116
№ 2 (14) Yay 2015
Onlar
müxbirlərdən
ayrılıb
maşına əyləşdilər.
- Hersoqinya, bulvarı gəzmək
istəyirsinizmi?
- Əlbəttə, istəyirəm. Azərbaycana
aid hər şey və hər yer mənim üçün
maraqlıdır.
O gün hersoqinya İsveçin
Azərbaycandakı konsulu ilə görüşdü.
Konsul onun şərəfinə nahar yeməyi
verdi. Hersoqinya konsula müxbirlərin
onunla görüşmək istədiyini söylədi, o
da bu, çox normaldır dedi. Siz də
görüşmək istəyirsinizmi, hersoqinya?
- Olar, cənab konsul, bəlkə də elə
müxbirlər mənə kömək edəcəklər. Kim
bilir?
- O zaman hersoqinya, sabah
günorta saat 3-də burada, konsulluğun
binasında sizin üçün mətbuat konfransı
keçirərik. Qəzet və televiziyadan da
jurnalistləri dəvət edərik, həm onları
çox intizarda qoymayın, həm də bəlkə
sizin
üçün
faydası
olar.
- Olar, cənab konsul, sabah dediyiniz
vaxt mətbuat konfransı keçirərik. O biri
gün də qaçqınların olduğu bölgələri
gəzərik.
- Bunu biz arzu etdiyiniz kimi
planlaşdırmışıq, hersoqinya. Dediyiniz
kimi,
hər
qaçqın ailəsinə sizin
tərəfinizdən 500 manat pul veriləcək.
- Bir də cənab konsul, xəstə
insanlar var, hansı ki müalicə oluna
bilmirlər və ya əməliyyata ehtiyacları var,
onları
müalicə
üçün
İsveçə
göndərəcəyəm. Sizdən xahiş edirəm,
onlara xarici pasportun alınmasında
köməklik edin, vizanın da verilməsində
bir çətinlik olacağını hesab etmirəm.
İndidən sizə təşəkkür edirəm.
- Siz heç narahat olmayın,
hersoqinya. Atanız da bu barədə
məndən xahiş edib. O da az da olsa
qaçqınlara kömək əlini uzatmaq istəyir.
Lakin bir şey var. Bilirsiniz, mənim
viza vermək hüququm yoxdur. Bunun
üçün Norveç səfirliyinə müraciət
etməliyik,
amma
bir
çətinliklə
qarşılaşacağımızı hesab etmirəm.
- Bir şey başa düşmədim, cənab
konsul.
Niyə
Norveç
səfirliyinə
müraciət etməliyik?
- Bəli, İsveç Xarici İşlər Nazirliyi
belə qərar verib. Vizanı Norveç səfirliyi
verir, ta ki Azərbaycanda İsveç səfirliyi
açılana
qədər.
Hersoqinya yorğun olduğu üçün
otelə tez qayıtdı, dincəlmək istəyirdi,
eyni zamanda polkovnikin gəlişini
gözləyirdi.
O,
otağında
oturub
kompüterini açdı, bir az məşğul
olduqdan sonra atasına zəng vurdu.
- Buyur, Jozefina.
- Ata, necəsiniz?
- Yaxşıyam, qızım. Sən necəsən?
- Azərbaycanda olduğum üçün
çox sevinirəm, ata, eyni zamanda
axtarışa başlamışam. Ata, sizdən bir şey
soruşmaq istəyirəm. Anam hansı
universitetin məzunu idi?
- Qızım, anan Azərbaycan Dövlət
Universitetinin
Şərqşünaslıq
fakültəsinin məzun idi.
- Yəni, ərəb dili üzrə?
- Tamamilə doğrudur, qızım.
- Təşəkkür edirəm, ata.
- Bir şey deyil, qızım. Əgər bir
ehtiyacın olarsa, xəbər ver.
-
Hə,
ata.
Sizə
söyləmək
istədiyim bir şey də var. Mən birisi gün
Qarabağ qaçqınlarının məskunlaşdıqları
bölgələri gəzəcəyəm, onlara maddi
köməklik etmək istəyirəm.
- Əlbəttə qızım, bunu mən də
istəyirəm.
- Ata, mən eyni zamanda ağır
şəraitdə yaşayan xəstə insanları müalicə
Üç aylıq ədəbiyyat dərgisi
117
üçün İsveçə göndərmək istəyirəm,
təxminən
neçə nəfər xəstəni öz
hesabımıza müalicə və ya əməliyyat
etdirə bilərik?
- Qızım, sən bunu özünə heç dərd
etmə. İlk olaraq 100 nəfərə qədər
göndərə bilərsən, sonra isə yenə də
baxarıq. Mən burada lazım olan hər
şeyi təşkil edəcəyəm.
- Təşəkkür edirəm, ata, sağ olun.
- Sən də sağ ol qızım, özünə
yaxşı bax.
- Yaxşı, ata, sağ olun.
Atasıyla
danışdıqdan
sonra
Jozefina bir az yüngülləşdi, ən azından
o, anasının harada təhsil aldığını bilirdi.
Bu zaman otağın qapısı döyüldü. Gələn
polkovnik idi.
GÜNEY SOVQATI
Ruqiyy
ə
S
ə
f
ə
ri
(T
ə
briz)
***
Soyundum xatirələri
çılpaq girirəm yoxluğuna
bir ehram bağlayıram
qaranlığa tapınıram bu gecə
zülmətin zülmünü sürtürəm əynimə
dağlayıram qabarlarımı bir daha
səni unutmasın sellollarım*
yoxluğun dərinliyində bir yoxluq
tapıram
yox rəngində
sarılıram
içimə boşluq dolur
əsid* kimi ciyərimi doğrayır
tikə-tikə qusuram içimi
bütün varlıqları varlığımdan atıram
mənə yoxdan bir məzar qazın
baş daşı "yox" olsun bu gecə!
***
Mənim şəhərimdə
tüstü deyə
yalanlar göyə qalxır
göy üzü qaralır
günəşin ürəyi sınır
və o gün uşaqlar boğulmasın deyə
məktəblər bağlanır.
118
№ 2 (14) Yay 2015
***
Sazaq-sazaq çırpılır üzümə külək
küçə-küçə vurulur dizlərimə şəhər
damğa-damğa basılır alnıma vətən
höküm-höküm yarqılayır məni yollar
kipriklərimi darayır
ölüm!
***
Keçmişimdə həp bir nisgil göynəyir
həp bir serçə balası var
yuvadan düşmüş
bağırır boğazımda
udqunuram qan damır içimə
kimsə eşitməyir
gözlərimdən başqa
ağlayıram
anam dilə tutur
- anası var, gəlib aparar!
serçə bağırır boğazımda
boğazım tutulur
qızdırma içində yanıram
anam başım üstündə
udqunuram qan damır içimə
bir pişik gözlərimi sökür
gözlərim yox artıq
ağlayanmıram
bir serçə pəncərəni dimdikləyir - ana
serçə!
keçmişimdə həp bir nisgil göynəyir
mən yaşamıram heç
həp keçmişi təkrarlayıram
nisgilləri udquna-udquna!
***
Səsim boğazımı qovurdu
səsim atom patlayışı oldu içimdə
səni səsləyə bilmədiyim zaman!
ürəyim külə dönmüş hiroşima
o şəhər bir daha bitirsə, ürəyimdə
sevəcək əlbət!
***
Təbrizin qarlı gecələrində
özümdə addım ataram
cumaram yenə çıxaram, bataram yenə
qalxaram
ayaqlarım hırdan düşər
çökərəm
dizlərim lehə quylanar
anam göz önümə gələr
şillədən qulağım batar
səssizlik qarı yağar
içərimə su damar
kağızlarım kitablarım islanar
uşaqlığım üşüyər
anam kürsü qurar
kürsünün odunların...
odunluqdur sümüklərim
qup-quru ağac kimi xırçıldayır
bir oda bəndəm, kömürlüyüm çıxar bir
anda
qalxıram dizlərim yapışqan palçıqlı
barmaqlarım donsa, qaralsa, qırılsa!
bəlkə də qorxum özümdəndir
sazaqlı Təbrizdən deyil
məni vicdan kimi cızlıq edir!
səni səsləyirəm
sükutda ayaqlarım səslənir
məndən sonra bir kölgəm var ağappaq
qarı qaraldıb
bu qarda ayağın surça bilər əlbət
hər yeri dümdüz görünər yer üzünün
çünkü
ancaq yerirərkən dərə-təpəni anlayarsan
və mən
bu qarlı gecədə
gah boğazıma ilişib yıxılaram
gah da ürəyimə batıb palçıq olaram!
***
Ürəyimdə kömzək bağlayıb yalanların
unutduqca sağalır
bircə yoxluğun deşilib,
sağalmaq bilməyir.
Dostları ilə paylaş: |