Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə28/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   24   25   26   27   28   29   30   31   ...   90

64
№ 2 (14) Yay 2015 
 
öyrənməli  idi  ki,  öz  vətəndində  işə  düzələ 
bilsin.  
Tələbələrin 
lap 
zəhləsini 
tökmüşdü. Az qala çörək yeyə-yeyə də söz 
əzbərləyirdi.  İnanılmazdı.  Çünki  Qəmbər 
bəzən  bir  günə  yüz  söz  əzbərləyirdi.  Heç 
nəyə  baxmadan,  heç  nəyi  vecinə  almadan 
irəliləyirdi.  
Bu qızın xoşuna gəlmək üçün həm 
də  arıqlamalı  idi.  Ona  görə  də,  səhər  işə 
səkkizdə  getsəydi  də,  altıda  durmalı  olurdu 
ki, bir az qaçsın. Universiteti bitirsə də, bu 
hal yataqxanada qalanlar üçün qeyri-adi idi. 
Gözümüzün  qabağında    əriyib  gedirdi.  Bir 
neçə ayın içində  100 kq-a enmişdi. Çəkisi 
azaldıqca  ingiliscə  bildiyi  sözlərin  sayı 
artırdı.  
Beləcə,  üç  aya  Qəmbər  ingiliscə 
babat  danışır,  fikrini  deyir,  suallara  cavab 
verir,  bir  sözlə,  ünsiyyətə  girə  bilirdi.  Biz 
artıq  onun  yeni,  səviyyəli  bir  işə  düzəlmə 
arzusunu  və  Qəmbərə    verilən  sözü 
unutmuşduq.  O  isə  yorulmadan  işə  davam 
edirdi.  Artıq  kiçik  bədii  əsərlər  oxuyur, 
musiqi  dinləyir,  filmlərə  baxırdı.  Qanun 
Ümman demiş, bu “üzdə fağır kənd balası” 
tələbələrin heç bir əyləncəsinə qoşulmurdu. 
Sanki özünü tapmışdı. Çəkdiyi yeganə dərd 
vaxtından əvvəl ağarmış saçları idi. Yaş isə 
30-a yaxınlaşırdı.  
Bir  gün  yenə  12  kvadratlıq 
yataqxana  otağında  bayram  havası  var  idi. 
Bir  termos  qapağı,  iki  stəkan,  bir  kasadan 
istifadə  etdiyimiz  yataqxana  şəraitində  bizə 
də  “koka-kola” içmək  nəsib olmuşdu.  Həm 
də  bu  dəfə  yemək  bişirmək  üçün  mənşəyi 
bəlli  olmayan  budlardan  yox,  bütöv  toyuq 
almışdıq.  O  vaxtlar    dondurulmuş  bud 
toyuqdan    iki  dəfə  ucuz  olduğundan 
kasıblar  onu,  ortabablar  toyuq,  daha 
imkanlılar isə kənd toyuğu yeyirdilər.  
Amma    bu  dəfə  Qəmbər  toyuq 
almışdı.  Həmin  gün  bir  neçə  dostumuz  da 
otağımıza  gəlmişdi.  Məclis  tam  idi. 
Qəmbərin  BP  kimi  şirkətdə  işə  düzəlməyi 
böyük  hadisə  hesab  olunurdu.  Axı  bir  də 
adamsız  adamın  belə  bir  şirkətdə  işləməsi 
möcüzə idi. İndikindən fərqli olaraq, kimsə 
səni  tapşırmasaydı,  rüşvət  verməsəydin,  
kim idi işə düzəldən? Amma indi, maşallah, 
bacarırsansa,  imtahana  gir,  istənilən  dövlət 
qulluğunda işə düzəl.  
Yaxşıca 
yedik-içdik, 
dedik- 
güldük.  Səhər  Qəmbərin  aldığı  yeni 
kostyum,  qalstuk,  ayaqqabısını  geyməyini 
zarafat  edə-edə    seyr  etdik.  Elgün  özünü 
saxlaya  bilməyib,  –  “yəqin,  bundan  sonra 
əzilmiş pomidor yemərik”, – dedi.  
Qəmbər  özünü  lap  təzə  bəy  kimi 
hiss  edirdi.  Çəkdiyi  zəhmətin  bəhrəsini 
almışdı.  Həyat  həmişə  belədir.  İşləməyən 
dişləməz. O işlədi, işlədi, axırda da ingilisin 
dilini öyrənib, dünyaca tanınmış şirkətdə işə 
düzəldi.  Qəmbər  artıq  tələbələrin  fəxri  idi. 
Aralarında artıq bir nəfər  evdən gələn pula 
möhtac 
olmayacaq, 
diplomuna 
görə 
işləyəcək, şərəfli pul qazanacaqdı. Hamının  
bu dilə də, ingilisə də rəğbəti artmışdı. Qısa 
zamanda bütün tələbə dostlar dil öyrənərək, 
gələcəkdə  onun  köməyi  ilə  işə  düzəlmək   
xəyalı qururdular.  
Aradan bir neçə gün keçdi. Ondan 
işinin  nə olduğunu  soruşmaq  ağlımıza  belə 
gəlmirdi.  BP-  də  nə  iş  ola  bilərdi?!  Böyük 
neft şirkəti idi.  
Amma  bir  gün    aramızda  yaşca 
kiçiik  olan,  zarafatı  sevən,  yetənə  yetən, 
yetməyənə  bir  daş  atan  Elgün  bu  səssizliyi 
pozdu.  O,  yaşca  özündən  böyük  olduğu 
üçün Qəmbərə  “dayı” deyirdi. 
–  Dayı,  sən  demədin  axı,  nə 
işləyirsən? İşinin adı nədir? 
Dayı onu yola verməyə çalışsa da, 
hiss etdi ki, bütün tələbələrin gözü ondadır. 
Axırda  dözməyib  gördüyü  işi  dostlara 
utana-utana  danışdı.  Sən  demə,  dayı 
Stompeyin  binasında  yaşayan  ingilislərin 
itlərinə  baxırmış.  İtlər  ingiliscədən  başqa  
dil  bilmədiyi  üçün  onlara  baxan  şəxs 
hökmən  bu  dili  bilməliymiş.  Hələ  üstəlik, 
itlərə  baxmağı  öyrənmək  üçün  Qəmbər  bir 
ay  da  kursa  getməli  imiş.  Onların  dişini 
necə 
yumaq, 
necə 
gəzdirmək, 
necə 
çimizdirmək  mühüm məsələlər  imiş.  
Amma  bunun  müqabilində  xeyli 
pul alacaqmış: günə 10 dollar. Bunu eşidən 
tələbələr  məyus  olsalar  da,  aldığı  maaşın 
dövr üçün çox yüksək olduğunu düşünərək, 


                            Üç aylıq ədəbiyyat dərgisi 
65 
 
susdular.  Hətta,  –  “kişi  üçün  heç  nə  ayıb 
deyil  ki”,  –  deyib  ona  təsəlli  verməyə 
çalışdılar.  
Düzdür,  atalarımız  hər  zaman 
kişinin  dilənçilik  etməsindənsə,  fəhləlik 
etməsini daha uyğun hesab ediblər.  
Amma 
ingilis 
dilini 
zillətlə 
öyrənən  Qəmbər  indi  itlərə  baxır,  it  zülmü 
ilə  pul  qazanırdı.  Yəni  Qəmbər  artıq  itin 
dilini  bilirdi.  Amma    o  ağıllı  adam  idi. 
Yavaş-yavaş  biznesini  böyütdü.  Bir  it  yox, 
bir  neçə  itə  baxdı.  Hərdən  ingilislər  xaricə 
getdikləri 
üçün  müxtəlif  sort  itləri 
yataqxanaya da gətirdi. Bu ən çox Elmanın 
işinə  yarayırdı.  O,  itləri  gəzdirmək  üçün 
Qəmbərdən  alıb  Elmlər  Akademiyasının 
parkına gedər, gəzdirər, bununla da  qızların 
diqqətini  çəkərdi.  Qızlar  da  yaman    sirli 
məxluqlardılar.  Boylu-buxunlu  Elmanın 
üzünə  dünyanın  düz  vədəsində  baxmasalar 
da, bu eybəcər itlərə görə onunla həmsöhbət 
olurdular.  Bu  da  istər-istəməz  ona  yaman 
zövq  verirdi.  İtin  dilini  bilən  Qəmbər  itin 
hesabına  pul,  Elman  isə  qızların  yanında 
hörmət  qazanırdı.  Həm  də  milli  itin  yox, 
ingilisin itinin... 
 
RƏŞİD  BƏRG
ü
ŞADLI 
 
 
97 nömrəli marşrutun 
sərnişinləri 
      Bayaqdan  xarab  olan  bir    “Qazel”    
Bayıldakı  20-ci  sahənin  döngəsində  ilişib  
qalmışdı.    Üzlərindən    əsəb  yağan    naəlac  
sərnişinlər    yerə    tökülmüş    və    var-gəl  
edirdilər.    Özlərini    arxadan    gələn    97  
nömrəli    boş    mikroavtobusun    qabağına  
atıb,    bir  ağızdan    qışqıraraq    maşını  
saxlatdılar.    Tələm-tələsik    içəri    təpilib  
qapını    çırpdılar,    sürücüyə,    –    “Tez    sür,  
gecikmişik!”  –  deyib  oturacaqları  tələm-
tələsik  tutdular.  
       Hələ,  bir-iki  cavan  oğlan  ayaqüstə 
qaldı. Sərnişin basabasından sevinən sürücü 
qaza basdı. 
Bibiheybət  məscidinin  yanından  keçəndə  
elə  bil ki, bir uşağı cin vurdu –  qəfildən elə  
bəyirdi ki,  hamı   çönüb  ona  baxdı.   Uşaq  
gah  sakitləşir,  gah  da  qəfil  çimdik  yemiş  
kimi    dik    atılıb    təkrar    bağırırdı.  Hərdən  
də  toppuş  yumruqlarıyla  anasının  çiynini,  
sifətini  yumruqlayırdı.  Anası  onu  bağrına  
basıb  sakitləşdirir,  amma  aradan  bir  az 
keçmiş  yenə    də    uşağın  ciyiltisi  camaatın 
iliyinə  işləyirdi.  
      Uşaq  da  bir  uşaq  ola  –  düsərbaş, 
qapqara  qaraçı  balası  kimi  kir-pasağın 
içində,  saçları  pırtlaşıq,  sir-sifəti  qərtməkli 
bir  oğlan  uşağıydı.  3-4  yaşı  ancaq  olardı. 
Ağlamaqdan  gömgöy  göyərəndə  bir  yaşlı 
arvad əyildi gəlinə ki,  ay bala, bəlkə  acdır, 
ya sancısı var, bəlkə  çöpü qalıb..?  Gəlin də  
qanrılıb  arvada  dedi  ki,    qusmağı  gəlir, 
mədəsi  ağrıyır.  İndi  yan  oturacaqdakıların 
bir  gözü  uşaqdaydı:  “  Uşaq  indi  qusar,  bir 
azdan qusar, bircə üst-başımızı batırmasın”. 
      Lök-Batan    körpüsünün    yanınadək  
anası    uşağa    acıqlanırdı:    “us,    yoxsa  
əmilər  səni döyər!”  –  tutuquşu  kimi  eyni  
sözü    təkrarlayıb    adamı    lap    hövsələdən  
çıxarırdı.    Axırda    biçarə    gəlin,  ayaqüstə  
durub  söykəncəkdən  tutan  oğlana  çöndü  
k:  
        –    Əmisi,    zəhmət    olmazsa      uşağa  
çımxır,  bəlkə qorxudan  səsini  kəsə... 
         Zoruna   döndüyüm    oğlan    da,   uşağı  
necə  qorxutsa  yaxşıdır?  
        –    Sakit    ol,    yoxsa  qaçqınlara 
deyərəm, gəlib səni yeyərlər! 
        Haqq  üçünə    uşaq  səsini  azca 
kəsəntəhər  oldu.  Amma  arxadan  təvərə 
kepkalı bir kişi oğlana hikkəylə: 
        – 
Qaçqına 
nolub, 
ə! 
Qaçqın 
adamyeyəndi!? – dedi. 
       Elə  həngamə  də  bundan  sonra  başladı, 
həm də nə başladı. Oğlan: 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə