Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə59/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   55   56   57   58   59   60   61   62   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
129 
 
olduğu  kimi  bu  dəfə  də  səsinə 
mehribanlıq və şəfqət qataraq çağırdı: 
-
 
Xose! 
Xose ona baxmadı.  
-
 
Xose, – qadın təkrar səslədi.  
-
 
Get,  yat,  –  Xose  dedi.  -  Özü  də 
yatmazdan  qabaq  soyuq  vanna  qəbul 
elə ki, sərxoşluğun keçsin.  
-
 
Mən  sərxoş  deyiləm,  Xose,  ciddi 
sözümdür. 
-
 
Onda özünü axmaq yerinə qoymusan. 
-
 
Yaxın gəl, Xose, səninlə söhbətim var.  
Xose  ümid  və  şübhə  içində  ona 
yaxınlaşdı. 
-
 
Yaxınlaş, – qadın təkrar etdi.  
Xose  düz  onun  qarşısında  dayandı. 
Qadın  ona  tərəf  əyilib  saçlarından 
möhkəmcə,  ancaq  çox  nəvazişlə 
yapışaraq 
-
 
Bayaq dediyini təkrar elə, - dedi. 
-
 
Hansı? 
– 
Xose 
qadının 
onun 
saçlarından  tutduğuna  görə  aşağı 
dikilmiş  başını  qaldırıb  onun  gözlərinə 
baxmaq istəyirdi. 
-
 
Mənimlə  gecələyən  hər  kəsi  öldürmək 
haqda dediyini. 
-
 
Səninlə  gecələmək  istəyən  hər  kəsi 
öldürərdim,  reyna.  Bu,  həqiqətdir,  – 
Xose dedi. 
Qadın onun saçlarını buraxdı.  
-
 
O  zaman  onu  mən  öldürsəm,  məni 
müdafiə  edərsənmi?  –  qadın  əminliklə 
və Xosenin qaban kimi iri başını kobud 
işvə ilə itələyərək soruşdu 
Xose cavab vermədi, sadəcə gülümsədi. 
-
 
Cavab  ver  mənə,  Xose,  –  qadın  təkid 
etdi.  –  Əgər  mən  öldürsəm,  məni 
müdafiə edərsən? 
-
 
Baxır  da,  –  Xose  cavab  verdi.  – 
Bilirsən,  bunu  etmək  sözdə  demək 
qədər asan deyil.  
-
 
Polis  sənə  inandığı  qədər  heç  kimə 
inanmır, – qadın dedi. 
Xose  məmnun  və  özündən  razı  halda 
gülümsədi.  Qadın  piştaxtanın  üzərində 
yenidən ona sarı əyilib: 
-
 
Düz  deyirəm,  Xose.  Nədən  desən, 
mərcə  girərəm  ki,  sən  heç  vaxt  yalan 
deməmisən.  
-
 
Nə dəxli var? – Xose dedi. 
-
 
Hər  halda.  Polis  bunu  bilir  deyə  sənə 
inanır  və  ona  görə  də  səndən  heç  nəyi 
ikinci dəfə soruşmur.  
Xose 
onunla 
üzbəüz 
dayanaraq 
piştaxtanı 
yüngülcə 
döyəcləməyə 
başladı.  Nə  deyəcəyini  bilmirdi.  Qadın 
yenidən  küçəyə  baxdı.  Sonra  saata 
baxıb ilk müştərilərin gəlməsindən öncə 
söhbəti  bağlamağa  tələsirmiş  kimi  səs 
tonunu dəyişdi.  
-
 
Xose, mənə görə yalan danışa bilərsən? 
– soruşdu. – Tam ciddiyəm. 
Xose  dərhal  qadına  baxdı.  Üzbəüz 
dayanıb  düz  gözlərinin  içinə  baxarkən 
beynində qorxunc bir fikir ildırım kimi 
çaxdı.  Elə  bir  tutqun,  anlaşılmaz    fikir 
ki,  bu qulaqdan  girir,  bir anlıq beyində 
dolaşır  və  o  biri  qulaqdan  çıxarkən 
sadəcə qorxulu, isti iz buraxır.  
-
 
Nə  məsələdi,  reyna?  –İrəli  əyilib 
piştaxtanın 
üstündə 
qollarını 
çarpazlayaraq soruşdu. Qadın onun iri  
gövdəsinin  piştaxtanın  üstünə  düşməsi 
ilə  ağzından  çıxan  kəskin,  acı  naşatır 
iyini  hiss  elədi,  -  hə,  de  görüm, 
neyləmisən?  Nəyəsə  ilişmisən?  –  Xose 
maraqlandı. 
Qadın bir qədər geri çəkilib: 
-
 
Heç  nəyə,  -  dedi.  –  Elə-belə,  mırta 
deyirdim. 
Sonra ona bir daha nəzər yetirdi.  
-
 
Bilirsən,  bəlkə  də  sənin  kimisə 
öldürməyinə ehtiyac olmayacaq. 
-
 
Heç  vaxt  kimisə  öldürmək  haqda 
düşünməmişəm,  –  Xose  məyus  halda 
dedi. 


130
№ 2 (14) Yay 2015 
 
-
 
Yox  e,  mənimlə  görüşəcək  kimisə 
nəzərdə tuturdum. 
-
 
Hə, anladım. Mən həmişə deyirdim axı 
bu  yola  düşməyinə  ehtiyac  yoxdur. 
Sənə söz verirəm ki, əgər bu işin başını 
buraxsan,  sənə  hər  gün  həmişəkindən 
daha  böyük  bifşteks  hazırlayaram,  özü 
də bir qəpik belə almadan.  
-
 
Çox  sağol,  Xose.  İş  ayrıdı.  Məsələ 
ondadır  ki,  mən  daha  heç  kimlə 
görüşməyəcəm.  
-
 
Yenə  dolaşıq  danışırsan,  –  Xose 
səbirsiz görünürdü. 
-
 
Dolaşıq danışmıram,  – deyib oturacağa 
sərələndi  və  Xose  onun  döşlüyünün 
içindəki  solmuş  və  ölüvay  döşlərini 
gördü.  
-
 
Sabah  burdan  gedirəm  və  söz  verirəm 
ki,  bir  daha  səni  narahat  etməyəcəm. 
Həmçinin 
daha 
kimsəylə 
görüşməyəcəm.  
-
 
Nə  əcəb  bu  fikrə  gəlmisən?  –  Xose 
təəccübləndi. 
-
 
Hə,  bir  az  əvvəl  bu  qərara  gəldim,  – 
qadın dedi, – mən indi anladım ki, bu iş 
iyrəncdir.  
Xose 
bir 
daha 
əskini 
götürüb 
piştaxtanın  qadına  yaxın  olan  hissəsini 
silməyə başladı. Ona baxmadan:  
-
 
Əlbəttə, məşğul olduğun iş iyrənc işdir. 
Bunu çoxdan dərk etməliydin.  
-
 
Dərk edirdim, sadəcə bir az əvvəl daha 
da əmin oldum. Kişilərə qarşı nifrət var 
içimdə, - qadın dedi. 
Xose  gülümsədi.  Üzündə  təbəssüm 
başını qaldırıb qadına baxdı. Ancaq onu 
gərgin  və  çaşqın  gördü. 
Çiyinlərini 
qaldırıb,  fırlanan  kürsüdə  yellənə-
yellənə, ömrünün xəzan çağını yaşayan 
adamlar kimi solğun və kədərli ifadə ilə 
danışmağa davam edirdi:
 
-
 
Sənə  elə  gəlmirmi  ki,  bir  kişiylə 
görüşdükdən  sonra  onun  özünə  və 
bütün  görüşdüklərinə  nifrət  hissi 
bəslədiyi üçün həmin kişini öldürən bir 
qadını sakit buraxmaq lazımdır?  
-
 
Həddən  artıq  irəli  getməyə  dəyməz 
buna  görə,  - Xose hərəkətsiz halda, bir 
qədər mərhəmətli səslə dedi. 
-
 
Əgər  kişinin  əynini  geyindiyini  görən 
qadın  bütün  gecəni  onunla  keçirdiyini 
xatırlayaraq həmin kişiyə  
nifrət bəslədiyini deyir və hiss edirsə ki, 
onun qoxusunu nə bir sabun, nə də hər 
hansısa  bir  əski  ilə  təmizləmək  olar, 
onda necə? 
-
 
Olur  belə  şeylər,  reyna,  –  Xose 
piştaxtanı  silə-silə  laqeyd  şəkildə 
davam  etdi  -  onu  öldürməyə  ehtiyac 
yoxdur. Sadəcə buraxırsan, gedir. 
Ancaq  qadın  yeknəsək  tonda,  ehtiraslı 
və  kövrək  səslə  danışmağa  davam 
edirdi: 
-
 
Bəs  əgər  qadın  ona  nifrət  etdiyini 
deyərkən kişi paltarını yenidən soyunub 
qadına doğru gedirsə ki, onu öpsün...? 
-
 
Bunu  heç  bir  ləyaqətli  kişi  etməz,  – 
Xose onun sözünü kəsdi. 
-
 
Bəs  əgər  edərsə?  -  əsəb  və  həyəcan 
içində soruşdu, - əgər o, ləyaqətli adam 
deyilsə  və  bunu  edərsə,  o  zaman  qadın 
hiss  edirsə  ki,  ona  olan  nifrət  qadını 
öldürə  bilər  və  bütün  bunlara  son 
qoymaq  üçün  yeganə  çıxış  yolu  kişini 
aşağı nahiyyəsindən bıçaqlamaqdır? 
-
 
Bu  ki  vəhşilikdir.  Yaxşı  ki,  sənin 
dediklərini edən bir adam yoxdur.  
-
 
Nə  isə,  -  indi  qadın  tamam  özündən 
çıxdı,  –  bəs  əgər  belə  bir  adam  varsa? 
Təsəvvür  elə  ki,  elə  bir  adam  var  və 
bunu edir. 
-
 
Hər  halda  buna  dəyməz  –  Yerində 
durub  hələ  də  piştaxtanın  üstünü 
silməyə davam edən  Xose indi söhbətə 
daha çox laqeyd yanaşırdı. 
Qadın  piştaxtanın  şüşəsini  barmaqları 
ilə  döyəcləməyə  başladı.  Yenidən 
özünə əminlik və məğrurluqla: 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə