Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə52/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   48   49   50   51   52   53   54   55   ...   90

114
№ 2 (14) Yay 2015 
 
Stokholmda  da  İçərişəhərə  bənzər 
Qamla  Stan  var,  yəni,  mənası  “qədim 
şəhər”  deməkdi.  Ona  elə  gəldi  ki, 
İçərişəhər  Qamla  Stanın  bir  hissəsidir. 
Jozefina 
İsveç 
konsulluğunun 
əməkdaşına dönərək dedi: 
-  Bax,  Fred  nə  qədər  də  Qamla 
Stana oxşayır, elə deyilmi? 
-  Elədir,  hersoqinya,  həm  də  çox 
oxşayır.  Biz  sizi  elə  onun  üçün  ilk 
olaraq 
buraya 
gətirdik. 
Sanki 
İçərişəhərlə 
Qamla 
Stanın 
arxitekturasını eyni memar verib. 
-  Bəlkə  elə  doğurdan  da  eyni 
memar verib? Mənim oxuduğuma görə, 
vikinqlər  hələ  X  əsrdə  Xəzər  dənizi 
sahillərinə qədər gəliblərmiş. 
-  Yox,  hersoqinya  bu  iki  şəhər 
tamamilə  müxtəlif  zamanlarda  inşa 
olunub.  İçərişəhərdə  Şərq  ornamentləri 
daha  çox  gözə  çarpır.  Bu  da 
İçərişəhərin  arxitekturasının  bir  şərqli 
memar tərəfindən verildiyini göstərir. 
Jozefina  İçərişəhəri  demək  olar 
ki,  başdan-ayağa  gəzdi  və  sonra  da 
konsulluğun 
əməkdaşlarından 
onu 
Bakıda  yerləşən  Tarix  və  İncəsənət 
muzeylərinə aparmalarını xahiş etdi. O, 
nə 
qədər 
Azərbaycan 
haqqında 
oxumuşdusa  da,  gözləri  ilə  görməyin 
bir ayrı mənası vardı. O gün hersoqinya 
Bakının  çox  əhəmiyyətli  yerlərini 
gəzdi. Jozefinanın bir arzusu da vardı – 
Azərbaycan muğamını  dinləmək.  Məhz 
buna  görə  də  Azərbaycan  Opera  və 
Balet  Teatrına  muğam  ifaçılarının 
konsertinə  getməyi  çox  istəyirdi.  O, 
indiyə  qədər  dinlədiyi  Azərbaycan 
muğam 
sənətkarlarının 
hamısını 
bəyənirdi,  amma  Alim  Qasımov  və 
Qədir Rüstəmovun heyranı idi. 

Biz 
bunu 
düşünürdük, 
hersoqinya. Bəxtinizdən dörd gün sonra 
möhtəşəm  konsert  olacaq  və  biz  sizi 
oraya dəvət edəcəyik. 
O  gün  Jozefina  otelə  Bakı  ilə 
bağlı 
xoş 
təəssüratlarla 
döndü. 
Polkovnik Seyidov otelin foyesində onu 
gözləyirdi.  Hersoqinya  onu  görcək  çox 
sevindi,  yəqin  polkovnik  ona  xəbər 
gətirib deyə düşündü: 
-  Polkovnik,  sizi  gördüyümə  çox 
şad  oldum,  yoxsa  mənə  xeyir  xəbər 
gətirmisinizmi? 
-  Çox  təəssüf  hersoqinya,  çox 
təəssüf. Biz heç bir ipucu tapa bilmədik. 
Bilirsiniz, demək olar ki, bütün iş günü 
qızlar  axtardılar.  Ananızın  soyadını 
bilmədiyimiz  üçün  çox  çətindir,  amma 
mən  göstəriş  vermişəm,  lazım  gələrsə 
arxivdəki  bütün  sənədlərə  baxacaqlar. 
Sabah axşam yenə də gələcəyəm, ümid 
edirəm ki, sizə xoş xəbər gətirəcəyəm. 
-  Əgər  bir  şey  tapmasanız  cənab 
polkovnik, o zaman axtarışı necə davam 
etdirə bilərəm? 
-  Dəqiq  bir  söz  söyləmək 
çətindir, amma düşünürəm ki, bəlkə də 
oxuduğu  ali  məktəbdən  soyadını 
öyrənmək 
olar. 
Ananız 
hansı 
universitetin məzunu olub? 
- Zənn edirəm ki, o, Xarici Dillər 
Universitetindən  məzun  olub,  çünki 
onun  ingilis  və  fransız  dillərində  gözəl 
danışmasını bilirəm. Eyni zamanda o da 
1965-ci  ildə  Misirdə  diplomat  olub, 
yəni,  dövlət  anamı  Misirə  işləməyə 
göndərmişdi. 
- Ananız o vaxtlar təxminən neçə 
yaşında olardı? 
-  Demək,  anam  1940-cı  ildə 
doğulubsa 25 yaşında olmalı idi. 
-  Hersoqinya,  mən  sabah  Xarici 
Dillər  Universitetinə  gedib  məlumat 
alacağam,  bəlkə  nəsə  öyrənə  bilərəm. 
Amma  bir  şey  də  var,  ola  bilsin  ki,  o, 
heç 
Azərbaycanda 
oxumayıb, 


                            Üç aylıq ədəbiyyat dərgisi 
115 
 
Moskvada  təhsil  alıb.  Xarici  dillərdə 
danışması  hələ  onun  o  sahə  üzrə  təhsil 
alması  mənasına  gəlmir.  Bəlkə,  hüquq 
fakültəsində  oxuyub  və  ya  Beynəlxalq 
Əlaqələr  İnstitutunun  məzunudur.  O 
zamanlar  Rusiyada  oxumaq  dəbdə  idi. 
Biz  bütün  bunların  hamısını  gözə 
almalıyıq. 
-  Sağ  olun  polkovnik,  sizi 
anlayıram, amma yenə də ümid edirəm 
ki, məni sevindirəcəksiniz. 

Əlimdən 
gələni 
etməyə 
çalışacağam,  hersoqinya.  İndi  isə  mən 
gedim, sabah axşam görüşənə qədər. 
Polkovnik 
getdikdən 
sonra 
hersoqinya  otağına  qalxdı.  Otelin 
müdiri  gəlib  nəyəsə  ehtiyacı  olub-
olmadığını soruşdu. 
-  Sağ  olun,  hər  şey  çox  gözəldir. 
Otelinizdəki 
xidmət 
dünyanın  ən 
məşhur otellərindən heç də geri qalmır. 
-  Otelimizi  bəyəndiyinizə  çox 
sevindim, 
hersoqinya. 
Yeməyinizi 
otağınıza  gətirtdirim,  yoxsa  restoranda 
yemək istəyərsiniz? 

Otağımda 
yeməyi 
üstün 
tuturam, cənab müdir. 
-  Baş  üstə,  hersoqinya.  Elə  bu 
dəqiqə yeməyinizi  hazırlatdıraram.  İndi 
icazənizlə  mən  gedim,  deyərək  otelin 
müdiri otaqdan çıxdı. 
Jozefina 
Azərbaycana 
böyük 
ümidlərlə  gəlmişdi.  Bu  gün  hələ  ilk 
gündür,  onun  üçün  də  ümidini  itirmək 
istəmirdi.  Jozefina  həm  yemək  yeyir, 
həm  də  televizora  baxırdı.  Əslində  Jo-
zefina  az  da  olsa  Azərbaycan  dilini 
bilirdi. O, İsveçdə vaxtı olduqca bu dili 
öyrənməyə 
səy 
göstərirdi. 
İndi 
televizorda danışılanları az da olsa başa 
düşürdü.  Nə  qədər  də  gözəl,  axıcıdır 
anamın  danışdığı  dil,  sanki  musiqi 
səsləndirirlər.  
Hersoqinya  o  gecə  yenə  də 
ümidlə  yuxuya  getdi.  Polkovnikin  onu 
sevindirəcəyinə  çox  inanırdı.  Səhəri 
gün  saat  9-da  İsveç  konsulluğunun 
əməkdaşları yenə gəldilər. Onlar herso-
qinyanı  yenə  də  gəzdirib,  sonra  isə 
konsulluğa  aparacaqdılar,  çünki  konsul 
hersoqinya  ilə  görüşmək  istəyirdi. 
Jozefina çoxdan hazır idi. 

Buyurun, 
cənablar, 
mən 
hazıram. 
Onlar  aşağı  düşərkən  yenə  də 
qəzet müxbirləri ilə qarşılaşdılar. 
-  Hersoqinya,  bizimlə  nə  zaman 
görüşəcəksiniz? 
Eşitdiyimizə 
görə 
burada çox qalmağı düşünmürsünüz? 
-  Cənablar,  mən  nə  zaman 
qayıdacağımı  bilmirəm.  Bu,  işimi  nə 
zaman həll edəcəyimdən asılıdır, amma 
ən  qısa  zamanda  sizinlə  görüşəcəyəm, 
buna  əmin  ola  bilərsiniz.  İndi  isə 
icazənizlə getməliyəm. 
-  Hersoqinya,  son  bir  sual,  xahiş 
edirəm, dinləyin. 
Jozefina dönüb müxbirə baxdı: 
- Buyurun, sizi dinləyirəm. 
-  Hersoqinya,  bildiyiniz  kimi 
Azərbaycanda  çoxlu  sayda  Qarabağ  və 
Ermənistandan 
(Qərbi 
Azərbaycan) 
gələn  qaçqınlarımız  var.  Mən  də 
azərbaycanlıyam 
deyirsiniz,  onlara 
yardım  əlinizi  uzadacaqsınızmı,  yəni, 
buraya 
gəldiyinizdə 
qaçqınlarla 
görüşmək planınızda varmı? 
-  Əlbəttə,  qaçqınlarla  görüşmək 
mənim planımda var, daha dəqiq desək, 
iki 
gündən 
sonra 
qaçqınların 
məskunlaşdığı 
bölgələrə  gedəcəyik. 
Mən onlarla görüşüb əlimdən gələn kö-
məkliyi göstərəcəyəm. 
-  Təşəkkür  edirəm,  hersoqinya 
bunu  sizdən  eşitmək  bizi  sevindirdi, 
deyərək gənc müxbirin üzü güldü. 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə