Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə21/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   17   18   19   20   21   22   23   24   ...   90

50
№ 2 (14) Yay 2015 
 
görə  onun  sözünü  saya  salmır.  Gözünə 
döndüyüm  komandir  də  bir  gün  yenə 
Məhyəddin  müəssisədən  ərzaq  çıxardanda 
yüz  metr  getdikdən  sonra  maşını  əli  silahlı 
əsgərləri  vasitəsilə  saxlatdırır.  Yük  yerinin 
xaricdən  gətirilən  toyuq  əti  ilə  dolu 
olduğunu  görən  komandir  dərhal  mərkəzi 
İdarəyə zəng vurub yüklə bağlı məruzə edir. 
İdarədən  qoltuğu  papkalılar  tökülüşüb 
gəlirlər    saxlanılan  maşına  baxmağa. 
Götürəcəyi  xeyirdən  çox  ziyana  düşən 
Məhyəddin BÖYÜKLƏRƏ söz verir ki, bir 
də belə qələt etməyəcək. 
            –Deyirsən  rəisə  qazandıqları  bəs 
etmir,  sanitarların  da  pulunu  yeyir?..  Ola 
bilməz... 
            –Hə,  elədir,  özü  də  Niyaz  və 
mühasiblə  bir  yerdə.  O  günü  idarənin 
ayaqyolusunu  təmizləyən  sanitar  Ayaz  var 
ha,  ondan  eşitdim.  Bilirsən  də,  o,  bir  az 
diribaş, ağlı olan sanitardı. Deyir yuxarılara 
şikayət  edəcəyəm,  mənə  yazılan  maaşın 
yarısını  verməsələr,  mən  bilirəm  nə 
edəcəyimi... 
             –Sanitar  olanda  nə  olar,  adam 
haqqını tələb edir də. Elədirsə çox pis, mən 
söz  tapmıram.  Məhkumun  çörəyini  hələ 
axıradək yeyən olmayıb... Yesələr belə tam 
həzm  edə  bilməyəcəklər,  ən  azından 
ilahinin  qanunları  ilə  olsa  da,  günlərin 
birində gözlərindən gələcək... 
                                               
*  *  * 
          Gülbaxt 
cəzaçəkmə 
müəssisəsi 
digərləri  ilə  müqayisədə  elə də böyük  cəza 
evlərindən hesab edilmirdi. Burada təqribən 
altı  yüzdən  artıq  məhkum  cəza  çəkirdi. 
Aralarında  iyirmi  yaşdan  yetmiş  yaşadək 
hər  yaşdan  olan  məhkumların  əksəriyyəti 
narkotik  maddələrin  daşınması,  satılması, 
istifadəçisi  kimi  cinayətlərə  görə  cəza 
alanlar idi. Şəhərdən xeyli uzaqda, ucqarda 
olması  səbəbindən  buraya  əsasən  ən  kasıb 
məhkumlar  və  həmçinin  bölüşdürülmə 
zamanı  öz  adamları  vasitəsilə  mərkəzdəki 
məsul əməkdaşa “hörmət” çatdırmayan orta 
imkanlılar yerləşdirilirdi. 
          Müəssisədəki  vəziyyətə  paqonlular 
nəzarət  etdikləri  üçün  qanunda  oğrular 
arasında  “Gülbaxt  türməsini”  qırmızı  zon 
adlandırırdılar.  Uzun  illər  ərzində    buranın 
qırmızı 
zon 
qalması 
Məhyəddinin 
özünəməxsus  idarəetmə  metodlarının  və 
yorulmaz  əməyinin  nəticəsi  idi.  Belə  ki, 
məhkum  müəssisəyə  daxil  olandan  gərgin 
anlar  yaşayırdı.  Ciddi  sorğu-suala  tutulur, 
gərək  olarsa  döyülür,  psixoloji  təsir 
göstərilməklə  gözünün  odu  alınır,  daxilən 
sındırılmağa  çalışılırdı.  Karantin  dövründə 
onlara  lazımi  müəssisə  daxili  qaydaları 
anlatmaqla,  mütləq  əllərinə  bel,  dırmıx, 
şana verib zonun sərhədi sayılan şumlanmış 
ərazini  –  nəzarət  iz  zolağını  və  ona  yaxın 
əraziləri  belləmək,  hamarlamaq  adı  ilə 
işlədirdilər.  Yəni  əlinə  bel  alıb  torpağı 
yumşaldan məhkumun artıq nə vaxtsa oğru 
dünyasına  qoşulmağa,  lovğalanmağa  üzü 
qalmırdı.  Sınmaq  istəməyənlərə  həftələrlə, 
sınanadək 
karsda 
əziyyətlər 
verir, 
məqsədinə  çatmayanda  isə  Məhyəddin 
belələrini  başqa  yerə  –  digər  müəssisəyə 
özü  demişkən  “rədd  eləyirdi”.  Beləliklə 
kiminsə  liderliyinə  imkan  verməyib  daim 
özü  lider  olmaqla,  xüsusi  ciddi-cəhdlə 
müəssisədəki sabitliyi qoruyub saxlayırdı. 
Müəssisədə  rejim  işlərini  həyata 
keçirməkdə  bəzən  paqonlulardan  çox 
məhkumlara  üstünlük  verirdi.  Buna  görə 
məhkumlardan ibarət guya öz-özlərini idarə 
edən  müəssisə  kollektiv  şurası  (MKŞ) 
deyilən  qurum  təşkil  edib,  oraya  əsasən 
oğru  aləmində  işverən,  “qreşnik”  (günahlı) 
adlandırılanları 
toplayırdı. 
Sonra 
da 
“mekeşe” 
üzvü 
kimi 
onlardan 
öz 
məqsədləri üçün istifadə edirdi.    
          O,  zalımlıq  etməklə  yanaşı  özünü 
sevdirməyi 
də 
bacarırdı. 
Hər 
gün 
yeməkxanaya  baş  çəkib  məhkumların 
yeməkləri, 
onların 
keyfiyyəti 
 
ilə 
maraqlanırdı.  Tibb  məntəqəsinə  gedib 
həkimdən  həqiqi  xəstələrə  diqqət  tələb 
edirdi. Tərbiyə işləri üzrə  müavininə, dəstə 
rəislərinə məhkumların başını qatmaq üçün 
klubda,  idman  meydançasında  mütəmadi 
tədbirlərin keçirilməsinə tapşırıqlar verir və 
bilavasitə  özü  də  yaxından  iştirak  edirdi. 
Həqiqətdə  yox,  məhkumların  gözündə 
özünü  ədalətli,  haqqısevər  insan  kimi 


                            Üç aylıq ədəbiyyat dərgisi 
51 
 
göstərməyə  çalışırdı.  İmkanı  olduqca  zona 
ayrılan  ərzağı,  büdcənin  pulunu  yeməsinə 
baxmayaraq, dəfələrlə həyətdəki  meydanda 
yoxlamalar  zamanı  kütlə  qarşısında  and-
aman  etmişdi  ki,  o,  məhkumları  çox  sevir. 
Hətta bir dəfə, o, işə gətirdiyi kiçik oğlunu 
məhkumların  qarşısına  çıxarıb  oğlunun 
canına and da içmişdi ki, onları da öz oğlu 
kimi  istəyir.  Qısası,  Şərifin  sözü  ilə  desək, 
Məhyəddin  kimi  rəis  işləmək  hər  oğulun 
bacarığı deyildi.   
          İşçı heyəti ilə birlikdə yeddi yüzədək 
insanın  ömrü  keçdiyi  müəssisənin  səliqə-
sahmanı  cəmisi  on  dörd  nəfər  olan 
üzdənirağın  boynunda  idi.  Başqa  yerlərdə 
adları ilə çağırılan bu binəvaları Məhyəddin  
guya  onların  heysiyyətinə  toxunmamaqdan 
ötrü  sanitar  adlandırılmalarına  göstəriş 
vermişdi.  Sanitarlar  cinayət  aləminin  ən 
aşağı  təbəqəsi  –  kastası  hesab  edildiyindən 
qalan  ümumi  məhkumlardan  hər  məsələdə, 
hər  yerdə  fərqləndirilir,  təcrid  olunurdular. 
Onların  yatacaq  və  yemək  yerləri  ayrı 
olurdu.  Hamamda,  tibb  məntəqəsində, 
klubda, kars deyilən cərimə təcridxanasında 
da onlar üçün yer ayrılırdı. Sanitarlar səhər 
tezdən  hava  qaralanadək  bölüşdürülmüş 
qaydada 
müəssisənin 
həyətini, 
yataqxanaların, 
kabinetlərin, 
ictimai 
yerlərin 
sahələrini, 
döşəmələrini, 
ayaqyolularını  süpürür,  silir,  təmizləyir, 
zibilini  yığıb  toplayırdılar.  Lazım  gələndə 
bu  işlərdən  əlavə  aparılan  təmir,  abadlıq 
işlərində də onlardan istifadə olunurdu. 
          Kənardan onlar cinsi azlıq kimi qəbul 
edilsə  də,  heç  də  hamısı  homoseksual 
deyildi.  Yarıya  qədəri  passiv,  bir  qədəri 
aktiv, bir cütlük biseksual idi. İçərilərindəki 
üç  nəfər  isə  heç  birindən,  sadəcə  hansısa 
“günahına” 
görə 
cinayət 
aləminin 
cəzalandırdığı – “yandırdığı” bədbəxtlər idi. 
Onların  hər  birinin  özünəməxsus  cinayət 
tarixçələri  olsa  da,  nəticə  etibari  ilə 
əksərinin  sonları  bir-birinə  oxşayırdı. 
Başçıları, 
briqadir 
sayılan 
İkram 
“yandırılmış”  üç  nəfərdən  biriydi.  O,  necə 
oldu  ki,  üzdənirağa,  sanitara  çevrildi,  indi 
də  düşünəndə  ağlına  sığışdıra  bilmirdi.  Bu 
hala  düşməsinin  baiskarı  ilk  növbədə  rəis 
Məhyəddin idi. 
          Bəxtinin  təkərinin  dönməsi  əvvəlki 
cəzaçəkmə  müəssisəsindən  bura  yatabla 
göndərilən  gün  baş  verdi.  Həmin  gün 
məhkum  yoldaşları  yatab  qabağı  onu  da 
təşkil  elədikləri  tiryək  “qonaqlığına” 
qatmışdılar.  Bu  “qonaqlıq”  nəyə  görə, 
nədən  ötrü  idi  anlamamışdı.  Göstərilən 
səxavətdən  istifadə  edib,  o  da  hallanmışdı. 
Sonra 
komvoy 
maşınına 
mindirilib 
Gülbaxta  gətirilmişdi.  Zona  daxil  olanda 
ağlı  özündə  olmamışdı.  Bir  də  səhəri  gün 
lomkadan  ayılanda  özünü  üzdəniraqların 
içində  görmüşdü.  Nə  səbəbə?  Günahı  nə 
idi?  Məlum  olmuşdu  ki,  onu  bura 
Məhyəddin  atdırıb.  Şübhəsiz,  rəis  kimi  hər 
bir  məhkumun  yerini  o  müəyyən  edirdi. 
Qızğınlıqla  hay-küy  salıb  Məhyəddinin 
qəbuluna gəldi: 
            –Ay  rəis,  mən  üzdəniraq  deyiləm, 
niyə  məni  onların  barakına  göndərmisən. 
Belə olmaz axı, nə günah sahibiyəm?  
          Məhyəddin tövrünü pozmadı: 
            –Bilirsən nə var, sən haqlısan. Sənin 
heç bir günahın yoxdur. Amma, olanda olur, 
biz  də  səhv  edə  bilərik.  Səni  başqası  ilə 
səhv  salmışıq.  Heç  demə,  həmin  adam  sən 
deyilmişsən. 
        İkram  sevindi,  lakin  sevinci  uzun 
çəkmədi. 
            –Gəl  ki,  artıq  gecdir.  İş  elə  gətirib 
ki,  səhvən  də  olsa  sən  bir  gecə  sanitarların 
barakında  yatmısan.  Özün  neçə  illərin 
dustağısan.  Yəqin  ki,  qayda  qanunlardan 
xəbərin  var.  İndi  hansı  məhkum  –  mujik 
razı  olar  ki,  sən  gedib  onlarla  yanaşı 
çarpayıda yatasan?.. 
          Düzü 
İkram 
heç 
bu 
yerini 
düşünməmişdi. 
Düşdüyü 
acınacaqlı 
vəziyyətdən  ürəyi  göynədi,  nə  deyəcəyini 
bilmədi. 
            –Gəl  belə  edək,  –  Məhyəddin 
sözünə  davam  etdi,  –  olan  olub,  keçən 
keçib. Sən yenə orda, sanitarların barakında 
qalmaq məcburiyyətindəsən. Sənə ancaq bir 
köməyim,  yaxşılığım  keçər  ki,  onların 
başçılığını,  ixtiyarını  sənə  verim.  Necə 
lazımdır 
sanitarları 
idarə 
edərsən, 
işlədərsən,  sözünə  baxmayanı  da  döyərsən. 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə