Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə27/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   23   24   25   26   27   28   29   30   ...   90

62
№ 2 (14) Yay 2015 
 
 -  Ağlıma  axmaq  bir  sual  gəlib.  Olar, 
verim? 
 - Ver... 
 - Sənin arzun nədir? 
 -  Hə,  axmaq  sual  niyə  olur?  Maraqlı 
sualdır.  İstəyirəm,  bax  elə  bizim  şəhərdə 
yaşayım. Balaca bir evim, azca qazancı olan 
bir işim olsun. Özümə bir kabinet düzəldim. 
Bir bloq açım. İqtisadiyyat haqda məqalələr 
yazım.  Roman  oxuyum.  Hər  gün  orda 
işləyim.  Həyətdə  dovşan  saxlayım.  Sədan 
da toyuq-cücə saxlasın. Uşaqlarımız  olsun. 
Məktəbdən  gəlsinlər.  Sədan  onlara  nağıl 
oxusun,  mən  misal-məsələlərinə  kömək 
edim. Şənbə günləri bir yerdə filmə baxaq. 
Bax, belə... 
 - Gözəl arzudur. 
 - Hə, deyəsən sənin də xoşuna gəldi. 
 - Belə də... 
 -  Ofisiantı  çağır,  duraq,  mama  dolma 
bişirib, bizi gözləyir. 
 - Hə, gecdir, gedək. 
 
Şəmil Sadiq 
 
 
İngilisin iti 
  
–    Qəmbər,  gəl  görək  bə,  qardaş! 
Acından öldük ki.... 
–  Deyəsən,  məni  yaman  çox 
istəyirsiniz?  Hazırlayın,  gəldim.  Yaman 
acmışam.  
–  Pomidor demişdik, aldın?  
–  Hə,  “ruqzakı”  açın,  üstə 
qoymuşam, – deyib Qəmbər hamama keçdi.  
 
Qəmbər 
İnşaat 
MühəndisləriUniversitetini 
bitirsə 
də, 
riyaziyyat  fakültəsində  oxuyan  qardaşı  ilə 
birgə  BDU-nun  9  nömrəli  yataqxanasında 
qalırdı.  Hər  gün  səhər  saat  6-da  işə  gedir, 
axşam    yeddiyə,  səkkizə  ancaq  gəlib 
çıxardı.  Kök,  sarışın,  saçları  vaxtından  tez 
ağarmış  bir  gənc  idi. Hamı  ona  “ağsaqqal” 
deyərdi.  
Qəmbərgil 
otaq 
qonşuları 
Samirgillə  mehriban  qonşuluq  siyasəti 
aparırdılar.  Hətta  “bir  ailə  kimi  idilər” 
demək olardı 
Yeməklərini 
bir 
yeyərdilər. 
Qəmbərin  kiçik  qardaşı  Dəmir  yemək 
bişirər,  Samirin  də  kiçik  qardaşı  Elgün 
qabları  yuyardı.  Dəmirin  çuqun  tavada 
hazırladığı  yeməyi  bu  dörd  qardaş  iştahla 
elə  tavadanca  yeyərdilər.  Hamı  bəyənirdi 
Dəmirin yeməklərini.  
 
Qəmbər  axşamlar  evə  gələndə 
bazarın  axır-uxuruna  qalan  tərəvəzdən- 
filandan  alardı  ki,  ucuz  olsun.  Hamı  onu 
xəsis  bilirdi.  Amma  Qəmbərin  çəkdiyi 
əziyyəti  görəndə  onu  başa  düşürdülər.  Evə 
necə  girirdisə,  yeməyi  necə  yeyirdisə, 
ağzındakı  son  tikə  mədəsinə  gedən  kimi 
yıxılıb xorultu ilə yatırdı. Otaqda təlbələrin 
səs-küyünə  məhəl  belə  qoymazdı.    BP-nin 
işçilərinin  yaşadığı  kompleksdə  mühafizəçi 
işləyirdi  Qəmbər.  İşi  çox  ağır  idi.  Axşama 
qədər  ayaq  üstə  dururdu.  Üstəlik  maaşı  da 
çox  az  idi.  Amma  CV-ni  verəndə  ona 
ixtisasına  uyğun  bir  iş  verəcəklərini 
demişdilər.  
 
Qəmbər  bir  gün  yataqxanaya 
gələndə  elə  sevincli  idi  ki,  sanki  tələbəyə 
rayondan ət gəlmişdi. Düzdür, hərdən onun 
rəhmətlik anasının Lənkərandan göndərdiyi 
döyülmüş  ət,  ya  da  ancaq  qızardılması 
qalmış balıq ləvəngisi gələndə bu, qardaşlar 
üçün  toy-bayram    olardı.  Bir  də  hər  qış 
Samirin  anasının  Naxçıvandan  göndərdiyi 
qovurma  zamanı....  Naxçıvan  və  Lənkəran 
birliyi, deyəsən, cənubun təsiri idi.  
Amma  Qəmbərin  bugünkü  sevinci 
bir  başqa  idi.  Etdiyi  bazarlıqdan  da  hiss 
edilirdi ki, Qəmbər çox ciddi bir xəbər alıb. 
Çünki  aldığı  pomidorların,  badımcanların 
heç 
biri 
əzik-üzük 
deyildi. 
Zirə 
pomudorunun  ən  yaxşısını  seçmişdi.  Hətta 
həmişə  yuxarı  mərtəbədəki  Elmanın  məhz 


                            Üç aylıq ədəbiyyat dərgisi 
63 
 
yemək 
saatlarında  gəlməsinə  deyinən 
Qəmbər  bu  dəfə,  –  “Elmanı  da  yeməyə 
çağırın”,  demişdi.  170  sm  boyla,  120  kq 
çəki  ilə  elə  çırtma  çalıb  oynayırdı  ki,  az 
qala  binanın  bütün  qonşuları  şikayətə 
gələcəkdi.  Onun  bu  sevincinin  səbəbi  isə 
şirkətdən  iş  təklifi  alması  idi.  Sadəcə  bir 
şərtləri  vardı:  ingilis  dilini  öyrənmək.  Bu 
xəbəri  eşidəndə  Qəmbərin  niyə  bu  qədər 
sevindiyini  anlamamışdıq.  Axı  o  zamanlar 
hamımıza elə gəlirdi ki, ingilis dilini bilənə 
hər  yerdə  iş  var.  Bütün  ölkə  gəncliyi 
durmadan ingiliscə öyrənir, bununla da işsiz 
qalmayacaqları  düşüncəsində  olurdular. 
Qəmbər  bu  dili  bilsəydi,  heç  problemsiz  iş 
tapardı. Amma oingilis dilini zərrə qədər də 
olsun,  bilmirdi.  3  ay  içində  necə 
öyrənəcəkdi bu dili? 
Amma  o,  bizimlə  razılaşmadı. 
“Mən  öyrənərəm  və  bu  qapı  qulu 
vəzifəsindən azad olaram, siz baxarsınız”, – 
dedi.  
 
Qəmbər  elə  həmin  gündən  işə 
girişdi, 
aldığı 
danışıq 
kitablarını 
vərəqləməyə  başladı.  Bu  hamıda  belə  olur. 
Dil  öyrənməyə  başlayanda  bir  neçə  gün, 
bəzən  də  bir  neçə  həftə  böyük  həvəslə 
oxumağa  başlayır,  gündə  bir  neçə  söz 
öyrənərək  özünü  qəhrəman  zənn  edirsən. 
Hələ ingilis dili müəllimin xanım oldusa, öz 
də  bir  az  gənc  oldusa,  bunun  gözəlliyi  
başqa  olur.  Üstəlik    özün  də  bir  kənd 
uşağısansa,  bunun  zövqü-səfası  tamamilə 
aləm olur.  
Şəhər  uşaqlarından  fərqli  olaraq, 
kənd uşaqları zərif cinsin nümayəndələri ilə 
həmsöhbət 
olmaqda  çətinlik  çəkirlər. 
Amma  müəllimləri  bunlarla  işi  naminə 
maksimum  ünsiyyətcil  olduqları  üçün 
ingilis dili öyrənmək  bir  az da özünü  ifadə 
etmə imkanı idi. 
Adətən  müəllimin  ingilis  dili 
biliklərini  inkişaf  etdirmək  üçün  tələbəsinə 
verdiyi  şəxsi  suallar  tələbənin  xarici  dili 
unudub ona dərd- sərini, içini açmağa qədər 
gedib çıxardı.  
 
Qəmbərlə  də  belə  olmuşdu,  elə 
səhər  gedib  kurslardan  birində    müəllim 
tapmışdı.  O    gənc    xanım  olsa  da,  dul  idi. 
Ərindən tez ayrılmışdı. Sinif yoldaşlarından 
və  İnşaat  Mühəndisləri  Universitetindəki 
bir-  iki  qadın  müəllimdən  başqa  Qəmbərin 
yaxınlıq etdiyi  qız olmamışdı. Çox utancaq 
olduğu  üçün  təhsil  aldığı  dörd  il 
müddətində  ədəbli-ərkanlı  qızlar  kimi, 
instituta,  institutdan  da  yataxanaya  gedib-
gəlmişdi.  Bir  az  da  xəsis,  bəlkə  də, 
qənaətcil  olduğundan  tələbə  yoldaşlarına 
qoşulmaz, 
bununla 
da 
özünü 
pul 
xərcləməkdən  yayındırardı.  Qruplarında  da 
qız yox idi ki, adam bir özünü kişi kimi hiss 
etsin.  
 
Amma  Qəmbər  bir  ömür  boyu 
anlamadı  ki,  xərcləmədikcə,  gəlir  yeri  də 
artmayacaq.  Bu  ilahi  qanun  idi.  Gərək  
səndə  olanı,  sənə  veriləni  kiməsə  verəsən 
ki,  yenidən  nəsə  gəlsin.  Xəsislərin  fərqinə 
varmadığı amildir bu. 
 
Keçiricilik    bəşəri    bir  qanundu. 
Səndən gələn keçmədisə, ölüsən deməkdir.  
 
Qəmbər 
də 
həm 
kasıbçılığın 
göstərdiyi  təsirdən,  həm  də  tələbəlikdən 
əziyyətlə  beş-üç  qəpik  qazanıb  dolandığı 
üçün    pulu  az  qala  Hacı  qara  kimi  sevirdi. 
Buna  görə  də  şəhərin  heç  bir  əyləncələri, 
iyrənclikləri ilə tanış olmamışdı. İngilis dili 
müəllimi  isə  ondan  bir  neçə  yaş  böyük 
olduğundan  aralarında  qarşılıqlı  simpatiya  
yaranmışdı.  Bu  simpatiya  ora  qədər  gedib 
çıxmışdı  ki,  müəllim  ondan  hamilə  qalmış, 
təcili də abort etdirmişdi. Bu itin dilini bilən 
müəllim pul xərcləməyən Qəmbəri o qədər 
xərcə  salmışdı  ki,  ,  axırda  dostumuz  dilə 
gəlmişdi.  
 
Utandığından 
bu 
söhbəti 
uşaqlardan  gizlətsə  də,  ağappağ  bədənində 
olan  göyərtilər  bir  gün  onu  yataqxana 
yoldaşlarının 
dilinə 
salmışdı. 
Hətta 
sinəsində tük olmadığı üçün tez-tez sinəsini 
qırxması  da  diqqət  çəkmişdi.  Ona  görə 
qırxırdı ki, bəlkə, kosa tükləri çoxala, qızın 
xoşuna  gələ.  Amma  nə  fayda,  onun  sinəsi 
də cibi kimi tüklənmədi ki, tüklənmədi.  
 
Qəmbər  gündüzlər  işləyir,  həftədə 
üç gün saat beşdə işdən icazə alıb müəllim 
yanına  gedir,  gecə  saatlarına  qədər  söz 
əzbərləyirdi.  Üç  aya  bu  ingilis  dilini 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə