Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə24/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   20   21   22   23   24   25   26   27   ...   90

56
№ 2 (14) Yay 2015 
 
            –Zalım  oğlu,  –  Zəfər  Şəriflə  fasilə 
vaxtlarında  dərdləşəndə  deyinərdi,  –  sənin 
qədər mən də qazansaydım gecələr də burda 
yatardım.  Hər  şeyin  haqqını  özü  alır, 
dolanmağa imkan vermir, hələ bir xidmətlə 
yaşamağımızı istəyir... 
            –Bir  adam  ki  Allahın  suyunu 
dədəsinin  malı  kimi  sata,  ondan  nə 
gözləyəsən,  –  Şərif  onun  deyinməyinə 
qoşularaq  Niyazın  hər  il  yayın  bürküsündə 
su qablarını baraklardan yığdırmaqla yanaşı 
gündüzlər gələn suyu kəsdirib məhkumların 
çayxanasında  stəkanı  on  qəpiyə  sərin  su 
satdırdığını  xatırlatdı.  Çayxananın  gəliri 
Niyaza aid olduğundan suyun pulu da, ona 
çatırdı.  –  Yeziddən  betərdi.  Bu  insan 
rahatlığını  evində  yox,  burada  tapır.  Özü 
bədbəxtdir deyə, istəyir ki, biz də onun tayı 
olaq... 
          Şərifin  sözlərində  həqiqət  vardı. 
Niyaz neçə illər idi evində özünü yad, tənha 
sayırdı. Onu uşaqları, heç xanımı da əvvəlki 
tək  sevmirdi.  Müavin  işləyəndən  bəri  evə 
yalnız 
yatmağa 
gəlirdi. 
Tamamilə 
özgələşmişdi, evdəkilər üçün gecə qonağına 
dönmüşdü. 
Onların 
necə 
günlərini 
keçirməsindən,  ad  günlərindən  də  xəbəri 
olmazdı.  Diqqətsizlikdən,  sayğısızlıqdan 
uşaqları  da,  yoldaşı  da  incimişdilər  ondan. 
Qarşılıqlı  olaraq  onlar  da  çox  vaxt  Niyaza 
əhəmiyyət  verməyib  öz  bildikləri  kimi 
yaşayırdılar. 
Heç 
kimə 
gediş-gəliş 
etmədiyindən  dost-tanış,  qohumlar  da 
soyumuşdu  Niyazdan.  Müəssisədə  özünü 
güclü,  sözü  ötən,  vacib  bir  adam  saysa  da, 
evə  gələndə  zəifləşir,  kiçilirdi,  söz  yiyəsi 
olmamasını,  evdə  sadəcə  pul  götürülən 
bankomat  olduğunu  anlayırdı.  “Qəribə 
insanlardı,  –  ürəyində  ailəsini  qınayırdı,  – 
çoxlu  pul  da  istəyirlər,  üstəlik  diqqət  də... 
Sizin gündəlik qayğılarınızla məşğul olsam, 
bəs  pulu  kim  qazanacaq?  Səkkiz  saat 
işləməklə  qazanacağım  pul  sizi  qane 
etməyəcək, axı...” 
          Son  günlər    arvadının  oğlu  haqqında 
etdiyi  xəbərdarlıq  qanını  lap  qaraltmışdı. 
Özəl ali məktəbin üçüncü kursunda oxuyan 
oğlunun  marixuanaya  alışması  bir  yana, 
internetdən  tanış  olduğu  yaşlı  bir  qadınla 
görüşəndən  sonra  bəzən  gecələr  də 
“dostumgildəyəm”  bəhanəsi  ilə  evdə 
qalmamağa  da  başlamışdı.  Əsli-nəsli, 
kimliyi  bilinməyən  bu  qadının  tezliklə 
oğlunu 
cənginə 
keçirib, 
imtiyazlar 
istəməyəcəyinə,  ata-anası  ilə  düşmən 
etməyəcəyinə  kim  zəmanət  verə  bilərdi? 
Oğlu  axı,  niyə,  nə  səbəbə  onun  arzularını 
doğrultmadı, tüfeyli, zay çıxdı?!. 
          İndi  başa  düşmüşdü  ki,  üç  ay  əvvəl 
gecələrin  birində  yatmağa  hazırlaşarkən 
oğlu ona niyə belə sual vermişdi: 
            –Ata, nə üçün marixuananın satışına 
xaricdə icazə verirlər, bizdə yox... 
            –Çünki,  biz  hər  şeyin  köpünə 
girənik.  Onu  icazə  versələr,  qalanlarına  da 
iştəhamız artacaq. 
          “Hə,  elədir.  Bu  camaata  azca  şərait 
yaratdın,  boş  buraxdın  nəzarətdən  çıxırlar. 
Öz  oğlum  kimi”..,  –  Niyaz  təəssüflə 
düşünürdü.  Ciddi  məsələ  olduğundan 
müəssisədə  narkotika  məsələsinə  xüsusi 
nəzarəti  əməliyyatçı  Bəkirə  tapşırmışdı. 
Zonda  yüzlərlə  narkotika  istifadəçisi  cəza 
çəkirdi.  Onların  min  cür  ağılagəlməz  yola, 
fırıldağa  əl  atıb  narkotika  əldə  etməməsi 
üçün  Bəkirə  onlara  olduqca  məxfi, 
“azarlarını  öldürmək”  qədərində  narkotika 
satmağa  icazə  vermişdi.  Rəisin  və  özünün 
razılığı olan bu “bazara” başqa heç bir kəsin 
girişməməsi,  sərt  cəzalarla  təcili  qarşısı 
alınması Bəkirə tapşırılmışdı.  
          Kənardan  narkotik  maddələrin  zona 
gətirilməməsi  üçün  məhkumlarla  görüşə 
gələnlərin  əynindəki  paltarları,  (şübhə 
yaranarsa  kənar  otaqda  kişiləri  kişi, 
qadınları  qadın  nəzarətçilər  paltarını  da 
soyundururdular) 
gətirdikləri 
əşyalar, 
ərzaqlar  bircə-bircə  yoxlanılırdı.  Nədəsə, 
kimdəsə 
mindəbir 
qram 
narkotika 
tapılsaydı,  dərhal  sənədləşdirilib  mərkəzə 
məlumat çatdırılırdı... 
          Görüş  və  sovqatdan  qeyri  zona 
uyuşdurucu 
dərmanları 
və 
narkotik 
maddələri  bir  də  işçilər  gətirə  bilərdi. 
Əsasən  də  daim  olmasa  da,  hərdənbir 
nəşələnməyi 
xoşlayan 
paqonlulardan 
şübhələnərdilər. 
Lakin 
Bəkir 
“oğru 
qaydaları”  ilə  sübut  əldə  etməmiş  səsini 


                            Üç aylıq ədəbiyyat dərgisi 
57 
 
çıxarmazdı.  Nəzarətçidən  və  ya  zabitdən 
narkotika alan məhkumu dəqiqləşdirən kimi 
həmin  işçinin  “torbasını”  hazırlayıb  özü 
qarışıq şəhərə yola salardı. 
          Günlərin  bir  günü  Bəkirə  “işləyən” 
məhkumlardan  biri  məlumat  çatdırır  ki, 
dəstə  rəisi  Orxan  zona  narkotika  daşıyır. 
İşini  ehtiyatlı  gördüyündən  hər  gün  yox, 
kefinə düşəndən düşənə gətirir.  
          Bəkir  Orxanın  xasiyyətini  bilirdi. 
Bilirdi  ki,  üstündə  tutmasa,  onun  boynuna 
heç  nə  qoymaq  mümkün  deyil.  Səbrlə 
növbəti  dəfə  “mal”  gətirəcəyini  gözləmək, 
məlumat alan kimi yaxalamaq lazım idi. Bir 
neçə  gün  keçdi,  xəbər  gəldi  ki,  Orxan 
sabaha  “mal”  gətirməyə  söz  verib.  Səhəri 
gün  Bəkir  işçilərinə  Orxanı  nəzarətə 
götürməyi,  izləməyi  tapşırdı.  Otağının 
yanında  güdükçü  saxlanıldı.  Amma, 
nədənsə  Orxan  təxmin  edilən  “obyektə” 
yaxınlaşmırdı.  Nahar  fasiləsində  onun  çölə 
çıxıb  maşınının  qapısını  açmasını  eşitdi. 
Bəkir  düşündü  ki,  çox  güman,  o, 
maşınından  narkotikanı  götürməyə  gedib. 
İşçilərinə  tez  əmr  verdi:  “Orxan  qayıdıb 
müəssisənin  qapısından  içəri  girən  kimi 
harasa  getməyə  imkan  vermədən,  Niyazın 
otağına  gətirərsiniz”.  Naharını  saxlayıb, 
ağzındakı  tikəsini  çeynəyə-çeynəyə  özü  də 
Niyazın otağına tələsdi.  
            –Nə baş verib, Bəkir? – Niyaz onun 
qəfil gəlişindən təəccübləndi. 
            –İndi  görəcəksiniz.  Demişdim  axı, 
sizə  Orxan  barədə.  İndi  gətirəcəklər,  sizin 
yanınızda “şmon” edəcəyəm. 
          Niyaz  nəsə  demək  istəyirdi,  qapı 
döyüldü: 
            –Buyurun...  
          Orxanla  birgə  əməliyyatçı  Tofiq 
kabinetə daxil oldular. 
            –Niyaz  müəllim,  siz  çağırmısız 
məni? – Orxan həyəcanla soruşdu. 
            –Mən dəvət etmişəm. Tofiq, sən çıx 
çöldə gözlə. 
          Tofiq çölə çıxıb qapını örtdü. 
            –Eşidirəm 
cənab 
mayor, 
nə 
qulluğunuz? 
            –Bax,  elə  Niyaz  müəllim  də  bilsin. 
Ədliyyə  kapitanı  Mahmudlu  Orxan,  deyin 
görüm,  çölə  çıxıb  maşınınızdan  nə 
götürdünüz?  –  Bəkir  gözlərini  onun 
gözlərinə dikdi.  
            –Heç  nə  götürmədim.  Qapının 
şüşəsi  yadımdan  çıxıb  aralı  qalmışdı. 
Çıxdım  ki,  şüşəni  kip  bağlayım.  Havada 
meh var, işdən çıxanadək  maşının içərisinə 
qumlu toz dolmasın. 
            –Demək,  heç  nə  götürməmisiz. 
Zəhmət olmasa, ciblərinizdə nə var, çıxarıın 
qoyun stolun üstünə... 
          Orxan heyrətləndi: 
            –Başa düşmədim, nəyə görə? 
          Bəkir təmkinini pozmadı: 
            –Çıxarın, deyəcəyəm... 
            –Yaxşı,  –  o,  ciblərindəki  vəsiqəni, 
otağın,  avtomobilinin  açarlarını,  qəpikləri 
və  bir  xeyli  pulu  stolun  üstünə  tökdü.  – 
Pulu  qohumumdan  borc  götürmüşəm, 
axşam  evə  gedəndə  maşının  statorunu 
düzəltdirəcəyəm.  Birdən  fikirləşərsiz  ki, 
burda  qazanmışam,  dəstə  rəisi  kimdir  çox 
pul da qazana.... 
            –Başlama  ağlamağa,  –  Niyaz 
dilləndi. 
            –Bir  xasiyyətnamə yazmağımız var, 
ona  da  dustağın  gətirtdiyi  pulun  bir  faizini 
verirsiniz. O biri kalonlardan üç dəfə az...  
            –Bizi  pul  maraqlandırmır.  Başqa 
nəyin  var?  –  Bəkir  gözlədiyini  görməyib 
darıxdı.  –  Ayaqqabılarını,  naskilərini  də 
çıxar. 
          Orxan  axtarışın  səbəbini  indi  tam 
anladı.  Əsəbindən  üzünün  rəngi  qızardı, 
acıqla ayaqqabılarını, corablarını çıxardı: 
            –Siz  məndə  nəşə  axtarırsız,  eləmi? 
İstəyirsiz  alt  paltarlarımı  da  çıxarıb 
lütlənim? 
          Onun  inamla  kəmərini  boşaldıb, 
düymələrini 
açıb 
şalvarını 
əynindən 
çıxarmaq istəyini görəndə Niyazda axtarışın 
mənasız olması qənaəti yarandı: 
            –Gərək deyil, çıxarmayın, qalsın... 
          Bəkiri  axtardığını  tapmaması  pərt 
etmişdi.  
            –Bəkir  müəllim,  bu  nə  deməkdir, 
məni  başa  salın,  –  Orxan  hücuma  keçdi,  – 
siz  məni  təhqir  edirsiz.  Mən  bunu  belə 
qoymayacayam.  BÖYÜKLƏRƏ  sizdən 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə