Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə30/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   26   27   28   29   30   31   32   33   ...   90

68
№ 2 (14) Yay 2015 
 
hərdən  belə  kişiləri  niyə  yaradır?  Bu  kənd 
yerində  Qoşəllə  kimi  oğlan  niyə  belə 
qızbibi oldu? 
    –    Aaz,    şəhərdə    oxuyan    nə    təhər  
olmalıydı    ki!    Boynu    qırılsın    uşağını  
şəhərə  oxumağa  
göndərənin.    Bir    də    hər    şeyi    Allahın  
boynuna    yıxma    –    bu    qədər    yükdən  
Allahın  da  boynu  
qırılar. Allah neyləsin, boylu-buxunlu cavan  
gədədi,  o  qədər  arvadların  yanında  oturub-
durub  
ki,  axırda  arvadlaşıb  dayna...  Dursunu  da 
heç  salamat  durmasın.  Qovur,  cəhənnəmə 
qovsun. Bu  
kəndin    kişilərinin    içində    həya  
eləmədiyimiz    bir    kişi    varsa,    elə    o    da  
Qoşəllədir.    Onu    qovar,  Qiceri  briqadir 
seçərik. Amma, Qicer də, Qoşəllədə bax bu 
təs  kimi  eyni  şeydilər,  –  yerdəki  quru  at 
təsini qaloşunun qırağıyla ikiyə böldü. 
     – A Kəklik, sən allah Qicerin anası yenə 
Göyərçinə göz verib-işıq vermir? 
     Kəklik: 
      –    Ağız,    bu  Dalaverdinin  nəsli  var  ha, 
bunlarda  arvad  saxlamaq  haram  sayılır. 
Göyərçin  
kimi  qıza  əl  qaldıranın  görüm  əli  qurusun. 
Vallah  elə    göyərçin  kimi  də  qızdı.  Gör 
adam da belə 
qızın  yediyini-içdiyini  zəhərə  döndərərmi 
heç? 
     – Ay Kəklik, axı qız niyə doğmur e, canı 
da yumruq-təpikdən qurtarsın. 
     –  Başına  kül  töküm  sənin,  deyirəm 
“qısıram”,  soruşursan  ki,  –  “neçə  uşağın 
var?”. Dogmur  
dayna, doğa bilmir – qısırdı. 
      Simavər: 
    –  Düşükləmə  sən  allah,  arvad  da  heç  
qısır    olar?..    Amma,    sən    demişkən,    bu  
göydaş,  bu  
sahələrə  səpilən  zəhərlər  çoxumuzu  qısır 
qoyacaq.  Yazıq  qız,  uşağa  tamarzı  qalmaq 
yəqin ki pis  
şeydi.... 
       –  Sənin  nə  dərdin  var  ağız,  sən  ki  
yeddisini    doğub    Cümşüdın    öhdəlik  
planını  
artıqlamasıyla  doldurmusan?  Uşaqların 
əlindən əlataş qalmısan. 
       –  Ağzına daş çalım sənin, bir nəmxuda 
de  heç  olmasa    –    uşaqlara  bir  şey  olar... 
Cümşüdın  
boynu sınsın, gözü doyur ki? Deyir, biz 12 
uşaq olmuşuq, sən də on ikisini doğmalısan. 
     Kəklik: 
    –    Doğ    deyir,    doğ    da.    Sənnən    nə  
gedir.    Doğ,    qoy    canı    çıxıb    saxlasın.  
Onsuz    da    kolxozun  işinə    də    yaramır.  
Qardaşı    Xatayıra    çəkib    dayna.    Deyir,  
Xatayır    dünən    yenə    vurub    gedəsinin 
birinin qolunu qırıb. 
    – O niyə ağız? 
    –    Hər    dəfə    televizorda    futbol  
göstərəndə  uşaqlarından  birinin  qol-qıçını  
vurub  sındırır  
dayna. 
    – Buy ayıb ola ağız... – Simavər şəhadət 
barmağını əyib üst dodağına qoydu. 
    –  Hə  dayna,  bu  ayağı  əyri  Maşallah  
Əhmədov  topu  hər  dəfə  qapıdan  kənara  
vuranda  
birinin  qolu  mütləq  sınmalıdır    –    oyunçu 
topu  “qola”  vura  bilməyəndə  sizin  bu 
Xatayır  da  ona-buna    şıllaq    atır.    Zalımın  
gədəsi,    evin    ortasında    futbolçularla  
birlikdə  stol-stulu,  arvad-uşağı  
təpikləyir.  Neçə  uşağı  var  ay  qız  o 
başıbatmışın?  
    – 14-dü deyəsən... 
    –  Pah  atonnan!  Yazıq  Bildirçin,  Allah 
bilir nə günə düşüb... 
    –    Abrını örtwlswn  sənin! Deyirsən  doğ, 
ağız doğmaqdan qarnım sallanıb  topuğuma 
dəyir. 53  
yaşım  var,  küpəgirən  qarılara  oxşayıram, 
hıqqanıb doğmaqdan saçım da tökülüb e. 
    –  Ay  səni  yerə  soxum,  sənin  nə  yaşın  
var  ki,  indidən  saçın  tökülür?  Sənə  neçə  
dəfə 
demişəm ki, saçını qıfşamış ayranla yu.  
    –    Simavər,    vallah    Cümşüd    deyir    ki,  
qıfşamış  ayranın  qoxusundan  sənə  yaxın  
dura  
bilmirəm.  Yoxsa,    ayranla  yuyanda  saçım 
elə    qəşəng  daranır  ki,  nə    sirkə    düşür 
başıma, nə  də 


                            Üç aylıq ədəbiyyat dərgisi 
69 
 
saçım dolaşır. 
   –  Durmur,  durmasın.  Sənə  lap  yaxşı, 
gecələr dalını çöndərib rahat yatarsan. 
   –  İy  verib  iylənim,  o  da  getsin  başqasına 
meyl salsın? 
   –  Ay  avam,  kimdi  sənin  dırınqlet  ərinə 
mehr  salan,  kənd  yerində  kimə  mehr 
salacaq, ağız? 
Camaatın  qızı-arvadı  o  qədər  namussuzdu 
ki,  sənin  ipləmə  Cümşüdünə  göz-qaş 
eləsin!? 
   –  İpləmə  niyə  olur,  az!  İpləmə  sənin  öz 
ərindi. 
    – İpləmə dəyil nədi, dıra-dıraya oxşuyur.  
     – Səninki də  arıquşuna oxşuyur. 
     –    Sayıqlama  ləçər,  indi  kilkanlı  saçını 
biləyimə  dolayajam  yoxsa! Deyəsən maşın 
səsi gəlir,  
qalx qəlbiyə, gör gədələrdimi gələnlər? 
     Simavər  əlini  alnına  qoyub  gözlərini 
qıydı: – Hə, bir lapet oğlan-qızdır, – dedi. 
     Kəklik: 
     –  Ömrü  budanmışlar  qoymurlar  ki, 
gədələr  dərslərini  oxusunlar.  Vallah  kitab 
oxuyan uşağı  
kitabdan 
ayırmaq, 
namazdan 
adam 
durğuzmaq kimi günahdı. 
     –    Ağız  onlar  olmasa  biz  bu  üzümlükdə  
it kimi gəbərərik. Görən o gün tırığa düşən 
uşağın  
axırı nətər oldu? 
     –  Qanmır  ki,  üzümə  zəhər  səpilib? 
Yeməyəydi! 
     – Ağız yazıq  acıymış dayna,  tamahsınıb 
yəqin, neyləsin? 
     –    Tamahsınıb,  sonra  da  yeyib    ayağı 
işləyib,  daha  neyləyəcək?    A  bala  bura 
gəlin!  –  Kəklik 
maşından  yerə    tökülüşən  şagirdlərə  
səsləndi,    –    gəlin  üzümlükdə    eşələnin, 
sonra da evlənəndə 
gözünüzü  döyün  ki,  görəsən  niyə  uşağımız 
olmur – niyə qısır qalmışıq? 
     –    Az    bəd    gətirmə,    allah    eləməsin,  
qısır  olalar.  Adam  bu  uşaqlara  baxanda  
cavanlaşmağı gəlir. 
    – Sənin cavanlaşmağın qaldı qəbir evinə. 
    –  Dilinə  qarayaman  çıxsın  sənin! 
Deyəsən  sədrimiz Dursun  qağadır  –  Şeşpər 
atın səsi gəlir. 
     –    Onu    salamat    durmasın    heç!    Sən  
allah    belədən    gəl,    bizi    görməsin.    İndi  
yenə    “şeyzad”layıb    baş-beynimizi  
aparacaq.    Ağız    vallah    ürəyim    yaman  
bılanır,    get    gör    termosda    çayı  olan 
varmı? 
    – Nədi ağız, bəlkə yenə hamiləsən? 
    –    Sus  ay  qız!  Ağzına  qurğuşun    əridim 
sənin,  dilin  qurusun  elə!  Sənin  ağzın  faldı, 
ağlıma  
salma,  yoxsa  uşağa  qalaram.  Bəlkə    də  
elədi.  Nə    bilim  vallah...    Bu  Dursun  çər 
dəymişlə  söhbət  
edən adamın hamilə qalmağı gəlir... 
   –  Nədi  az,  yoxsa  aranızda  bir  şey  var?  – 
söz atdı. 
   –    A  gay,  elə    yox  ey,  qara  pişik  kimi 
qabağıma  çıxanda  işlərim  düz  gətirmir. 
Vallah ürəyim  
ağzıma  gəlir,  bu  saat  çul  kimi  düşəcəyəm 
yerə.  Sən  demiş,  deyəsən  zayıllamışam 
yenə... 
      Kolxoz  sədri  şagirdləri  cızlara  paylayıb 
Kəkliyə yaxınlaşdı: 
     – Ay zad... 
     Kəklik: 
     – Zad yox, Kəklik. 
     – Sizə  ad  qoyanın dernəyi dağılsın,  şeyi 
görməmisən? 
     Kəklik: 
     –    Nədi    ə!Birinci    öz    adına    lağ    elə,  
sonra  bizimkinə  söz  atarsan.  Nəyi  pisdi  
adımızın,    –Kəklik,  Simavər,  Durna, 
Bildirçin... 
     –    Kəkliyin    qanadı,    simavarın    da  
lüləyi    olur.    Sən    qarğaya,    Simavər    isə  
allah  bilir  nəyə 
oxşuyur. 
     –    Siz    kommunistlərin    də    elə    yarısı  
lüləksiz  deyilsinizmi?  Onda  qızının  adını  
niyə    Sərçə  qoyurdun  –  cik-cik  civildiyir, 
ona görə? 
     –    Nəhlət  sənə    kor  şeytan!  Ha  deyirəm 
sənə  baş qoşmuyum, yenə  də  olmur. Söz 
soruşduq,  
zibilə düşdük! 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə