Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə40/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   36   37   38   39   40   41   42   43   ...   90

88
№ 2 (14) Yay 2015 
 
ki, yuxuda bir adamın ölməyini görmək 
onun  uzun  yaşayacağına  işarə  imiş. 
Biraz  sanki  rahatlandı.  Ayağa  qalxıb 
hamam  otağına  keçdi.  Əlini-üzünü, 
başını yudu. İki gün sonra atası Bakıya 
gələcəkdi.  Atasını  qarşılayacaq  və  bir 
neçə  günü  onunla  bir  yerdə  olacaqdı. 
İndi o günü səbirsizliklə gözləyirdi.. 
 
 
 
 
Ə
Ə Ə
 
    Göydən  yerə  od  ələnirdi.  Nəfəs 
almaq  yaşamaq  qədər  çətin  idi. 
Avtobusa  çatmaqdan  ötrü  yüz  metr 
qaçdığım  üçün  paçamın  arası,  belim, 
qoltuğumun  altı  yamanca  tərləmiş,  ağ 
rəngli,  ucuz  sintetik  köynəyim  dərimə 
yapışmışdı.  Avtobusa  minib  başqa 
yerlər  dolu  olduğu  üçün  qırmızı 
köynək,  ağ  rəngli  ətək  geyinmiş, 
sarışın, azca kök və olduqca gözəl olan, 
sağ  ayağı  gipsə  salınmış  qızın  yanına 
əyləşdim.  Əlimlə  yaxamı  dartıb  içəri 
üfürməyə  başladım  ki,  tərim  qurusun, 
sərinləyim.  Özümə  gələndən  sonra 
kitabımı  açdım  və  oxumağa  başladım. 
Olduqca  kədərli  bir  roman  idi  və  mən 
bütünlüklə  əsərin  içində  itib-batmış, 
harada olduğumu  unutmuşdum.  İctimai 
nəqliyyatdan  istifadə  etdiyim  zaman 
azca  ucadan  oxuyuram  ki,  səs-küy 
içimdən  oxumağa  maneə  olur.  Məni 
kitabdan  yanımda  əyləşmiş  qızın  səsi 
ayırdı.  Ağlayırdı.  İlk  öncə  fikir 
verməməyə  çalışdım.  Düşündüm  ki, 
yəqin  ayağı  ağrıyır,  ona  görə  hisslərinə 
hakim  ola  bilmir.  Mənim  də  başıma 
gəlib.  Dişim  ağrıdığından  gecə  səhərə 
yatmamış,  uşaq  kimi  ağlamışam. 
Yenidən  kitaba  qayıtdım.  Ancaq  nə 
illah  edirdimsə  diqqətimi  cəmləyə 
bilmirdim.  Qızın  totuq  əlləri  ilə  üzünü 
qapamağa  çalışması,  səs  eləməmək 
üçün  nəfəsini  içində  saxlamağı  qanımı 
qaraltdı.  Uşaqlıqdan  adətim  var,  bir 
insan  ağladımı  laqeyd  ola  bilmirəm, 
əlimdən  gələn  qədər  kömək  etməyə, 
yardımçı  olmağa  çalışıram.  Bəzən 
səbəbini  bilməsəm  də  həmin  adama 
qoşulub ağlayıram, Həmin adam ən qatı 
düşmənim  olsa  belə  biganə  qala 
bilmərəm. 
Diqqətlə 
qıza  baxanda 
anladım  ki,  o  fiziki  yox,  mənəvi  ağrı 
çəkir.  Fiziki  ağrı  çəkənlə,  məni  ağrı 
çəkən  fərqli  tərzdə  ağlayırlar.  Fiziki 
ağrı  çəkənlər  üzlərini  turşudurlar, 
mənəvi  ağrı  çəkənlər  isə  ya  hıçqıraraq 
ağlayır,  ya  da  göz  yaşları  səssiz-səssiz 
yanaqlarından  süzülür.  Düşündüm  ki, 
bəlkə  qohumlarından,  ata-anasından 
kimsə  vəfat  edib,  ya  da  sevdiyi 
insandan  ayrılıb,  bəlkə  iti-pişiyi  ölüb. 
Mənim itim öləndə bir həftə depressiya 
keçirmişdim.  Bəlkə  də    həlli  olmayan 
və  ya  çox  çətin  olan  bir  problemi  var, 
bəlkə  də,  bir  kimsəsi  yoxdu,  yetim 
qızdı. İnsanın ağlına yüz fikir gəlir o an. 
Təsəvvürümdə  canlandırdım  ki,  qız 
yetimdi,  gedəcək  yeri  yoxdu.  Mən  də 
onu 
evimizə 
aparıram.  İlk  öncə 
valideynlərim  qəzəblənir  və  mən  çox 


                            Üç aylıq ədəbiyyat dərgisi 
89 
 
təsirli  bir  nitq  söyləyib  onları  razı 
salıram, qız da bizlə yaşamağa başlayır, 
sonra  o  qıza  aşiq  oluram,  o  da  mənə. 
Evlənirik və uşaqlarımız olur. Ya da qız 
qəddar  bir  mafiyanın  əlinə  keçib,  bir 
xeyli 
borcu 
var, 
qaytarmasa 
öldürəcəklər, mən də qıza kömək olmaq 
üçün  bütün  kitablarımı  satıb  həmin 
pulla  qumar  oynayıb  bir  xeyli  pul 
qazanaraq  qızın  borcunu  qaytarıram. 
Sonra  qız  mənə  aşiq  olur,  evlənirik, 
uşaqlarımız  olur.  Həmin  an  ağlıma  bir 
neçə  belə  variant  gəldi.  Ümumiyyətlə 
xəyal  qurmağı  sevən  insanam.  O  qədər 
belə  xəyyallar  qurmuşam.  Sayı-hesabı 
yoxdu.  Cavabsız  suallar  sümüyə 
dirənən bıçaq kimi dirənmişdi beynimə. 
Qızla  danışmasaydım,  heç  cür  kömək  
edə 
bilməyəcəkdim. 
Cəsarətimi 
toplamaq  üçün  üç dəfə dərindən nəfəs 
alıb-verdim.  Bir  neçə  dəfə  udqundum 
və  ikimizin  eşidəcəyi  bir  səs  tonu  ilə 
qıza dedim: 
    -Xanım,  bayaqdan  sizə  fikir  verirəm 
və  ağladığınızı  görürəm.  Bu  mənim 
içimi  parçalayır.  Sizə  kömək  etmək  
istəyirəm. 
Lütfən 
məni 
yanlış 
anlamayın. 
     Qız  başını  qaldırıb  ağlamaqdan 
qıpqırmızı  olmuş  gözlərini  gözlərimə 
zillədi  və  heç  nə  dəmədən  daha  da 
şiddətlə  ağlamağa  başladı.  Sanki, 
qəlbimə  dağ  çəkdilər,  qarnıma  xəncər 
soxdular.  “Bu  qızın  dərdini-azarını 
mənə  ver,  ilahi.  Sən  ki,  heç  kəsi 
daşıdığından  artıq  yüklə  yükləməzsən, 
tanrım”,  -  dedim  öz-özümə.  Özümü 
toparlayıb davam etdim: 
     -Bilirəm,  bir  insan  cəmiyyət  içində 
ağlayırsa, demək ki, dərdi balaca deyil. 
Bəlkə  də,  çox  böyük  bir  acınız  var,  ən 
yaxın  adamınızı  itirmisiniz,  bəlkə  də 
məni  kiməsə  bənzətdiniz  və  yaranız 
təzələndi.  Hər  şey  ola  bilər.  Çox  xahiş 
edirəm,  mənə  danışın,  əlimdən  gələn 
qədər kömək edəcəyəm sizə.  
     Qız 
mənə 
cavab 
vermədən  
ağlamağa  davam  edirdi.  Bilmirdim  nə 
edim.  
    -Siz  iradəli  və  güclü  olmalısınız. 
Acınız nədirsə bir gün  mütləq  dinəcək, 
yaralarınızın  yeri  qaysaqlanacaq.  İnsan 
torpaq 
kimi 
olmalıdı, 
əzildikcə 
bərkiməlidi.  Heç  nəyə  görə  həyatdan 
küsməyə  dəyməz.  Ümid  sonda  ölür. 
İnsanı  öldürməyən  acı  onu  gücləndirir. 
Xahiş  edirəm  ağlamayın  daha.  Silin 
gözlərinizi.  
     Qız  mənim  dediklərimi  eşitmirmiş 
kimi başını aşağı salıb ağlamağında idi. 
Beynimi  işə  salıb  bir  zamanlar  çox 
oxuduğum 
və 
heç 
bir 
xeyrini 
görmədiyim  fərdi  inkişaf  kitablarından 
sitatlar  xatırlamağa  çalışdım,  çox  
təəssüf  ki,  ağlıma  bu  şablon,  təsirini 
itirmiş cümlələr gəldi: 
     -Hansı  vəziyyətdə  olursanız  olun, 
sizin 
yerinizdə 
olmaq 
istəyən 
milyonlarla insan var. Günəşin doğduğu 
an  qaranlığın  ən  qatı  olduğu  zamandan 
bir  az  sonrakı  zamandı.  Ağlamayın 
xahiş edirəm. Danışın mənə. Xoşbəxtlik 
paylaşdıqca  çoxaldığı  kimi,bədbəxtlik 
də paylaşdıqca azalır.  
 
    Qız, 
nəhayət, 
başını 
qaldırdı, 
dünyanın  bütün  kədərini  sorub  canına 
çəkmiş  gözləri  ilə  mənə  baxdı. 
Ağlamaqdan  yanaqları  və  burnu 
qızarmışdı, 
dayanmadan 
burnunun 
suyunu  içəri  çəkirdi.  Nəsə  demək 
istəyirdi,  ancaq    nəyəsə  görə  tərəddüd 
edirdi. 
    -Xahiş  edirəm  çəkinməyin,  mənə 
inana bilərsiniz.  
    Qəlbimə  ümid  doldu,  hiss  etdim  ki, 
qız  danışmaq  istəyir.  Nəyahət,  danışdı, 
səsi xoş və məlahətli idi.  


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə