Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə44/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   40   41   42   43   44   45   46   47   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
97 
 
ortasında  böyük  bir  qoz  ağacı  vardı. 
İllər  öncə  dayım    ağacın  kölgəsində 
yuxuya  getmişdi.  Ondan  sonra  halı 
pisləşdi.  İki  günün  içində  dünyasını 
dəyişdi. Dərdini də bilən olmadı. 
       Kəndin qoca qarıları “ qoz ağacının 
altında  yatmaq  olmaz,  insana  ölüm 
gətirir”  deyirdilər.  O  gündən  sonra 
nənəm  o  ağacı  kəsdirdi.  Yerində  iri  bir 
kötük  qalmışdı.  Doğrudan  da,  o 
kötüyün  üstündə  belə  oturanda  insanı 
yuxu tuturdu. 
  Gəlib  kötüyün  üstündə  oturub  dayımı 
düşündüm.  Onunla  gözəl  günlərimiz 
keçmişdi.  Birdən  gözüm  qamaşdı.  Elə 
bildim  gözümə  güzgüdən  işıq  saldılar. 
Əllərimlə  üzümü  tutdum.  Gözümü 
açanda  qarşımda  iri,  bəzəkli  bir  ilan 
dayanmışdı.    Nitqim  qurudu.  Bütün 
bədənim  keyidi.  Gözümü  ilandan  çəkə 
bilmirdim.    Bir  anlıq  düşündüm  ki, 
ilana  üstündə  bütün  rənglərdən  bəzək 
çəkilmiş  qırmızı  atlas  geyindiriblər. 
Əlim-ayağım boşalmışdı.  İlanın  gözləri 
insan gözünə bənzəyirdi.  Mənə dikilib 
qalmışdı. 
Qorxudan 
nəfəsimi 
saxlamışdım.Gözümü  yumub  dərindən 
bir  ah  çəkdim.  Allahımdan  kömək 
istəyirdim.  Gözümü  açanda  ilanın 
sürüşüb 
çəpərdən 
qonşu 
həyətə 
keçdiyini gördüm.  Bilmirdim qorxudan 
ağlayım, ya sağ qaldığım üçün sevinim. 
Məni  gülmək  belə  tutdu.  Deməli, 
çəpərdə  hələ  də  çör-çöp  soxmağa  yer 
var. 
 Ayağa  durub  evə  getmək  istəyəndə 
İbad  əmigildən  qışqırıq  səsləri  gəldi. 
Qoca 
anası 
“ilan 
qardaşlarının 
qisasasını 
balamdan 
aldı” 
deyib 
ağlayırdı. 
Qışqırıq  səsləri  yaxınlaşırdı.  Qapının 
bərk döyülməsinə yuxudan ayıldım. 
    -Ay  bala,  gün  günorta  oldu.  Bəs  biz 
bazara nə vaxt gedəcəyik? 
    Qışqıran  İbad  əmi  idi.  Tez  paltarımı 
geyinib qapını açdım. 
   -Bağışla,  əmi,  yatıb  qalmışam.  Gəl 
gedək. 
   Qapıdan 
çıxdıq.Çəpərin  yanından 
keçərkən  gözlərim  qamaşdı.  Görəsən, 
bu da mı yuxudur? 
 
 
ÇİNARƏ  OMRAY
 
 
 
 
TUT AĞACINININ 
NAĞILI
 
        
 
       Mən 
anamın 
qabırğasından 
yaranmışdım... 
      Nəriman  kişi  məni  Ermənistanın 
Gorus 
rayonundan 
dostugilin 
həyətindəki 
anamın 
qabırğasından 
qoparıb 
gətirmişdi 
Qubadlıya. 
Körpəydim 
onda. 
Kölgəmizdə 
əyləşmişdilər,  çay  içirdilər.  Nəriman 
kişi bizim ev sahibinə dedi ki: 
-
 
Nə qəşəng tutdu bu. 
-
 
Hə  xar  tutdu.  Qəşəng  meyvəsi 
olur. 
     Elə anamın kötüyü  onda sancmışdı. 
Şüpələnmişdi. Bizə dedi ki, bala birinizi 
məndən 
qoparıb 
aparacaqlar. 
Hamımızın  bir  anlıq  canına  üşütmə 
düşmüşdü. 
Necə 
titrədiksə 


98
№ 2 (14) Yay 2015 
 
yarpaqlarımız  xışıldadı.  Bu  ayrılıq 
mənim  payıma  düşmüdü.  Məni  hələ 
uşaq ikən qoparıb apardılar. 
     Amma  adamın  üstündə  Allah  var, 
çox  əziyətimi  çəkmişdilər.  Məni  bu 
yeni  insan  dostum  körpə  uşaq  kimi 
əzizləyirdi.  Düz  bağın  ortasına  gün 
tutan 
yerə 
basdırmışdı.  Suyumu, 
gübrəmi də vaxtı-vaxtında verirdi. Hiss 
edirdim, 
ətrafdakı  ağac  doslarım 
paxıllığımı çəkirdilər. Burda  tanıdığım 
tək  o  insan  dostum  idi.  Qalan  ev 
yiyələrindən  heç  kimi    tanımırdım.  Bir 
müddət  bura  uyğunlaşana  qədər  çox 
əziyətlər  çəkdim  .  Çünki    mənə  qayğı 
başqa idi. İnsan dostum demişdi:  
-
 
Bu ağacı Gorusdan gətirmişəm.  
Elə  qulluq  edin  ki,  bura 
uyğunlaşa  bilsin,  torpağımıza 
kök sala bilsin. 
     O  üzdən  nazımla  çox  oynayırdılar. 
Yaxın  ağaclar  isə  bunu  qəbul  edə 
bilmirdi.  Körpə  idim  hələ,  torpaqda 
köküm  də  yox  idi.  Anasız  yetim  kimi 
hiss  edirdim  özümü.  Məndən  biraz 
uzaqdaki sağ tərəfimdə dayanan bir ərik 
ağacı  vardı.  Hər  külək  əsəndə  küləyi 
bəhanə edib əl qolu ilə məni itələməyə, 
yıxmağa cəhd edirdi. 
      Bir  dəfə  bacardı  da  bunu.  Dəhşətli 
bir  külək  əsmişdi.  Ayaqda  güclə 
dayanırdım.  Bundan  istifadə  edən  ərik 
ağacı  məni  o  ağır  qolu  ilə  necə 
vurmuşdusa, üzü üstə yıxılmışdım yerə. 

qədər 
ağlamışdım    o  gecə! 
Küsmüşdüm  həyatdan.  Amma  gecənin 
bir  yarısı  Nəriman  kişi  əlində  fanarla 
mənə  baxmağa  gəldiyini  görmüşdüm. 
Həmən  an  ona  nifrətlə  baxırdım.  Məni 
anamdan  ayırıb  bura  gətirən  o  idi. 
Mənim 
nə 
işim  vardı  axı  bu 
tanımadığım,  mənə  yad  münasibətlə 
yanaşan bu yekə ağacların arasında. Söz 
vermişdim: 
intihar 
edəcəm, 
kök 
atmıyacam burda. 
     Sabah  açıldı,  elə  bil  axşamkı  tufan 
olmayıb  heç.  Amma  bağa  və  ağaclara 
baxanda  axşam  burda  olanlar  açıq-
aydın  görünürdü.  Həmən  əriyin  də  
böyük    bir  qolunu  qırmışdı  külək. 
Anamın ahı idi o külək. Məni yıxdığını 
duymuşdu anam və necə ah çəkmişdisə,  
o  əriyin    də  böyük  bir  qolu  qırılıb 
düşmüşdü yanına. 
       Bu  həyətdə  qalmağımın  yeganə 
səbəbi  İnsan  dostum  olmuşdu,  bir  də  o 
salxım  söyüd.  Məni  o  bağdan  çıxarıb 
hətdə  söyüd  ağacının  yanında  əkmişdi. 
Mənə    körpə  balası  kimi    qayğı 
göstərirdi. Hərdən oturub dərdləşirdi də 
mənlə.  Sevdiyi  qızdan  danışırdı  mənə. 
Ona  bağlanıb  qaldım  bu  həyətdə.  O 
söyüd  də  mənə  ana  oldu  orda.  Biraz 
meh  əsən  kimi  əli  ilə,  ana  nəvazişi  ilə 
saçımı saığallıyardı. 
      Beləcə  fəsillər  ötdü  və  mən  heç 
özüm  də  bilmədən  kök  salmışdım.  İlk 
barımı  verəndə    İnsan  dostum  
yarpaqlarımı  öpürdü  sevindiyindən. 
Nələrin  şahidi  olmadım  bu  həyətdə. 
Sevdiyi  o  qızı  gəlin  gətirmişdi.  Həmən 
gecə  gəlib  yanımda  oturmuşdular  hər 
ikisi. Düz gecənin yarısına qədər söhbət 
etmişdilər.  Məni  tanış  etmişdi  İnsan  
sevdiyi  qız  ilə.  Sonra  gələcəklə  bağlı 
xəyallar  qurmuşdular  həmən  gecə.  Bu 
həyətdə yas da gördüm, toy da gördüm. 
İnsan  dostumun  sevincinə  də  şərik 
oldum, ağrı-acısına da. Artıq mən də bir 
ailə başcısı idim. Nəyinki qollarım hətta 
budaqlarım  da  var  idi.    Böyüyüb    ailə 
sahibi olduq . Artıq onun uşaqları qaçır 
ətrafımda,  oynayırlar.  Nəvə  kimi 
baxıram  onlara.  Kölgəmdə  nə  süfrələr 
quruldu!  O  süfrələrdə  danışılan  neçə 
sirlərə,  söhbətlərə  şahid  oldum.  İnsan 
dostum  deyrdi  ki,  anama  oxşamışam, 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə