Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə60/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   56   57   58   59   60   61   62   63   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
131 
 
-
 
Necə  də  vəhşisən  sən,  Xose.  Heç  nə 
anlamırsan,  –  deyib  onun  paltarının 
qolundan  bərk  tutdu.  –  De  görüm,  o 
qadın o kişini öldürməli idi, yoxsa yox? 
-
 
Yaxşı,  –  Xose  barışdırıcı  tonla  dedi.  – 
Necə deyirsən, elə də olsun. 
-
 
Bu, özünümüdafiə deyil?  – qadın onun 
qolunu silkələyərək soruşdu. 
Xose ona mərhəmət dolu və istiqanlıqla 
nəzər  yetirərək:  -  Demək  olar,  –  deyib 
qadına  göz  vurmaqla  sanki  onunla 
ürəkdən  razılığını  və  dəhşətli  bir 
anlaşmaya  şərikliyini  ifadə  edirdi.  
Ancaq qadın ciddiliyini itirmədi, sadəcə 
onun qolunu buraxdı. 
-
 
Bunu  edən  bir  qadını  müdafiə  etmək 
üçün  yalan  danışa  bilərsən?  –  qadın 
soruşdu. 
-
 
Baxır da, – Xose cavab verdi. 
-
 
Necə yəni? 
-
 
Qadından asılıdır, – Xose dedi. 
-
 
Təsəvvür  elə  ki,  o,  sənin  çox  sevdiyin 
qadındır.  Onunla  olmaq  istədiyin  üçün 
yox,  sadəcə  sən  deyən  kimi  həqiqətən 
çox sevdiyin bir qadın. 
-
 
Yaxşı,  reyna,  necə  istəyirsənsə,  elə  də 
olsun, – Xose həvəssiz cavab verdi. Bir 
qədər  aralanıb  saata  baxdı.  Saat  yedini 
yarısına  az  qalırdı.  Düşündü  ki,  bir 
azdan  restoran  müştərilərlə  dolacaq. 
Ona  görə  də  pəncərədən  küçəyə 
boylana-boylana var gücü ilə piştaxtanı 
silməyə  girişdi.  Qadın  isə  sakit  şəkildə 
öz  yerində  oturub  onun  hərkətlərini 
qəmli-qəmli, 
sönməkdə 
olan 
bir 
lampanın  bir  adamı  seyr  etməsi  kimi 
izləyirdi.  Birdən  qadın  həlim  səslə 
yenidən dilləndi: 
-
 
Xose! 
O,  qadına  mülayim  və  eyni  zamanda 
qəmli,  bir  öküzün  baxışlarında  olan 
ifadə  ilə  nəzər  yetirdi.  Qadını  eşitmək, 
ya  görmək  üçün  deyil,  sadəcə  burada 
olduğunu  bilmək  və  ondan  heç  bir 
müdafiə və ya həmrəylik tələb etməyən 
baxışları  görmək  istəyirdi.    Sadəcə  bir 
oyuncaq baxışlarını.. 
-
 
Sənə deyirəm, sabah gedirəm, sənin isə 
heç vecinə deyil – qadın dedi. 
-
 
Hələ hara getdiyini deməmisən, – Xose 
cavab verdi. 
-
 
Elə bir yerə ki, orada biri ilə görüşmək 
istəyən kişilər olmasın.  
Xoseni gülmək tutdu.  
-
 
Doğrudan 
gedirsən? 
– 
Xosenin 
üzündəki ifadə qəfil dəyişdi. 
-
 
Bu,  səndən  asılıdır,  –  qadın  dedi.  – 
Əgər  sən  mənim  bura  saat  neçədə 
gəldiyimi  deyə  bilsən,  sabah  gedəcəm 
və  bir  də  bu  işlərə  baş  qoşmayacam. 
Belə xoşuna gəlir? 
Xose  təsdiq  işarəsi  olaraq  gülə-gülə 
başını  yellədi.  Qadın  bir  balaca  ona 
tərəf əyilib: 
-
 
Əgər  bir  gün  bura  qayıdası  olsam,  elə 
bu  stulda  oturan  və  elə  bu  saatda 
səninlə  söhbətləşən  başqa  bir  qadını 
görsəm, çox qısqanacam.  
-
 
Əgər  buralara  dönsən,  mənə  nəsə  bir 
şey gətirərsən. 
-
 
Söz  verirəm,  bir  ayı  balası  oyuncağı 
tapmaq üçün hər yeri gəzəcəm ki, sənə 
gətirim, – qadın dedi.  
Xose  güldü  və  əlindəki  əskini  elə 
hərlətdi  ki,  sanki  qadınla  özü  arasında 
gözəgörünməz bir şüşəni silir. Qadın da 
gülümsədi,  amma  bu  dəfə  sevinc  hissi 
və naz ilə.  Xose piştaxtanı o biri başını 
silə-silə aralandı. 
-
 
Nə  olub?  –  Xose  ona  baxmadan 
soruşdu. 
-
 
Səndən  mənim  bura  saat  neçədə 
gəldiyimi  soruşan  olsa,  altıya  on  beş 
dəqiqə qalmış gəldiyimi deyəssənmi? 
-
 
Niyə? – Xose sanki onu güclə eşidirmiş 
kimi yenə də baxmadan soruşdu. 
-
 
Nə işinə?! – qadın dedi. – Əsas odur ki, 
sən bunu edəsən. 


132
№ 2 (14) Yay 2015 
 
Elə bu ərəfədə bir nəfər müştəri fırlanan 
qapıdan içəri girib küncdəki bir masaya 
doğru  addımladı.  Xose  bunu  görcək 
saata  baxdı.  Saat  düz  yeddinin  yarısı 
idi.  
-
 
Yaxşı, reyna, – Xose dalğın görünürdü. 
– Sən necə istəyirsən. Onsuz da həmişə 
sən necə istəyirsənsə, elə də edirəm. 
-
 
Yaxşı,  –  qadın  dedi,  –  onda  mənə  bir 
bifşteks hazırlayarsan? 
Xose soyuducuya tərəf gedib bir boşqab 
ət  çıxartdı  və  masanın  üstünə  qoydu. 
Sonra sobanı yandırdı.  
-
 
İndi  sənə  vida  bifşteksi  hazırlayacam, 
reyna, – dedi. 
-
 
Çox  sağol,  pepilyo,  –  qadın  cavab 
verdi. 
Qadın  fikrə  getdi.  Sanki  tutqun, 
anlaşılmaz  və  naməlum  adamların 
məskunlaşdığı  qəribə  bir  aləmdədir. 
Piştaxtanın  o  biri  tərəfində  təzə  ətin 
çırtıldayan  yağda  necə  səs  elədiyini, 
Xose  fileni  tavada  digər  üzünə 
çevirərkən  quru  və  xırda  qovuqlu 
çartıldını  eşitmədi,  ədviyyat  vurulmuş 
ətin  iştaha  açan  və  yavaş-yavaş 
restoranın  havasına  hopan  ətrini  hiss 
etmədi. Beləcə - qaradinməz, ağırlaşmış 
halda qaldı. Başını qaldıranda sanki ani 
ölümdən  qayıdırmış  kimi  gözlərini 
qırpdı. Və bu zaman sobanın kənarında 
dayanmış və qalxan alovun işığı altında 
sezilən Xoseni gördü. 
-
 
Pepilyo! 
-
 
Hə, - Xose cavab verdi. 
-
 
Nə fikirləşirsən? – qadın soruşdu. 
-
 
Fikirləşirəm  ki,  görəsən,  hardasa  ayı 
balası oyuncağını tapa biləssən? – Xose 
dedi. 
-
 
Əlbəttə,  tapacam.  Amma  istəyirəm, 
mənə deyəsən görüm, bu vida günündə 
səndən nə xahiş etsəm, edəcəksənmi? 
Xose sobadan boylandı: 
-
 
Eyni  sözü  nə  qədər  demək  olar?  Yaxşı 
bir  bifşteksdən  başqa  daha  nəsə 
istəyirsən? 
-
 
Hə, - qadın cavab verdi. 
-
 
Nə? – Xose soruşdu. 
-
 
Daha bir on beş dəqiqə. 
Xose saat baxmaq üçün arxaya çevrildi. 
Sonra  küncdə  sakit  oturmağa  davam 
edən  müştəriyə  və  nəhayət  tavada 
qızaran  ətə  baxdı.  Və  yalnız  bu  zaman 
dilləndi: 

Mən  heç  nə  başa  düşmürəm, 
reyna, – Xose dedi.  

Axmaq  olma,  Xose.  Sadəcə 
yadında  saxla  ki,  mən  saat  altının 
yarısından burdayam.  
İspancadan çevirən Kamil İlqar 
 
 
 
 
 
 
 
Reina*  -  kraliça.  Burada  qeyri-rəsmi 
müraciət 
forması 
olub: 
“gözəl”, 
“gözəlim” anlamını daşıyır. 
Pepillo** - burada qeyri-rəsmi müraciət 
forması olaraq “oğlan” mənasını verir. 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə