Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə43/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   39   40   41   42   43   44   45   46   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
95 
 
      Mən 
oldum 
ataya 
nə 
iş 
gördüyündən  xəbərsiz,  diplomu  ilə 
öyündüyü  bir  övlad,  anaya  xeyirsiz  bir 
qiz,  baciya  varlığı  ilə  yoxluğunun  heç 
bir  fərqi  olmayan  ailə  üzvü,  qardaşa 
başını  sığallayıb  hərdən  qumbarasına 
qəpik atan bacı. 
     Ailə  qurmadan  gəlin  oldum  həyat 
yoldaşımın  bütün  nəslinə  kəbinlənmək 
üçün,  ana  oldum  övlad  dünyaya 
gətirmədən onları qorumaq üçün. 
   Qapının  taqqıltısı  düşüncələrinin  bir 
anda uçmasına kifayət etdi. 
   -Buyurun. 
   -Xanım,  növbəti  nömrə  sizindir, 
tələsin. 
 
 
                                                    
ŞƏHRİYYƏ  
QƏZƏNFƏRQIZI
 
  
 
 
GÖRƏSƏN, BU D

YUXUDUR? 
 
   -Göydən bir ulduz sürüşüb düşdü. 
   -Əlini  aç,  ovcuna  düşsün.  Qorxma, 
əlini yandırmaz. 
   -İçindəki  rənglərə  bax.  Uzaqdan 
göründüyü  kimi  deyil.  Dünyanın  bütün 
rəngləri toplaşıb bir  ulduzun içində. 
    -Bax, mənim rəngim də var. 
    -Hansı rəngdi elə? 
    -Çəhrayı. 
    -Mənə  eynək  ver,  işığı  gözümü 
qamaşdırır. 
      Ulduzun göydəki yeri qırmızı zolaq 
kimi 
qalmışdı. 
Çox 
vahiməli 
görünürdü.  Diqqətlə  baxanda  ilana 
bənzəyirdi.  İlanın  başı  insan  başı  idi. 
Kinayəli gülürdü.  
     -Bacı, 
bəlkə, 
bu, 
əsərlərdə  
oxuduğumuz mifik qüvvələrdi? 
     -Bilmirəm. Bəlkə də. 
      Ulduzun 
axması 
yavaş-yavaş 
zülmət 
qaranlığı 
gətirdi. 
Zülmət 
içindəki  sonsuz  ümidlər  də  ölürdü. 
Yaşanmış hər şey bitdi. Ruhlar cisimləri 
tərk edib göydəki ulduzun yerini aldılar. 
Səmadan  yenicə  yaranan  dünyaya 
tamaşa  edirdilər.  Bu  ruhların  arasında 
mən də varammı?  
       Səhər 
yuxudan  ayılanda  çox 
gümrah 
idim. 
Doyunca 
yatmış, 
bədənimdəki 
bütün 
yorğunluqları 
çıxarmışdım.  Yuxudan  ayılan  kimi 
gözlərim dərhal açıldı. Bu mənim üçün 
görünməmiş  hal  idi.  Yatağımda  artıq 
qalmaq  istəmədim.  Pəncərədən    gün 
otağa şığıyırdı.  Yerimdən durub vanna 
otağına  keçmək  istəyəndə    stolun 
üstündəki 
kitaba 
gözüm 
sataşdı.  
Üstündə  “  Ölüm”  yazılmışdı.    Kitab  “ 
məni  al,  vərəqlə”  deyirdi.  Kitaba 
yaxınlaşana  kimi  beynimdə  bir  neçə 
sual  doğdu.    Bu  kitab  burda  hardandı? 
Niyə  belə  gözəl  havada  heç  kim 
yuxudan  oyanmayıb?  Kitabı  əlimə 
aldım. Üstündə qırmızı ilan şəkli vardı.  
Kitabı  vərəqlədim.  Səhifələri  ağ  idi. 
Heç bir yazı yox idi. Maraq məni daha 
da  bürüdü.  Bir anlıq yuxuda  olduğumu 
düşündüm. Özümü çimdiklədim. Yoxsa 
bu realdır? 
      -Bacı,hardasan?    deyə  səsləndim. 
Səsimə  səs  verən  olmadı.  Qapını  açıb 


96
№ 2 (14) Yay 2015 
 
dəhlizə 
çıxdım. 
Sakitçilik 
hökm 
sürürdü.  Dəhlizin  içindən  yeni  bir  qapı 
peyda oldu. Diksindim. Bu nədir axı? 
      -Bacı,  çox  qorxuram.  Hardasan? 
Yanıma gəl, noolar. 
     Bir  anda  divarlarda  qırmızı  ilanların 
süründüyünü  gördüm.  Mənə  baxıb 
gülürdülər.  
     -Gəlməyin 
yanıma. 
Mənə 
toxunmayın, -deyib ağlamağa başladım. 
Tez  qapını  çırpıb  evdən  eşiyə  çıxdım. 
Küçələrdə  heç  kim  yox  idi.    Binaların 
dibi  ilə  qırmızı  ilanlar  sürünürdülər. 
Qarşıdakı  dükan  açıq  idi.  Tez  qaçıb 
özümü dükana saldım. 
    -Salam, İbad əmi. Mənə çörək ver də 

    -Salam, oğlum, necəsən? 
     Başımı  qaldırıb  piştaxtanın  arxasına 
boylandım.  İbad  əminin  özünü  görə 
bilmədim. Yalnız səsi gəlirdi. 
     -İbad  əmi,  pulu  götür,  -  deyib 
pəncəm  üstə  qalxıb  əlimi  uzatdım.  O,  
piştaxtanın  arxasından  göründü.  Sanki 
oturmuşdu,  ayağa  qalxırdı.  Bir  anlıq 
onun  daha  çox  yuxarı  qalxdığının 
fərqinə  vardım.  Aman  Allah,  İbad 
əminin bədəni yarıyacan ilanın ağzında 
idi. Var gücümlə qışqırmağa başladım. 
     Yuxudan  oyananda  bir  müddət 
çarpayıdan dura bilmədim. Ayaqlarımın 
məni  üstündə  saxlamayacaqlarını  hiss 
edirdim. Çarpayının yanındakı güzgünü 
götürüb  özümə  baxanda  dodaqlarımın 
şişdiyini gördüm. Qorxudan dodaqlarım 
uçuqlamışdı.  Çox  səssiz  idim.  Özümə 
qapanmışdım.  Mənə  verilən  suallara 
başımla  cavab  verib  keçirdim.  Sanki 
başqa  bir  insan  idim.  Özümü  belə 
tanımırdım. 
Həyət 
başmaqlarımı 
geyinib bağçaya çıxdım.  
      Nənəm  həmişəki  kimi  çəpərdə  nəsə 
qurdalanırdı. 
Axsaq 
ayağı 
ilə 
haralardansa  çör-çöp  yığıb  çəpərə 
dürtürdü.  
    -Ay  nənə,  səhər  tezdən  nədir  yenə 
özünü  işə  vermisən?  -deyib  ona 
yaxınlaşdım. 
     Nənəm  deyinə-deyinə  danışmağa 
başladı. 
    -Neyləyim,  mən  etməyim  kim  etsin? 
Yekə  kişisən  də  gəl  mənə  kömək  et. 
Əgər mən də sizin kimi günortaya kimi 
yatsaydım,  bu  ərazini  qonum-qonşu 
çoxdan əlimdən almışdı. Mənəm ki, kişi 
kimi  onlarla  dirəşdim,  bir  əlçə  yer  də 
vermədim  onlara.  Yoxsa  başsız  qadın 
görüb hamısı torpağıma göz dikmişdi. 
    Nənəm  danışdıqca  qızışır,elə  tez-tez 
çör-çöpü  çəpərə  soxurdu  ki,  o,  yeri 
hardan tapırdı hələ də anlamıram. 
    -Yaxşı, ay nənə, az deyin. Səhər hələ 
indi açılıb. Günorta hardan oldu? 
    Nənəm çönüb üzümə baxanda birdən 
diksindi.  
    -Oy  nənən  ölsün.  Noolub  sənə? 
Xəstələnmisən?  Günün  altında  durma, 
keç evə. 
     Nənəm  bir  əliylə  əl  ağacını,  bir 
əliylə də məni tutub öz-özünə deyinirdi 
“ Səhər tezdən də belə isti olar? Elə bil 
günün  günortasıdır.  Əsl  ilan  qaynaşan 
vaxtdır”. 
    İlanın  adını  eşidən  kimi  elə  bil  məni 
də ilan sancdı. Yuxunun təsirindən ayıla 
bilmirdim.Yemək  də  yemədən  otağıma 
çəkildim.  Kitab  rəfindən  kitablardan 
götürüb vərəqləməyə başladım. Əslində 
yeni  bir  kitab  yox  idi,  hamısını 
oxumuşdum.  Sadəcə  nə  iləsə  başımı 
qatmaq  istəyirdim.  Gözüm  yuxuda 
gördüyüm  kitabı  axtarırdı  “  Ölüm”.  “ 
Bəlkə,  məndə  belə  bir  kitab  var, 
xatırlamıram?”  Dəli  kimi    kitabların 
arasından    kitabı  axtarırdım.  Yox  idi. 
Yerimdə  bir  qərar  tuta  bilməyib 
yenidən  bağçaya  çıxdım.  Həyətin 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə