texnikumunu  
bitirib,  onu  ayıraram  tikintiyə  özü  
rəhbərlik edər. 
     –    Dövlət    əhəmiyyətli  işləri  uşaq-
muşağa  həvalə    eləmə,  özün  üstündə    dur. 
Bu musiqiçilər 
bir  şey    bacarırlar?    –    Katibin    gözü    bir  
əlində    vedrə,    o    birində    alətlərini  tutub  
yerbəyer  eləmək    istəyən  musiqiçilərə 
sataşdı. 
    –  Hələ  şeyləri...  –  vedrələri  indi  əllərinə 
vermişik. 
     Sədr onlara yaxınlaşıb briqadirini  katibə 
təqdim etdi: 
    –    Tavariş    katib,    bax    texnikom  
qurtaran  oğlan  budur,  bizim  briqadirdir.  
Çox  istedadlı,  
intizamlı işçidir. Adı Qoşəllədir. 
    Katib: 
   – Nə! 
   – Qoşəllə... 
   – Bu nə addır ə..! 
    Qoşəllənin əvəzindən sədr dilləndi: 
    –    Atası    rəhmətliyin    əlində    qoşalülə  
tüfəngi    partlayıb    iç-içalatını    dağıtmışdı.  
Elə  o  gedən  
getdi.    Yaman    ovçuydu    rəhmətlik.  
Yatanda    da    zadın    əlindən    –    tüfəngini  
qucağından  yerə 
qoymazdı.  Anası  da  dirəşdi,  o  zadın  adın 
qoydurdu buna...  
    –  Ha,  ha,  ha...  Qəribə  kəndsiniz  ey.  Elə 
bil  orta  əsrlərdə  yaşayırsınız.  Ada  bax,  – 
“Qoşalülə”!  
Yox bir TOZ-8!  Niyə partlayıb ki tüfəng? 
    Qoşəllə: 
    –    Əsgərlikdən    avtomat    patronları  
gətiribmiş.    Avtomatın    barıtını    götürüb  
doldurub  
tüfəngin 
gilizlərinə. 
Normanı 
düz 
tutmadığına görə lülə partlayıb. 
    Sədr  katibin  soluna  yanaşıb  astaca 
soruşdu: 
  –    Yoldaş  Səlimov,  bu  qoz-hamam 
məsələsi hardan çıxdı belə?  
   – Deyirlər ək, əkək da. 
  –    Əkməyinə    əkək  ey,    amma,    bu  
dağlarda    –    örüş    yerində    qoz,    gavalı  
bitməz  axı, həm  də 
ilin-günün bu vaxtında.  
   – Bəs nə bitər? 
 – İtburnu, dağdağan, qarellə, çaqqala... 
   –  Sən  də  onlardan  ək.  Lijbi  yaşıl  ağaclar 
görünsün. Bitməsə, yerə çubuq basdır, yaşıl 
rəngdə 
kraskala – sən ki bu işdə pərgarsan... 
   – Bitirərik, siz narahat olmayın. 
   Katib: 
  –    Bilmirəm  bu  ruskoyazıçnını    hardan 
tapıb gətirdilər respublikaya. O günləri bizi 
yığıb 5  
saat  dayanmadan  danışdı.  Denən    kişinin  
danışdığından bir  şey başa düşdümmü?   
Rus  dilini  bilməyənləri  yəqin    ki    katib  
saxlamaz... 
 
Sənin 
 
“şey-zad”ın  
mənimkinin  yanında  toya  getməlidir.  Ə,  
toy  demişkən,  bu  muzıkantları  da  göndər 
bulaq  başına.  Burda  səsləri  yaxşı  gəldi 
qulağıma, görək  
meşədə    dərənin  dibində    nə    qələt 
eliyəcəklər. Özün də  işini bilirsən də, ötən 
dəfəkindən olsun,  
başıbağlıdan.  Bu  gün  gərək  bir  az 
yorğunluğumu  alım,  neçə  vaxtdı  gecəm-
gündüzüm yoxdur. 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə