Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə26/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   22   23   24   25   26   27   28   29   ...   90

60
№ 2 (14) Yay 2015 
 
 - Dərslə maraqlanmırlar? 
 -  Yox  e,  kimə  deyirsən.  Heç  biri  oxumur. 
Deyirəm  niyə  oxumursunuz,  qayıdıb 
deyirlər  ki,  testə  düşməyəcək  ki,  niyə 
oxuyaq?  Elələri  də  var,  II  qrupa 
hazırlaşırlar, amma yenə oxumurlar. Onlara 
da  deyəndə  ki,  siz  niyə  oxumursunuz, 
iqtisadçı  olmaq  istəmirsiz?  Deyirlər  ki, 
universitetdə oxuyanda oxuyacağıq da. 
 -  Heç  yadıma  gəlmir  e.  Bizim  iqtisadiyyat 
müəllimimiz kim idi məktəbdə? 
 - Yox idi... 
 - Necə yox idi? 
 -  Coğrafiya  müəllimimiz  var  idi  e,  Yaqub 
müəllim. O deyirdi də. Yadına gəlmir? O da 
heç  vaxt  iqtisadiyyat  dərsi  demirdi,  elə 
coğrafiyadan danışırdı. 
 - Deyirəm axı, yadıma gəlmir. Amma kitab 
yaxşı  yadımdadı.  Universitetə  girəndə  də 
özümlə aparmışdım. 
 -  Hə,  elə  indi  də  o  kitabdan  dərs  deyirəm. 
Bir kitabdı, üç sinif də ordan dərs keçirəm. 
3 sinif üçün bir kitab buraxıb nazirlik. 
 -  Tələbə  vaxtı  məqalə  yazırdın  çoxlu.  İndi 
yazmırsan? 
 -  Həvəs  qalmayıb.  Yazıb  neyləyim?  Divar 
qəzetinə  yapışdırım?  Dərs  oxumayanlar 
divar qəzetini oxuyacaq? 
 -  Guya  tələbə  olanda  “Ekonomist”də 
çıxırdı  məqalələrin?  Vaxtın  da  var,  yaz 
başını  qat  da.  Mən  elə  istəyirəm  yazmaq, 
amma vaxt eləyə bilmirəm. 
 -  O  vaxt  başqa  idi.  Ümidlərimiz  çox  idi. 
Özümüzü  böyük  iqtisadçı  kimi  görürdük. 
Heç  olmasa  Ziyad  Səmədzadə  kimi. 
Parlamentin  iqtisadiyyat  komitəsinin  sədri 
kimi.  Yadında  deyil  büdcə  layihələri 
üstündə səhərə qədər mübahisə etməyimiz? 
Düşünürdük  ki,  Azərbaycan  iqtisadiyyatını 
ancaq biz xilas edə bilərik. 
 - Çay istəyirsən? 
 - Hə, yaxşı olar. 
 - Sənin işlərin necədir Bakıda? 
 - Belə də. Yaxşı demək olar. 
 - Heyf deyil Bakı. Orda qalmaq istəyirdim. 
Alınmadı.  Anam  qoydu  ki?  Magistraturanı 
oxumağa  onları  güclə  razı  saldım. 
Aspiranturaya  getmək  istəyirdim,  əsgərliyə 
apardılar.  Əsgərliyə  qayıdandan  sonra  tez 
evləndirdilər.  Dissertasiya  da  hazır  idi 
beynimdə. Sənin elmi işin nə yerdədir? 
 -  Yaxşı  yadıma  saldın.  Heç  bilirəm  ki,  nə 
yerdədi? Yazıb qurtarmamışam. 
 - İnstituta gedib gəlirsən? 
 -  Arada  iş  olmayanda  altıncı  günlər 
gedirəm. 
 - Niyə yazıb qurtarmırsan? 
 -  Vaxt  olur  ki?  Bankda  iş  doqquzda  iş 
başlayır,  altıda  qurtarır.  Zabratda  qalıram. 
Axşam  saat  9-a  evə  çatsam  Allaha  şükür 
eləyirəm.  Elə  vaxt  olur  ki,  işdən  saat 
yeddidə  çıxıram.  Səhər  də  saat  7-də  evdən 
çıxıram ki, doqquzda işdə olum. On dəqiqə 
geciksəm 50 manat kəsirlər maaşdan. 
 - Altı, bazar evdə olmursan ki? 
 -  Bir  ay altı,  bazar  evdə oluram.  Bir  ay  da 
ancaq  bazar  günləri.  Altıncı  günlərdə 
növbəli  işləyirik.  Adam  çox  yorulur  e. 
Dissertasiyam  üçün  3-4  kitab  almışam. 
Amma oxumağa vaxtım olmur. 
 - Nə kitabını almısan? 
 -  Keynsin  “Məşğulluq,  mənfəət  və  pulun 
nəzəriyyəsi”. 
 Axşam 
gəlirəm 
evə, 
yüngülvari bir şey yeyib divana uzanıram ki 
dincəlim. Özümə gələndə də saat 12 olur. 
 - Tələbə vaxtı o kitabları necə arzulayırdıq. 
Rus  dilində  olan  köhnə  nəşrini  tapmışdıq. 
Höccələyə-höccələyə,  lüğətə  baxa-baxa 
oxuyurduq.  Amma  nə  qədər  kitab  vardı 
oxumaq istədiyimiz. 
- Yadına gəlir, bir dəfə “İqtisadi nəzəriyyə” 
kitabında  Keynsdən  sitat  vardı,  "snoska"da 
o  kitabın  adını  yazmışdılar  Azərbaycan 
dilində.  Mən  də  sevinə-sevinə  gəlib  dedim 
ki,  bu  kitab  Azərbaycan  dilində  varmış. 
Amma  heç  hardan  tapa  bilmədik.  Sonra 
Sabir müəllim dedi ki, bizdə yoxdur o kitab. 
 -  Yadımdadı,  niyə  yadımda  deyil  ki.  İki 
gün  şəhəri  ələk-vələk  elədik,  Axundovun 
kartotekalarını bir-bir yoxladıq, tapmadıq. 
 -  Bax,  indi  o  kitab  mənim  stolumun 
üstündədi. 15 səhifə oxuya bilmişəm ancaq. 
Gətirim sənə? 
- Bilmirəm. 
 - Mamagil necədir? 
 -  Yaxşıdılar.  Səninkiləri  soruşmuram.  Hər 
gün  görürəm  mamanı  məktəbdə.  Səni 
soruşuram. Deyir, bizə zəng də eləmir. 


                            Üç aylıq ədəbiyyat dərgisi 
61 
 
 -  Hə,  vaxt  olur  ki.  Bir  də  görürsən  bir 
milyon  manat  pul  saydığım  yerdə  zəng 
vurdu. Götürmürəm, beş  dəqiqə sonra zəng 
vuracam  deyirəm,  amma  işin  axırına  kimi 
beş  dəqiqəni  tapa  bilmirəm.  İşdən  evə 
qayıdanda  istəyirəm  yolda  zəng  vurum, 
taqətim  qalmır.  Özümə  saat  11-12-də 
gəlirəm,  onda  da  zəng  vursam  qorxar,  elə 
bilər nəsə pis şey olub. 
 - Nə bilim vallah. 
 - Bilirsən nə düşünürəm? Biz nəyə lazımıq 
e. Mən olmasam da kimsə bankda pul saya 
bilməz?  Birinci  sinifdə  oxuyan  uşaqlar  da 
pul saya bilir. Niyə oxuduq universiteti? Nə 
qazandıq? 
 -  Qəribə  danışırsan  e.  Oxumayaydıq? 
Camaat deyir e, oxuyub nə olmusan, sən də 
lap  onlar  kimi  danışırsan.   Oxuyub  heç 
olmasa adam olmuşuq? 
 -  Nə  adam  e?  Bilirsənmi,  pulsayan 
maşınlar  da  var.  Məndən  də  yaxşı  sayır. 
Sayanda  heç  nə  düşünmür,  tamamilə 
səhvsiz işləyir. 
 -  Mən  demirəm  ki,  kassir  olmuşuq. 
Deyirəm ki, adam olmuşuq. 
 -  Adam  nəyə  deyirsən  e.  Bizim  adam 
olmağımızdan 
kimə 
fayda 
dəyib. 
Bəşəriyyəti  demirəm,  özümüzə  nə  fayda 
dəyib? 
 - Deyirsən, dəyməyib? 
 -  Əlbəttə  ki,  dəyməyib.  Nə  boyda 
arzularımız  vardı.  İndi  pul  sayıram. 
Başqalarının pulunu. 
 -  Mən  öz  həyatımdan  razıyam.  Düzdür, 
darıxdırıcıdı burda həyat, amma heç olmasa 
ətrafımdakı  qoyunlar  kimi  deyiləm.  Heç 
olmasa  bilirəm  ki,  Yunanıstan  niyə  batır, 
Almaniya niyə ayaq üstdədi. 
 - Danışırsan da. Bax, bunun sənə nə xeyri? 
Tutaq  ki,  bildin  bunları.  Nə  xeyri  olacaq? 
Sən  dərsdə  Yunanıstanın  niyə  batmasını 
danışanda kim sənə qulaq asır? 
 -  Heç  kim  qulaq  asmasa  da  bilirəm  də. 
Gərək qulaq assınlar. 
 -  Özünü  aldadırsan.  Antik  filosoflar 
kimisən.  Oturub  dünyanın  necə  yaranması 
haqda  fikir  yürüdürdülər,  amma  dəyirmanı 
eşşəklər fırladırdı, ağıllarına da gəlmirdi ki, 
dəyirman üçün nəsə bir kəşf eləsinlər. 
 -  Amma  onlar  dünyanı  dəyişdilər.  Karl 
Marks,  sənin  o  tələbə  vaxtı  sevmədiyin 
Marks  özü  də  Platondan  çox  şey 
götürmüşdü. 
 - Yeri gəlmişkən, indi Marksı sevirəm. Özü 
də  çox  sevirəm.  Sabir  müəllimə  bir  ay 
qabaq bir məktub yazdım. İşin yanında poçt 
vardı, aparıb saldım poçta. 
 - Nə yazmışdın? 
 - Yazmışdım ki, mən sizdən üzr istəyirəm. 
Sizi də, Marksı düz başa düşməmişəm. Mən 
elə  bilirdim  ki,  o  çox  ideoloji  yanaşıb 
məsələlərə. Həqiqəti görməyib. Amma indi 
sizi  anlayıram.  Telefon  nömrəmi  də  yazıb 
xahiş eləmişdim ki, mənimlə əlaqə saxlasın. 
 - Zəng vurdu? 
 - Yox. On-on beş gün keçdi, zəng vurmadı. 
Axırda  internetdən  kafedranın  nömrəsini 
tapıb  özüm  zəng vurdum.  Dedilər  ki, ölüb. 
Çox pis oldum. 
 - Hə, son marksist də öldü. 
 - Bəs mən nəyəm? Mən də marksistəm də. 
Mən  o  vaxtı  cığallıq  eləmirdim.  Sadəcə 
başqa  iqtisadçıları,  liberalları  da  öyrənmək 
istəyirdim.  Heç  harda  kitabları  yox  idi. 
Kitablarda azca yazılırdı onlar haqda. O da 
tənqid  etmək  üçün.  Amma  internetlə 
oxudum  onları.  Gördüm  hamısı  haqq-
hesaba  basıb.  Boş  söhbətlər  eləyiblər. 
Təkcə  bir  fikrinə  görə  Marksı  dahi  elan 
etmək olar. 
 - O hansı cümlədir elə? 
-  “Əmək  insanı  özgələşdirir”  cümləsinə 
görə.   Bax,  elə  mənim  günümə  bax.  500 
manat  maaşa  görə  eşşək  kimi  işləyirəm. 
Arzuladığım  bir  filmə  də  baxa  bilmirəm. 
Kitab  oxuya  bilmirəm.  İşə  gedib  gəlməklə 
bir  yerdə  14  saat  itirirəm  gündə.  Yuxusuz 
qalıram.  Hiss  edirəm  ki,  içim  əriyib  gedir. 
Özgələşmək  bəs  nədir?  Bazar  günü  də 
yuxudan  doymuram.  Günorta  yuxudan 
dururam, onda da başım ağrıyır. Heyf deyil 
sənin günün? Bütün günü bekarsan. 
 -  Yox  e,  soyub-soyub  axırda  murdarladın. 
Nə günüdü bu? 
  
-  Guya  mənim  günüm  gündür?  Mənim 
günüm  itin  günü,  mən  bankdayam  bütün 
günü. 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə