Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə32/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   28   29   30   31   32   33   34   35   ...   90

72
№ 2 (14) Yay 2015 
 
yox  ey,  bax  bunu  görərsiniz  –  baş 
barmağını 
iki 
barmağının 
arasından 
göstərdi. 
    Kəklik: 
   – Onu apar arvadına göstər, tərbiyəsiz! 
   –  Bu  il  nə  olursa  olsun,  “Komsomol”a 
çatmalıyıq və hələ ötməliyik də! 
    Kəklik: 
    –  Çatmağa  çatarıq,  ancaq  ötməyi  ağlım 
kəsmir. 
    – Niyə ötmürük ki!? Nəyin əskikdir? 
    Kəklik: 
    –  Ötsək,  iştanımızın  dalındakı  qırmızı 
yamağı görünəcək, ona görə. Anladın!? 
    Dursun: 
    – Sənin dilinin zadını... 
     Bu heynidə  üzüm  sahəsinin başında sarı 
“PAZ”  avtobusu  tozanaq  qaldırıb  saxladı, 
içindən  
kostyum-qalstuklu    8-9    kişi    düşdü.  
Dursun    nimdaş,    düyməsiz    pencəyinin  
yaxasını  qaydaya  
salıb avtobusa tərəf cumdu. 
     Kəklik Simavərə səsləndi: 
    –    Yoxlama  görən  kimi  gör  altına  necə 
batırır.  Qaç    qabaqlarına!  Gopla  ki,  hər 
hektardan  
filan    sentner    üzüm    gözləyirik,  
əməkçilərimiz  sovet  xalqına  öz  töhfəsini  
vermək  üçün  gecə-gündüz  əlindən  gələni  
edəcək...    Görüm    qırılsın    elə    bu    sovet  
xalqını  –  bizi  diz  üstə  qoydu.  
      -Ağız    nə    qədər    yeyirmiş    bu    sovet  
xalqı!    Eşşək    kimi    işləyirik,    yenə    də  
qarnı  doymur  bu  gözü  çıxmış xalqın! Gör 
nə qədər çiçəyi burnunda qız-gəlinimiz qısır 
qaldı bu üzümlüklərdə... 
     Simavər: 
     –  Aaz    dilini    dinc    saxla,    vallah    səni  
qazamata    salacaqlar.  Qız,    deyəsən    bu  
gələnlər  
yoxlamaya  oxşamır  axı.  Əllərində  nəysə 
yekə 
çamadanları 
var...Bəlkə 
yenə 
tilvizordandılar? 
      Məktəblilərdən    kimsə    görünür    üzüm  
yığımına    ilk    dəfəydi    gəlirdi.    Tənək  
yarpağının 
üstündəki  göydaş  tozunu  Kəkliyə  göstərib 
soruşdu: – Xala, bu göy şey nədir?  
     Simavər  önlüyü  ilə  uşağın  əlini  silib, 
istehza ilə: 
    –    Baldı    dayna    bala,    dürməklə,    ye!  
Zəhərdi,  zəhər!  Yesən,  evlənəndə  uşağın  
olmayacaq!  
Üzüm  yemə!  –  dedisə  də,  bir  gözü  gələn 
qonaqlarda  idi.  Kəklik  cızdan  çıxıb  üzüm 
dolu vedrəni  
sahənin başındakı badyaya töküb gələnlərin 
yanına dartındı. 
      Sədr    gələn  qonaqlara  çatıb,    “Ay  xoş 
gəlmisiniz,  buyurun,  buyurun...”    –    əl 
uzadıb bir-bir  
görüşdü. 
     Gələnlərin  içində  şux  geyimli  olanı 
qaşqabağını salladı: 
    –  Cərə  gəldik,  cəhənnəmə  gəldik...  Ver 
vedrələri görək! Hardan başlayaq? 
    Dursun çaşdı: 
    – Zad eləginən.., nə verim dedin? 
     – Vedrə! 
    – Şeyi neynirsiniz? 
    – Burda neyləyərlər, çalıb-oxumayacağıq 
ki! Üzüm yığacağıq! 
    – Qanammadım... 
    – Əşşi yoldan tutub göndəriblər ki, üzüm 
yığaq! 
    Sədr işin nə yerdə olduğunu indi anlayıb 
bağırd: 
        – Kəklik, ay Kəklik! 
       Kəklik 
düz 
sədrin 
arxasında 
dayanmışdı. 
      –  Bu  gədələrin  hərəsinin  əlinə  bir  şey 
ver  –  vedrə,  hərəsinə  də  bir  cız,  qoy  üzüm 
yığsınlar. 
      Kəklik: 
     –  Bu  kostyumda,  qalstukda  da  üzüm 
yığarlar heç? 
     –  A  sənin  zadın  qurusun!  Sənə  nə  var 
olar,  ya  olmaz!  Yoldaş  Səlimov  “olar” 
deyirsə, demək  
olar! 
     Sonra üzünü qonaqlara tutdu: 
     – Kimsiniz, anışdıra bilmədim sizi... 
     –  Qara yola, qara saata rayonunuza toya 
gəlmişdik    –    musiqiçilərik.  Ağdamdan 
gəlmişik.  


                            Üç aylıq ədəbiyyat dərgisi 
73 
 
Yolda milislər bizi tutub basdı avtobusa ki, 
–    “prokurorun  göstərişi  var  –    rayonda 
üzüm yığımı  
vaxtı    toy    eləmək    qadağandır,    gedin  
üzüm  normanızı  yığın,  axşam  isə  gedib  
toyunuzu  
çalarsınız”... 
      Sədri    gülmək    tutdu,    Ay    alım    ağrını  
belə  prokuror.  Ə..,  ə,  kişi  belə  olar  ey!  
Vallah  
yoldaş  Əzizov  kimilər  olmasa,  Kəklik 
kimilərin  qaqqıltısı  bu  hökuməti  çoxdan 
yıxıb dağıtmışdı. 
     Simavər tənəklikdən Kəkliyə çığırdı: 
    – Az, nooldu, kimdilər? 
    Kəklik: 
   –    Manıslardır,    indi    çalajaxlar...    A  
Simavər,    Göyərçini,    Qumrunu,    Tovuzu  
da  çağır  gəlin  
bura... 
     Müğənni: 
    – Ə bunların hamısı quşdu ki... 
     Kəklik ona çəpəki baxıb üstünə cöjüd: – 
“Quş sənin anandı! 
     Müğənni iki addım geri çəkildi: – “Xala, 
türkün məsəli... 
    – Ə, belə türkün də, lap sənin də... 
    –  Hamınızın  adı  quş  adıdır,  elə  demək 
istəmişdim... 
     Kəklik lap özündən çıxdı: 
    –    Nədi,    ot-ələf    adı    qoysunlar?    Bəlkə  
yemilik,    quzqulaq,    xincilovuz,    çiriş  
qoyaq    adımızı?!  Yoxsa,  inək,  keçi, 
qoyun..? 
    Dursun: 
    –  Qudurma  ay  qız!  Həddini  bil! 
Kişilərdən  ayıbdır.  Amma  Çiriş,  yaxşı 
oğlan adıdır... 
    –  Onda  nəvən  olanda  adını  Çiriş 
qoyarsan!  
     Nağaraçı    ağ    kapron    dərili    nağarasını  
açanda    nəzərlər    günəş    şüasından  
parıldayan  
nağaraya yönəldi. Dursun əlini əlinə vurdu: 
    – Bu nə nağaradı əyə, burdan baxanda, o 
yanı  görünür.  Buna  zopa  vursan  ortadan 
bölünər. 
    Nağaraçı: 
    –  Əmi  bu  rus  nağarasıdır,  bunu  əllə 
çalırlar, çubuqla yox. 
    –    Bir  şapalaq  vur  görüm,    ə    o  urvatsız 
rus  zadına.    Deyirlər    onların  elə    hər  zadı 
belə  nazik  
olur. 
      Nağaraçı    ritmik    bir    nömrə    nümayiş  
etdirdi.  Sədr  çönüb, “Aaaz  Qumru,  şeyin  
səsi  ora  
gəlir!?” qışqırdı. 
     Qumru: 
     –  Yox  a  sədr,  elə-belə  bir  dıppıltı  gəldi. 
Kəklik ayaqyoluna gedəndə bundan gur səs 
çıxarır, 

üzümlükdəki 
qız-gəlinlərin 
hamısı 
şaqqanaq çəkib gülüşdülər. 
      Sədr: 
     –    Uşaqların    birini    yolla    o  
uşaqəmizdirən  Qoşəllədi,  nə  zibildi,  onun  
yanına    –    atla    gedib  nağaraçı  Canbaxışı 
ayıqdırsa diri tutub gətirsin bura. 
     Qumru: 
    – Baş üstə, Dursun qağa! 
    Musiqiçi,  başqa  sənət  yoldaşını  istəməz. 
Odur ki, nağaraçı nigarançılıqla soruşdu: 
    –  Əmi  sizin  bu  qoşalülə  dediyiniz  də 
nağaraçalandır? 
    –    Yox,  Qoşəllə    briqadirimizdir    –    əl 
buyruqçumuzdur.  Bax    Canbaxış,    özün 
görəcəksən necə  nağaraçalandır. 
      Aradan  bir  xeyli  keçdi.  Musiqiçilər 
çalğı  alətlərini  yerbəyer  edənədək  dəstəyə 
iki  
atlı  yaxınlaşdı  –  biri  Qoşəllə,  digəri  isə 
Canbaxış idi. Sədr Qoşəlləni görcək üstünə 
çımxırdı: 
     –    Ə,    lülə,  sən  yenə    arvadların 
tumanının  yanını  kəsdirib  durmusan?  Ədə,  
vallah bu kənddə 
sənə    oxşayan  bir  uşaq  doğulsa    ha,    səni 
xıncım-xıncım  edəcəklər.  Camaat  qız-
gəlini, arvadlarını  
etibar edib işə  göndərir, sən də  bütün günü 
onların 
tuman 
soyunmağına, 
uşaq  
əmizdirməyinə 
baxırsan, ay ütük!? 
      Qoşəllə: 
     – Yoldaş sədr, Tovuz bacı xahiş elədi ki, 
yemək yeyənə qədər körpəni saxlayım... 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə