Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə22/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   18   19   20   21   22   23   24   25   ...   90

52
№ 2 (14) Yay 2015 
 
Olarsan əsl briqadir. İndi özün fikirləş, elə-
belə  sanitar  qalmağın  yaxşıdır,  yoxsa 
briqadir olmağın? 
          Nitqi 
qurumuş 
İkramın 
razılaşmaqdan  başqa  yolu  qalmamışdı.  Nə 
etsin?  Məhyəddinə  təşəkkür  etsin,  yoxsa 
üzünə tüpürsün?.. 
          Sonralar 
 
qulağına 
dəyən 
söhbətlərdən 
Məhyəddinin 
yalan 
danışmasına şübhələri artmışdı. Çox güman 
ki,  onu  əvvəlcə  narkotika  ilə  hallandırıb, 
sonra  da  Məhyəddinin  əli  ilə  üzdəniraq 
edilməsi  yerlilərindən  olan  düşmənlərinin 
sifarişiydi.  Təki  Məhyəddinin  “hörmətini” 
et,  belə  məsələlər  onun  üçün  heç  nə  idi... 
Çöldən  ona  sifariş  verilərkən  yeni  gələn 
məhkumla  sanitar  vasitəsilə  məzələnmək 
sevimli  məşğuliyyətindən  biri  sayılırdı. 
Daha çox Andrey çağırılan sanitarı öyrədib 
toplantı  zamanı  həmin  məhkumla  əllə 
görüşdürər,  ya  da  qucaqladıb  öpdürərdi. 
Sonra:  “Sən  də  oldun  sanitar”,  –  deyib 
şaqqanaq çəkib gülərdi...  
          O,  bir  axşam  bir  sanitarı  onu 
tanımayan  yeni  məhkumla  bir  kameraya 
saldırar.  Səhəri  günü  öyrədilmiş  sanitar 
ağzından  söz  yayar  ki,  guya  gecəni  bir 
yerdə  yatıblar.  Sanitarlara  qatıldığını 
anlayan yeni məhkum danışılan sözün yalan 
olduğunu sübut etmək üçün and-aman edər, 
yalvarar  ki,  onu  üzdəniraqlara  aid 
etməsinlər.  Səylərinin  faydasız  olduğunu 
görüncə  istehsalat  yerindəki  sexlərdən 
birinin  damına  çıxıb,  əgər  ona  inanmasalar 
özünü  yerə  atacağını  bildirər.  Yenə  də 
sözünə  əhəmiyyət  verilmədiyini  görəndə 
dediyi kimi özünü damdan yerə atar və hər 
iki qıçı sınar. Bu səhnədən təsirlənən sanitar 
daha  dözməyib  yalan  danışdığını  boynuna 
alar. 
Üzdəniraq 
olmaması, 
təmizliyi 
təsdiqlənən  məhkum  isə  qıçları  sınsa  da 
sevincindən ağlayar... 
 
*  *  * 
          Sanitar  Nizam  ona  vurulan  bir  neçə 
iynədən  sonra  bir  az  özünə  gəlsə  də, 
vəziyyəti  qənaətbəxş  deyildi.  Odur  ki,  tibb 
məntəqəsinin həkimləri rəislə məsləhətləşib  
onu  təcili  yatabla  məhkumların  mərkəzi 
xəstəxanasına göndərilməyini daha münasib 
saydılar. 
         Axşama  yaxın  Nizamı  xərəkdə 
məhkumlar  üçün  nəzərdə  tutulan  təcili 
yardım  komvoyunda  mərkəzi  xəstəxanaya 
göndərdilər.  Nizam  göndəriləndən  iki  saat 
sonra  onu  sevən  sanitarlardan  birinin  – 
dələduzluq  maddəsi  ilə  cəza  çəkən  Roma 
deyilən  Rəhmanın  ayrılığa  “dözməyib” 
özünə qəsd etmək istəməsi, lezva ilə qolunu 
kəsməsi  xəbəri  yayıldı.  Roma  venasını 
kəsməyə  ürək  eləməsə  də  lezva  qırığı  ilə 
qolunda  böyük  şram  aça  bilmişdi.  Qolu 
sarınıb  axan  qanının  qarşısı  alındıqdan 
sonra  rəisin  göstərişi  ilə  onu  üç  sutkalıq 
cərimə təcridxanasına saldılar.   
          Zonda 
Romanın 
hərəkətinə 
münasibət bir mənalı deyildi. Çoxları bunu 
sevgi  səbəbindən  baş  verməsinə  inanıb 
gülürdülərsə, bəziləri özünəqəsdi sanitarlara 
edilən haqsızlıqlara görə rəhbərliyə yönələn 
etiraz  kimi  qiymətləndirirdilər.  Sanitar 
dostları  isə  öz  aralarında  ona  həsəd 
apararaq:  “yarası  sağalanadək,  ən  azından 
bir  həftə  işləməkdən  canı  qurtardı”,  – 
deyirdilər. 
Daha  bir  gün  keçdi,  Nizamın 
xəstəxanada  keçinməsi  xəbəri  gəldi.  Onun 
xəstəxanada  ölməsi  müəssisə  rəhbərliyini, 
xüsusilə  tibb  məntəqəsinin  həkimlərini 
xeyli  xoş  hal  etdi.  “Yaxşı  ki,  vaxtında 
göndərdik, 
yoxsa 
əzabı 
üstümüzə 
qalacaqdı,”  –  şükür  edirdilər.  “Elə  adamın 
yaşamaqdansa 
yaşamamağı 
daha 
münasibdir,” - əksəriyyət belə hesab edirdi.  
Bütün sanitarlar yeddi gün qollarına, 
boğazlarına  qara  bağlayıb  Nizam  üçün 
matəm saxladılar. 
Sanitarların  vəziyyəti  həqiqətən 
məşəqqətli  idi.  Briqadirindən  savayı 
qalanlarının  əllərindən  əski,  “şvabra” 
deyilən  döşəmə  silən,  süpürgə  bütün 
günboyu  əskik  olmurdu.  Təmir,  abadlıq 
işlərində vaxtını öldürmək üçün briqadir də 
onlara qoşulub işləyirdi. Boş vaxtları demək 
olar  ki,  yalnız  gecələr  olurdu.  Rəis  onları 
müəssisənin  təsərrüfat  işçiləri  kimi  adlarını 
işə  yazıb  əmək  stajı  yazdığını  minnət 
edərək  maaş  əvəzinə  hər  həftə  çay,  qənd, 


                            Üç aylıq ədəbiyyat dərgisi 
53 
 
siqaret  aldırırdı. Və  guya  xərclədiklərindən 
əlavə  maaşlarından  artıq  qalan  məbləğ  də 
adlarına  açılmış  hesablarda  toplanırdı. 
Amma  sanitarlardan  birinin  nə  vaxtsa 
mühasibatdan pul aldıqlarını hələ kimsə nə 
görmüşdü, nə də eşitməmişdi. Mujiklər belə 
azad  olanda  evə  getmək  üçün  qanuni  yol 
pulunu 
almağa 
mühasibi 
yerində 
tapmırdılar.  
          Sanitarların  halını  ağırlaşdıran  pis 
cəhət o idi ki, onlar ən aşağı təbəqə – kasta 
olduqları 
üşün 
məhkum 
yoldaşları 
tərəfindən  də  yeri  gəldikcə  əzilir  və  təhqir 
edilirdilər.  Həm  paqon  və  həm  də 
məhkumlardan  həmişə  alçaldılma  görmək 
sanitarların  çoxusunda  mənəvi  dəyərlərin, 
yüksək  şəxsi  keyfiyyətlərin  itməsinə, 
ətrafındakı  insanlardan  küskünləşməsinə 
gətirib  çıxarmışdı.  Daim  pislik  gözləyirmiş 
kimi  incik  nəzərlərlə  baxır,  canüzücü 
vəziyyətlərinin qurtaracağı günün həsrəti ilə 
yaşayırdılar.  
          “Yandırılanlardan”  digəri  –  Ayaz  da 
bu  zona  ayrı  yerdən,  hətta  xaricdən,  qonşu 
ölkənin 
cəzaçəkmə 
müəssisəsindən 
gətirilmişdi.  Ayaz  yad  ölkədə  çəkdiyi 
cəzasının  yarısını  mujik  kimi  yaşamışdı. 
Xasiyyətcə  ötkəm,  bir  az  da  əsəbi  idi. 
Həbsə düşən gündən cinayət aləmi ilə arası 
yox  idi.  Onun  nəzərində  bu  insanlar 
olduqca  qorxulu,  etibarsız,  təhlükəliydilər. 
O,  hansısa  bir  qrupun  asılılığındansa, 
sərbəst  olmağı  xoşlayırdı  və  imkanı 
çatdıqca  müstəqil  yaşamağa  can  atırdı. 
Pulun hesabına oğru dərəcələri alanları qəti 
görməyə gözü yox idi. 
          Günlərin 
birində 
pul 
gücünə 
“obşaklık” edən birisi ilə sözü tən gəlmədi, 
mübahisəsi  düşdü.  Xırda  bir  məsələdən 
yaranan  narazılıq  günü-gündən  böyüməyə 
başladı.  Qarşı  tərəf  üstünə  gəldikcə,  o  da 
qabağından yemirdi. Bu minvalla aralarında 
baş  verəcək  dava  qaçılmaz  idi.  Əsəblər 
gərilib  son  həddə  çatanda  Ayaz  daha  səbr 
edə  bilmədi,  özü  hücuma  keçdi.  Növbəti 
sözləşmə  zamanı  digər  məhkumların 
əhatəsində  özünü  “obşak”  sayanın  sifətinə 
gözlənilmədən  kəllə  atdı.  Bu  zərbədən 
“obşakın”  çənəsi  qana  boyandı;  bir  neçə 
dişi sındı, dodağı partladı... 
          Ayazın  kəllə  atması  ona  baha  başa 
gəldi. Oğru dünyası cəzalandırılmaq əmrini 
verdi.  Çox  keçmədi,  gecələrin  birində 
“ləkələndirilib”  üzdəniraq  elan  edildi.  Sərt 
“cəzadan”  sonra  onun  üzdəniraqların 
sırasına qatılmaqdan ayrı yolu qalmadı. 
          Ayaz  Gülbaxta  gələn  gündən  özünü 
fərqləndirməyi  bacardı.  O,  cinayət  aləminə 
olan  acığından  yalnız  paqonluların  ayağı 
dəyən  yerlərin  təmizliyini,  ayaqyolusunu 
öhdəsinə  götürdü.  Qalan  işlərdə  işləmədi. 
Öz  sahəsinə  məsuliyyətlə  yanaşdığından 
digər  yerdə  sanitar  işləməyə  ona  heç  kim 
məcbur  da  edə  bilməzdi.  Müəssisənin 
idarəsində işləmək həm də ona görə xoş idi 
ki,  rəislərlə  yaxın  münasibətdə  olurdu. 
Zabit  və  nəzarətçilərin  hamısı  onu  tanıyır, 
hörmət  edirdilər.  Rəhbərliyin  fəaliyyəti  ilə 
bağlı  çoxlarının  bilmədiyi  məlumatları 
məhkumlar  arasında  hamıdan  əvvəl,  o, 
xəbər  tuturdu.  Nəinki  müavinlər,  rəis 
Məhyəddin  də  yeri  gələndə  Ayazı 
coxbilmişliyinə görə incitməyə çəkinirdilər.  
          Ötən  günlərdə  mujiklərdən  birinin 
başına  gələn  gözlənilməz  hadisəni  eşidən 
zamanı  da,  Ayaz  oğru  aləminə  bəslədiyi 
nifrətinin düzgünlüyünə bir daha əmin oldu. 
Özlərini  “vor”  –  oğru  adlandıran  bu  kəslər 
yetərincə  qorxulu  və  etibarsız  idilər.  İllərlə 
həbsxanalarda  qazandığın  mövqeyini  bir 
günün  içində heçə döndərə bilərdilər. Necə 
ki  böyük  şəhərlərin  birindən  olan, 
məhkumların  “əhl”  başçısı  sayılan  İmran 
bir telefon zəngi ilə “yandırılıb” üzdənirağa 
bərabər tutuldu... 
          İmran  dustaqxana  mühitində  təzə 
adam  deyildi.  Bundan  əvvəl,  o,  bir  dəfə 
məhkum  olunmuş,  iki  il  cəza  çəkdikdən 
sonra  vaxtından  tez  azadlığa  buraxılmışdı. 
Azadlıqda  çox  qərar  tuta  bilməyən  İmran 
səkkiz ay keçməmiş yenidən cinayət törədib 
həbsxanaya  qayıtmışdı.  Bu  dəfə  ona 
məhkəmə  köhnə  işindən  iki  dəfə  çox  cəza 
müddəti 
təyin 
etmişdi. 
Birinci 
məhkumluğundan çox şeylər öyrəndiyindən 
bu  dəfəki  gəlişində  ölçülüb  biçilmiş 
hərəkətləri  ilə  az  vaxt  ərzində  yerliləri 
arasında  hörmət  qazanmışdı.  Elə  ona  görə 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə