Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə58/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   54   55   56   57   58   59   60   61   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
127 
 
yüngülvari  kədər  və  yorğunluq  əlaməti 
ona ayrıca bir gözəllik bəxş edirdi. 
-
 
Bu boş söhbəti burax, Xose. Bilirsən ki, 
altı aydan çoxdur, içmirəm.  
-
 
Bu nağılı başqasına danış, mənə yox, – 
Xose  dedi.  Mərc  girərəm  ki,  iki  nəfərə 
ən azı bir litr içmisiz. 
-
 
Bir  dostumla,  amma  yalnız  ikicə 
qurtum, – qadın etiraf etdi.  
-
 
Deyirəm  axı.  İndi  mənə  hər  şey  aydın 
oldu. 
-
 
Sənə  heç  nə  aydın  deyil.  On  beş 
dəqiqədir ki, burdayam.  
Xose çiyinlərini atdı. 
-
 
Yaxşı,  on  beş  dəqiqə  qalmış  deyirsən, 
olsun  on  beş  dəqiqə  qalmış.  Sənə  necə 
xoşdursa.  Onsuz  da  on  dəqiqə  tez,  on 
dəqiqə gec, nə fərq edər?! 
-
 
Fərqi var, Xose, – qadın dedi. Qollarını 
piştaxtanın 
şüşə 
səthi 
boyunca 
uzadaraq, etinasız şəkildə davam etdi – 
Ona  görə  yox  ki,  mən  belə  istəyirəm. 
Ona görə ki,  bura gəldiyim vaxtdan on 
beş dəqiqə keçir. – Bir daha saata baxdı 
və dəqiqləşdirdi: 
-
 
Mən  nə  deyirəm?  On  beş  yox,  artıq 
iyirmi dəqiqə keçir.  
-
 
Olsun,  reyna,  –  Xose  dedi.  –  Təki  razı 
qalasan  deyə  sənə  əlavə  olaraq  bütov 
bir gün də hədiyyə edərəm. 
Bütün bu vaxt ərzində Xose piştaxtanın 
arxasında əşyaları artıq yerbəyer etmiş, 
bir  şeyi  bir  yerdən  götürüb  başqa  yerə 
qoymuşdu. Bir sözlə, öz işində idi. 
-
 
Səni 
həmişə 
məmnun 
görmək 
istəyirəm,  –  təkrar  etdi.  Bir  anlıq 
dayandı, qadına tərəf çevrilib: 
-
 
  Bilirsən, səni sevirəm, – dedi. 
Qadın ona soyuq nəzər yetirdi.  
-
 
Yaxşı  görək.  Etirafa  bir  bax.  Elə 
bilirsən  ki,  milyon  peson  olsa,  sənlə 
olaram? 
-
 
Elə  demək  istəmədim,  reyna,  –  Xose 
laqeydliklə  cavab  verdi.  -  Deyirəm  də, 
səhər yeməyin yaxşı olmayıb.  
-
 
Məsələ  ondadır  ki,  –  qadın  səsinə 
yumşaqlıq  qatdı,  –  heç  bir  qadın  sənin 
ağırlığına  tab  gətirə  bilməz,  hətta 
milyon pesoya belə. 
Xose pərt olduğunu gizlətmək üçün tez 
arxasını qadına çevirib əlindəki əski ilə 
butulka  olan  rəflərin  tozunu  ehmalca 
çırpmağa başladı. Üzünü çevirmədən: 
-
 
Bugün  yaman  acıqlısan,  reyna.  Məncə, 
bifşteksi yeyib bir az yatsan yaxşıdır. 
-
 
Ac  deyiləm,  –  qadın  dedi.  Yenə 
baxışlarını  küçəyə  zilləyib  şəhərin 
alatoranlığında tək-tük yoldan  
ötənlərə  tamaşa  etməyə  başladı.  Bir 
anlıq  restorana  qulaqbatıran  sakitlik 
çökdü.  Sakitliyi  Xosenin  şkafdakı  nəsə 
eşələməsi 
pozdu. 
Birdən 
qadın 
baxışlarını küçədən çəkib incə, sönmüş 
və fərqli səs tonu ilə soruşdu: 
-
 
Həqiqətən məni sevirsən, pepilyo**? 
-
 
Əlbəttə,  -  Xose  quru  tərzdə  və  ona 
baxmadan dedi. 
-
 
Hətta sənə dediklərimə baxmayaraq?  
-
 
Nə dedin ki? – təmkinini pozmadan və 
yenə də qadına tərəf çevrilmədən Xose 
soruşdu. 
-
 
Milyon peso söhbəti. 
-
 
Mən  onu  çoxdan  unutmuşam,  –  Xose 
dedi. 
-
 
Deməli,  məni  sevirsən?  –  qadın  bir  də 
soruşdu. 
-
 
Hə, - Xose cavab verdi. 
Ortaya  sükut  çökdü.  Xose  yenə  də 
qadına  baxmadan  şkafda  eşələnirdi. 
Qadın  daha  bir  qullab  vurub  sinəsini 
piştaxtaya  söykədi,  dilini  dişləyərək 
bic-bic,  sanki  nədənsə  ehtiyat  edirmiş 
kimi: 
-
 
Hətta  mən  sənlə  yatmasam  belə?  – 
soruşdu. 


128
№ 2 (14) Yay 2015 
 
Yalnız  bunu  eşitdikdə  Xose  ona  tərəf 
çevrildi: 
-
 
Səni sənlə yatmayacaq qədər sevirəm, – 
dedi.  Sonra  qadına  doğru addımlayaraq 
düz qənşərində  
dayandı. 
Ətli  qollarını  piştaxtaya 
söykəyib  düz  gözlərinə  baxa-baxa:  - 
Səni  o  qədər  çox  sevirəm  ki,  gecələr 
sənlə  görüşən  hər  kəsi  öldürməyə 
hazıram.  
Qadın  bir  anlıq  donub  qaldı.  Yavaş-
yavaş  özünə  gəlib  ona  diqqətlə  nəzər 
yetirdi. 
Baxışlarında 
mərhəmətlə 
bərabər  rişxənd  də  hiss  olunurdu. 
Özünü  ələ  almaq  üçün  bir  neçə  saniyə 
sakit  qalmaq  istəsə  də,  bacarmadı. 
Şaqqanaq çəkib: - Qısqanırsan, Xose? – 
soruşdu.  -  Ay  səni,  Xose.  Necə  də 
qısqancmışsan! - 
Xose sirləri açılan uşaqların etdiyi kimi 
həyasızca, amma səmimi utanc hissi ilə 
yenə də qızarıb pörtdü. 
-
 
Bugün  nəsə  yaman  dilbilməz  olmusan, 
–  Xose  əlindəki  əski  ilə  tərini  silib 
davam elədi.  
-
 
Donuzsayağı  həyat  gör  səni  nə  günə 
salıb. 
Qadının üz ifadəsi dərhal dəyişdi: 
-
 

zaman 
yox, 
–  qadın  qəribə 
parıldayan, amma eyni zamanda kədərli 
baxışlarını  ona  zilləyərək,  –  Deməli, 
qısqanc deyilsən - dedi. 
-
 
Müəyyən  mənada,  amma  sən  dediyin 
kimi yox, - deyərək Xose yaxasını azca 
açıb 
əski 
ilə 
boyun-boğazını 
qurulamağa başladı. 
-
 
Bəs necə? 
-
 
Yəni,  səni  çox  sevdiyimə  görə  etdiyin 
şeylər xoşuma gəlmir.  
-
 
Hansı hərəkət? 
-
 
Hər  gün  fərqli  adamlarla  görüşməyini 
deyirəm. 
-
 
Doğrudan  mənimlə  görüşməsin  deyə 
hər kəsi öldürə bilərsən?  
-
 
Səninlə görüşməməsi üçün yox, – Xose 
dəqiqləşdirdi, 
– 
amma 
səninlə 
görüşdüyü üçün öldürərdim. 
-
 
Nə fərqi var ki?! – qadın dedi. 
Söhbət  çox  həyəcanlı  bir  nöqtəyə 
gəlmişdi.  Qadın  sakit,  mülayim, 
qılığagirən səslə danışırdı. Üzü sözlərin 
hərarətindən 
ovsunlanmış 
kimi 
hərəkətsiz qalmış Xosenin gülümsər və 
mülayim üzünə lap yaxınlaşmışdı.  
-
 
Dediyim hər şey düzdür, – Xose dedi. 
-
 
Yaxşı,  –  qadın  bir  əlini  uzadıb  onun 
kobud  qolunu  sığalladı,  digər  əli  ilə 
sönmüş  siqaret  kötüyünü  tullayaraq 
davam  etdi:  –  Sən  kimisə  öldürməyi 
bacarırsan?  
-
 
Dediyim  səbəbə  görə  hə,  -  Xosenin 
səsində gərginlik hiss olunurdu.  
Qadın istehzasını gizlətmədən şaqqanaq 
çəkərək: 
-
 
Dəhşət!  –  gülə-gülə  əlavə  etdi,  –  aman 
Allah,  Xose  adam  öldürür.  Kimin 
ağlına gələr ki, hər gün məni  
pulsuz  olaraq  bifşteksə  qonaq  edən, 
mən  müştəri  gözləyərkən  mənimlə 
söhbətləşən  abırlı  və  təmiz  adam, 
kimisə öldürə bilər?! Səndən qorxmağa 
başlayıram.  
Xose  çaşıb  qalmışdı.  Hətta  bir  qədər 
qəzəblənmişdi  də.  Xüsusən  də  qadın 
ona  gülməyə  başlayanda  hiss  elədi  ki, 
hər şey onun üçün məhv olmuşdur.  
-
 
Sən  sərxoşsan,  axmaq,  –  Xose  dedi,  – 
get yat. Heç yeməyə də həvəsin yoxdu. 
Yalnız  indi  qadın  gülməyinə  ara  verdi, 
piştaxtaya dirsəkləndi. Üzündə ciddi və 
fikirli  bir  ifadə  yenidən  hakim  oldu. 
Yenə  də  Xoseni  baxışları  ilə  izləməyə 
başladı.  Xose  soyuducunun  qapısını 
açıb-bağlayır,  amma  oradan  heç  nə 
götürmürdü.  Piştaxtanın  arxasına  keçib 
əvvəlki kimi parıldayan şüşəni silməklə 
məşğul  oldu.  Qadın  “Doğrudanmı  sən 
məni  sevirsən,  Pepilyo?”  deyərkən 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə