Üç aylıq ədəbiyyat dərgisi №2(14)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə54/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   50   51   52   53   54   55   56   57   ...   90

                            Üç aylıq ədəbiyyat dərgisi 
119 
 
DRAMATURGİYA 
 
Sevinc Elsevə
 
 
 
Həyat elə bir oyun ki...              
         (mono-pyes) 
 
Əhvalat yataq otağında baş verir.  
Rekvizit:  yataq,  şifoner,  termo,qadının 
şəxsi əşyaları...(paltar,daraq və s) 
 
Yataq otağı. Alaqaranlıqdı. Çarpayının 
hər  iki  tərəfində  gecə  lampası  yanır. 
Yataqda 
sinəsinə 
qədər 
yorğanla 
örtülmüş 
bir 
kişi 
uzanıb.40-45 
yaşlarındakı qadın  yarıyadək şifonerin 
içinə  girərək  eşələnir,  özünə  paltar 
axtarır.  Qadın  qollarının  üstünə  atdığı 
paltarlarla  şifonerdən  çıxır.  Paltarları 
yatağın  ayaq  ucuna  tökür.  Paltarların  
içindən  qəhvəyi  olanını  götürür. 
Güzgüyə  yaxınlaşır.  Paltarı  üstünə 
tutur.  Gözü  güzgüdə  qala-qala  yatan 
adama müraciətlə danışmağa başlayır.  
Həmid, heç yadımdan çıxmır bu paltarı 
aldığımız  gün.  Həmin  gün  biz  səninlə 
dalaşıb,küsüşmüşdük. 
Dalaşıb-
küsüşmüşdük deyirəm, sanki burda yad 
adam  var,  onun  yanında  sözümü 
malalayıram. 
(Gülə 
-gülə 
başını 
bulayır).  
Həmin 
gün 
sən 
məni 
yaxşıca 
döymüşdün. Səbəbi nə idi desən vallah, 
xatırlamıram.  Sən  məni  elə  tez-tez 
döyürdün  ki,  mən  hamısının  səbəbini, 
nə  üstündə  savaşdığımızı  yada  sala 
bilmirəm. Elə olurdu ki, vallah günahım 
olmaya-olmaya  döyürdün.  Deyirdin:  
arvad,  deyəsən  sənin  başın  gicişir. 
Sonra  da  ərinmirdin,  qalxıb  döyürdün. 
Qonum-qonşudan da ar eləmirdin.  
 (İncik 
səslə)Mənsə  ar  eləyirdim, 
Həmid. 
Qonum-qonşunun 
arvadlarından  mənim  nəyim  əskik    idi 
ki... 
İstəmirdim 
məni 
incitdiyini 
bilsinlər.  Tərslikdən  hamısının  evi 
ikimərtəbəli 
idi. 
Həyətimizdə 
qıy 
qalxan  kimi  xanımzadələr  açırdılar 
pəncərələrini,  başlayırdılar  tamaşaya. 
Neçə  dəfə  özüm  qəsdən  evlərinə  gedib  
onların 
həyətimizə 
açılan 
pəncərələrindən  gizlincə  boylanmışdım 
ki,  görüm  ordan  necə  görünürük?    Lap 
qədim  yunan  teatrının  səhnəsindəki 
kimi görünürdük, ay Həmid. Ən çox da 
Alimənin 
pəncərəsindən 
yaxşı 
görünürdü 
həyətimiz. 
Sən 
məni 
döyəndə  dişimi-dişimə  sıxıb  dözürdüm 
ki,  çölə  çıxıb  özümüzü  biabır 
eləməyim.  Amma  dözə  bilməyəndə 
canımı  götürüb  həyətə  qaçırdım.  Can 
şirin şeydi.   
Qonşu 
arvadlarının 
hündür 
pəncərələrinə  nifrət  edirdim.  Dədəndən 
qalma  yastı-yapalaq  bu  evi  sökdürüb, 
yerində 
hündür 
ev 
tikməyimizi 
istəyirdim. Elə bilirsən onların heç sözü 
olmurdu?  Biz  görə  bilmirdik.  Bizim 
pəncərəmizdən onlar görünmürdü.  
Bacardığım 
qədər 
dədəmdən-
qardaşımdan,doğma 
anamdan 
gizləyirdim çəkdiyim əzab-əziyyəti.  
                                                                   
Pauza 


120
№ 2 (14) Yay 2015 
 
Qəhvəyi paltarı özündən  kənara eləyir. 
Gətirib  o  biri  paltarların  üstünə  atır. 
Bu  dəfə  tünd  yaşıl  rəngli  paltarı 
götürür.  
Onsuz  da  yaşıma  görə  qırmızı,  sarı 
paltar  almırdım,  olan-qalanım  qaradı. 
Amma  baxıram,    sabah  geyib  adam 
arasına  çıxmağa  bir  dənə  də  layiqli 
paltarım  yoxdu.  Kənddə  eşidən,  bilən 
axışıb gələcək.  
Kişiyə yaxınlaşır, əlini tutur.  
Sənin  başına  dönüm,  nə  yaxşı  gecəyə 
düşdü.  Hamı  yatandan  sonra,  gecənin 
bir aləmində......... (ağlamsınır, sözünün 
dalını gətirə bilmir)Özü də  əməlisaleh 
adamlar  kimi  quş  olub    uçdun  birdən-
birə.  
Ağlayır...  Burnunu  çəkir,  gözlərini  hər 
iki əlinin arxasıyla silir.  
Ayağa durur, otağa göz gəzdirir. 
Gör  hələ  nə  qədər  işim  var!    Qəfil 
ölümünü də bağışlayıram.  
 Bunu 
deyə-deyə 
təzədən 
kişiyə 
yaxınlaşır.  Əlləri  titrəyə-titrəyə  kişinin 
əlini tutur və dodaqlarına yaxınlaşdırır. 
Kişinin  boşalan  qolunu  təzədən  aşağı 
endirir.  Sonra  əlini  kişinin  üzündə 
gəzdirir. 
Hələ  üzünü  qırxacam.  Saçını  qaydaya 
salacam.  Fikirdən-zikirdən  saç-saqqal  
da basmışdı səni. Nə qədər deyirdim “ a 
kişi, bu saç-saqqalını bir qırxdır, üzünə-
gözünə  əl  gəzdir”...  Eyninə  deyildi. 
Qoy  sabahın  gözü  açılsın.  Gedim 
dükançı Esmiraya yalvarım-yaxarım bir 
dəst  paltar  alıb  gətirim,  geydirim 
əyninə.  Yastığa,  yorğana  təzə  üzlüklər 
alım.  Hamısının  cır-cındırı  çıxıb. 
Şəhərə də, o bietibar qardaşına da xəbər 
yollayım.  Bacılarına,  qızlarına  zəng 
eləyim.  
Bilirəm  yenə  sən  bir  tərəfə  qalacaqsan, 
sən  yaddan  çıxacaqsan,  üç  bacının  üçü 
də 
tökülüşəcək 
üstümə. 
Məni 
günahlandıracaqlar.  
Ağır addımlarla yataqdan aralanır. 
Neçə  dəfə  olub  ki,    sənə  söz  keçirə 
bilmədiyim 
halda,üstümə  düşüblər. 
Niyə  ərini  qoydun  ora  getsin?  Niyə 
ərini  gecə  yarısı  evdən  buraxdın?  Niyə 
demədin  ki,  Həmid,   bu   filan şey sənə 
ziyandı?  Niyə  əyni  nazik  evdən 
çıxmasına 
icazə 
verdin?! 
Anan 
rəhmətlik 
  üzünü  vaxtı-vaxtında 
qırxmayanda da  məni danlayırdı. Allah 
şahiddir  ki,  mən  sənə  söz  keçirə 
bilmirdim.  İndi  gecənin  bir  aləmində 
yatdığım 
yerdə 
qəfil 
qolumu 
dümsükləyib  “arvad,  mən  ölürəm” 
deyəndə  də,    mən  nə  qədər  “  Ölmə, 
Həmid,  ölmə”    yalvarsam  belə,  sən 
məni  eşitmədin.  Mənsə  sənin    bircə 
himinə  bənd  idim,  saçımı-başımı  necə 
yığmağımı istədiyini bilim. Hünərim nə 
idi sözündən  çıxım? Saçımı kəsdirəndə 
də  səndən  icazə  alırdım.  Sən  hardan 
istəyirdin  ordan  da  kəsdirirdim.  Ağzım 
nə  idi  bircə  santimetr  o  yan-  bu  yana 
olsun.  Yubkalarımın,  donlarımın  ətəyi, 
üz-gözümə 
ayda-ildə 
vurduğum 
kosmetikanın  dozası  sənin  nəzarətində 
idi. Ağılları ona gedirdi... deyirdilər bəs  
sən də mənim sözümlə durub-oturursan.  
Otağın ortasında əli qoynunda gəzişir.  
 İndi  mən  başıma  haranın  daşını 
salacam?  Güləri  cehizsiz  verdik,  getdi. 
Daha  doğrusu,  qız  özü  gördü  ki,  onu  
gəlin köçürdəcək  gücdə deyilik. Qız öz 
nişanlısına  qoşulub  qaçdı.  Sənin  də 
əlinə  yaxşıca  fürsət  düşdü.  Dedin  ki, 
“qaçan  qıza  cehiz  düşmür!”...Qızın  bir 
üzü  tüpürcəkdi  hələ  də.  Qaynanası  bir 
toyda  deyir,  bir  yasda.  Uşağı  bu  gün 
sabah  məktəbə  gedəcək,  yığışılmayıb 
bu cehiz söhbəti.  
 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə